Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   27   28   29   30   31   32   33   34   35

 
118
 
 
 


 
119
 
 
vegetasiya  müddətində  2  dəfə  (2.  VIII  ayda  və  15.  X  ayda) 
biçilib yaş kütlə və quru yarpaq məhsuldarlığı təyin edilmişdir. 
Тəsərrüfat sınağının nəticələri cədvəl 5. 7- də verilmişdir.
 
 
Cədvəldən  aydın  olur  ki,  həna  bitkisi  Kürdəmir  rayonu 
şəraitində  I  biçin  zamanı  15,9  s/ha  yaş  kütlə,  2,9  s/ha  quru 
yarpaq,  II  biçin  zamanı  38,5  s/ha  yaş  kütlə,  6,9  s/ha  quru 
yarpaq  məhsulu  vermişdir.  İki  biçində  çəmi  yaş  kütlə 
məhsuldarlığı 54,4 s/ha, quru yarpaq məhsuldarlığı isə 9,8 s/ha 
olmuşdur.   
Qovlarsarı  tədris  -  təcrübə  təsərrüfatında  isə  həna  bitkisi  I 
biçin zamanı  hektardan  16,7 s  yaş kütlə,  3,4 s quru  yarpaq,  II 
biçin  zamanı  45,5  s  yaş  kütlə,  9,1  s  quru  yarpaq  məhsulu 
vermişdir.  İki  biçində  cəmi  yaş  kütlə  məhsuldarlığı  62,2  s/ha, 
quru yarpaq məhsuldarlığı isə 12,5 s/ha olmuşdur.  
Göründüyü  kimi  həna  bitkisinin  yaş  kütlə  məhsuldarlığı 
Qovlarsarı  tədris-təcrübə  təsərrüfatında  Kürdəmir  rayonuna 
nisbətən  7,8  s/ha,  quru  yarpaq  məhsuldarlığı  isə  2,7  s/ha  artıq 
olmuşdur. 
Həna  bitkisi  Kürdəmir rayonu  şəraitində  yaş kütləsinin  18 
%-i, qədər Qovlarsarı tədristəcrübə   təsərrüfatında isə 20 % - i 
qədər quru yarpaq vermişdir. 
Apardığımız  tədqiqatlardan  belə  nəticəyə  gəldik  ki,  həna 
bitkilərinin  yüksək  keyfiyyətli  yarpaq  məhsulu  almaq  üçün 
Qovlarsarı tədristəçrübə təsərrüfatında becərilməsi daha faydalı 
və məqsədəuyğundur. 
 
 
 
 
 
 
 


 
120
 
 
VI FƏSİL. HƏNA BİTKİSİ  BECƏRİLMƏSİNİN 
İQТİSADİ SƏMƏRƏLİLİYİ 
 
Böyük  iqtisadi  əhəmiyyətə  malik  olan  həna  (lawsoniya
bitkisinin respublikamızda becərilməsi bir tərəfdən respublikanı 
bu  məhsulun  xaricdən  idxal  edilməsindən  azad  edər,  digər 
tərəfdən isə bu bitkini becərmək istəyən fermer təsərrüfatlarının 
iqtisadi  göstəricilərinin  möhkəmlənməsinə  səbəb  ola  bilər. 
Həna  tozunun  xaricdən  alınması  respublika  üçün  çox  baha 
qiymətə  başa  gəlir.  Ona  görə  də  bu  bitkinin  respublikamızın 
Gəncə - Qazax və Şirvan bölgələrində becərilməsinin nə dərə-
cədə  səmərəli  olmasını  apardığımız  tədqiqatlarda  nəzərdən 
keçirmişik. Məlum olub ki, becərildiyi torpaq  iqlim şəraitindən 
və  becərilmə  üsullarından  asılı  olaraq  bitkilərin  hər  hektardan 
məhsuldarlığı  və  buna  uyğun  olaraq  iqtisadi  səmərəsi  də 
müxtəlif olur. 
Həna  bitkisində  biçin  vaxtlarının  dəyişdirilməsi  hektardan 
alınan  məhsuldarlığa  əsaslı  təsir  göstərir.  Ona  görə  də  bu 
bitkinin  iqtisadi  səmərəliliyini  öyrənən  zaman  daha  artıq 
məhsulun əldə edildiyi biçin vaxtlarında (I biçin 2 avqustda, II 
biçini  isə  15  oktyabrda  apardıqda)  əldə  olunan  quru  yarpaq 
məhsuldarlığı əsas götürülmüşdür. 
Тədqiqat apardığımız dövrdə (1991  - 2004 - cü illər) 1 ha 
həna  bitkisinin  becərilməsi  və  ondan  məhsul  istehsal  edilməsi 
üçün qüvvədə olan normativ üzrə (2004 - cü il qiymətləri ilə ) 
lazım olan xərclərin miqdarı hesablanmışdır. Məlum olmuşdur 
ki, hər iki bölgədə həna bitkisinin bir hektarına 25632 – 33553 
manat xərc çəkilir. 2004 - cü il qiymətləri ilə 1 sent. həna tozu-
nun satış qiyməti 8900 manat (AZN) olmuşdur (cədvəl 6. 1). 
Şirvan bölgəsində həna bitkisinin bir hektarından variantlar 
üzrə orta hesabla 41581 – 67284 manat, Gəncə - Qazax bölgə-
sində isə müvafiq olaraq 48016 – 82147 manat xalis gəlir əldə 
olunmuş, bir sentner məhsulun maya dəyəri Şirvan bölgəsində
 


 
121
 
 
 


 
122
 
 
2670  - 3204, Gəncə - Qazax bölgəsində isə 2581-3115 manata 
bərabər olmuşdur (cədvəl 6. 1). 
Cədvəldən göründüyü kimi ən yüksək iqtisadi səmərə 60 x 
20  sm  qida  sahəsində  becərilmiş  bitkilərdən  alınmışdır.  Bu 
variantda  hektardan  alınan  məhsuldarlıq  başqa  variantlara 
nisbətən artıq olduğundan daha çox xalis gəlir əldə olunmuş və 
məhsul  vahidinin  maya  dəyəri  daha  ucuz  başa  gəlmişdir. 
Deməli həna bitkisinin quru  yarpaq məhsulu üçün 60 x 20 sm 
qida  sahəsində  becərilməsi  iqtisadi  cəhətdən  daha  səmərəlidir. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Şirvan  bölgəsində  məhsul 
vahidinin  maya  dəyəri  Gəncə-Qazax  bölgəsinə  nisbətən 
variantlar üzrə orta hesabla 89 manat baha başa gəlmişdir. 
Müxtəlif  bölgələrdə  becərilən  həna  bitkilərinin  iqtisadi 
səmərəliliyinin  hesablanmasından  belə  nəticəyə  gəldik  ki,  hər 
bölgə üçün optimal vaxtlarda biçin aparılarsa  həna bitkilərinin 
yarpaq  məhsulu  əldə  etmək  üçün  Gəncə  -  Qazax  bölgəsində 
becərilməsi  Şirvan  bölgəsində  becərilməsinə  nisbətən  daha 
səmərəli və rentabellidir. 


 
121
 
 
NƏТİCƏLƏR 
Gəncə  -    Qazax  və  Şirvan  bölgələrində  həna  bitkisinin 
becərilməsinin aqrotexniki xüsusiyyətlərinin öyrənilməsinə dair 
apardığımız  çoxillik  elmi    tədqiqat  işlərindən  aşağıdakı 
nəticələrə gəlmək olar. 
1.  Həna  toxumlarının  laboratoriya  cücərmə  enerjisi  və 
qabiliyyəti Gəncə -  Qazax bölgəsində Şirvan bölgəsinə nisbə-
tən 7,0 -7,3 % aşağı olmuşdur.  
2.  Həna  bitkilərinin  I  yarusundan  yığılmış  toxumların 
laboratoriyada  cücərmə  enerjisi  və  qabiliyyəti  yuxarı  yarus-
lardan yığılan toxumlara nisbətən yüksək olur. 
3. İstixanadan toplanmış həna toxumları iki il saxlandıqda 
cücərmə  enerjisi  və  cücərmə  qabiliyyəti  müvafiq  olaraq  7,0  - 
8,4  %  azalır.  Açıq  sahədən  Şirvan  bölgəsində  toplanmış  həna 
toxumları  iki  il  saxlandıqda  cücərmə  enerjisi  və  cücərmə 
qabiliyyəti  müvafiq  olaraq  4,9  -  5,8%  azalır.  Gəncə  -    Qazax 
bölgəsində isə müvafiq olaraq 11,0 - 12,1 %  azalma müşahidə 
edilmişdir. 
4.
 
İstixananın  ləmələrində  həna  toxumlarının  optimal 
səpin vaxtı hər iki bölgədə 20. I ay, istixananın torpağında 15. 
X ay, parnikdə isə 20. II ay hesab olunur.  
5.
 
Standart həna şitilləri əldə etmək üçün ən  yaxşı  səpin 
norması  istixananın  ləmələrində  hər  iki  bölgədə  10  q/m
2

istixananın torpağında və parnikdə isə 12 q/m
2
 hesab olunur. 
6.
 
 İstixananın
 
ləmələrində  həna  toxumlarının  optimal 
basdırılma  dərinliyi  hər  iki  bölgədə  3,0  mm,  istixananın 
torpağında və parnikdə isə 4,0 mm dir. 
7.
 
 Qapalı  şəraitdə  üfüqi  vəziyyətdə  basdırılmış  həna 
qələmlərinin (çiliklərin) kök vermə qabiliyyəti şaquli və əksinə 
istiqamətdə basdırılmış qələmlərə nisbətən yüksək olur. 
8.
 
Həna  şitillərinin  açıq  sahəyə  əkilməsinin  ən  əlverişli 
vaxtı  Şirvan  bölgəsində  20.  IV  ay,  Gəncə  -  Qazax  bölgəsində 
isə 20. V ay hesab olunur. 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə