Azərbaycan respublikasi əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   ...   18   19   20   21   22   23   24   25   ...   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

Altıncı fəsildə
Abşeron yarımadasında ekosistemin yaxşılaşdırıl-
ması üçün müasir texnologiyaların tətbiqi ilə aparılan tədqiqatların nəti-
cələri verilir. 
Neftqazçıxarma idarələri ərazisində torpaq və səth suları-
nın zərərli maddələrlə çirklənməsinin elektron məlumat bazası-
nın və çirklənmə xəritələrinin işlənib hazırlanması.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr 
tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında eko-
loji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün 
kompleks tədbirlər planı”nda nəzərdə tutulan vəzifələrin yerinə yeti-
rilməsi çərçivəsində NQÇİ ərazisində torpaq və səth sularının çirk-
lənməsinin elektron məlumat bazasının yaradılması və çirklənmə xə-
ritələrinin işlənib hazırlanması Beynəlxalq Ekoenergetika Akademi-
yası ilə ARDNŞ-nin əməkdaşlığı əsasında həyata keçirilmişdir. 
Dissertasiyada təqdim olunan materiallar Abşeronun Balaxa-
nıneft, Bibiheybətneft, Ə.Əmirov və Z.Tağıyev adına NQÇİ-in yer-
ləşdiyi əraziləri əhatə edir [39, 49,51]. 
Balaxanıneft NQÇİ ərazisində aparılmış tədqiqatlar neft karbo-
hidrogenləri ilə çirklənmə dərəcəsinin 0,55-27% arasında dəyişdiyini, 


39
hətta nümunələrin birində 45% olmasını göstərmişdir. Neftin torpağın 
dərin qatlarına miqrasiyasını öyrənmək məqsədilə tədqiqat sahələrində 
quyular qazılıb 0,25, 0,5, 1,25, 1,5 və 2,0 m dərinliklərdən götürülmüş 
qrunt nümunələri analiz olunmuşdur. Analizlərin nəticələri torpağın 
0,25 və 0,50 m dərinliklərində neftin miqdarının çox yüksək olduğunu 
aşağı qatlara getdikcə azaldığını göstərir. Şəkil 7-dən göründüyü kimi, 
nümunələrin götürüldüyü sahədən asılı olaraq neftin ümumi miqdarı 
torpağın üst qatlarında müxtəlif dərəcədə dəyişir. 
Tədqiq olunan ərazilərin ekoloji vəziyyəti haqqında ətraflı təsəv-
vür yaranması və gələcəkdə ətraf mühitin yaxşılaşdırılması üçün müva-
fiq tədbirlərin həyata keçirilməsi məqsədilə torpaq və səth sularının duz-
luluq dərəcəsi,ÜNK, PAK və fenollarla çirklənmə səviyyələrini əks et-
dirən elektron çirklənmə xəritələri işlənib hazırlanmışdır (sək. 8, 9). 
Elektron çirklənmə xəritələrinin hazırlanmasında peyk naviqasiya 
sistemi, MS Word, MS Excel və ArcView kompyuter proqramların-
dan istifadə edilmişdir. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə