11
Üçüncü nəsil kompyuterlərdə ilk dəfə olaraq multiproqram rejimi tətbiq olundu. Bu rejim
paralel olaraq bir neçə istifadəçinin proqramının yerinə yetirilməsini təmin etdi.
IV nəsil kompyuterlər
Bu mərhələ böyük inteqral sxemlərin kompyuter istehsalında tətbiqi ilə 1974-
1976–cı ildən başlamışdır. Böyük inteqral sxemlər bir kristal üzərində minlərlə tranzistor
və digər elektron komponentləri birləşdirməyi təmin etdi. Bunun nəticəsində əvvəllər
ayrı-ayrı elementlərdən ibarət olan kompyuterin funksional qurğularını böyük inteqral
sxemlər əvəz etdi. Məsələn, böyük inteqral sxemlərdən ibarət olan mikroprosessorlar,
xarici qurğular kontrollerləri, operativ yaddaş və digər qurğular yaradıldı. Bunun
nəticəsində kompyuterlərin məhsuldarlığı və etibarlığı on dəfələrlə yüksəldi. Böyük
inteqral sxemlərə keçid kompyuterin qurğularını kiçik ölçülü bir lövhə-“ana lövhə”
üzərində asanlıqla yerləşdirməyi mümkün etməklə birlövhəli kompyuterlərin istehsalını
təmin etdi. Altair adlı ilk mikro kompyuter 1974-1975-ci ildə Intel 8080 mikroprosessoru
əsasında istehsal olundu və bununla da insanlar ucuz, az enerji sərf edən, istifadə üçün
həddən artıq rahat və əlavə işçi heyəti tələb etməyən, şəxsi istifadə üçün nəzərdə tutulmuş
və bu səbəbdən fərdi kompyuterlər adlanan kompyuterlər əldə etdilər. 1981-ci ildə İBM
firması fərdi kompyuterlərin kütləvi istehsalına başladı və mikroprosessorlar istehsal
edən İntel firması ilə əməkdaşlıq edərək fərdi kompyuterlərin əsas istehsalçısına çevrildi.
Mikroelektronikada əldə edilən uğurlar və müasir proqram təminatının yaradılması
sayəsində fərdi kompyuterlərin sürətli təkamülü təmin olunmaqdadır. Bu gün çoxsaylı
firmalar müxtəlif konfiqurasiyalı və təyinatlı fərdi kompyuterlər istehsal edirlər və insan
fəaliyyətinin bütün sahələrində tətbiq olunurlar.
V nəsil kompyuterlər
Bu mərhələ müasir dövrü əhatə edir və məqsəd yeni və ən yeni elektron
texnologiyalara əsaslanan müasir və gələcəyin kompyuterlərinin istehsalını təşkil
etməkdir. V nəsil kompyuterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla,
keyfiyyətcə yeni funksional tələblərə, o cümlədən sözlə, biliklər bazaları ilə işləməyə,
süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti
12
təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s.
imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompyuterlər real
neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar.
4. Dünyada kompyuter və elektronika sənayesində baş verən
tendensiyalar
Dünyada elektronika sektoru, sürətlə böyüyən və inkişaf edən bir quruluşa
malikdir. Elektronika sənayesinin inkişafına üstünlük verən ölkələrin iqtisadiyyatında
qısa müddət ərzində əhəmiyyətli dəyişikliklərin olduğunu görmək mümkündür.
Malaziya, Sinqapur, Cənubi Koreya, Tailand kimi ölkələr inkişaflarını elektronika
sənayesinə etdikləri və edəcəkləri investisiyalara bağlamışlar. Qərbi Avropa ölkələri,
Uzaq Şərq və Şimalı Amerika ilə girdikləri yarışda, bu sahəyə üstünlük verən ölkələr ön
plana bu sektoru çəkiblər. Xususi ilə Fillandiya və İsveç kimi ölkələr, bu sahədə çox
uğurlu nümunələr nümayiş etdiriblər.
Kompyuter və elektron avadanlıqlar sənayesi dünya istehsal həcmində işlətdiyi işçi
sayına görə və sənayenin bütün sahələrinə təsir göstərmək baxımından dünyanın lider
sənaye sahəsindən biridir. Elektron avadanlıqların ixracatında ölkələr arasında Çin, ABŞ,
Cənubi Koreya, Yaponiya, Almaniya və Sinqapur aparıcı yerləri tutur.
Dünyada elektrik və elektronika ixracının 2023-cü ildə 2,5 dəfə artaraq 7 trilyon
dollar həcmində bir ölçüyə çatacağı proqnozlaşdırılır.
Son əsrdə dünyada, mühüm kəşflər edilmiş, yeni texnologiyalar inkişaf
etdirilmişdir. Son 25 ildə isə elektronika texnologiyasında əhəmiyyətli ixtiralar
edilmişdir. Elektronika sənayesində yeni ixtiraların bir çoxu heç vaxt itirmədən iqtisadi
həyata keçirilmişdir. Yeni elektron vasitələr istehsal edilərək, başda insanlar olmaqla
müəssisələrə və bütün istifadəçilərə təqdim olunmuşdur. Ancaq istehsal olunan hər yeni
texnoloji məhsulun iqtisadi həyata tətbiq edildiyini demək olmaz. Bəziləri də sektordakı
rəqabət vəziyyətinə görə gələcəkdə genişlənmək üzrə gözləyir.
“IBISWorld” tədqiqat şirkətinin hesabatına uyğun olaraq, 2013-cü ildə dünya
kompyuter və elektron avadanlıq sənayesi bazarının həcmi 587 milyard ABŞ dolları
13
təşkil etmişdir. Bu sahədə 28 minə yaxın şirkət fəaliyyət göstərir və 3 milyona yaxın
mütəxəssis çalışır. Sənayenin 2009-2014-cü illərdə illik artım tempi 0,6 % olmuşdur.
Qlobal kompyuter və periferiya qurğularının istehsalı bazarının əsas iştirakçıları
arasında Acer, Asus, Apple, HTC, Lenovo, Motorola, Dell, HP, LG, Amazon,
Samsung, Sony, Sharp və Toshiba kimi şirkətləri göstərmək olar. Qlobal stolüstü
kompyuter istehsalı bazarında Asiya-Sakit okean regionunun payı 34,2% təşkil edir.
Tədqiqatlar göstərir ki, stolüstü kompyuter sənayesində 2006-2011-ci illərdə noutbuk
kompyuterlərinin istehsalında artım müşahidə olunmuşdur. İnternetdən istifadənin
genişlənməsi, gəlirlərin artması, kompyuter təhsilinin inkişafı, urbanizasiya
səviyyəsindəki artım bu sənaye sahəsinə təsir göstərən əsas faktorlardır. Bununla yanaşı,
son dövrlərdə e-mail, sosial şəbəkələr və internetə giriş daha çox planşetlər və smartfon
tipli kompyuterlər vasitəsilə həyata keçirilir və 2009-cu ildə bunların istehsalı kəskin
şəkildə artmışdır. Belə ki, əgər 2009-cu ildə dünya üzrə 1,4 milyon ədəd planşet istehsal
olunmuşdursa, 2015-ci ildə bu göstəricinin 150 milyona çatması gözlənilir ki, bu da
stolüstü kompyuter istehsalına (160 milyon ədəd) yaxın bir göstəricidir.
Qrafik 1.
Beynəlxalq İnformasiya Korparasiyasının (International Data Corporation)
apardığı son araşdırmalara görə, 2014-cü ildə dünya üzrə fərdi kompyuterlərin
istehsalı 308,3 milyon ədəd olmuşdur. 2013-cü il ilə müqayisədə 2,1 faiz azalıb. 2014-
cü ildə
dünya miqyasında kompyuter və noutbuk satışı
0,8 faiz azalaraq 201 mlrd ABŞ
0%
20%
40%
60%
80%
100%
2007
2008
2009
2010
2015
7.5
8
7.6
10
14
145
145
126
145
160
108
140
169
205
350
1.4
18
150
Kompyuterlərin satış bazarı, milyon ədəd
Tablet
Notbuk
Destop
Server
Dostları ilə paylaş: |