G İ R İ Ş
İnsanların vətəndaş cəmiyyətində münasibətlərini tənzimləyən əsas vasitələrdən
biri əxlaqi-mənəvi mədəniyyətdir. Ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin
formalaşması, mənəvi tərbiyə funksiyasını din yerinə yetirir, ənənəvi cəmiyyətlərin
dağılması, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu
vəzifəni rasional əxlaq yerinə yetirir. Əxlaq nəzəriyyəçiləri əxlaq və digər mənəvi
prinsiplər arasındakı fərqin spesifik cəhətlərini nəzəri cəhətdən təsdiq etmişlər.
Əxlaqi-mənəvi mədəniyyət və onun tərkibinə daxil olan ənənələri, mentaliteti
sıxışdırmaq və milli şüuru kosmopolitləşdirməklə qloballaşma millətin özünüqoruma
instiktlərini zəiflədə bilər. Buna görə qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizi
təhlükədən uzaqlaşdırmaq üçün milli-fəlsəfi fikrə istinad etmək, milli ideologiya və
milli-sosial özünüqoruma şüuru formalaşdırmaq, milli və ümumbəşəri dəyərlərin
müasirliyin məzmunu müstəvisində vəhdətinə nail olmaq vacibdir. Azərbaycanın
Avropaya inteqrasiyası, onun müasir Qərb sivilizasiyasının dəyərlərini qəbul etməsi heç
də Azərbaycanın öz milli və dini varlığından imtina etməsi demək deyil. Əxlaqi-mənəvi
mədəniyyət praktik mənəviyyatı şərtləndirir. Mənəvi mədəniyyət cəmiyyətin, hər hansı
sosial qrupun qazandığı mənəvi inkişaf ölçüsüdür. Bu ölçü mənimsənilmiş və insan
fəaliyyətində realizə olunan mənəvi sərvətlərlə xarakterizə olunur. Mənəviyyat kimi
mənəvi mədəniyyət də mənəvi şüuru, əxlaqi münasibətləri və mənəvi fəaliyyəti əhatə
edir.
Dostları ilə paylaş: |