Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə13/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

Muradov Şahbaz Musa oğlu
Şahbaz  Musa  oğlu  Muradov  10 
avqust 
1940-cı 
ildə 
Azərbaycan 
Respublikasmm 
Laçın 
rayonunun 
Xumarta  kəndində  anadan  olmuşdur.
1953-cü 
ildə  Köhnəkənd 

illik 
məktəbini  bitirdikdən  sonra,  təhsilini 
Bakı  Kooperativ  texnikumunda  davam  etdirmiş  və  1956-cı 
ildə  həmin  texnikumunu  fərqlənmə  diplomu  ilə  bitirərək 
Azərittifaq  idarə  heyətinin  qərarı  ilə  K.Marks  adına 
Azərbaycan  Dövlət  Xalq  Təsərrüfatı  İnstitutuna  göndəril- 
mişdir.  O,  bu  təhsil  ocağma  da  imtahansız  qəbul  edilən 
Şahbaz  Muradov 
1959-cu  ildə  həmin  institut  ləğv 
edildiyindən  Azərbaycan  Dövlət  Universitetinin  iqtisadiyyat 
fakültəsində təhsilini davam etdirmişdir.
O,  Bakı  Kooperativ  Texnikumunda təhsil  aldığı  vaxtdan 
«siyasi  iqtisad»  elminə  böyük  maraq  göstərən  Şahbaz 
Muradov  hələ  Azərbaycan 
Dövlət  Xalq 
Təsərrüfatı 
İnstitutunun  1-ci  kursunda  oxuyarkən  İnstitutun  tələbə  elmi 
cəmiyyətinin  üzvü  olmuş,  Azərbaycan  Dövlət  Universite- 
tinin 3-cü kursunda oxuduğu vaxtda isə Universitetin «siyasi 
iqtisad»  kafedrasınm  müdiri, 
məşhur  iqtisadçı 
alim, 
professor  Həsən  Dadaşovla  yaxından  tanış  olmuş  və  onun 
bilavasitə  rəhbərliyi  və  köməkliyi  ilə  K.Marksm  «Kapital» 
əsərini  dərindən  öyrənməyə  və  onu  mənimsəməyə  nail 
olmuşdur.  Şahbaz Muradovun «siyasi  iqtisad»  elminə böyük 
maraq  göstərməsini  müsbət  qiymətləndirən  prof.  Həsən 
Dadaşov  onun  bu  elmin  sirlərinə  dərindən  yiyələnməsinə
52
köməklik  göstərmək  məqsədilə  o  zaman  «siyasi  iqtisad» 
kafedrasmm  ən  yaxşı  siyasi-iqtisad  müəllimlərindən  hesab 
edilən  Fəsli  Əmikişiyevə  və  Həbib  Şirinova  Şahbaz 
Muradovla məşğul olmaq və hər ayın sonunda bu barədə ona 
məlumat  vermələrini  xahiş  etmiş  və  eyni  zamanda  Şahbaz 
Muradovu həmin vaxt «siyasi iqtisad» kafedrasmın nəzdində 
yaradılmış  «siyasi  iqtisad»  dəməyinə  rəhbər  təyin  etmişdir. 
Şahbaz  Muradov  1959-1961-ci  illərdə  həmin  dəməyə 
rəhbərlik  etmiş  və  Universitetin  iqtisadiyyat,  tarix  və  hüquq 
fakültələrində  oxuyan  ən  yaxşı  tələbələri  bu  dəməyin  işinə 
fəal  iştirak  etməyə  cəlb  etmişdir.  Heç,  şübhəsiz  ki,  bütün 
bunlar  Şahbazm  gələcəkdə  yaxşı  bir  iqtisadçı  alim  kimi 
yetişməsində  az  rol 
oynamamışdır.  Təsadüfı  deyildir  ki, 
Şahbaz  Muradov  1961-ci  ildə  Azərbaycan  Dövlət  Universi- 
tetinin  İqtisadiyyat  fakültəsini  əla  qiymətlər  və  Fərqlənmə 
diplomu  ilə  bitirdikdən  sonra  prof.  Həsən  Dadaşovun 
təşəbbüsü  və  bilavasitə  köməkliyi  ilə  elmi  işə  olan  sonsuz 
həvəsi  və  marağı  nəzərə  almaraq  Azərbaycan  Elmlər 
Akademiyasınm  İqtisadiyyat  İnstitutunda  elmi  işə  göndə- 
rilmiş  və  indiyədək  burada  çalışır.  Şahbaz  Muradov  öz 
taleyini  həmişəlik  olaraq  Azərbaycanın  elm  məbədgahı 
sayılan  Elmlər  Akademiyası  ilə  və  onun  aparıcı  elmi 
mərkəzlərindən  biri  olan  İqtisadiyyat  İnstitutu  ilə  bağlamış- 
dır.  Nəzərə  alsaq  ki,  İqtisadiyyat  İnstitutu  1945-ci  ildən 
Azərbaycan  Elmlər  Akademiyasında  fəaliyyət  göstərmiş 
İqtisadiyyat  sektorunun  bazası  əsasında  1958-ci  il  aprel 
ayının  14-də yaradılmış və  Şahbaz Muradov cəmi  iki  il üç ay 
sonra,  1961-ci  il  iyul ayının  16-dan burada işləyir.
53


Öz 
taleyini 
Azərbaycanın 
elm 
məbədgahı 
olan 
Azərbaycan  Elmlər  Akademiyası  və  onun  İqtisadiyyat 
İnstitutu  ilə bağlayan  Şahbaz Muradov bütün  şüurlu həyatını 
bu  İnstitutun  divarlan  arasmda  böyük  elmi  yaradıcılıqla, 
yüksək ixtisaslı elmi kadrlar hazırlamaqla məşğul olmağa, öz 
xalqına,  vətəninə  ləyaqətlə  xidmət  etməyə  həsr  etmiş, 
yüzlərlə  elmi  əsərlər  yazmağa,  onlarca  elmlər  doktorlan  və 
elmlər namizədləri hazırlamağa nail olmuşdur.
Prof.  Ş.M.Muradov  İqtisadiyyat  İnstitutunun  ilk  əmək- 
daşlarından  biri  olaraq  onun  qabaqcıl  elm  mərkəzi  kimi 
formalaşması  və  inkişafında,  habelə  keçmiş  SSRİ-də  və 
dünyanm  bir  çox  ölkələrində  tanmmasında  böyük  əməyi  və 
əvəzolunmaz xidmətləri vardır.
Prof.  Ş.M.Muradov keçmiş  SSRİ məkanmda iqtisad elmi 
sahəsində  ən  gənc  yaşmda  doktorluq  dissertasiyası  müdafıə 
etmiş  3-4  nəfərdən və  Azərbaycanda  iqtisad  elmləri  doktoru 
alimlik  dərəcəsi  almış  ilk  10-12  nəfərdən  biri  olaraq,  çox 
gənc  ikən  öz  elmi  məktəbini  yaratmış  istedadlı  alimlər 
nəslinə  mənsub  olan  görkəmli  iqtisadçı  alimdir.  Onun 
rəhbərliyi  və  bilavasitə  köməkliyi  ilə  70  nəfərdən  çox 
namizədlik,  15  nəfərdən  çox  isə  doktorluq  dissertasiyası  işi 
yazılıb müdafıə edilmişdir.
O,  Azərbaycanda,  MDB  ölkələrində  və  başqa  xarici 
dövlətlərdə  yaşayan  35  nəfərdən  çox  adamın  namizədlik  və 
doktorluq  dissertasiya  işlərinə  rəsmi  opponentlik 
etmiş, 
onlarla  fundamental  tədqiqat  əsərlərinin,  monoqrafıya  və 
kitablann, dərsliklərin iqtisadiyyat üzrə terminlər lüğətlərinin 
elmi  redaktoru  və  rəyçisi  olmuşdur.  Onun  apardığı  başlıca 
tədqiqat  işlərinin  nəticələri  700  çap  vərəqi  həcmindən  çox
54
'
  ^
 
\
olan  300-dən  artıq  nəşr  edilmiş  monoqrafıya,  kitab,  dərslik 
və jumal məqalələrində öz əksini  tapmışdır.  Bu əsərlərin 30- 
u  iri  həcmli  monoqrafiya,  kitab  və  dərs  vəsaitlərindən 
ibarətdir.  Bu  monoqrafıyalar  arasında  “Azərbaycan  Kənd 
təsərrüfatında  qadm  əməyi  və  ondan  səmərəli  istifadə 
edilməsi  məsələləri”  Azərbaycan  SSR  Elmlər  Akademiya- 
sınm  nəşriyyatı.  Bakı,  1969,  (227  səh.);  “Azərbaycan  SSR- 
də 
əmək 
ehtiyatlanndan 
istifadənin 
ictimai-iqtisadi 
problemləri”;  Bakı,  “Elm”,  1978.  (309  səh.);  Azərbaycan 
SSR-də  qadın  əmək  ehtiyatlanndan  istifadənin  ictimai- 
iqtisadi  problemləri”  Bakı,  “Elm”  1974-cü  il  (190  səh.); 
“Azərbaycan  SSR  də  kəndin  ictimai-iqtisadi  və  demoqrafık 
inkişaf məsələləri” Bakı,  “Elm”,  1978,  (F.Abbasovla şərikli), 
195  səh.;  “Müasir  mərhələdə  demoqrafıya  siyasəti”.  Bakı, 
“Elm”  1986.  (F.Abbasovla  birlikdə).  180  səh.;  «Pa3BHraa 
əkohomhkh  coBeTCKoro  A3ep6aiiA»caHa  Ha  coBpeMeHHOM 
3Tane» 
(Kollektiv).  Bakı,  “Elm”  1980  kollektiv,  (299  səh.); 
“Azərbaycan SSR-nin əmək ehtiyatlan (nəzəri-metodoloji və 
sosial-iqtisadi  aspektlər).  Bakı,  “Elm”  1987-ci  il  (258  səh.); 
“Azərbaycan  iqtisadiyyatı  (xarici  yaşayan  Azərbaycanlılar 
üçün)”  kollektiv,  Bakı,  “Elm”  2003-cü  il,  (341  səh.);  “İnsan 
potensialı:  əsas  meyllər,  reallıqlar,  problemlər”.  Bakı,  “Elm” 
2004, 
(656 
səh.); 
«rjıo6anH3anHa 
aeMorpa(|)HHecKoe
pa3BHrae 
b
 
A3ep6aH,zpKaHe».  Bakı,  “Elm”  2007.  259  səh. 
(A.Gözəlova  və  R.Efendiyevlə  birlikdə);  “Azərbaycan 
Respublikası  əhalisinin  dinamikası  və  quruluşu:  əsas 
demoqrafık  və  etno-demoqrafık  dəyişikliklər  (1897-2007-ci 
illər);  (azərbaycan,  ingilis  və  rus  dillərində)  Bakı,  “Elm” 
2008. 
(235 
səh.) 
və 
sair 
göstərmək 
olar. 
Prof.
55


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə