Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə26/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

Balayev Rəsul Ənvər oğlu
Rəsul  Ənvər  oğlu  Balayev  1956-cı 
ildə 
İsmayıllı 
rayonunun 
Lahıc 
qəsəbəsində  müəllim  ailəsində  anadan 
olmuş, 
1978-ci  ildə  D.Bünyadzadə 
adına  Azərbaycan  Xalq  Təsərrüfatı 
İnstitutunu 
“İqtisadi 
məlumatlann 
mexaniki  üsulla  işlənməsinin  təşkili” 
ixtisası  üzrə  fərqlənmə  diplomu  ilə  bitirmiş,  1978-1981-ci 
illərdə  Ümumittifaq 
Elmi-Tədqiqat  Layihə-Texnoloji 
İnstitutunun Azərbaycan fılialında işləmiş və ordu sıralannda 
xidmət etmişdir.
1981-1984-cü  illərdə  D.Bünyadzadə  adına  Azərbaycan 
Xalq  Təsərrüfatı  İnstitutunun  əyani  aspiranturasında  təhsil 
almış, 1987-ci  ildə Azərbaycan  EA  Kibemetika  İnstitutunun
İxtisaslaşdınlmış  Şurasında 
“Şəhərətrafı 
aqrar-sənaye
kompleksinin  istehsal  strukturunun  optimallaşdınlması” 
mövzusunda 
08.00.13- 
“İqtisadi 
tədqiqatlarda, 
xalq 
təsərrüfatı  və  onun  sahələrinin  planlaşdmlması  və  idarə 
edilməsində  riyazi  üsullann  və  hesablama  texnikasının 
tətbiqi”  ixtisası  üzrə  dissertasiya  müdafıə  edərək  iqtisad 
elmləri namizədi alimlik dərəcəsi almışdır.
1985-1989-cu  illərdə  D.Bünyadzadə  adına  AzXTİ-də 
elmi  işçi,  həmin  institut  Leninqrad  Maliyyə-İqtisad  İnstitu- 
tunun  Bakı  fılialına  çevrildikdən  sonra  (1989-cu  il)  bu 
fılialda,  daha  sonra  Azərbaycan  Dövlət  İqtisad  Universite- 
tində 
müəllim, 
baş 
müəllim, 
dosent, 
professor  və 
“İnformatika”  kafedrasınm  müdiri  vəzifəsində  çalışmışdır.
106

Hazırda  pedaqoji  fəaliyyətini  davam  etdirir  və  əvəzçiliklə 
həmin universitetin professorudur.
2001-ci  ildə  Bakı  Dövlət  Universitetinin  İxtisaslaşdı- 
nlmış  Şurasında  “Urbanizasiya  zonalannın  ərzaq  problemi” 
mövzusunda  08.00.05- “Xalq təsərrüfatı və onun sahələrinin 
iqtisadiyyatı,  planlaşdınlması  və  idarə  edilməsinin  təşkili” 
ixtisası  üzrə  dissertasiya  müdafıə  edərək  iqtisad  elmləri 
doktoru  elmi  dərəcəsi  almışdır. 
Elmi  tədqiqatları  aqrar 
iqtisadiyyat və urbanizasiya,  iqtisadi-riyazi üsullar və müasir 
informasiya  texnologiyalannın  tətbiqi  problemlərinə  həsr 
olunmuşdur.
2011-ci  ilin  may  ayından  Azərbaycan  Elmi  Tədqiqat 
Kənd  Təsərrüfatmm  İqtisadiyatı  və  Təşkili  İnstitutunun 
Beynəlxalq elmi əlaqələr və informasiya texnologiyalan üzrə 
direktor müavinidir.  Rəhbərliyi  və  bilavasitə  iştirakı  ilə  ölkə 
ərazisini  əhatə  edəcək  fermer  təsərrüfatları  məlumatlarının 
monitorinqi sistemi qurulur.
Beynəlxalq  və  respublika  səviyyəsində  keçirilmiş 
simpozium,  konfrans  və  seminarlarda  məruzələr  etmişdir. 
Ölkədə  və  xaricdə  nəşr  olunmuş  100-ə  yaxm  elmi  əsərin,  o 
cümlədən  4  monoqraflyanın  müəllifıdir.  Əsas  əsərləri: 
“Urbanizasiya  şəraitində  ərzaq  problemi  və  aqrar-sənaye 
istehsalınm  modelləşdirilməsi”.  Bakı,  ADİİ,  1996,  150  s., 
“Urbanizasiya  zonalannm  ərzaq  problemi”  Bakı,  “Azər- 
nəşr”,  1998,  167  s.,  “Müasir  mərhələdə  Azərbaycanda  yeni 
iqtisadi  sistemə  keçidin  qanunauyğunluqlan  və  problemləri 
(kollektiv  monoqrafıya).  Bakı,  “Elm”,  1998,  “Urbanizasiya: 
şəhər  iqtisadiyyatı  və  ərzaq  problemi.”Bakı,  “Elm”,  2007, 
295  s.
107


Professor  R.Balayevin  rəhbərliyi  ilə  7  namizədlik  və  1 
doktorluq  dissertasiyası  müdafıə  olunmuşdur  10  -   dan  artıq 
namizədlik  və 
doktorluq  dissertasiyasına  opponentlik 
etmişdir.  Elmi  jum allann  redaksiya  heyətinin,  Azərbaycan 
Jumalistlər Birliyinin üzvüdür.  Elmi  axtanşlan  barədə  dövri 
mətbuatda,  radio  və  televiziyada  müntəzəm  məlumat  verir. 
Azərbaycan, 
ingilis  və  ms  dillərində  onlarla  qəzet 
məqaləsində  aktual  sosial-iqtisadi  problemlərə  münasibət 
bildirmişdir.
108
Cahangirov Əli Dadaş oğlu
Əli  Dadaş  oğlu  Cahangirov  1934-cü 
ildə 
Saatlı 
rayonunun 
Əlisoltanlı 
kəndində anadan olmuşdur.
1950-ci  ildə  Əlisoltanlı  kənd  orta 
məktəbini,  dörd  il  sonra  isə  Azərbaycan 
Xalq  Təsərrüfatı  İnstitutunu  fərqlənmə 
diplomu ilə bitirmişdir.  Azərbaycan  SSR 
Elmlər  Akademiyasınm  iqtisadiyyat  bölməsində  aspirant 
olduğu  vaxt  Muğan-Salyan  zonasmda  kənd  təsərrüfatı 
istehsalınm  əsas  inkişaf problemlərini  tədqiq  etmiş,  1959-cu 
ildə  namizədlik,  1972-ci  ildə  isə  Tbilisi  şəhərində  doktorluq 
dissertasiyasmı böyük müvəffəqiyyətlə müdafıə etmişdir.
Elmi 
dairələrdə  Əli 
Cahangirovun 
imzası 
yaxşı 
məlumdur. 
İqtisad 
elmləri 
doktom, 
professor 
Ə.D.Cahangirov  1962-1968-ci  illərdə  Azərbaycan  SSR 
Elmi-Tədqiqat  Kənd  Təsərrüfatmm  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda  Elmi  işlər  üzrə  direktor  müavini,  1968-1972-ci 
illərdə  Azərbaycan  Kommunist  Partiyası  MK-da  məsul 
vəzifələrdə  çalışmış, 
1972-1977-ci  illərdə  Azərbaycan 
Dövlət  Plan  Komitəsinin  İqtisadiyyat  İnstitutunda  baş  elmi 
işçi işləmişdir.
1977-ci  ildən  isə  Moskvada  Ümumittifaq  Elmi  Tədqiqat 
Kənd  Təsərrüfatı  İnstitutunda  şöbə  müdiri  vəzifəsinə  təyin 
edilmişdir.  1984-cü ildən  isə elmi  işlər üzrə direktor müavini 
seçilmişdir.  1981-ci  ildən  institut partiya təşkilatına rəhbərlik 
etmişdir.
109


Əli  Cahangirov  Moskvada  işbdiyi  dövrdə  Azərbaycan 
xalqınm  müstəqilliyi  və  fıravanlığı  üçün  həmişə  səylə 
çalışmışdır. O, xalqını və millətini sevən bir insan idi.
Azərbaycanda  işlədiyi  illərdə  respublika  üçün  31  nəfər 
iqtisad elmləri namizədi hazırlamışdır.
Ümumilikdə  31  nəfər  elmlər  namizədi,  4  nəfər  elmlər 
doktoru hazırlamışdır.
Moskvada  işlədiyi  dövrdə  təkcə  keçmiş  SSR-də  deyil, 
həmçinin  Çexoslovakiyada,  Bolqanstanda,  Polşada  bir  sıra 
kitablan,  elmi  məqalələri  və  metodik  tövsiyələri  çapdan 
çıxmışdır.  Çexoslovakiyada,  Macarıstanda,  Monqolustanda, 
Bolqarıstanda,  ADR-də,  Polşada,  Rummiyada,  Yuqosla- 
viyada  aqrar  siyasətin  əsas  istiqamətləri  mövzusunda  ardıcıl 
mühazirələr oxumuşdur.
Ə.D.Cahangirov  1991-ci  ildə  yenidən  Azərbaycana 
qayıtmışdır. 
Ə.D.Cahangirov 
1991-1992-ci 
illərdə 
Azərbaycan  Respublikası  Prezident  Aparatmda  İqtisadiyyat 
məsələləri  üzrə  Dövlət  Müşaviri  vəzifəsində  çalışmışdır. 
İqtisadiyyat  üzrə  görkəmli  alim,  gözəl  insan,  iqtisad  elmlər 
doktoru,  professor  Əli  Cahangirovun  rəhbərliyi  altında  35 
nəfər 
iqtisad 
elmləri 
namizədi 
və 
elmlər 
doktoru 
hazırlamışdır.
Böyük  alim,  qayğıkeş  insan,  elmlər  doktoru,  professor 
Əli  Cahangirov  uzun  sürən  xəstəlikdən  sonra  27  dekabr
1996-cı ildə ömrünün 62-ci  ilində vəfat etmişdir.  Onun qəbri 
Bakı şəhərindədir.
O, 
gözəl  ailə  başçısı  idi.  3  övladı,  4  nəvəsi  vardır.  Allah 
Əli müəllimə rəhmət eləsin, qəbri nurla dolsun.
110
Cəbrayılov Şakir Əbiş oğlu
■  
Cəbrayılov Şakir Əbiş oğlu  1941-ci
ildə Bakı şəhərində anadan olmuşdur.
L  
'tZ İ  A  
1960-cı  ildə  Bakı  şəhərinin 220  JN
2
-Iİ
PP
  -...orta  məktəbini  bitimıişdir.  Həmin  il
Azərbaycan 
Dövlət 
Universitetinin 
H  

  “Mexanika-riyaziyyat” 
fakültəsinin
■  
axşam  şöbəsinə  daxil  olmuşdur.  Əmək
fəaliyyətinə  1960-cı  ilin  sentyabr  aymda  Bakı  Tökmə- 
Qablaşdırma 
zavodunda 
çilingər 
şagirdi 
vəzifəsində 
işləməklə  başlamışdır.  Azərbaycan  Dövlət  Universitetini
1968-ci  ildə bitirdikdən sonra bir müddət Bakı  şəhərinin 234 
N°-li  orta  məktəbində  fızika-riyaziyyat  müəllimi  işləmişdir. 
Ş.  Ə.  Cəbrayılov  öz  elmi  fəaliyyətinə  1969-cu  ilin  aprel 
ayında  Az.ETKTİ  və  Tİ-də  kiçik  elmi  işçi  vəzifəsində 
işləməklə  başlamışdır.  1970-ci  ildə  institutun  əyani  aspiran- 
turasına  daxil  olub  Moskva  şəhərinə  ezam  olunmuşdur.
1973-cü  ildə  Ümumittifaq  Elmi  Tədqiqat  Kibemetika 
İnstitutunda  öz  elmi  işini  başa  çatdırıb  həmin  ildə 
M.L.Lomonosov  adına  Moskva  Dövlət  Universitetində 
"Kənd  təsərrüfatı  məhsullan  istehsalınm  zonadaxili  inkişafı 
və 
yerləşdirilməsinin 
iqtisadi-riyazi 
modelləşməsi" 
mövzusunda  namizədlik  dissertasiyasını  müdafıə  etmişdir. 
Namizədlik  dissertasiyası  müdafıə  etdikdən  sonra  bir 
müddət  Az.ETKTİ  və  Tİ-də  kiçik  elmi  işçi  və  böyük  elmi 
işçi  vəzifələrində  çalışmışdır.  1975-ci  ildə  Azərbaycan  SSR 
Dövlət  Plan  Komitəsi  yanında  ETİİ-də  bölmə  rəisi 
vəzifəsinə  təyin  edilmişdir.  Həmin  institutda  işlədiyi  zaman
111


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə