Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedoqoji Kitabxanası



Yüklə 312,78 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix11.07.2018
ölçüsü312,78 Kb.
#54920
1   2   3   4   5   6   7   8   9

11 

 

1848-ci ildə Gəncəyə qayıtmış, qəza məktəbində müəllimlik  



etmişdir. Əsərlərini  azərbaycan və fars dillərində yazmışdır. 

Şerləri  Avropada  şöhrət  tapmışdır.  Şerlərində    gözəllik, 

dünya    nemətləri  tərənnüm  olunur.  Vazehin  maarif 

sahəsində    də    mühüm  xidməti  olmuşdur.    1852-ci  il 

Azərbaycan  dilində    “Kitabi-  türki”  adlanan  dərs  vəsaiti 

tərtib etmişdir. 



 Əsərləri: 

         Nəğmələr -   (1926-cı il) 

         Lirika   -       ( 1961-ci il). 



 

 

Bakıxanov Abbasqulu Ağa (Qüdsi)  - (1794-1847). 

Həyat 

və 

yaradıcılığı

Bakıda 


anadan 

olmuşdur. 

Azərbaycan    alimi,  şair,  maarifpərvər.  Bakı  xanı    II  Mirzə 

Məhəmmədin 

(1784-1791) 

 

oğludur. 



Bakıxanovun  

“Gülüstani-İrəm”  (1841)  əsəri  Azərbaycan  tarixşünaslığının 

inkişafinda böyük rol oynamışdır. Onun  dini, fəlsəfi,  əxlaqi 

baxışları “Riyaz ül-qüds”, “Kitabi- nəsajeh”,  “Eynəl-mizan” və 

s.  əsərlərində    şərh  olunmuşdur.  Bakıxanov    astronomiya, 

coğrafiya ilə məşğul olmuş, “Ümumi coğrafiya”  adlı  əsər də 

yazmışdır.  “Təhzibül-əxlaq”,  “Nəsihətnamə”  Bakıxanovun 

pedaqogika  və  psixologiyaya  aid  elmi  və  nəzəri  məsələləri 

əhatə  edən  fəlsəfi  əsərdir.  Bakıxanov  XlX  əsr  Azərbaycan 

ədəbiyyatının görkəmli  nümayəndələrindəndir. 



Əsərləri: 

        “Tiflis “  müxəmməsi 

         “Tülkü və qurd” 

         “Ərzi - əhval 

         “Firəng məclisi” 

        “ Xəyalın uçuşu” 

        “Qanuni - Qüdsi” və s. 

 



12 

 

 Kazım  bəy  Mirzə  Məhəmməd  Əli    Hacı    Qasım  oğlu  –  



(1802-1870).  

 Həyat və yaradıcılığı: Cənubi Azərbaycanın Rəşt şəhərində 

anadan  olmuşdur.  Azərbaycan  şərqşünası,      maarifçi,    rus  

şərqşünaslıq  elminin  banisi.  

1825-26-cı illərdə  Omsk Asiya məktəbində Şərq dillərindən 

dərs demişdir. 

1826-ci  ildə    Kazan  universitetində  Şərq  dillərindən  dərs 

demişdir. 

1828-ci  il    adyunkt-professor,  1831-ci    il    ekstraordinar-

professor, 1836-cı il  ordinar- professor,  1845-ci il ərəb-fars 

dilləri kafedrasının müdiri  işləmişdir.  

1849- 55-ci illər  Peterburq xüsusi  pansion və məktəblərinin 

inspektoru  işləmişdir.  Ərəb    əlifbasının  dəyişdirilməsi 

məsələsində M.F.Axundovla həmfikir olmuşdur. 

 

Axundov Mirzə Fətəli (Səbuhi)   – (1812- 1878). 



Həyat  və  yaradıcılığı:  Nuxa  (Şəki)  şəhərində  anadan 

olmuşdur.  Azərbaycan  yazıçısı  və  dramaturqu.  “Səbuhi” 

təxəllüsü  ilə  şerlər  yazmışdır.  Komediyalar  müəllifi  kimi 

məşhurdur.  Axundovun    fəaliyyətində    yeni  əlifba  uğrunda 

mübarizə  mühüm  yer  tutur.    O  bir    neçə    yeni  əlifba 

müəllifidir. 



Əsərləri:   

     “Puşkinin ölümünə Şərq poeması” (1837-ci il) 

     “Hekayəti-Molla İbrahimxəlil kimyagər” (1850-ci il) 

     ”Sərgüzəşti-vəziri xani-Lənkəran” (1850-ci il) 

     “Hekayəti-xırs quldurbasan” ( 1851-ci il) 

     “Sərgüzəşti mərdi-xəsis” (1852-ci il) 

     “Aldanmış kəvakib”  (1857-ci il)   və s. 



 

Şirvani Seyid  Əzim -  (1835-1888). 


13 

 

Həyat  və  yaradıcılığı:  Şamaxıda  anadan  olmuşdur.  1869-

1870-ci illərdə  Şamaxıda yeni üsulla  (Üsuli cədid)  məktəb  

açmışdır.  1877 - ildə  ”Uşaqların baharı”  adlı  dərslik  tərtib  

etmişdir.    Azərbaycan  və  fars  dillərində    yazmışdır. 

S.Ə.Şirvani  lirik    və  satirik    Azərbaycan  şerini  

zənginləşdirmişdir.  Satirik    şerlərində    xalqın  qanını  içən  

mülkədar  və  bəyləri,  çar  məmurlarını    ifşa  etmişdir. 

Şerlərində  maarif və mədəniyyəti təbliğ edirdi. 

Əsərləri:   

        “Müctəhidin  təhsildən qayıtması” 

         “Köpəyə ehsan” 

         “Padşah və əkinçi” 

         “Allaha rüşvət” və s. 

 

 



 

Sabir Mirzə Ələkbər  - (1862-1911).  

Həyat  və  yaradıcılığı:    Şamaxıda    anadan  olmuşdur.    İlk  

təhsilini  mollaxanada  almış , sonra  isə S.Ə. Şirvaninin  üsuli 

-  cədid    məktəbində  təhsil  almışdır.  1908-ci  ildə  Sabir 

müəllimlik  hüququ  alıb,    Şamaxıda  “Ümid”    məktəbini  açır. 

”Beynəlmiləl”  şeri    (1905)    onu    xalqlar    dostluğunun  

tərənnümçüsü    kimi    tanıtmışdır.  Onun  yaradıcılığında 

məktəbə,  məktəbə  gedən  uşaqa,  elmə,  təhsilə  köhnəpərəst  

münasibətin tənqidi mühüm yer tuturdu.  Sabir  Azərbaycan 

ədəbiyyatında  tənqidi  realizmin  qüdrətli  nümayəndəsi  , 

Azərbaycan    satirik  poeziyasına    inqilabi  mahiyyət    verən 

novator  şairdir.    Əsərləri    bir    sıra    xarici    dillərə    tərcümə  

olunmuşdur.  

 “Əsərləri:   

        “Hophopnamə” 

        “Bakı fəhlələrinə” 

        “Fəhlə  özünü ...” 




14 

 

        “Əkinçi” 



        "Ağlaşma” 

         “Dilənçi”  

         “Uşaqlar” 

         “ Uçitellər” 

         “Müəllimlər syezdi”            

 

Əfəndiyev Rəşidbəy İsmayıl oğlu  (1863-1942)      



Həyat və yaradıcılığı: Şəki şəhərində anadan olmuşdur. XIX 

əsrin  80-ci  illərində  Qori  müəllimlər  seminariyasinda  təhsil 

almışdır.  10  il  Qutqaşendə,  16  il  Qori  seminariyasında 

müəllimlik etmişdir. 



Əsərləri:  

“Uşaq bağçası”  adlı  əlifba kitabı, “Bəsirətül-ətfal” adlı qiraət  

kitabı  Azərbaycanda  şöhrət  qazanmış  kitablardandır.  Rəşid 

bəy elmi, maarifi, məktəbi təbliğ edən  bir sıra mənzumələr  

yazmış,  rus  klassiklərindən  dərs  kitablarına  münasib 

parçalar seçib tərcümə etmişdir. 

“  Rüstəm  və  Söhrab”  əhvalatını,    Şillerin    “Cam”  adlı  

mənzumunu tərcümə etmişdir.     

                                                                                                                                         

Məmmədquluzadə  Cəlil  (Molla  Nəsrəddin)    -  (1869-

1932). 

Həyat  və  yaradıcılığı:  Naxçıvan  şəhərində  anadan 

olmuşdur.  İlk  təhsilini  mollaxanada  ,  sonra  isə    üçsinifli 

Naxçıvan  şəhər  məktəbində  almışdır.  1887-ci  ildə  Qori 

müəllimlər  seminariyasını  bitirmiş,  kənddə  müəllimlik   

etmişdir.  1904-cü    ildə    “Şərqi-Rus”  qəzetinin  müvəqqəti 

redaktoru  olmuşdur.    1908-ci  ildə    Şamaxıda    yeni    üsulda 

“Ümid”  məktəbini”  açmışdır.1889-cu  ildə  dramaturgiya  

fəaliyyətinə  “Çay dəstgahı”  əsəri ilə  başlamışdır. 



Əsərləri: 

       “Danabaş kəndinin əhvalatları – (1894-cü il) 


Yüklə 312,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə