Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə44/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

* —  *>
Süleymanov İsmayıl Kazım oğlu
Süleymanov  İsmayıl  Kazım  oğlu  29 
may  1938-ci  ildə  Azərbaycan  Respub- 
likasınm Tovuz rayonunun Çataq kəndin- 
də  anadan  olmuşdur.  1945-ci  ildə  həmin 
kənddə ibtidai məktəbin  1-ci sinfınə daxil 
olmuş və  1954-55-ci tədris  ilində Böyük- 
qışlaq kənd orta məktəbinin  10-cu  sinfıni 
bitirərək orta təhsil almışdır.
1955-ci  ildə  Bakı  şəhərində  2  JVbli  Tibb  texnikumuna 
daxil  olmuş,  1957-ci  ildə  həmin  texnikumu  bitirərək 
“feldşer” ixtisasma yiyələnmişdir.
1957-ci  ildə  Bakı  şəhərində  K.Marks  adına  Azərbaycan 
Xalq  Təsərrüfatı  İnstitutuna  daxil  olmuşdur.  1958-ci  ildə 
institutun  bağlanması  ilə  əlaqədar  olaraq  təhsil  aldığı  “Kənd 
təsərrüfatınm  iqtisadiyyatı  və  təşkili”  fakültəsi  Kirovabad 
şəhərində  yerləşən  Kənd  Təsərrüfatı  İnstitutuna  verilmişdir.
1962-ci  ildə  həmin  institutu  bitirərək  kənd  təsərrüfatı  üzrə 
iqtisadçı ixtisasma yiyələnmişdir.
Əmək  fəaliyyətinə  1962-ci  ildə  Azərbaycan  Elmi- 
Tədqiqat  Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda kiçik elmi işçi kimi başlamışdır.
1965-ci  ildə  həmin  institutda  aspiranturaya  daxil  olmuş 
və  həmin  ildə  Moskva  şəhərində  fəaliyyət  göstərən 
Ümumittifaq  Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  İnstitutunda 
öz təhsilini davam etdirmişdir.  1969-cu ildə “kənd təsərrüfatı 
istehsalınm  ixtisaslaşması  və  yerləşdirilməsi”  mövzusunda 
namizədlik  dissertasiyasım  müvəffəqiyyətlə  müdafıə  edərək
194
iqtisad  elmləri  namizədi  alimlik  dərəcəsinə  layiq  görül- 
müşdür.
1969-cu  ildə  Az.  ETKTİ  və  Tİ-da  baş  elmi  işçi 
vəzifəsində çalışmışdır.
1971-ci  ilin  yanvar  ayından  etibarən  Azərbaycan  Dövlət 
Plan  Komitəsinin  Elmi-Tədqiqat  İqtisadiyyat  İnstitutunda 
bölmə  müdiri,  1985-ci  ildən  şöbə  müdiri  vəzifəsində 
çalışmışdır.
1994-cü  ildə  həmin  institutun  ləğv  edilməsi  ilə  əlaqədar 
olaraq  işdən  azad  edilmiş,  həmin  ilin  may  ayından  1996-cı 
ilədək  “Kometa”  Dövlət  Zavodunun  nəzdində  “Kometa” 
kiçik müəssisəsində direktor vəzifəsində işləmişdir.
1999-cu  ildən  Az.  ETKTİ  və  Tİ-da  baş  elmi  işçi 
vəzifəsində  çalışmışdır. 
2003-cü 
ildən  “Sahibkarlığın 
inkişafımn  iqtisadi  problemləri”  şöbəsinə  müdir  vəzifəsinə 
təyin edilmişdir.
İsmayıl  müəllim  öz  elmi  fəaliyyətini  bu  gün  də  davam 
etdirir.  Onun  aqrar  sahənin  inkişafma və  digər  sahələrə  həsr 
edilmiş  170-dən  çox  elmi  əsərləri  respublika  daxilində  və 
xarici ölkələrdə dərc edilmişdir.
Hazırda  “Aqrar  sahədə  kooperasiya  və  inteqrasiya 
əlaqələrinin inkişafı” şöbəsinin müdiridir.
195


Abbasov Vahid Hacibəy oğlu
Vahid  Hacıbəy  oğlu Abbasov  1956- 
cı  ildə  dekabrın  7-də  Qərbi  Azərbay- 
canın  Amasiya  rayonunun  D üzkənd 
kəndində  müəllim  ailəsində  anadan 
olmuş,  1973-cü  ildə  Amasiya  rayonu 
orta  məktəbini  bitirmişdir.  1974-cü  ildə 
Azərbaycan  Dövlət  Universitetinə  daxil 
olmuş,  hərbi  xidmətdə  və  istehsalatda 
çalışmaqla  1982-ci  ildə  Azərbaycan  Dövlət  Universitetini 
(indiki  Bakı  Dövlət  Universiteti)  bitirərək,  həmin  ildən 
Azərbaycan  Kənd  Təsərrüfatmm  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunun  “Planlaşmada  və  idarəetmədə  riyazi  üsulların 
tətbiqi”  şöbəsində  baş  laborant  vəzifəsində  elmi  fəaliyyətə 
başlamışdır.
1985-1986-cı  illərdə  Moskva  Kənd  Təsərrüfatı  Akade- 
miyasım  bitirərək,  “Kənd təsərrüfatı  istehsalı  proseslərində 
riyazi  modelləşmə  və  hesablama  texnikasmın  tətbiqi” 
ixtisası  üzrə  ikinci  ali  ixtisas  təhsili  almışdır.  1984-cü  ildə 
institutun  aspirantura  şöbəsinə  daxil  olmuş,  1990-cı  ildə 
Kiyev 
şəhərində, 
Ukrayna 
Elmlər 
Akademiyasmm 
İqtisadiyyat  İnstitutunda  “Məhsul  yarımkomplekslərinin 
uzunmüddətli 
proqnozlaşmasının 
optimallaşdırılması” 
mövzusunda  dissertasiya  işini  müdafıə  edərək,  08.00.05  -  
“Xalq  təsərrüfatı  və  onun  sahələrinin  (kənd  təsərrüfatı) 
iqtisadiyyatı,  planlaşdırılması  və  idarə  edilməsinin  təşkili” 
və  08.00.13  -  “İqtisadi-riyazi üsullar” ixtisaslan üzrə iqtisad
196
elmləri  namizədi  alimlik  dərəcəsini,  1994-cü  ildə  baş  elmi 
işçi, 2003-cü ildə isə dosent elmi adlarmı almışdır.
1982-1992-ci  illərdə  kiçik  elmi  işçi,  elmi  işçi,  baş  və 
apancı  elmi  işçi  vəzifələrində  çalışmışdır.  1993-2000-ci 
illərdə  “Aqrar  sənaye  kompleksində  iqtisadi  inteqrasiya  və 
kooperasiya”  şöbəsinin  müdiri,  2000-2008-ci  illərdə  “Emal 
sənayesinin 
inkişaf 
problemləri” 
şöbəsinin 
müdiri 
vəzifələrində  çalışmış,  hal-hazırda  həmin  şöbədə  0,5  ştat 
vahidi üzrə baş elmi işçi vəzifəsində çalışır.
Elmi  fəaliyyətini  davam  etdirməklə,  1993-cü  ildən 
etibarən  Bakı  Dövlət  Universitetinin  “İqtisadi  nəzəriyyə” 
kafedrasında  pedaqoji  fəaliyyətə  başlamış,  hal-hazırda 
İqtisadiyyat və  idarəetmə” kafedrasınm dosentidir.  Otuz  illik 
elmi-pedaqoji  fəaliyyəti  dövründə  ümumi  həcmi  61  ç.v. 
olan,  110-a qədər elmi  əsərin, o cümlədən 2 monoqrafıyanm, 
dərs  vəsaitinin,  tədris  proqramlannm,  məqalə  və  tezislərin 
müəllifıdir.  20-yə  qədər elmi  məqalə və tezisləri  yaxın xarici 
ölkələrdə  keçirilən  elmi-praktiki  konfranslarda,  forumlarda 
məruzə edilmiş  və dərc etdirilmişdir.
Aqrar-sənaye 
kompleksi 
sistemində 
sahələrarası 
kooperasiya  və  inteqrasiya  əlaqələrinin  təkmilləşdirilməsinə 
və  emal  sənayesinin  inkişaf problemlərinə  dair elmi-tədqiqat 
işlərinin  nəticələri  aqrar  islahatlara  dair  bəzi  qanunlann 
hazırlanmasında,  aqrar  sahənin  iqtisadiyyatının tədrisində  və 
bazar 
iqtisadiyyatı 
şəraitində 
aqrar 
sahənin 
inkişaf 
perspektivlərinə  dair  təkliflərin  və  tövsiyələrin  hazırlan- 
m asında  istifadə  olunmuşdur.  Kənd  təsərrüfatında  yığımdan 
sonrakı texnologiyalann vəziyyəti və inkişaf perspektivlərinə 
dair 
elmi 
və 
praktiki 
nəticələr  Birləşmiş 
Millətlər
197


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə