Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   2   3   4   5   6   7   8   9   ...   35

 
16
 
 
Beləliklə,  Aran  Şirvanda  qərbdən    şərqə  və  şimaldan  
cənuba  doğru  iqlimin  aridləşməsi  ərazi  daxilində  bitkilərin 
ekoloji və həyati formalarının yayılmasında qanunauyğunluqlar 
yaratmışdır.  Belə  ki,  dayazda  yerləşən  yeraltı  sular  həmişə 
torpaqda  nəmlik  yaratdığından  belə  mikro  iqlimli  ərazilərdə 
bitkilər mezofit və mezofit - kserofit variantlı olur, cənub - şərq 
və  Qərb  küləklərinin  hakim  olduğu  lokal  tipli  qalxmaların 
tirələr və kiçik təpəciklərin Cənub istiqamətlərində isə kserofit 
və kserofit - mezofit bitkilər yayılır. Odur ki, əraziyə introduk-
siya  edilən  hər  hansı  bir  bitki  üçün  özünün  biologiyasına  və 
ekologiyasına uyğun sahələr seçilməlidir. Azərbaycanın Gəncə 
-  Qazax  və  Şirvan  bölgələrinə  introduksiya  olunmuş  həna 
bitkiləri üçün sahələrin seçilməsində   bölgənin   təbii şəraiti və 
mikroiqlimli məhdud əraziləri nəzərə alınmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
17
 
 
II FƏSİL. HƏNA BİТKİSİNİN (LAWSONİA) 
ÖYRƏNİLMƏSİ VƏ İNТRODUKSİYA   TARİXİ  
(ƏDƏBİYYAТ İCMALI) 
 Tikansız  həna  (L.  inermis  L.)  ağlarot  (Lythraceae)  fəsilə-
sinin Lawsonia cinsinə daxildir. Bu fəsiləyə tropik və subtropik 
ölkələrdə  yayılmış  25  cinsdən  olan  550-dən  çox  növ  daxildir 
(95).  MDB  ərazisində  bu  fəsilənin  5  cinsə  aid  olan  25  növünə 
təsadüf edilir. Bizim şəraitdə kifayət qədər geniş yayılmış cinsi 
ağlarot (Lythrum) cinsidir (17) .
 
Həna  bitkisi  ilk  dəfə  1753  -  cü  ildə  K.  Linney  tərəfindən 
təsvir  edilmişdir  (84).  K.  Linneydən  sonra  bu  bitki  Burkil 
(Burkill  I.  H)  (157)  və    Kortesi  (Cortesi  F.)  (161)  tərəfindən 
botaniki  təsvir  edilmişdir.  Həmçinin  həna  bitkisi  1948-ci  ildə 
İngiltərədə  Oksford  Universitetinin  nəşr  etdirdiyi  “Sudanın 
kənd  təsərrüfatı”  (Aqriculture  in  hte  Sudan)  (148)  adlı  əsərdə 
təsvir  olunmuş,  nəhayət  V.  P.  Alekseyev  (70)  “Subtropik 
bitkilər” jurnalında bu bitkinin təsvirini vermişdir. 
Həna  bitkisinin  bir  neçə  sinonim  adları  vardır:  L.  spinosa 
L.; L. Coccinea Sm.; L. alba Lam.; L. purpurea Lam.; Alcanna 
spinosa Caertn.  
Həna  bitkisi  yabanı  halda  Şimali  Avstraliyadan  (Mevil 
adası)  tutmuş  Zond  adalarından  və  Hindistandan  keçməklə 
Ərəbistana qədər olan ərazidə, Madaqaskarda, Şərqi və Şimali 
Afrikada  rast  gəlinir. Mədəni  halda isə Asiyada  (yaşıllıq  və su 
olan  yerlərdə)  Şimali,  Şərqi  və  Qərbi  Afrikada,  tropik 
Amerikada becərilir (84). 
 Lawsonia  inermis  L.  çoxillik  kol  bitkisi  olmaqla  vətəni 
Şimali Afrika, Asiya və  Avstraliya hesab edilir.  Mədəni  halda 
isə  tropik  Amerikada,  Misirdə,  Hindistanda  və  Yaxın  Şərqin 
bəzi  hissələrində  becərilir.  Əl-xına,  Misir  keşişi  və  Əspərək 
ağacı  adı  ilə  də  məlumdur.  Növmüxtəlifliyini  isə  bəzən  Law-
sonia  elba  lamya  və  ya  Lawsoniya  ruba    kimi  qeyd  edirlər.  6 
metr  yüksəkliyə  çatır,  ətirli  ağ  və  yaxud  açıq  qırmızı  rəngli 
çiçəklərə malikdir (153, 169, 173). 


 
18
 
 
Həna  (Lawsonia  inermis  L.)  tropik  və  subtropik  ölkələrdə 
bitən  6  -7  m  hündürlükdə  ağac  və  ya  həmişəyaşıl  kol  bitkisi 
olub  həyatını  25  -  30 il  davam  etdirir. Xarici  görünüşünə  görə 
“birgöz”  bitkisini  (Ligustrum  lıcidium  Ait.)  xatırlatdığına  görə 
yunan həkimləri  ona “liqustrum” deyirmişlər.  
Həna təbii şəraitdə Sudanda, Qahirədə, Hindistanda (kollar 
arasında),  Səudiyyə  Ərəbistanda  və  cənubi  İranda  nəmli  sahə-
lərdə (vahələrdə, oazislərdə), İsrail və Sinqapura yaxın İspaniya 
və Yunanıstanda isə sahilyanı ərazilərdə və  İslandiyada Aralıq 
dənizi adalarında becərlir (72). 
Həna  bitkisinin  dördtərəfli  budaqlanmaya  malik  olan 
gövdəsi  tilli  olub,  tikansızdır.  Bitkinin  gövdə  və  budaqlarının 
üzəri  daxildən  qırmızı  qəhvəyi  rəngə  malik  olan  qabıq  ilə 
örtülüdür (19). 
Sadə,  tam  kənarlı,  qısa  saplaqlı  və  ya  oturaq  yarpaqları 
qarşı-qarşıya düzülmüş, yumurtavari və ya ellips formasındadır. 
Hamar,  parlaq,  nazik  dəriciklə  örtülü  tünd  yaşıl  rəngli  yarpaq-
larının uzunluğu 3,0 - 6,0, eni isə 1,5 -3,0 sm-dir. Yarpaqlarının 
kənarı  müəyyən  dərəcədə  burulmuş  olur.  Yarpağın  üst  səthi 
mərkəzi damardan 60
0
 altında ayrılan və yarpağın kənarında bir 
biri ilə birləşən çoxlu miqdarda yan damarlara malikdir (72).  
Həna vətənində əsasən çəpərlərin bəzədilməsi  – yəni canlı 
çəpər  yaratmaq  üçün  becərilir.  Ancaq  qurudulmuş  və 
üyüdülmüş  alt yarpaqlardan alınan toz xına adı ilə məşhurdur 
ki, ondan da narıncı, qəhvəyi və qırmızı rənglərə tez boyamaq 
üçün istifadə edilir. Qurudulmuş və üyüdülmüş həna yarpaqları 
yaşıl bataqlıq rənginə çalan tozdur. Tərkibindəki əsas boyayıcı 
maddənin – lavsonun miqdarı 0,5 – 1,5 %-ə çatır. Hənanın tər-
kibində  həmçinin  aşılayıcı  maddə,  kley  (yapışdırıcı),  qal 
turşusu  və  başqa  maddələr  vardır.  Həna  yarpaqları  Asiyada 
qədimdən  saçların,  dırnaqların  və  dərinin  boyanması  üçün 
istifadə  edilirdi.  Qərbdə  və  yaxın  Şərqdə  isə  həna  saç  yumaq 
üçün  şampun  hazırlanmasında,  boyaqların  kondinsiyaya 


 
19
 
 
çatdırılmasında və yaxalama vasitələrinin hazırlanmasında isti-
fadə edilir (154, 165, 149). 
Çiçəkləri  xoşagələn  iyə  malikdir,  onların  bitki  yağları  ilə 
qarışığından  ətir  hazırlanır.  Ağımtıl-qırmızı  rənqli  çiçəklərin-
dən  ətirli  sabun  hazırlanmasında  istifadə  edilir.  Çiçəkləyən 
vaxtı  yarpaqları  da  yığılıb  qurudulur,  üyüdüldükdən  sonra 
saçların  və  dərinin  rənglənməsində  istifadə  edilir.  Bitkinin  uc 
hissəsində bitən yarpaqlar daha yaxşı rəng verdiklərindən onlar 
ayrılıqda yığılır və dərinin boyanmasında, digər yarpaqlarından 
alınan  tozdan  isə  saçların  boyanmasında  istifadə  edilir.  Xına 
üyüdülən  kimi  dərhal  vakuum  kisələrə  qablaşdırılmalıdır. 
Qaldıqca xına keyfiyyətini itirir. Keyfiyyətin itməsi isə düzgün 
qablaşdırmadan asılıdır (150, 186).  
Həna  bitkisinin  diametri  1-2  sm  olan  xırda  çiçəkləri 
piramida  şəkilli,  mürəkkəb  salxımvari  çiçək  yatağında 
toplanmışdır. Çiçəkləri ağ və ya çəhrayı rəngli olub yasəmən və 
ya  qızılgül  kimi  ətirlidir.  Çiçəklərinin  tərkibində  efir  yağları 
var.  Çiçək  4  sərbəst  kasa  yarpağından,  4  bitişik  ləçəkdən,  8 
erkəkcikdən,  2  efir  yağlı  vəzicikdən  ibarətdir.  Meyvəsi  4 
yuvalı, qutu şəkilli, dairəvi formada olub, nazik qabıqlıdır. Hər 
yuvada  çoxlu  miqdarda  piramida  şəkilli  kiçik  qəhvəyi  rəngli 
toxum yerləşir. 1000 ədəd toxumunun kütləsi 0,5- 0,6 qramdır. 
Mədəni  halda  həna  bitkisinin  quru  və  isti  bölgələrdə, 
yüngül qranulometrik tərkibli və məsaməli torpaqlarda becəril-
diyi  göstərilir  (101).  Hava  rütubətinin  həddən  artıq  olması, 
güclü küləklər, istilər bitkinin böyümə və ingişafına mənfi təsir 
edir (162).  
Тəbii  şəraitdə  həna  bitkisinin  böyüməsi  və  inkişafı  üçün 
minimal  temperatur  8-10 
0
C  olmalıdır.  Тemperaturun  2-3 
0
C  -
yə  enməsi  bitkinin  məhv  olmasına  səbəb  olur.  Buna  uyğun 
olaraq  müəyyən  edilmişdir  ki,  həna  bitkisi  Krım  vilayətində 
Zaqafqaziya və Orta Asiya  respublikalarında birillik bitki kimi 
becərilə bilər (72; 70; 93; 115;  116). 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə