Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedoqoji Kitabxanası



Yüklə 312,78 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix11.07.2018
ölçüsü312,78 Kb.
#54920
1   2   3   4   5   6   7   8   9

15 

 

       “Poçt qutusu” – (1906-cı il) 



       “Qurbanəli bəy” –(1907-ci il) 

       “Ölülər “ –(1909-cu il) və s.  



 

Nemanzadə Ömər Faiq (1872-1937) 

Həyat  və  yaradıcılığı:  Ahıska  qəzasının    Azqur    kəndində 

anadan 


olmuşdur. 

İlk 


təhsilini 

kənd 


camesində 

almışdır.1882-ci  ildə    “Fateh”  məktəbində  təhsilini  davam 

etdirmişdir. 

1894-cü  ildə  Şəkidə  ilk  üsuli-cədid  məktəbində  dərs 

demişdir. 

1900-cü ildə Şamaxıda milli məktəbdə  müəllimlik etmişdir. 

1906-cı  ildə  ilk  dəfə  nəşr  olunan    “Molla  Nəsrəddin” 

jurnalının  təsisində böyük rolu olmuşdur. 

1920-ci  ildə  Gəncədə  Kənd  Təsərrüfatı  Texnikumunun 

direktoru olmuşdur. 

1921-ci  ildə  “Zəhmətkeşlərin  gözü”  jurnalının  redaktoru 

olmuşdur. 

1924-ci  ildə  Az.SSR  Xalq    maarifi  komitəsində  işləmişdir.  O 

dövrdə dərsliklərin hazırlanması  və  çap  edilməsində  böyük 

rolu olmuşdur. 

1937-ci ildə Stalin repressiyasının qurbanı olmuşdur. 

 

Əfəndizadə Muxtar İsmayil oğlu(1880-1975) 

Həyat  və  yaradıcılığı:  Ağdaş  rayonunun  Şəmsabad 

kəndində  anadan  olmuşdur.  Uzun  müddət  Azərbaycanın 

müxtəlif  mədrəsələrində təhsil almışdır. 

1904-1905-ci  illərdə    Qubada  “Üsuli-cədid  “  məktəbi 

açmışdır. 

1906-cı ildə  maarifçilik  fəaliyyətini  davam etdirmək üçün 

Ağdaşa qayıtmışdır. 

XX  əsrin  əvvəllərində  Ağdaşda  qiraətxana  yaratmış, 

Misirdən  ,Hindistan  və  İrandan,  İstanbuldan,  Orenburqdan 



16 

 

Kazandan,  Rusiyadan  qəzet  və  məcmuələr    gətirmişdir. 



1923-cü  ildə  kitabların  sayına  görə  Ağdaş  qiraətxanası  

Bakıdan sonra  ikinci yeri tuturdu. 

1906-1907-ci  illərdə  oğlan  uşaqları  üçün  “Darülirfan” 

məktəbləri açmış,  “Yaşlılar üçün kurs” açmışdır. 

1908-1909-cu  illərdə    bölgələrdə  “Kimsəsiz  uşaqlar  evi”  

açmışdır. 

1909-cu  ildə    “Səadət”  qız  məktəbini  açmış,  məktəbin 

fəaliyyəti 1920-ci ilədək davam etmişdir.    

1944-cü  ildən    Azərbaycan  Dövlət  Universitetində  dərs 

demişdir. 

 

Seyidov Əhməd Yusif oğlu (1892-1977) 

Həyat  və  yaradıcılığı:  Qazax  rayonunun  Aslanbəyli 

kəndində anadan olmuşdur.                                                                                                             

1911-1917-ci illərdə Qori seminariyasında təhsil almışdır. 

1920-ci ildə  Qazax qəzası üzrə məktəb inspektoru işləmişdir 

1921-1925-ci illərdə məktəb direktoru işləmişdir. 

1925-1926-  cı  illərdə  Lənkəran  maarif  şöbəsinin  müdiri 

işləmişdir. 

1930-cu  ildə  ADU-nu  bitirdikdən  sonra  orada  fəaliyyətə 

başlamışdır 

Elmi  dərəcələri:    1939-cu  il  -  elmlər  namizədi  alimlik 

dərəcəsi almışdır. 

1947-ci il - ilk pedaqoji elmlər doktoru  olmuşdur. 

1948-ci il - professor adına layiq görülmüşdür. 

Qırmızı    Əmək    Bayrağı    ordeni    ilə    təltif    olunub.  “ 

Azərbaycan    SSR  əməkdar  elm  xadimi”  fəxri  adına  layiq 

görülüb. 

Əsərləri

     “Türk əlifbası” dərsliyi (1929-cu  il)           

     “Azərbaycanda  pedaqoji  fikrin  inkişafı  tarixindən”-  kitab 

(1958-ci il) 




17 

 

     “Pedaqogika tarixi”- vəsait (1959-cu il) 



     “Pedaqoqika  tarixi” - vəsait (1960 –cı il)    

 

Bayraməlibəyova-Məlik-Yeqanova  Məryəm Teymur  bəy 



qızı (1898-1967) 

Həyat  və  yaradıcılığı:  Lənkəran  şəhərində  anadan 

olmuşdur.  Atası  Teymur  bəy    zamanının  görkəmli  

maarifpərvəri olmuşdur. 

1913-cü  ildə  “Müqəddəs  Nina”    qız  məktəbinə  daxil 

olmuşdur. 

1917-ci  ildə  “Müqəddəs  Nina”  məktəbini  qızıl  medalla 

bitirmişdir. 

1917-ci ildə təhsil almaq üçün  Moskvaya getmişdir. 

1918-ci  ildə  Lənkərana  qayıdaraq    qızlar  üçün  məktəb 

açmışdır. 

1921-ci ildə birinci Azərbaycan  təcrübə-nümunə məktəbinə 

türk qrupunun rəhbəri təyin olunmuşdur. 

1925-ci  ilin    yanvarın  12-də      Moskvada  keçirilən 

müəllimlərin    I  qurultayında      çıxış  edən  ilk    şərq  qadını 

olmuşdur. 

1937-ci ildə Qazaxstana sürgün  olunmuşdur. 

1948-ci ildə azad edilmişdir. 

1956-cı ilə kimi Daşkəsəndə yaşamışdır. 

“Şərq qadını”, “Maarif  işçisi”, “Yeni məktəb” jurnalında təlim 

- tərbiyə məsələlərinə aid məqalələrlə çıxış etmişdir.            

  Böyük  rus  yazıçısı  L.N.Tolstoyun  hekayələrini  azərbaycan 

dilinə  çevirərək    “Məktəb”  jurnalında    çap  etdirmiş,  bir  çox  

Azərbaycan  şair  və  yazıçılarının  əsərlərini  də  rus  dilinə  

tərcümə etmişdir. 

 

 

Mehdizadə Mehdi Məmməd oğlu (1903-1984




18 

 

Həyat  və  yaradıcılığı:  Cəbrayıl  qəzasının  Daşkəsən 

kəndində anadan olmuşdur. 

   1919 - cu ildə - Daşkəsən  kənd məktəbini bitirmişdir.                                                                                                            

   1924  -  cü  ildə  -  Azərbaycan  Pedaqoji  İnstitutunun  fizika-

riyaziyyat fakultəsinə   daxil olub. 

   1926 - cı ildə institutu bitirmişdir. 

   1927-  ci  ildə  Cəbrayıl  qəza  Xalq  Maarif    Şöbəsi  yanında  

metodika şöbəsinin rəhbəri olmuşdur.  

   1930  -  Azərbaycan    Xalq  Maarif    Komissarlığının  İctimai 

Tərbiyə    Baş  İdarəsinin  elmi  katibi  və    Xalq  komissarının  I 

müavini  Ayna  Sultanovanın    köməkçisi  vəzifəsində 

çalışmışdır. 

   1934-1937-ci    illərdə  Azərbaycan  Pedaqoji  institutunun  

pedaqogika kafedrasının  müdiri olmuşdur. 

   1957- ci ildə  professor adını almışdır. 

   1967-ci    ildə  akademik  adına  layiq  görülmüşdür  və  SSRİ 

Pedaqoji  Elmlər  Akademiyasının  həqiqi  üzvü    seçilmişdir. 

Uzun  illər  Azərbaycan  SSR  Maarif  Nazirliyinə  rəhbərlik 

etmişdir. 

   1982-ci  ildə  Azərbaycan  SSR-in    “Əməkdar    elm  xadimi” 

fəxri adına layiq görülmüşdür. 

   1984-cü ildə  vəfat etmişdir. 

Əsərləri : 

     “Pedaqogika” dərsliyi.(1941-1942-ci  illər) 

     “Məktəb  quruculuğu  sahəsində  nailiyyətlərimiz”    kitabı. 

(1957-ci il) 

     “Pedaqogika” dərsliyi.( 1958-ci il) 

     “Azərbaycan  sovet  məktəbinin  tarixinə  dair  xülasələr” 

(1958-ci il)   

     “SSRİ    xalqlarının    məktəb  və  pedaqoji  fikir    tarixinin 

oçerkləri”. (1979-1980-cı illər)   

     “Azərbaycanda  xalq maarifinin inkişafı”. (1980-il) 




Yüklə 312,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə