Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Konsulluq Konvensiyası



Yüklə 177,41 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix01.09.2018
ölçüsü177,41 Kb.
#66286
1   2   3   4   5   6   7

1.

  

İmtiyazlardan və immunitetlərdən istifadə edən şəxslər imtiyazlarına və immunitetlərinə 



xələl gətirmədən qəbul edən dövlətin qanun və qaydalarına hörmət etməlidir. Onlar eləcə də bu 

dövlətin daxili işlərinə qarışmamalıdırlar.

2.

  

Konsulluq   binaları   konsulluq   funksiyalarına   uyğun   gəlməyən   məqsədlər   üçün   istifadə 



edilməməlidir.

3.

  



Bu maddənin 2-ci bəndinin müddəaları dəftərxanaların, digər orqanların və ya idarələrin 

konsulluğun tutduğu binada yerləşdirilməsi imkanını istisna etmir, bu şərtlə ki, belə dəftərxanalara 

verilmiş otaqlar konsulluğun istifadə etdiyi otaqlardan ayrılmış olsun. Bu halda bu Konvensiyaya 

əsasən göstərilən dəftərxanalar konsulluq binalarının hissəsi hesab edilmir.

M a d d ə       3   1

Üçüncü şəxslərə vurulan zərərdən sığorta

Konsulluğun işçiləri yol nəqliyyat vasitələrinin, gəmi və təyyarələrin istifadəsi ilə əlaqədar 

üçüncü şəxslərə vurulan zərərə münasibətdə qəbul edən dövlətin qanun və qaydaları ilə nəzərdə 

tutulmuş bütün tələblərə riayət etməlidir.

M a d d ə       3 2

Gəlir əldə etmək məqsədilə şəxsi fəaliyyətə aid xüsusi müddəalar

1.

  



Konsulluğun vəzifəli şəxsləri qəbul edən dövlətdə şəxsi gəlir əldə etmək məqsədilə heç bir 

peşəkar və ya kommersiya fəaliyyəti ilə məşğul olmamalıdır.

2.

  

Bu Konvensiyada nəzərdə tutulmuş imtiyazlar və immunitetlər aşağıdakılara aid edilmir:



a)

  

qəbul edən dövlətdə şəxsi gəlir əldə etmək məqsədilə şəxsi fəaliyyətlə məşğul olan konsulluq 



əməkdaşla və xidmət personalı işçisinə;

b)

  



bu bəndin "a" yarımbəndində göstərilən şəxsin ailə üzvlərinə və ya xüsusi ev xidmətçilərinə;

c)

  



konsulluq işçilərinin qəbul edən dövlətdə gəlir əldə etmək məqsədilə şəxsi fəaliyyətlə məşğul 

olan ailə üzvlərinə.

M a d d ə       3 3

Qəbul edən dövlətin vətəndaşları və bu dövlətdə daimi yaşayanlar

Konsulluğun vəzifəli şəxsləri istisna olmaqla, qəbul edən dövlətin vətəndaşı olan və ya bu 

dövlətdə daimi yaşayan konsulluq işçiləri, onların ailə üzvləri, habelə ev xidmətçiləri qəbul edən 

dövlət tərəfindən onlara verilmiş dərəcədə üstünlüklər, imtiyazlar və immunitetlərdən istifadə 

edirlər. Lakin qəbul edən dövlət bu şəxslərin üzərində öz yurisdiksiyasını elə həyata keçirməlidir 

ki, konsulluğun funksiyalarını yerinə yetirmək üçün lazımsız maneə yaratmasın.

M a d d ə       3   4

Konsulluq funksiyalarının yerinə yetirilməsi

Konsulluq   funksiyaları   konsulluqlar   tərəfindən   həyata   keçirilir.   Bu   funksiyalar   hazırkı 

Konvensiyanın   müddəalarına   uyğun   olaraq   diplomatik   nümayəndəliklər   tərəfindən   də   yerinə 

yetirilir.

M a d d ə       3 5

Diplomatik nümayəndə tərəfindən konsulluq funksiyalarının yerinə yetirilməsi

1.

  



Bu Konvensiyanın müddəaları konteksdən irəli gələn dərəcədə konsulluq funksiyalarının 

diplomatik nümayəndəlik tərəfindən yerinə yetirildiyi hallarda da tətbiq edilir.




2.

  

Diplomatik   nümayəndəlikdə   konsulluq   funksiyalarının   yerinə   yetirilməsi   tapşırılan 



əməkdaşların soyadları qəbul edən dövlətin Xarici İşlər Nazirliyinə və ya bu Nazirlik tərəfindən 

göstərilən orqana bildirilir.

3.

  

Konsulluq funksiyalarını icra edərkən diplomatik nümayəndəlik qəbul edən dövlətin qayda-



qanunlarının və adətlərinin icazə verdiyi dərəcədə qəbul edən dövlətin həm yerli, həm də mərkəzi 

hakimiyyət orqanlarına müraciət edə bilər.

4.

  

Bu maddənin ikinci bəndində göstərilən şəxslərin imtiyazları və immunitetləri beynəlxalq 



hüququn diplomatik münasibətlərə aid olan normaları ilə tənzimlənməkdə davam edir.

M a d d ə       3   6



Üçüncü dövlətdə və ya üçüncü dövlət adından konsulluq

funksiyalarının konsulluq idarəsi hüdudlarında və hüdudlarından

kənarda yerinə yetirilməsi

1.

  



Konsulluğun   vəzifəli   şəxsi   bu   Konvensiyada   göstərilən   konsulluq   funksiyalarını   öz 

konsulluq dairəsinin hüdudlarında yerinə yetirmək hüququna malikdir.

2.

  

Konsulluğun   vəzifəli   şəxsi   qəbul   edən   dövlətin   razılığı   ilə   konsulluq   funksiyalarını   öz 



konsulluq dairəsi hüdudlarından kənarda yerinə yetirə bilər.

3.

  



Göndərən dövlət müvafiq dövlətləri xəbərdar etdikdən sonra qəbul edən dövlətin müəyyən 

şəkildə ifadə edilmiş etirazı olmadığı təqdirdə qəbul edən dövlətdə açılmış konsulluq idarəsinə 3-

cü dövlətdə konsulluq funksiyalarını yerinə yetirməyi tapşıra bilər.

4.

  



Qəbul   edən   dövləti   müvafiq   şəkildə   xəbərdar   etdikdən   sonra   qəbul   edən   dövlət   etiraz 

etmirsə,  göndərən  dövlətin  konsulluğu  qəbul  edən  dövlətdə  3-cü dövlətin  adından   konsulluq 

funksiyalarını yerinə yetirə bilər.

M a d d ə       3 7



Konsulluq funksiyaları

Bu   Konvensiyanın   bununla   əlaqədar   müddəalarını   nəzərə   alaraq   konsulluq   funksiyaları 

aşağıdakılardır:

a)

 



qəbul   edən   dövlətdə   göndərən   dövlətin   və   onun   vətəndaşlarının   və   hüquqi   şəxslərin 

beynəlxalq hüquqla yol verilən hüdudlarda müdafiə edilməsi;

b)

 

göndərən dövlətlə qəbul edən dövlət arasında ticarət, iqtisadi, mədəni və elmi əlaqələrin 



inkişafına   yardım   göstərilməsi,   habelə   bu   Konvensiyada   göstərilən   digər   yollarla   dostluq 

münasibətlərinin inkişafına kömək göstərilməsi;

c)

 

bütün  qanuni   yollarla   qəbul   edən   dövlətin  ticarət,   iqtisadi,  mədəni  və   elmi   həyatındakı 



şərtlərin   və   hadisələrin   aydınlaşdırılması,   onlar   haqqında   göndərən   dövlətin   hökumətinə   və 

maraqlı şəxslərə məlumat verilməsi;

d)

 

göndərən   dövlətin   vətəndaşlarının   pasportlarının   və   digər   sənədlərinin   verilməsi,   ləğv 



edilməsi,   düzəlişlər   edilməsi,   götürülməsi   və   ya   saxlanması   və   göndərən   dövlətə   getmək 

arzusunda olan şəxslərin vizalarının və ya müvafiq sənədlərinin verilməsi, müddətinin uzaldılması 

və ya ləğv edilməsi;

e)

 



göndərən   dövlətin   vətəndaşlarına   və   hüquqi   şəxslərinə   kömək   və   yardım

göstərilməsi;

f)

  

göndərən dövlətin vətəndaşlarının rifah halı və digər humanitar mülahizələrə görə olduğu 



yeri müəyyən etməklə əlaqədar qəbul edən dövlətin səlahiyyətli orqanlarından yardım alınması;

q) göndərən dövlətin vətəndaşlarının qəbul edən dövlətdən təcili olaraq getmək üçün aşağıdakı 

şərtlər daxilində hüquqlarının müdafiəsi:



Yüklə 177,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə