Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə34/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   30   31   32   33   34   35   36   37   ...   66

Əlirzayev Əli Qənbərəli oğlu
1945-ci  il  təvəllüdlü,  iqtisad  elmləri 
doktoru,  professor,  Azərbaycan  Dövlət 
İqtisad  Universitetinin  "Sosial  sahələrin 
iqtisadiyyatı 
və 
idarə 
olunması" 
kafedrasınm 
müdiri, 
Əlirzayev 
Əli 
Qənbərəli  oğlu  1968-ci  ildə  Azərbaycan 
Politexnik İnstitutunu bitirmişdir.
Ə.Əlirzayev 
1970-1973-cü 
illərdə 
Azərbaycan  SSR  EA-nm  İqtisadiyyat  İnstitutunun  Moskva 
şəhərində  SSRİ  EA-nın  Mərkəzi  İqtisadi  Riyaziyyat 
İnstitutunun  (MİRİ)  məqsədli  aspirantı  olmuşdur.  1973-cü 
ildə  həmin  institutda  iqtisad  elmləri  namizədi  elmi  dərəcəsi 
almaq  üçün  dissertasiya  müdafıə  etmişdir.  1973-1986-cı 
illərdə  Azərbaycan  SSR  EA-nın  İqtisadiyyat  İnstitutunda 
kiçik  elmi  işçi,  baş  elmi  işçi,  1980-ci  ildən  isə  yeni  şöbə 
yaradaraq onun müdiri  işləmişdir.
1978-1980-ci 
illərdə  Moskva  şəhərində  doktorluq 
dissertasiyası  müdafiəsi  üçün  Mərkəzi  İqtisadi  Riyaziyyat 
İnstitutunda  elmi  iş  aparmış  və  nəticələrini  1985-ci  ildə 
həmin  institutda  iqtisad  elmləri  doktoru  elmi  dərəcəsi  almaq 
üçün müdafıə etmişdir.
1986-1989-cu 
ildən  Azərbaycan  Xalq 
Təsərrüfatı 
İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur.
1991-1993-cü  illərdə  Naxçıvan  Dövlət  Universitetinin 
İqtisadiyyat və idarəetmə kafedrasınm müdiri işləmişdir.
Ə.  Əlirzayev  Moskva  EA-nın  elmi  məktəbini  keçmiş, 
Mərkəzi-İqtisadi  Riyaziyyat  İnstitutunda  10  ilə  yaxın
142
müştərək  elmi  işlər  apararaq,  həm  namizədlik,  həm  də 
doktorluq dissertasiyasım müdafıə etmiş, ilk dəfə olaraq gəlir 
və  istehlak  balanslannm  region  üzrə  metodologiyasını 
yaratmış  və  elmi  işlərinin  nəticələri  Moskvanm  "Nauka" 
nəşriyyatmda  "flHcJx^epemiHpoBaHHbiH  SajıaHc  ^
oxo
^
ob
 
h
 
noTpeÖJieHHH"  nəşr  olunan  monoqrafiyasmda  və  dörd 
metodik  vəsaitdə  çap  olunmuşdur.  Onun  elmi  nəticələri 
1980-1985-ci  illər  ərzində  SSRİ  EA-nın  elmi  katibinin 
məruzəsinə daxil olmuşdur.
1986-2005-ci  illərdə  Sosial-iqtisadi  inkişaf proqrammın 
tərtibində  iştirak  etmiş,  Sosial  inkişaf  və  həyat  səviyyəsi 
bölməsinin həmsədri və əsas tədqiqatçısı olmuşdur.
Respublikanm  sosial  inkişafı,  həyat  səviyyəsi,  bazar 
münasibətləri 
şəraitində 
islahatlann 
nəzəri-metodoloji 
problemləri,  riyazi-iqtisadi  metodlar,  bazar  iqtisadiyyatında 
dövlət  tənzimlənməsi  sahəsində  Ə.  Əlirzayevin  əsaslı 
tədqiqatları  vardır.  Sosial  tədqiqatlann  regional  cəhətləri, 
metodları  və  mexanizmləri  sahəsində  konkret  təkliflər 
respublikanın 
qanunverici 
bazasınm 
yaradılmasında, 
konseptual  inkişaf  istiqamətlərinin  hazırlanmasında  istifadə 
olunur.  Onun  rəhbərliyi  ilə  dövlət  planmda  olan  elmi- 
tədqiqat  istiqamətləri,  mövzuları  işlənmiş,  monoqrafık 
kitablar nəşr olunmuşdur.
Ə.Əlirzayev  300-ə  yaxın  elmi  əsərin,  o  cümlədən  bir 
neçə  monoqrafıyanm,  elmi  məqalə  və  tezislərin,  150  qəzet 
məqaləsinin  müəllifıdir.  20  aspiranta  rəhbərlik  etmiş,  2 
elmlər  doktoru  yetişdirmiş,  30-a  qədər  dissertasiyanm 
opponenti  olmuşdur.  Respublikada  iqtisadiyyat  sahəsində 
müdafıə 
elmi 
şuralarmm 
üzvüdür. 
Ali 
Attestasiya
143


Komissiyasınm (AAK) İqtisadiyyat və hüquq komissiyasmm 
üzvü olmuşdur.
Ə.  Əlirzayevin  əsərbrindən  2  monoqrafıya,  4  metodik 
vəsait  Moskva  alimləri  ilə  Mərkəzi  İqtisadi  Riyaziyyat 
İnstitutunda  hazırlanmış  və  nəşr  olunmuşdur.  Son  illərdə 
nəşr  etdiyi  "İqtisadi  və  sosial  idarəetmə",  "Bazar  iqtisa- 
diyyatı: 
metodoloji  prinsiplər  və  qanunauyğunluqlar",
"İqtisadiyyatm dövlət tənzimlənməsinin normativ  əsaslan və 
metodologiyası",  "H.  Əliyev  və  Azərbaycan  iqtisadiyyatı", 
"B3aHMOCBH3t  couHanbHbix 
h
  ƏKOHOMHHecKHx  npoueccoB: 
MeTo^ojıoriM 
MoaenHpoBaHHa 
h
 
nporao3HpoBaHH5i", 
"CoHHajILHO-ƏKOHOMHHeCKHe 
npOÖJieMbl 
pa3BHTH3 
a3ep6aHfl^KaHCKoro  cejıa",  "İqtisadi  artım  və  maddi  rifah" 
monoqrafıyalan  respublikada  elmin  inkişafmda,  tədris 
prosesində mühüm rol oynayır.
Ə.Əlirzayev  1-ci  və  2-ci  çağınş  Azərbaycan  Respub- 
likası  Milli  Məclisinə 
deputat  seçilmiş 
Milli  Məclisin 
iqtisadiyyat  üzrə  daimi  komissiyanm  sədr  müavini  kimi 
fəaliyyət  göstərmiş  və  iqtisadi  qanunlann  işlənməsində, 
müzakirəsində  və  təsdiqində  fəal  iştirak  etmişdir.  Onun 
yüksək  elmi  potensialı,  idarəetmə  təcrübəsi  və  praqmatik 
fıkirləri 
iqtisadi 
qanunlarm 
eimi 
əsasını 
daha 
da 
möhkəmləndirmiş.  Respublikanm  iqtisadi  inkişaf meyillərini 
elmi  əsaslarla  qiymətləndirmək  və  apanlan  islahatlann 
hüquqi-təşkilati 
mexanizmlərini 
təkmilbşdirmək 
üçün 
təkliflər  vermişdir.  Dövlət  qarşısında  xidmətləri  nəzərə 
alınaraq  ona  2002  -  ci  ildə  “Əməkdar  elm  xadimi”  fəxri  adı 
verilmişdir.
144
1999-cu  ildə  o,  7,0  ç.v.  həcmində  Azərbaycan  iqtisadiy- 
yatının 
inkişaf  konsepsiyası 
və 
proqrammı 
işləyib 
monoqrafıya  formasında  tətbiq  üçün  müvafıq  orqanlara 
təqdim  etmişdir.  Ə.Əlirzayev  bir  sıra  beynəlxalq  səviyyəli 
konfranslarda  Azərbaycan  iqtisadiyyatınm  keçid  şəraitində 
mövcud  durumu  və  perspektivləri,  problemləri  haqqında 
çıxışlar etmişdir.
O,  Moskvada  nəşr  olunan  beynəlxalq  iqtisadi  elmi 
jum alın  -"ƏKOHOMHKa 
h
  oömecTBo"  redaksiya  heyətinin 
üzvüdür.  Azərbaycan  Respublikasmda elm,  təhsil və  iqtisadi 
təşkilati  idarəetmə  stmkturlannm  elmi  məsləhətçisidir. 
"Audit"  jumalınm,  "Odlar  Yurdu"  Universitetinin  xəbərlər 
məcmuəsinin  redaksiya  heyətinin  üzvüdür.  Azərbaycan 
Sahibkarlar  Assosiasiyasmın  elmi  məsləhətçisi,  Azərbaycan 
Milli  Elmlər  Akademiyasınm  Rəyasət  heyətində  iqtisadi 
problemlərin müzakirəsinin iştirakçısı, özəl təhsilin təşkilinin 
məsləhətçisidir.
“Nehrəm”  və  “Nehrəm  uşaqlan”  tarixi-publisistik 
kitablannın  müəllifı  Ə.Əlirzayev  40-a  yaxın  xarici  ölkədə 
olmuşdur.  Yeni  Azərbaycan  Partiyası  Siyasi  Şuranın  üzvü- 
dür.  2002-ci  ildə  “Uğur”  mükafatına layiq  görülmüş,  bir sıra 
beynəlxalq  konfranslarm  sertifıkatlan  ilə  təltif  olunmuş  və 
Qaradəniz  İqtisadi  Əməkdaşlıq  Təşkilatı  Parlamentlərarası 
Assembleyasınm 8 il üzvü olmuşdur.
Evlidir. Üç övladı və dörd nəvəsi vardır.
145


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə