Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə35/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

Qarayev İslam Şamil oğlu
İslam  Şamil  oğlu Qarayev  1940-cı 
ildə  anadan  olmuşdur.  1961-ci  ildə 
Azərbaycan 
Dövlət 
Universitetinin 
“İqtisadiyyat” 
fakültəsini 
bitirmişdir.
1962-63-cü illərdə Azərbaycan  SSR EA- 
nın  İqtisadiyyat  İnstitutunda  kiçik  elmi 
işçi  işləmiş  və  1963-1966-cı  illərdə 
Moskvada  SSRİ  EA-nm  İqtisadiyyat 
İnstitutunda  aspirant  olmuşdur.  1966-cı  ildə  namizədlik, 
1983-cü  ildə  isə  doktorluq  dissertasiyası  müdafıə  etmişdir.
1985-ci  ildən professordur.  1968-1977-ci  illərdə Azərbaycan 
Dövlət  Plan  Komitəsinin  İqtisadiyyat  İnstitutunda  bölmə  və 
şöbə  müdiri,  1977-1987-ci  illərdə  isə  Azərbaycan  Dövlət 
Pedaqoji 
İnstitutunda 
dosent, 
professor 
vəzifələrində 
çalışmışdır.  1987-1992-ci  illərdə  Azərbaycan  Dövlət  Xarici 
Dillər  İnstitutunda  "Siyasi  iqtisad"  kafedrasmm  müdiri 
olmuşdur.
1992-1994-cü  illərdə  Azərbaycan  Dövlət  İqtisad 
Universitetinin  prorektoru  olmuş,  1994-cü  ildən  2000-ci  ilin 
mayınadək həmin institutun rektoru vəzifəsini icra etmişdir.
Professor  İ.Qarayev  280  ç.  v.  həcmində  170-dən  çox 
elmi  əsərin,  o  cümlədən,  10  monoqrafıyanm,  dərslik və  dərs 
vəsaitlərinin  müəllifıdir. 
"İctimai 
istehsalın  ixtisaslaş- 
dırılması  və  kompleks  inkişafmın  iqtisadi  problemləri", 
"Azərbaycanda 
aqrar 
sənaye 
inteqrasiyasınm 
inkişaf 
problemləri",  "Azərbaycanm  dağ  və  dağətəyi  rayonlarında 
ictimai  istehsahn  ixtisaslaşdırılması  məsələləri",  "Bazar
146
iqtisadiyyatı  şəraitində  qiymətlərin  formalaşmasının  elmi 
əsasları",  "Ümumi  iqtisadi  nəzəriyyə",  "İqtisadi  nəzəriyyə" 
(dərsliklər 
müəlliflər 
kollektivi 
tərəfındən 
birgə 
hazırlanmışdır), 
"Milli 
iqtisadiyyatımızm 
formalaşma 
istiqamətləri", 
"Milli 
iqtisadiyyatımız 
necə 
formalaş- 
malıdır?",  "Milli  iqtisadiyyat:  problemlər,  mülahizələr", 
"Dünya  bazar  qiymətləri",  "Qiymətin  əmələ  gəlməsi", 
"Qiymət  və  qiymətqoyma",  "Aqrar  bazarın  formalaş- 
dınlmasının  iqtisadi  problemləri"  (müştərək)  kitablan  və 
əsərləri  məhz  bu  qəbildəndir.  Professor  İ.Qarayev  Moskva 
və Azərbaycan  akademik  iqtisadi  məktəbinin  yetirməsi  olub, 
müasir  Azərbaycan  iqtisad  elminin  inkişafında  xüsusi  yeri 
olan  iqtisadçı  alimlərdəndir.  O,  Azərbaycan  milli  iqtisadiy- 
yatının  formalaşma  prinsipləri  və  istiqamətləri,  onun  nəzəri, 
metodoloji  və  praktiki  məsələlərinin  tədqiqi  sahəsində  geniş 
elmi  araşdırmalar  aparmış  və  xalq  təsərrüfatı  əhəmiyyətli 
konkret elmi  tövsiyə və təkliflər vermişdir.  O  bu  istiqamətdə 
işlərini bu gün də davam etdirir.
Professor  İ.  Qarayev  Azərbaycan  iqtisadiyyatının 
bazar  iqtisadiyyatınm  şərtləri  əsasında  yenidən  formalaş- 
masının  elmi  əsaslandırılmış  modelini  işləyib  hazırlayan, 
iqtisadi  islahatlarm  hazırlanması  və  həyata  keçirilməsində 
xüsusi  yeri olan  iqtisadçı  alimlərdən biridir.  Milli  dəyərlər və 
geniş  miqyasda  beynəlxalq  iqtisadi  inteqrasiyaya  qoşulmaq 
tələbləri 
əsasında 
müstəqil 
iqtisadiyyatımızın 
inkişaf 
proqramının  işlənib  hazırlanması,  onun  yeni  strukturunun 
müəyyənləşdirilməsi  və  məhsuldar  qüvvələrin  ölkədaxili 
kompleks 
inkişafınm 
tədqiqi 
sahəsində 
İ.Qarayevin 
xidmətləri  böyükdür.  O,  ölkədə  məhsuldar  qüwələrin
147


inkişafı  və  yerləşdirilməsi  üzrə  perspektiv  proqnozlaşdırma 
sahəsində  apanlan  fundamental tədqiqatlann müəlliflərindən 
biridir.  Bundan  əlavə,  silsilə  xarakterli  elmi-publisistik 
məqalələri  ilə  o,  Azərbaycanm  müstəqilliyi  və  dövlətçiliyi 
yolunda bir iqtisadçı alim kimi çox iş görmüşdür.
O,  neçə-neçə  beynəlxalq  və  respublika  səviyyəli 
simpoziumlarda,  konfranslarda,  elmi  məclislərdə  iştirak 
edərək,  xalqımızı,  Azərbaycan  iqtisad  elmini  məruzə  və 
çıxışları  ilə  layiqincə  təmsil  etmiş  və  bu  sahədə  fəaliyyətini 
davam  etdirir.  Azərbaycan  Dövlət  İqtisad  Universitetində 
fəaliyyət  göstərən  İxtisaslaşdmlmış  Elmi  Şuranm  həmsədri 
olan  İ.Qarayev  bir neçə  doktorluq  dissertasiyası  üzrə  xüsusi 
İxtisaslaşdmlmış  Elmi  Şuranın  sədri  olmuşdur.  Onun  elmi 
rəhbərliyi  altmda  onlarca  elmlər  namizədi  hazırlanmış  və 
hazırlanmaqdadır.  20-dən  çox  namizədlik  və  doktorluq 
dissertasiyalan  üzrə  istər  ölkə  daxilində,  istərsə  də  MDB 
ölkələrində rəsmi  opponent olmuşdur.  Professor İ.Qarayev  6 
ildən  yuxan  Azərbaycan  iqtisad  məktəbinin  mərkəzi  və 
böyük  ali  təhsil  ocağı  olan  Azərbaycan  Dövlət  İqtisad 
İnstitutuna  rəhbərlik  etmiş  və  beynəlxalq  standartlara  cavab 
verən  yüksək  səviyyəli  iqtisadçı  kadr  hazırlığı  sahəsində 
səmərəli fəaliyyət göstərmişdir.
İ.Qarayevin  elmi  fəaliyyəti  təkcə  respublikada  deyil, 
onun  hüdudlarmdan kənarda,  beynəlxalq  səviyyədə tanmmış 
və  yüksək  qiymətləndirilmişdir.  0,1998-ci  ilin  iyul  ayında 
ABŞ-ın  Nyu-York  Elmlər  Akademiyasınm  həqiqi  üzvü 
seçilmişdir.
Professor  İ.Qarayevin  rəhbərliyi  altında  Azərbaycan 
Dövlət  İqtisad  İnstitutu  xarici  əlaqələrini  genişləndirmiş  və
148
beynəlxalq proqramlarda (TASİS, TEMPUS) iştirak etmişdir 
və  bu  gün  də  edir.  Avropa  Birliyinin  TASİS  proqramı 
çərçivəsində  Amsterdam  Universitetinin  köməyilə  institutda 
MVA  (biznesdə  idarəetmə)  ixtisası  üzrə  magistratura 
yaradılmış  və  bu  sahə  üzrə  magistrlərin  ilk  buraxılışı 
olmuşdur,  TEMPUS 
proqramı  çərçivəsində  institutun 
Fransanın,  İspaniyanm,  Almaniyanm  universitetləri  ilə 
əlaqələri 
yaradılmışdır. 
Bu 
universitetlərin 
köməyilə 
institutda 
tədris 
prosesinin 
təkmilləşdirilməsi, 
onun 
beynəlxalq  standartlar  səviyyəsinə  çatdınlması,  maddi- 
texniki  bazanın  möhkəmləndirilməsi,  elmi-pedaqoji  kadrla- 
rın hazırlanması və s.  sahələrdə işlər görülür.
Onun  rəhbərliyi  altında  institutun  kollektivi  1998-ci 
ildə  marketinq  sahəsindəki  tədqiqatlanna  görə  ABŞ-ın  Milli 
Marketinq  institutu  tərəfmdən  ən  yüksək  mükafata  - 
"Qranpri" mükafatına layiq görülmüşdür.
149


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə