Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə39/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

isə  Cəlilabad  (o  vaxtki  Astraxanbazar)  rayonunda  partiya 
komitəsinin  birinci  katibi  vəzifəsində  işləmişdir.  Rayonun 
abadlaşdırılması  və  sosial-iqtisadi  inkişafı  haqqmda  indi  də 
xatırlanan  işlər  görmüşdür.  1952-1958-ci  illərdə  M oskva 
şəhərində  Timiryazev  adına  Kənd  Təsərrüfatı  Akademiya- 
sının  “Aqronomluq”  fakültəsində  oxumuşdur.  1956-cı  ildə 
həmin  akademiyada  dissertasiya  müdafıə  edərək,  iqtisad 
elmləri  namizədi  alimlik  dərəcəsi  almışdır.  1972-ci  ilin  may 
ayında  R.Qəhrəmanov  "Naxçıvan  MR  kənd  təsərrüfatmm 
səmərəli  yerləşdirilməsi  və  ixtisaslaşdmlması  problemləri" 
mövzusunda  doktorluq  dissertasiyasım  müdafıə  etmişdir.
1974-cü  ildə  ona professor elmi  adı  verilmişdir.  100-ə  qədər 
elmi  məqalənin və  dörd monoqrafiyanm müəllifıdir.  1957-ci 
ildən  başlayaraq  ömrünün  axırma  qədər  elm  sahəsində 
çalışmışdır. 
1957-1961-ci 
illərdə 
respublika 
Elmlər 
Akademiyasında,  1962-ci  ildən  ömrünün  sonuna  kimi 
Az.ETKTİ və Tİ-də şöbə müdiri vəzifəsində işləmişdir.
Kənd  təsərrüfatı  sahəsi  üzrə  elmi  işlə  məşğul  olan 
gənclər,  orta  yaşlı  mütəxəssislər  ondan  elmi  və  praktik 
məsləhətlər 
alırdılar. 
R.C.Qəhrəmanov 
uzun 
müddət 
Azərbaycan EA İqtisadiyyat İnstitutunda, həm də Az.ETKTİ 
və Tİ-də elmi şuranm üzvü olmuşdur.
Respublikada  iqtisadçı  kadrlann  hazırlanmasında  və 
formalaşmasmda 
R.Qəhrəmanovun 
xidməti 
böyükdür. 
R.Qəhrəmanovun  rəhbərliyi  ilə  onlarla  elmlər  namizədi 
yetişdirilmişdir.  Onun  həyat  fəlsəfəsi  xalqa  xidmət  etmək, 
insanlara  köməklik  etmək  idi.  R.Qəhrəmanovun  əməyi  həm 
xalq,  həm  də  dövlət tərəfındən  yüksək  qiymətləndirilmişdir. 
"Qafqazm  müdafiəsi",  Fədakar  əməyə  görə  medallan,
166
"Qırmızı  əmək  bayrağı"  ordeni  ilə  təltif edilmişdir.  Respub- 
lika  Ali  Sovetinin  I  və  II  çağmş  seçkilərində  iki  dəfə  xalq 
deputatı seçilmişdir.
1979-cu ildə dünyasmı dəyişmişdir.


Rüstəmov Ağarza Ağahəsən oğlu
R ü stə m o v  
A ğ a rza  
A ğ a h ə s ə n  
o ğ lu  
1952-ci  ildə  Şərur  rayonunun 
Qıvraq  kəndində  (indiki  Kəngərli  rayo- 
nunun  Qıvraq  qəsəbəsində)  dünyaya  göz 
açmış. 
1969-cu  ildə  orta  məktəbini 
bitirmiş, 
həmin 
kənddə 
təsərrüfat 
fəaliyyətinə başlamışdır.
1970  -ci  ildə  sənədlərini  D.Bünyadzadə  adına  Xalq 
Təsərrüfatı  İnstitutuna  (indiki  ADİU)  vermiş,  “Mühasibat 
uçotu  və  təsərrüfat  fəaliyyətinin  təhlili”  ixtisasma  qəbul 
olunmuşdur.  A.A.Rüstəmovun  bir  semestr  ərzində  təhsilə 
olan  marağmı  və  müvəffəqiyyətlə  oxuduğunu  görən  institut 
rəhbərliyi,  onu  1971-ci  ilin  yanvar  ayında  “Siyasi  iqtisad 
müəllimliyi”  ixtisasına  keçirmiş  və  o  1975-ci  ildə  institutu 
həmin  ixtisas  üzrə  bitirmiş,  ona  yeni  yaranmış  Naxçıvan 
Dövlət Pedoqoji İnstitututuna təyinat verilmişdir.
Hərbi  xidmətdən  sonra,  yenidən  siyasi  iqtisad  müəl- 
limliyinə  qayıtmış.  Bir  an  da  belə  elmi  fəaliyyəti  yadmdan 
çıxarmayan  A.A.Rüstəmov,  onu  maraqlandıran  məsələlər 
haqda  artıq  respublikada  keçirilən  elmi  konfranslarda  öz 
məqalələri  ilə  çıxış  etməyə  başlamışdır.  Belə  ki,  o  1981-ci 
ildə  “Texniki  tərəqqi  və  kənd  təsərrüfatında  əsas  istehsal 
fondlanndan  istifadənin  yaxşılaşdınlması  yollan”,  1982-ci 
ildə  “Müasir  dövrdə  kənd  təsərrüfatında  əsas  istehsal 
fondlanndan  istifadənin  xüsusiyyətləri”  və  s.  məqalələrini 
nəşr etdirmişdir.
5
168
A.A.Rüstəmov  1986-1987-  ci  illərdə Naxçıvan Pedoqoji 
İnstitutunda bir  çox  vəzifələrdə  çalışmış  və  “Ümumi  texniki 
fənnlər”  fakültəsinin  dekan  müavini  vəzifəsində  işləmişdir.
1987-ci  ildə  Bakı  Dövlət  Universitetinin  aspiranturasına 
qəbul  olunmuş,  aspiranturanı  müvəffəqiyyətlə  bitirərək,
1990-cı  ildə  “Elmi-texniki  tərəqqi  şəraitində  əsas  istehsal 
fondlannın 
təkrar 
istehsalınm 
iqtisadi 
problemləri” 
mövzusunda dissertasiya müdafıyə etmiş,  siyasi iqtisad üzrə-
08.00.01  şifri  ilə  iqtisad  elmləri  namizədi  (iqtisad  üzrə 
fəlsəfə  doktom)  alimlik  dərəcəsi  almışdır.  Aspiranturada 
oxuduğu  müddətdə  “Naxçıvan MSSR-də kənd təsərrüfatına 
kapital qoyuluşu və əsas istehsal fondlannm təkrar istehsalı”, 
“Əsas  fondlarm  təkrar  istehsalında  kreditin  rolu”,  “Kənd 
təsərrüfatmda  əsas  fondlann  mahiyyəti”  və  s.  sanballı  elmi 
məqalələrini çap etdirmişdir.
1991-ci  ildə  “Siyasi  iqtisad  kursunun  tədrisində  yerli 
materiallardan istifadənin bəzi məsələləri” və  1992-ci ildə isə 
“İqtisadi 
nəzəriyyə 
kursunun 
tədrisində 
Azərbaycan 
ədəbiyyatından  istifadənin  bəzi  məsələləri”  adlı  dərs 
vəsaitlərini çap etdirmişdir.
1994-  cü  ildə  “İqtisad”  fakültəsinə  dekan  seçilmişdir. 
Sonra  həmin  fakültə  hüquqşünaslıq  ixtisası  ilə  birləşdirilmiş 
və  o  2004  -cü  ilədək  iqtisad-hüqüq  fakültəsinin  dekanı 
vəzifəsində çalışmışdır.
Onun 
2001-2003- 
cü 
illərdə 
”Kənd 
yerlərində 
aztəminatlı  əhalinin  sosial  müdafıəsinin  yaxşılaşdmlması 
istiqamətləri”,  “Əhalinin  maddi  rifah  halının  yaxşılaş- 
dmlmasında 
sosial-iqtisadi 
inkişafın 
istiqamətləri”, 
“Respublikada  əhalinin  maddi  rifahınm  yüksəldilməsinin
169


'  ^   \
iqtisadi  problem bri”  və  “Kənd  əhalisinin  maddi  və 
mədəni-məişət  şəraitinin  yaxşılaşdırılması  problemləri” 
adlı  kitabları  və  “Bazar  və  bazar  mexanizmi”  adlı  dərs 
vəsaiti  capdan  çıxmışdır.  Bu  kitablarm  adından  məlum 
olduğu  kimi  Prof.  A.A.Rüstəmov  onu  maraqlandıran  əsas 
məsələləri  -  bazar  iqtisadiyyatı  şəraitində  az  təminatlı 
əhalinin,  şəhər  əhalisinə  nisbətən  daha  çox  problemlərlə 
üzləşən,  ehtiyacları  tələbatlarına  nisbətən  daha  az ödənilən 
kənd  əhalisinin  mədəni-məişət  şəraitinin  yaxşılaşdırılması, 
onların  maddi-rifah  halının  yüksəldilməsində  qiymət, 
əsaslı  vəsait  qoyuluşu,  vergi  və  kredit  mexanizmlərinin 
təkmilləşdirilməsinin  rolunu,  və  eləcə  də  digər  sosial- 
iqtisadi  məsələləri tədqiq etmişdir.
2004-cü  ildə  Azərbaycan  Elmi-Tədqiqat  Kənd  Təsər- 
rüfatınm  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda  “Yeni 
münasibətlər 
şəraitində 
əhalinin 
həyat 
səviyyəsinin 
yüksəldilməsinin  iqtisadi problem ləri” mövzusunda disser- 
tasiya  müdafıyə  edərək,  xalq  təsərrüfatmm  iqtisadiyyatı  və 
idarə  edilməsi-08.00.05  -şifri  ilə  iqtisad  elmləri  doktoru 
elmi dərəcəsi almışdır.
1993-cü  ildən  dosent  və  2009-cu  ildən  professor 
vəzifəsində  çalışan  A.A.Rüstəmov  2004-cü  ildən  bu 
günədək “İqtisadiyyat” kafedrasına rəhbərlik edir.
Professor  A.A.Rüstəmovun  elmi  kadrlarm   yetişdiril- 
məsində  də  əməyi  böyükdür.  Rəhbərliyi  ilə  10-nəfər 
aspirant 
və 
dissertant 
müvəffəqiyyətlə 
dissertasiya 
müdafıə  edərək elmi  dərəcə almışlar.
Ümumilikdə,  100  -dən  çox  elmi  əsərin,  o  cümlədən, 
kitabın,  dərs  vəsaiti,  dərs proqram ları,  məqalə  və  tezislərin
170
müəllifı  olan  Ağarza  müəllimin  tədqiqat  obyekti  genişdir. 
Alim  iqtisadi  nəzəriyyənin  bir  sıra  problemlərinin-kənd 
təsərrüfatında  əsas  istehsal  fondlarından  istifadənin  yaxşı- 
laşdırılması,  müasir  dövrdə  kənd  təsərrüfatmda  əsas 
istehsal  fondlarından  istifadənin  xüsusiyyətləri,  istehsal 
fondlarmm  təkrar  istehsalınm  iqtisadi  problemləri,  bazar 
və  bazar  mexanizmi,  kəndli  təsərrüfatlarmm  səmərəliliyi 
məsələləri  və  s.  tədqiqi  yönümündə  elmi-nəzəri  və  praktiki 
əhəmiyyətli 
mövzuların 
tədrisi 
ilə 
bağlı 
metodik 
vəsaitlərin müəllifıdir.
O,  Respublikada  və  xarici  ölkələrdə  keçirilən  yerli  və 
beynəlxalq  elmi-praktik  konfranslarda  və  seminarlarda 
iştirak  etmiş,  dəyərli  elmi  məqalələri  ilə  çıxış  etmişdir.  Bir 
sıra  nüfuzlu  komissiyaların  və  elmi  qurumların,  o 
cümlədən, AM EA Naxçıvan bölməsində  fəaliyyət göstərən 
Dissertasiya  Şurasınm  sədr  müavini,  NDU  -  Elmi 
Şurasmın,  universitetdə  nəşr  olunan  "Elmi  əsərlər" 
jum alm ın  redaksiya  heyətinin,  eyni  zamanda  Rusiyanm 
Moskva  şəhərində  çıxan  Beynəlxalq  elmi  jum alın, 
Beynəlxalq  texniki-iqtisadi  jum alın  və  Azərbaycan  Elmi- 
Tədqiqat  Kənd  Təsərrüfatmm  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunun  “Xəbərlər”  jum alm m   redaksiya  heyətinin 
üzvüdür.
İqtisad  elmləri  doktoru,  professor  A.A.Rüstəmovun 
səmərəli  elmi-pedaqoji  fəaliyyəti  dövlətimiz  tərəfındən 
layiqincə  qiymətləndirilmişdir.  O,  2007-ci  ildə  Naxçıvan 
Dövlət  Universitetinin  40-illik  yubileyi  ilə  əlaqədar, 
universitetin  bir  qmp  əməkdaşları  ilə  bərabər,  hörmətli 
prezidentimiz  cənab  İ.Əliyevin  sərəncamı  ilə  “Tərəqqi
171


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə