Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

 
106
 
 
Həmin  formalar  avqustun  axırı,    sentyabrın  əvvəllərində 
çiçəkləmə fazasına daxil olurlar. 
Avqustun  axırlarında  kiçik  çiçək  salxımları  üzərində  ilk 
meyvə  qutucuqları  görünməyə  başlayır.  Vegetasiyanın  sonuna 
qədər həmin toxumlar tam yetişmir.  
 Enli  yarpaq  formada  qönçələmə  nisbətən  gec  -  sentyabrın 
əvvəllərində başlayır. Bitkinin yalnız bir budağında kiçik çiçək 
salxımı  müşahidə  edilir.  Bu  formalarda  çiçəkləmə  uzun 
müddətdən  sonra  sentyabrın  axırlarında  başlayır.  İlk  meyvə 
qutucuqları vegetasiyanın sonunda  görünür.  
Vegetasiya  müddəti  ərzində  toxumlar  tam  yetişmir.  Həna 
populyasiyalarında  müşahidə  edilən  elastik    gövdə  və  dairəsi  
yarpaq  formalarda  bir  vegetasiya  müddəti  ərzində  qönçələmə 
və çiçəkləmə müşahidə edilməmişdir.  
Göründüyü  kimi  inkişaf  fazaları  tez  başlayan  formalarda 
toxumların  yetişməsi  başqa  formalara  nisbətən  15-20  gün  tez 
başa  çatır.  Eyni  zamanda  inkişaf  fazalar  tez  başlayan 
formalardan  yığılan  toxumlar  səpin  materialı  üçün  yararlı, 
yüksək cücərmə qabiliyyətinə malik olur.  
Apardığımız  müşahidələr  göstərdi  ki,  həna  bitkisinin  ayrı-
ayrı  formalarının  inkişaf  fazaları    fərqləndiyi  kimi    onların 
yarpaqlarının  tökülməyə  başlanması  və  eyni  zamanda 
vegetasiya müddəti də fərqlənir, məlum olduğu kimi oktyabrın 
əvvəllərində  iqlim  şəraiti  ilə  əlaqədar  olaraq  həna  bitkisi 
«vegetasiyanın qurtarması» mərhələsinə daxil olur.  Eyni ilə bu 
hadisə  formalarda  da  müşahidə  olunur.  Yarpaqların  tökülməsi 
birinci  olaraq  sıx  budaqlı,  iti  yarpaq  və    xırda  yarpaq  forma-
larda  başlayır.  Bu  formalarda  yarpaqların  kütləvi  tökülməsi 
oktyabrın  axırı,  noyabrın  əvvəllərinə  təsadüf  edir.  Həmin 
formalarda  vegetasiya  müddəti  285-290  gün  davam  edir. 
Yarpaqların  tökülməsi  ən  gec  elastiki  gövdə,  enli  yarpaq, 
dairəvi  yarpaq, seyrək budaqlı formalarda müşahidə edilir. Bu 
formaların  vegetasiya  müddəti  yuxarıda  qeyd  edilən  vaxtlara 
nisbətən  15-20  gün  gec  qurtarır.  Ümumiyyətlə  həna  bitkisinin 


 
107
 
 
ayrı-ayrı formalarının vegetasiya müddəti 285-305 gün arasında 
dəyişir. Ən uzun vegetasiya müddəti seyrək budaqlı və elastik 
gövdə formalarında müşahidə edilir. 
Əsas  növdən  olan  bitkilərdə  inkişaf  fazaları  müxtəlif 
formalara  nisbətən  tez  başlayır.  Belə  ki,  iyunun  II  ongün-
lüyündə  həmin  bitkilərdə  qönçələmə  mərhələsi  başlayır. 
Toxumların  tam  yetişməsi  oktyabrın  I  ongünlüyünə  düşür. 
Yarpaqların  tökülməsi  oktyabrın  əvvəllərindən    başlayaraq 
axırına  qədər  davam  edir.  Vegetasiya    müddəti    isə  285  gün 
davam edir.  
Həna  populyasiyalarında  formaların  müəyyən  morfoloji 
əlamətlərini  öyrənən zaman ayrı-ayrı formaların tozcuqlarının 
fertilliyi  də  öyrənilmişdir.  Çünki  formaların  toxum  məhsul-
darlığının  öyrənilməsində  tozcuqların  həyatilik  qabiliyyətinin 
böyük  əhəmiyyəti    vardır.  Bunun  üçün  ayrı-ayrı  formaların 
çiçəkləməsi  zamanı  onların  çiçəklərindən  yığılmış  tozcuqların 
cücərmə qabiliyyəti ümumi  metodikaya əsasən yoxlanılmışdır. 
Qidalandırıcı  mühit  kimi  15%  şəkər  və  1%  aqar-aqar 
məhlulundan istifadə edilmişdir. Tədqiqatın nəticələri cədvəl 5. 
4 - də verilir.  
Məlum  oldu  ki,  müxtəlif  həna  formalarının  tozcuqlarının 
ən əlverişli qida mühitində cücərmə qabiliyyəti bir-birindən və 
eləcə  də  mövcud  növlərdən  fərqlənir.  Belə  ki,  xırda  yarpaq 
formada  tozcuqların  fertilliyi  üstünlük  təşkil  edir.  Tozcuqlar 
85,0 ±2,61% cücərmə qabiliyyətinə malikdir. Bu formaya daxil 
olan  bitkilərdə  çiçəkləmə  iyul  ayında  başlanmış  və  avqust 
ayında  onlarda    tam  çiçəkləmə  müşahidə  edilmişdir.  Buna 
yaxın  olan  iti  yarpaq  və  qısa  boylu  formaların  tozcuqlarının 
cücərmə qabiliyyəti uyğun olaraq 82,7 ± 2,06 və 80,3 ± 1,45% 
təşkil edir. 
Uzun ensiz, sivri yarpaq, seyrək bucaqlı, xətvari yarpaq və 
enli yarpaq formaların tozcuqlarının fertilliyi
 
76,3 ± 1,01 – 79,0 
± 1,34% arasında dəyişilir. Sıx budaqlı və sarımtıl-yaşıl  
 


 
108
 
 
Cədvəl 5. 4 
Müxtəlif həna formaları tozcuqlarının həyatilik qabiliyyəti 
 
Fo
rm
alar
  
Qid
alan
dır
ıcı 
m
üh
it (
şək
ər
 +1
% a
qar
 -
 
aq
ar
),
 %
-lə
 
To z c u q l a  r ı n  
C
ücə
rm
ə 
qab
iliy
yəti,
 %
-lə
 
Aseto
kar
m
in
də 
bo
yan
m

qab
iliy
yəti,
 %
-lə
 
Fo
rm
ası 
 
Ölçüsü, 

 






Əsas 
növ  
15 
84,0 ± 2,1 
86,7 ± 2,2 
Dairəvi 
44,8 
Xətvari 
yarpaq  
“----“ 
78,8 ± 1,01 
82,7 ± 1,19 
Elleps-
vari  
46,0–49,3 
Sivri 
yarpaq  
“----“ 
79,0 ± 1,34 
84,5 ± 1,35  Dairəvi  
47,5 
Enli  
yarpaq  
“----“ 
75,6 ± 1,0 
80,1 ± 1,13  Dairəvi  
46,4 
Dairəvi 
yarpaq  





Uzun, 
ensiz 
yarpaq 
“----“ 
76,3 ± 1,01 
79,8 ± 1,12  Dairəvi  
46,8 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə