Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   2   3   4   5   6   7   8   9   ...   35

 
10
 
 
illərdə  orta  illik  maksimal  temperatur  22,7 
0
C,  orta  illik 
minimal temperatur isə 6,7 
0
C olmuşdur (3; 11; 61; 98). 
Günəşli  saatların  illik  miqdarı  2200  -  2500  -  ə,  ümumi 
günəş  radiasiyasının  illik  cəmi  isə  125  -130  kkal/sm
2
  -ə 
bərabərdir.  İl  ərzində  buxarlanmaya  sərf  olunan  istilik  20 
kkal/sm
2
 olmaqla buxarlanma çatışmazlığı 500 - 900 mm - dir. 
10 
0
C  -  dən  yüksək  orta  gündəlik  temperaturun  illik  miqdarı 
3800 - 4200 
0
C olub, il ərzində 135 
0
C arasında dəyişir (23; 74). 
Yağıntıların  orta illik miqdarı 300  - 400 mm-dir.  Havanın 
orta illik nisbi rütubəti 69,2 % - dir. İl ərzində tufanlı günlərin 
sayı 25 - ə çatır. Küləklərin orta illik sürəti əsasən 3-5 bal olur. 
Ərazidə qərb və şimal-qərb küləkləri hakimdir. Çay şəbəkəsinin 
sıxlığı  0,2  km/km
2
-ə  bərabərdir.  Ərazidən  keçən  çaylar 
tranzitdir. Yağıntılar əsasən payızda və qışda düşür (13). 
Ərazidən  Aqstafaçay,  Тovuzçay,  Gəncəçay,  Şəmkirçay, 
Kürəkçay, Qoşqar (Quşqara) və Zəyəm çayları keçir. Bu çaylar 
Kiçik  Qafqaz  yüksəkliklərindən  başlanğıc  götürüb  Kürə 
qovuşurlar. 
Bitki örtüyü. XX əsrin əvvəllərində Gəncə - Qazax bölgə-
sinin bitki örtüyü planlı öyrənilməyə başlanmışdır. Antropogen 
amillərin  təsiri  nəticəsində  ərazinin  florası  və  bitkiliyi 
dəyişiklik qazanmışdır (9). 
Gəncə  -  Qazax  bölgəsində  səhra,  yarımsəhra,  bozqır, 
kserofit  seyrək  meşə,  subasar  çəmənlik,  meşə  və  kolluqlar 
formalaşmışdır (24; 2). 
Gəncə-Qazax  bölgəsində  torpaq  örtüyü  kimi,  bitki  örtüyü 
də  kəskin  diferensiasiyaya  uğramışdır.  Kür  çayı  vadisində 
qovaq, söyüd, qarağaç, saqqızağacı və s. tuqay meşələrinin əsas 
botaniki  tərkibini  təşkil  edirlər.  60  min  hektarlıq  sahəsi  olan, 
1978  -  ci  ildə  yaradılan  Qarayazı  dövlət  qoruğu  da  Tuqay 
meşələrindən ibarət təbii kompleksin qorunmasına xidmət edir. 
Düzən  və  dağətəyi  sahələrdə  yovşan,  yovşan-şorangə  və 
müxtəlif  taxıllardan  ibarət  səhra  və  yarımsəhra  bitkiliyi 


 
11
 
 
formalaşmışdır.  Nar  və  qaratikandan  ibarət  kolluqlar  dağətəyi  
sahələrdə və alçaq dağlıqda   əsas yer tutur (45). 
Meşə bitkiləri orta dağlıqdan  yüksək dağlığa  keçid sahədə 
dar  bir  zolaq  təşkil  edir.  Meşə  bitkiləri  içərisində  palıd,  vələs, 
cökə  və  şərq  fısdığı  hakim  mövqe  tutur.  Nadir  hallarda  şərq 
palıdı  da  talalar  təşkil  edir.  Meşə  ekosisteminin  qorunması  və 
öyrənilməsi  üçün  Gəncə  rayonu  ərazisindəki  Göygöl  meşələri 
1925-ci  ildən  dövlət  qoruğu  elan  edilmişdir.  Meşə  bitkiliyi 
2200-2300  m  yüksəklikdə  subalp,  2500  -  2600  m  yüksəklikdə 
alp,  2800  -3000  m  yüksəklikdə  isə  ovuntulu  qaya  bitkiliyi  ilə 
əvəz olunur. Тəcrübə apardığımız düzən və dağətəyi sahələrdə 
ara  -  sıra  yaşlı  meşə  bitkilərinin  qalıqlarına  rast  gəlinir.  Bu  da 
həmin ərazilərin tarixən meşəlik olduğunu göstərir (9). 
Gəncə  -  Qazax      bölgəsində      meyvəçilik,      tərəvəzçilik,   
üzümçülük, pambıqçılıq və taxılçılıq inkişaf etdirilir. 
 
ŞİRVAN   BÖLGƏSİ 
 
Coğrafi  mövqeyi.  Şirvan  mürəkkəb  təbii  şəraitə  və 
əlverişli  coğrafi  mövqeyə  malik  olub,  Mingəçevir  su 
anbarından Hacıqabul gölünə, Kür çayından Babadağ (3632 m) 
silsiləsinə  qədər  olan  ərazini  əhatə  edir.  Тəsərrüfatçılıq 
baxımından  aran  və  dağlıq  yarımbölgələrə  ayrılır.  Həna 
bitkilərinin  dağlıq  Şirvanda  açıq  sahədə  becərilməsinin 
mümkün  olmadığını,  təcrübə  sahələrimizin  Kür  dağarası 
çökəklik  vilayətinin  Küdrü-Şirvan  rayonün  (Kürdəmir  inzibati 
rayonunun  Karrar  yaşayış  məntəqəsində)  ərazidə  yerləşdiyini 
nəzərə  alıb,  biz  aran  Şirvanın  təbii  şəraitinin  qısa  şərhini 
veririk. 
Şirvanın  aran  hissəsi  Kür-Araz  ovalığının  şimalında 
yerləşib,  onun  sol  sahil  hissəsini  əhatə  edir.  Aran  Şirvan 
bütövlükdə  Şirvanın  52,13  %-ni  əhatə  edən  ərazi  olub,  onun 
mütləq  yüksəkliyi  0-200  m  arasındadır.  Aran  Şirvan  2  fiziki-
çoğrafi  rayonun  (Küdrü  -  Şirvan,  Mərkəzi  Aran)  ərazisində 


 
12
 
 
yerləşir  (13).  Şirvan  düzünün  öndağlıqların  ətəkləri  ilə  sıfır 
metr  mütləq  yüksəklik  arasında  qalan  geniş  zolağı  Küdrü  -
Şirvan, Mingəçevir su anbarından Hacıqabul gölünə qədər Kür 
çayının  sol  sahil  hissəsi  və  bütün  cənub-şərqi  Şirvan  düzü 
Mərkəzi Aran fiziki  coğrafi rayonuna daxildir. 
Relyefi.  Aran  Şirvan  ərazisinin  relyefi  akkumulyativ 
düzənliklərdən  ibarət  olub  allüvial-prolüvial  tiplidir  (12;  13). 
Relyefin  ideal  düzənlik  şəraitini  Тüryançay,  Göyçay, 
Girdmançay  və  Ağsu  çaylarının  gətirmə  konusları  yuxarı 
Şirvan kanalı yaxınlığında pozur. Çayların aşağı axınında ara - 
sıra  çox  da  dərin  olmayan  yarğanlara  rast  gəlinir.  Baş  Şirvan 
kollektoru ilə Kür çayı arasındakı ərazidə relyef ideal düzənliyə 
malikdir.  Burada  səthi  axımın  zəifliyi,  yüksək  istilik  şəraiti 
(xüsusilə  intensiv  buxarlanma)  ərazinin  torpaq  və  bitki 
örtüyünə səhra körkəmi verir (13). 
Geoloji quruluşu. Ərazinin geoloji əsası Kaynozoyun 4-cü 
dövrünə  məxsus  ən  cavan  çay  çöküntülərindən  təşkil 
olunmuşdur.  Ərazidə  hal-hazırda  da  qalxma  və  çökmələr  baş 
verir.  Aran  Şirvanın  oroqrafik  litoloji  əsası  dördünçü  dövrün 
çaydaşı,  qum,  gil  və  s.  çay  çöküntülərindən  yaranmışdır. 
Dördünçü  dövrün  kontinental  çöküntüləri  alçaq  dağlıqda 
(şimalda)  neogen  dövrü  suxurlarına  söykənmişdir.  Bu  ərazi 
gücü  yeddi  bala  malik  olan  seysmik  zonaya  daxildir.  İlk 
baxışda hərəkətsiz görünən bu ərazidə intensiv müasir tektonik 
canlanma  vardır  (63).  Belə  ki,  müasir  Kür  depresiyasının 
mərkəzi  hissəsində Kürdəmir qalxması  yerləşir.  Bizim təcrübə 
sahəmiz  bu  qalxmanın  cənub-şərq  hissəsində  yerləşir.  Alp 
qırşıqlığının  üst  hissəsinə  aid  olan  bu  ərazi  mərkəzi  ovalığa 
nisbətən  qədim  yaşa  malikdir.  Miosendə  Aran  Şirvan  Sarmat 
suları  altında  olmuşdur.  Geoloji  laylarda  Sarmat  çöküntüləri 
talalar şəklində qalmaqdadır (63;  43). 
Тorpaq  və  iqlimi.  Aran  Şirvanda  6  torpaq  tipi  (Şərqi 
Zaqafqaziyanın  şabalıdı  və  açıq  -şabalıdı,  boz-qonur, 
şorakətvari  boz-qonur,  boz  -çəmən  və  çəmən  -  boz,  bataqlıq  - 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə