Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə23/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

tərkibindəki  «Kənd  təsərrüfatınm  iqtisadiyyatı»  bölməsi 
əsasmda  Azərbaycan  Elmi-Tədqiqat  Kənd  Təsərrüfatınm 
İqtisadiyyatı  və  Təşkili  İnstitutu  təşkil  olunmuş  və 
H.Allahverdiyev  1968-ci ilədək bu  institutda baş  elmi  işçi və 
şöbə müdiri vəzifələrində çalışmışdır.
1968-ci ildə müsabiqə yolu ilə D.Bünyadzadə adına Xalq 
Təsərrüfatı İnstitutunda SSRİ xalq təsərrüfatmm iqtisadiyyatı 
və planlaşdınlması kafedrasma dosent vəzifəsinə seçilmişdir. 
O,  1972-ci  ildə  həmin  institutun  elmi  şurasmda  doktorluq 
dissertasiyasmı  müvəffəqiyyətlə  müdafıə  edərək  iqtisad 
elmləri  doktoru  elmi  dərəcəsinə  layiq  görülmüşdür.  1973-cü 
ildən  etibarən  o  institutda  SSRİ  “Xalq  təsərrüfatmın  iqtisa- 
diyyatı  və  planlaşdmlması”  kafedrasmm  müdiri  vəzifəsinə 
seçilmişdir. 
1977-ci 
ildə 
professor  vəzifəsinə 
layiq 
görülmüşdür.
SSRİ-nin  süqutu  ilə  SSRİ  xalq  təsərrüfatmm  iqtisadiy- 
yatı  və  planlaşdırılması  kafedrası  iqtisadiyyatın  dövlət 
tənzimlənməsi  kafedrası  ilə  əvəz  edilmiş  və  2006-cı  ilədək 
həmin  kafedraya  professor  H.B.Allahverdiyev  rəhbərlik 
etmişdir.  Professor H.Allahverdiyev elmi-pedaqoji və ictimai 
fəaliyyəti  səmərəli  və  geniş  şaxəlidir.  Onun  fəaliyyətinin  ən 
məhsuldar  dövrü  respublikada  aqrar  istehsalın  inkişafma  və 
xüsusilə  onun hərtərəfli  intensivləşdirilməsi  probleminə  həsr 
edilmişdir.  Aqrar  islahatlarm  həyata  keçirilməsində  və 
bütövlükdə  respublikada  bazar  iqtisadiyyatınm  formalaş- 
dırılması,  inkişafı  və  tənzimlənməsi  sahəsində  çalışan  ən 
məhsuldar  alimlərdən  biri  hesab  edilir.  İndiyədək  450  çap 
vərəqindən  çox  nəşr  edilmiş  elmi  əsərlərin,  o  cümlədən  25 
adda monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifıdir.
94
* —  ^
Professor  H.Allahverdiyevin  rəhbərliyi  və  iştirakı  ilə 
respublikamızda  ilk  dəfə  olaraq  Azərbaycan  dilində  «SSRİ 
xalq 
təsərrüfatmm 
iqtisadiyyatı 
və 
planlaşdınlması», 
«Qiymət  və  qiymətlərin  əmələ  gəlməsi»,  «İqtisadi  və  sosial 
proqnozlaşdırılmanm  əsasları»,  «Sosial  inkişafm  planlaş- 
dırılması, «Azərbaycan kəndinin  sosial inkişafı» və s.  dərslik 
və  dərs  vəsaitləri  hazırlanaraq  nəşr  edilmişdir.  Onun bir  sıra 
elmi  əsərləri  və  monoqrafıyaları  Moskva,  Sankt-Peterburq, 
Kiyev, Xarkov.  Minsk və s.  şəhərlərdə dərc edilmişdir.
H.Allahverdiyev  m üxtəlif  illərdə  Moskvada,  Sankt- 
Peterburqda,  Kiyevdə,  Minskdə,  Daşkənddə,  Tbilisidə, 
Yerevanda və  digər mərkəzi  şəhərlərdə konfranslarda  iştirak 
etməklə  yanaşı,  respublikada  iqtisadiyyatm  aktual  proble- 
minə  dair məruzə  və  çıxışlar  etmişdir.  Respublikada  yüksək 
ixtisaslı  iqtisadçı  kadrların  hazırlanmasmda  da  uğurlu 
məktəb  yaratmağa  nail  ola  bilmişdir.  Onun  elmi  rəhbərliyi 
altmda  60-dan  çox  azərbaycan  və  xarici  ölkə  vətəndaşları 
iqtisad  elmləri  namizədi 
elmi  dərəcəsi  almışdır.  4  nəfər 
iqtisad elmləri  doktorluq dissertasiya işinə məsləhətçi  olmuş, 
70-dən  çox  namizədlik.  12-dək  doktorluq  dissertasiyasına 
rəsmi  opponentlik  etmişdir.  H.  Allahverdiyev  2008  -   ci 
ilədək  Azərbaycan  Dövlət  İqtisad  Universitetində  Böyük 
Elmi  Şuranın  namizədlik  və  doktorluq  dissertasiyasınm 
müdafıəsi üzrə üzvü olmuşdur.
Həsən  müəllim,  sözün  əsl  mənasında,  ən  fəal,  səmimi 
ictimaiyyətçilərdəndir.  O,  YAP-ın  ən  fəal  iştirakçılarmdan 
biridir.  O,  YAP  Səbail  rayonu  siyasi  şurasının  üzvüdür.
1993-cü  ildə  Azərbaycan  Dövlət  İqtisad  Universitetində 
YAP-ın  ilk  ərazi  təşkilatmı  yaratmış  və  ona  2006-cı  ilədək
95


* —  \
şərəflə  rəhbərlik  etmişdir.  O,  2010-cu  il  mart  ayının  10-da 
Yeni Azərbaycan Partiyası  Səbail  Rayon Təşkilatı tərəfındən 
partiyanm  həyatındakı  fəaliyyəti  və  anadan  olmasınm  75 
illiyi  münasibətilə  təltif  edilmişdir.  YAP-ın  I,  II  və  III 
qurultaylarına nümayəndə seçilmişdir.
Hazırda  Azərbaycan  Dövlət  İqtisad  Universitetində 
iqtisadiyyatm  tənzimlənməsi  kafedrasmda  professor  vəzifə- 
sində  çalışır.  «İqtisad  elmləri:  nəzəriyyə  və  praktika», 
«İqtisadiyyat  və  audit»  elmi-praktik  aylıq  jum ahnda 
redaksiya  heyətinin  ən  fəal  üzvlərindən  biridir.  Mərkəzi  və 
dövri  mətbuatda  bazar  iqtisadiyyatınm  aktual  problemlərinə 
dair ardıcıl elmi məqalələrdə çıxışlar edir.
Həsən müəllim öz  çıxışmda dəfələrlə  qeyd  edir ki,  insan 
ömrünün  dəyəri  onun  çox  yaşamasında  deyil,  necə  yaşa- 
masmdadır.  Həsən  müəllim  çox  zəngin  həyat  məktəbi 
keçmişdir.  O,  milləti üçün  olduqca xeyirxah  işlər görən,  çox 
sadə,  daim  öz  üzərində  çalışan,  axtarışlarda  olan  faydalı  bir 
şəxsiyyət  kimi  tanımr.  Həsən  müəllimin  tələbələri,  onu 
yaxından  tanıyan  həmkarları  bu  insanın  kim  olmasına 
birmənalı cavab verməkdə heç bir çətinlik çəkmədən deyirlər 
ki,  o  Azərbaycan  iqtisadiyyatına  öz  töhfəsini  verən  iqtisadçı 
alim 
kimi 
yüksəkixtisaslı 
kadrlann 
hazırlanmasında 
yomlmadan  çalışan  fədakar  müəllim,  dövlətinə,  xalqına 
şərəflə  xidmət  edən  əsl  vətəndaş  kimi  tanınır.  Professor 
H.Allahverdiyevə  qarşı  bu  münasibət  onun prinsipial  olması 
ilə  yanaşı,  yüksək  tədris  intizamına  riayət  etməsi,  tələbələrə 
və  müəllim  kollektivinə  qarşı  yüksək  həssashq  və 
mehribanlıq  göstərilməsi  ilə  bağlıdır.  Respublika  Təhsil
96
Nazirliyi  onun  bu  göstəricilərinə  yüksək  qiymət  vermişdir. 
0, nazirliyin fəxri fərmanma layiq görülmüşdür.
Həsən  müəllim  özünəməxsus  iş  üslubu  həm  kafedra, 
həm  də  fakultə  miqyasında  özünü  daha  qabanq  göstər- 
məkdədir.  Belə  sistemli  iş  üslubu  gələcək  mütəxəssislərə 
göstərilən  xeyirxahlığın,  vətənə  ləyaqətlə  xidmətin,  nəticədə 
iqtisadçı  kadrlann  hazırlıq  səviyyəsinin  yüksəldilməsinə 
göstərilən  qayğınm  bəhrəsidir.  Həsən  müəllim  iqtisad  elmi 
ilə  yanaşı,  bədii  ədəbiyyatı  da  çox  sevir.  O,  sözündə  və 
əməlində 
bütöv, 
ədalətli 
bir 
şəxsdir. 
Dövlətimiz
H.Allahverdiyevin  elmi-pedaqoji  və  ictimai  fəaliyyətinə 
yüksək  qiymət  vermişdir.  O.  1989-cu  ildə  «Əmək  veteranı» 
medalı, 2002-ci ildə isə «Şöhrət» ordeni ilə təltif edilmişdir.
97


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə