Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə40/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   36   37   38   39   40   41   42   43   ...   66

medalı”  ilə  təltif edilmişdir.  Medalı  şəxsən  hörmətli  eənab 
prezidentimiz  İ.H.Əliyev  professor  A.A.Rüstəmova  özü 
təqtim etmişdir.
Ağarza müəllim həm  də  qayğıkeş  ailə  başçısıdır.  Tanrı 
ona 2  övlad,  6 nəvə bəxş etmişdir.
172
Səbzəliyev Sifariz Mirzəxan oğlu
S.M.Səbzəliyev  1945-ci  il  yanvar 
ayının  8-də  Azərbaycan  Respublikasmm 
Ağsu  rayonunun  Qaraqoyunlu  kəndində 
ziyalı  ailəsində  anadan  olmuşdur.  1963- 
cü  ildə  S.M.Kirov  adma  Azərbaycan 
Dövlət  İqtisad  Universitetinin  “İqtisad” 
fakültəsinin 
əyani 
şöbəsinə 
qəbul 
olunmuş,  II  kursdan  hərbi  xidmətə 
çağınlmışdır.  1963-1967-ci illər ərzində hərbi xidmətini başa 
vurduqdan  sonra  təhsilini  D.Bünyadzadə  adına  Azərbaycan 
Xalq  Təsərrüfatı  İnstitutunun  “Uçot-iqtisad”  fakültəsinin 
əyani  şöbəsində  davam  etdirmişdir.  1970-ci  ildə  həmin 
institutu  fərqlənmə  diplomu  ilə  bitirmişdir.  Təyinatla 
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı 
və  Təşkili  İnstitutuna  işləməyə  göndərilmiş,  müxtəlif illərdə 
həmin  institututda kiçik  elmi  işçi,  baş  elmi  işçi və  elmi  katib 
vəzifələrində  çalışmışdır.  1973-1977-ci  illərdə  institutun 
aspiranturasınm  əyani  şöbəsində  təhsilini  davam  etdirmiş  və
1980-ci  ildə  “Şirvan  zonasmm  təsərrüfatlannda  istehsal 
fondlarmın  uçotunun 
və  təhlilinin  təkmilləşdirilməsi” 
mövzusunda 
yazdığı 
namizədlik 
dissertasiyasmı 
M.V.Lomonosov  adına  Moskva  Dövlət  Universitetində 
m üdafıə  edərək  çox  qısa  bir  müddətdə  iqtisad  elmləri 
namizədi alimlik dərəcəsi almışdır.
S.M.Səbzəliyev  1981-ci  ildə  Azərbaycan  Dövlət  İqtisad 
Universitetinin  “Mühasibat  uçotu”  kafedrasına  baş  müəllim 
vəzifəsinə  dəvət  olunmuş,  1985-ci  ildə  “Uçot-iqtisad”
173


fakültəsinə dekan müavini vəzifəsinə təyin olunmuş,  1987-ci 
ildə  “Mühasibat  uçotu  və  audit”  kafedrasına  m üdir 
vəzifəsinə  seçilmiş  və  1995-ci  ilədək  həmin  vəzifədə 
çalışmışdır.  1995-2000-ci  illər  ərzində  həmin  kafedrada 
dosent  vəzifəsində  qalmaqla,  eyni  zamanda,  “Naxçıvan” 
Universitetinin  “İqtisad  elmləri”  kafedrasına  rəhbərlik 
etmişdir.
2000-ci  ilin  iyul  ayında  S.M.Səbzəliyev  yenidən 
Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  “Mühasibat 
uçotu”  kafedrasına  müdir  vəzifəsinə  seçilmiş  və  hazırda 
həmin vəzifədə çalışır.
2005-ci  ildə  “Bazar  şəraitində  maliyyə  hesabatmm 
formalaşmasınm  konseptual  əsasları,  onların  beynəlxalq 
standartlara 
uyğunlaşdırılması” 
mövzusunda 
doktorluq 
dissertasiyası  müdafıə  edərək  iqtisad  elmləri  doktoru  adma 
layiq görülmüşdür.  Elə  həmin  ildə  Universitetin  Elmi  Şurası 
onu professor vəzifəsinə seçmişdir.
Professor  S.M.Səbzəliyev  Universitetin  Elmi  Şurasınm, 
Respublika  Maliyyə  Nazirliyi  Elmi-metodik  Şurasımn, 
Respublika  Auditorlar Palatası  Rəyasət Heyətinin,  “Maliyyə 
və  uçot”,  “İqtisadiyyat  və  audit”,  “Audit”,  “  İqtisad  elmləri: 
nəzəriyyə  və  praktika”  jumallarınm  redaksiya  heyətlərinin 
üzvüdür.
1991-ci  ildə  tədrisin  səmərəli  təşkilindəki  xidmətlərinə 
görə  Respublika  Təhsil  Nazirliyinin  Fəxri  Fərmanlanna 
layiq görülmüşdür.
2011-çi  il  sentyabr  ayımn  26-da  Azərbaycan  Respub- 
likası  Prezidentinin  fərmanı  ilə  prof.  S.M.Səbzəliyevə
174
“Azərbaycan  Respublikasının  əməkdar  müəllimi”  fəxri  adı 
verilmişdir.
Professor  S.M.Səbzəliyev  150-dən  çox  dərsliyin,  dərs 
vəsaitinin,  monoqrafıyanm,  proqramm,  elmi  məqalənin  və 
digər  tədris  metodik  vəsaitin  müəllifıdir.  Həmin  əsərlərin 
əksəriyyəti,  xüsusən  də,  “Mühasibat  (maliyyə)  uçotu” 
(dərslik),  “Auditin  əsasları”  (dərslik),  “Mühasibat  uçotuna 
dair  məsələlər  məcmuəsi”(dərslik),”Mühasibat  (maliyyə) 
hesabatı”  (dərslik),  “Maliyyə  hesabatı:  formalaşması  və 
təkmilləşdirilməsi  problemləri”  (monoqrafiya),  “Beynəlxalq 
və Milli uçot terminlərinin  izahlı  lüğəti”  (monoqrafıya)  və  s. 
respublika  iqtisadçılan  tərəfındən  yüksək  qiymətləndirilmiş 
və iqtisadiyyat təmayüllü ali məktəblərdə tədris olunur.
Professor  S.M.Səbzəliyev  m üxtəlif  illərdə  Moskva, 
Sankt-Peterburq,  Odessa,  Daşkənd, Tbilisi, Kiyev, Kutaisi və 
s.  şəhərlərdə  beynəlxalq  konfrans  və  simpoziumlarda 
maraqlı məruzələrlə çıxış etmişdir.
Hazırda  20-dən  çox  aspirant  və  dissertantm  elmi 
rəhbəridir.
Evlidir, üç övladı var.
175


Şirəliyev Asif İsmayıl oğlu
Şirəliyev  A sif  İsmayıl  oğlu,
1939-cu  ilin  dekabr  ayının  19-da 
Şərur  rayonunun  (keçmiş  Noraşen) 
Düdəngə  kəndində  anadan  olmuş, 
Azərbaycan  Dövlət  Universitetinin 
(indiki  Bakı  Dövlət  Universitetinin)
1968-ci 
ildə  Bakı 
Ali 
Partiya 
məktəbini  fərqlənmə  diplomlan  ilə 
bitirmiş, 1975-ci 
ildə  “Siyasi  iqtisad”  üzrə  aspiranturanı
qurtarmışdır. İqtisad 
elmləri 
doktoru 
(2001-ci 
il),
professordur  (1990-cı  il).  Uzun  illər  Komsomol,  partiya  və 
Həmkarlar  Təşkilatmm  rəhbər  orqanlannda  işləmişdir.  O,
1973-cü ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş 
müəllim,  dosent,  kafedra  müdiri  və  haliyədə  “İqtisad” 
fakültəsinin  dekanı  vəzifəsində  çalışır.  Onun  iqtisad  elmləri 
doktoru  alimlik  dərəcəsi  almaq  üçün  dissertasiya  mövzusu 
M.B.Lomonosov  adma  Moskva  Dövlət  Universitetinin 
(1984) elmi şurasmda təsdiq edilmişdir.
A.İ.Şirəliyev  230  elmi  əsərin,  o  cümlədən  44  monoqra- 
fıya  və  kitabm,  147 jum al  məqaləsinin,  47  elmi  konfransda 
oxuduğu məmzələrin müəllifıdir.
O,  keçmiş  ÜİLKG-nm Naxçıvan  Muxtar Respublika Ali 
Soveti  Rəyasət  Heyətinin  və  10-dan  artıq  respublika  dövlət 
və  ictimai  təşkilatlann  fəxri  fərmanları  ilə  təltif edilmişdir. 
Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham  Əliyevin 
16  oktyabr  2007-ci  il  sərəncamma  əsasən  “tərəqqi”  medalı 
ilə təltif olunmuşdur.
Aİ.Şirəliyev 
Naxçıvan 
M uxtar 
Respublika 
aqrar 
islahatlan  komissiyasınm,  AMEA  İqtisadiyyat  İnstitutunun 
“İqtisadiyyat”  üzrə  elmi-tədqiqat  işlərinin  əlaqələndirilməsi 
şurasmm,  AMEA  Naxçıvan  bölməsi  yanında  fəaliyyət 
göstərən 
dissertasiya 
şurasınm, 
Naxçıvan 
Dövlət 
Universitetini  elmi  şurasınm  üzvü  və  həmin  universitetin 
“İqtisad” fakültəsi elmi şurasınm sədridir.
0 ,  iqtisad  elmləri  namizədi  və  doktom  elmi  dərəcəsini 
almaq  üçün  15  nəfərin  rəsmi  opponenti,  8  nəfərin  elmi 
rəhbəri və elmi məsləhətçisi olmuşdur.
A.İ.Şirəliyev  AMEA  tərəfmdən  2002  və  2005-ci  illərdə 
nəşr  olunan  ikicildlik  “Naxçıvan  ensklopediyası”na  daxil 
edilmiş əsas məqalələrin müəlliflərindən biridir.  O, həmçinin 
Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  “İqtisadiyyat” 
elmi-metodik şurasınm üzvüdür.
Əsərləri:  Aqrar  istehsalmm  təşkilinin  yeni  formalan. 
Bakı.1992.  Kəndli  təsərrüfatmm  səmərəliliyi  məsələləri. 
Bakı.1996.  İqtisadi  nəzəriyyə.  Bakı.2004.  İqtisad  elmlərində 
işlədilən 
alınma 
sözlər. 
Bakı.2005. 
Aqrar-sənaye 
kompleksində  iqtisadi  mənafelər.  Bakı.2008.  İqtisadi  artım 
və sosial-tərəqqi. Naxçıvan.2012
177


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə