Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Konsulluq Konvensiyası



Yüklə 177,41 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix01.09.2018
ölçüsü177,41 Kb.
#66286
1   2   3   4   5   6   7

M a d d ə       1   0

Fəxri konsulluq vəzifəli şəxsləri

Razılaşan   hər   iki   tərəf   fəxri   konsulluq   vəzifəli   şəxsinin   təyin   olunması   barədə   razılığa 

gələrlərsə,   onlar   fəxri   konsulluq   vəzifəli   şəxslərinə   tətbiq   edilən   rejimin   müəyyən   edilməsi 

məqsədilə   bu   Konvensiyanın   müddəaları   və   beynəlxalq   ümumi   hüququn   normalarına   əsasən 

müvafiq sazişlərin bağlanması məsələləri ilə əlaqədar məsləhətləşmələr keçirəcəklər.

M a d d ə       1   1



Konsulluqların, konsulluq işçilərinin müdafiəsi və onlara verilən imkanlar

1.

  



Qəbul edən dövlət konsulluğa funksiyalarını yerinə yetirmək üçün bütün imkanları təmin 

edir.


2.

  

Qəbul edən dövlət konsulluğun  vəzifəli şəxslərinə lazımi hörmətlə yanaşır, konsulluğun 



vəzifəli şəxslərinin və qəbul edən dövlətin vətəndaşları olmayan, qəbul edən dövlətdə qanuni 

olaraq daimi yaşayış icazəsi olan əcnəbi statusuna malik  olmayan digər konsulluq  işçilərinin, 

habelə yuxarıda göstərilən hər hansı birinin onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsiyyətinə, 

azadlığına və ləyaqətinə xələl gətirə bilən halların qarşısını almaq üçün bütün lazımi tədbirləri 

görür.

M a d d ə       1   2



Dövlət bayrağı və gerbi

1.

 



Göndərən dövlət bu maddənin müddəalarına uyğun olaraq qəbul edən dövlətdə öz dövlət 

bayrağından və gerbindən istifadə etmək hüququna malikdir.

2.

 

Göndərən   dövlətin   dövlət   bayrağı   konsulluğun   binası   üzərində,   onun   dövlət   gerbi 



konsulluğun   binasında,   binanın   giriş   qapılarında   sancıla,   habelə   bayrağı   konsulluq   başçısının 

iqamətgahında,   xidməti   vəzifələrini   yerinə   yetirərkən   onun   nəqliyyat   vasitələrinin   üzərində 

ucaldıla bilər.

3.

 



Bu maddədə göstərilən hüquqları yerinə yetirərkən göndərən dövlət qəbul edən dövlətin 

qanun-qaydalarına və adətlərinə riayət edir.

M a d d ə       1   3

Konsulluq binalarının toxunulmazlığı

1.

  



Konsulluq binaları bu maddənin müddəalarına əsasən toxunulmazdır.

2.

  



Qəbul   edən   dövlətin   hakimiyyət   orqanları,   konsulluq   binalarının   yalnız   konsulluq 

məqsədləri   üçün   istifadə   edilən   hissəsinə   konsulluq   başçısının,   göndərən   dövlətin   diplomatik 

nümayəndəliyinin başçısı və ya onlardan biri tərəfindən təyin olunmuş şəxsin icazəsi olmadan 

daxil ola bilməzlər. Bu bənddə göstərilən şəxslərdən heç biri tərəfindən birbaşa etiraz olmazsa, 

təcili mühafizə tədbirləri tələb edən yanğın və ya digər təbii fəlakət hallan zamanı, qəbul edən

dövlətin   orqanları   konsulluq   binalarına   daxil   ola   bilərlər.   Lakin   bu,   orqanlara   konsulluq 

binalarının, arxivlərinin toxunulmazlıq prinsiplərini pozmaq, xüsusilə onu öyrənmək və müsadirə 

etmək icazəsi vermir.

3.

  

Bu   maddənin   2-ci   bəndinin   müddəalarına   riayət   edərkən   qəbul   edən   dövlətin   üzərinə 



konsulluq binalarını hər cür zorla daxil olma və ya zərər yetirə biləcək hərəkətlərdən müdafiə 

etmək, konsulluğun narahatlığına səbəb olan, ləyaqətinə xələl gətirən hər cür halların qarşısını 

almaq üçün lazımi tədbirlər görmək kimi xüsusi vəzifə düşür.



4.

  

Konsulluğun binası, onun avadanlığı, konsulluğun əmlakı, habelə nəqliyyat vasitələri dövlət 



müdafiəsi   və   ya   başqa   ictimai   ehtiyaclar   baxımından   aparılan   hər   növ   rekvizisiyaya   qarşı 

immunitetdən istifadə edir.

M a d d ə       1 4

Konsulluq arxivinin və sənədlərinin toxunulmazlığı

Konsulluq arxivləri və konsulluq sənədləri yerindən asılı olmayaraq hər vaxt toxunulmazdır.

M a d d ə       1   5

Konsulluq binalarının vergilərdən azad edilməsi

1. Sahibi və kirayəçisi göndərən dövlət və ya onun adından çıxış edən hər hansı bir şəxs olan 

konsulluq binaları və konsulluq başçısının iqamətgahı konkret xidmət növlərinə görə ödəniş istisna 

edilməklə  dövlət,  rayon  və ya  bələdiyyə  vergilərindən, yığımlarından  və  rüsumlarından  azad 

edilir.

2.   Bu   maddənin   1-ci   bəndində   göstərilən   vergi   istisnaları   qəbul   edən   dövlətin   qanım   və 



qaydalarına əsasən göndərən dövlətlə və ya onun adından çıxış edən şəxslə müqavilə bağlanmış 

şəxslərdən tutulan yığımlara, rüsumlara və vergilərə tətbiq edilmir.

M a d d ə       1 6

Yerdəyişmə azadlığı

Dövlət təhlükəsizliyi baxımından giriş qadağan edilən, yaxud tənzimlənən bölgələr haqqında 

qanun-qaydalara   zidd   olmadığı   təqdirdə,   qəbul   edən   dövlət   konsulluğun   bütün   işçilərini 

konsulluq dairəsi ərazisində yerdəyişmə və səyahət azadlığı ilə təmin edir.

M a d d ə       1   7

Əlaqələr azadlığı

1.

  



Qəbul   edən   dövlət   bütün   rəsmi   məqsədlər   üçün   konsulluğun   əlaqələr   azadlığına   icazə 

verməli   və   onu   qorumalıdır.   Konsulluq   göndərən   dövlətin   hökuməti   ilə,   diplomatik 

nümayəndəliyi ilə, harada yerləşməsindən asılı olmayaraq digər konsulluqlarla əlaqə saxlayarkən, 

diplomatik və konsulluq kuryerləri  də daxil olmaqla, diplomatik və konsulluq valizalarından, 

şifrlənmiş və kodlaşdırılmış depeşalardan və bütün uyğun rabitə vasitələrindən istifadə edə bilər. 

Lakin konsulluq yalnız qəbul edən dövlətin razılığı əsasında radioötürücü quraşdıra və istismar 

edə bilər.

2.

  



Konsulluğun   rəsmi   yazışmaları   toxunulmazdır.   Rəsmi   yazışmalar   məfhumu   altında 

konsulluğa və onun funksiyalarına aid yazışmalar başa düşülür.

3.

  

Konsulluq valizasını təşkil edən bütün yerlər aydın görünən zahiri işarələrə malik olmalı və 



yalnız konsulluğunu rəsmi istifadəsi üçün ayrılmış yazışmalardan, sənədlərdən, əşyalardan ibarət 

ola bilər.

4.

  

Konsulluq valizası açıla və tutulub saxlanıla bilməz. Lakin qəbul edən dövlətin səlahiyyətli 



orqanlarının   valizada   yazışmalar,   sənədlər   və   ya   əşyalar   və   bu   maddənin   3-cü   bəndində 

göstərilənlərdən başqa digər əşyaların güman edildiyi ciddi əsasları olduqda o, göndərən dövlətin 

müvəkkil edilmiş nümayəndəsinin iştirakı ilə valizanın açılmasını tələb edə bilər. Göndərən tərəf 

bu tələbləri yerinə yetirməkdən imtina etdiyi halda onu göndərən yerə qaytarmalıdır.

5.

  

Konsulluq   kuryeri   onun   statusunu   və   konsulluq   valizasını   təşkil   edən   yerlərin   saymı 



göstərən rəsmi sənədlə təchiz edilir.


Yüklə 177,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə