8
Təbrizi, Borçalını, İrəvanı, Göyçəni, Zəngəzuru, Ağbabanı, nəhayət, keçən əsrin
axırlarında tarixlər şahidi Qarabağı itirmişik. Hazırkı Ermənistan ərazisindən 200
mindən çox, Azərbaycanın daxilindən isə bir milyona qədər insanımız,
yurddaşımız ev-eşiyini, isti ocağını itirərək didərgin salınıb. Böyüklərlə barəbər,
körpələrimiz də qaçqın-köçkün həyatı yaşamağa məhkum edilib. Və təbii ki,
hazırda insan haqları, uşaq hüquqları və s. kimi yüksək terminləri əldə bayraq edən
sivil dünyanın, min adlı beynəlxalq təşkilatların gözləri qarşısında onların ən ali
haqq və hüquqları pozulub. Ancaq 1988-ci ildən bəri davam edən erməni təcavüzü
nəticəsində yurd-yuvasını, öz yurdunda, öz evində azad yaşamaq haqqını itirmiş
körpələrimizin hüquqlarının bərpası istiqamətində heç bir ciddi və səmərəli addım
atılmayıb.
Artıq yuxarıda qeyd etdiyimiz kimi, uşaq hüquqları ilə bağlı Avropada,
Qərbdə bir çox hüquqi sənədlər qəbul edilib. İlk belə sənəd olan “UŞAQ
HÜQUQLARI
HAQQINDA
KONVENSİYA”
Beynəlxalq
Qadınlar
Fedarasiyasının təçəbbüsü ilə hələ 1949-cu ildə Birləşmiş Millətlər Təşkilatı
tərəfindən qəbul edilsə də, bu gün dünyanın bir çox yerlərində uşaq hüquqlarının
pozulması hallarına mütəmadi olaraq rast gəlirik. Belə hallar son illərdə
Ermənistan təcavüzünə məruz qalmış Azərbaycanda da baş vermişdir. Ancaq
özünün Qərbə inteqrasiya iddialarını ortaya qoymuş, demokratik inkişaf yolunu,
hüquqi dövlət prinsiplərini özünün prioriteti elan etmiş Azərbaycana qarşı erməni
təcavüzü və bu təcavüz nəticəsində çoxsaylı insan hüquq və azadlıqlarının, o
cümlədən uşaq hüquqlarının pozulması hallarına indiyədək həmin Qərbdə göz
yumulur, müvafiq beynəlxalq təşkilatlar tərəfindən adekvat reaksiya verilmir.
Təcavüzkar Ermənistan artıq 26 ildir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini
və ona bitişik 7 rayonu işğal altında saxlayır. Bu tarixi Azərbaycan torpaqlarının
işğalı zamanı bütün yerli əhaliyə, eləcə də uşaqlara heç bir aman verilməmişdir.
Təkcə bir faktı demək kifayətdir ki, Qarabağ müharibəsi illərində 1000-dən çox
uşaq şəhid olub, nə qədər günahsız körpə Xocalıda, işgal edilən digər şəhər və
kəndlərimizdə erməni quldur ordusu tərəfindən əsir götürülüb, işgəncələrə məruz
qalıb. Bu körpələrə qarşı törədilmiş vəhşilik və qəddarlıq faktlarına faşistlərin
əməllərində də rast gəlmək mümkün deyil. Onlara qarşı tarixdə görünməmiş
zorakılıq və işgəncələr tətbiq edilmişdir. Bu cür faktlar hətta erməni yazarlarının, o
cümlədən bədnam Zori Balayanın kitablarında açıq-aşkar əks olunub. Əslində
özünün humanizmi ilə seçilməli olan yazıçı belə erməniliyindən qalmayaraq bu
türk cocuqlarına qarşı törədilmiş vəhşiliyi, qəddarlığı təqdir edir və kitabında bu
əməllərə haqq qazandırır.
Bu gün iyunun 1-də bütün dünyada Uşaqları Beynəlxalq Müdafiə Günü
qeyd edilsə də, Azərbaycan uşaqlarının böyük bir qismi Dağlıq Qarabag və ətraf
9
rayonlardan köçkün düşmüş uşaqları özlərinin bu bayramını doğma evlərindən
uzaqda, çadır şəhərciklərində, yaxud yeni məskunlaşdıqları ərazilərdə qeyd etməli
olurlar. Bu isə hüquq və azadlıqlar haqqında ağızdolusu danışmağa alışmış bütün
dünya üçün yalnız və yalnız utanc gətirir.
Ancaq “UŞAQ HÜQUQLARI HAQQINDA KONVENSİYA” ya
qoşulmuş 189 ölkədən biri olan Azərbaycan öz ərazisində yaşayan bütün uşaqların
hüquqlarının qorunması, onların öz bayramlarını sevinc və fərəh içində keçirməsi
üçün hər çür şərait yaradır. Bu bayramı ölkəmizdə millətindən, dinindən, dilindən,
irqindən asılı olmayaraq bütün körpələr eyni şəraitdə qeyd edirlər. Neçə illərdən
bəri çadır şəhərciklərində yaşamış, normal təhsil almaq, səhiyyə xidməti ilə təmin
olunmaq imkanından məhrum olmuş uşaqlar artıq dövlətimizin qayğısı sayəsində
bu bəladan xilas olublar. İndi onlar ailələri ilə birlikdə köçkün vətəndaşlar üçün
salınmış yeni qəsəbələrdə yaşayır, normal təhsil alır, lazımi tibbi xidmət görür,
digər hüquqlardan bəhrələnirlər.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün
dövrlərdə uşaqlara xüsusi qayğı və diqqətlə yanaşmışdır. Onu mütəmadi olaraq
uşaqların iştirakı ilə keçirilən ayri-ayri bayram və tədbirlərdə görmək olardı. Bu
tədbirlərdə o, mütləq uşaqlara yanaşar, onlarla söhbət edər, söylədikləri şeir
nümunələrini maraqla dinləyər, körpələri həvəsləndirərdi. Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da ulu öndərin məhz uşaqlara
olan qayğısından, diqqətindən irəli gəlirdi.
Son illərdə Azərbaycan Prezidenti İlham Əliyev uşaqlarımızın inkişafı,
müasir bilik və vərdişlərə yiyələnmələri üçün hər çür şərait yaradır. Onlar üçün
gözəl uşaq bağcaları, məktəblər tikilib istifadəyə verilir, dövlət başçısı onların
açılışında iştirak edir, uşaqlara özünün xeyirxah tövsiyələrini verir. Prezidentin
istedadlı uşaqların seçilərək dövlət qayğısı ilə əhatə olunması barədə sərancamları
da hamının yadındadır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın Azərbaycan uşaqlarına qayğısını isə ayrıca
qeyd etmək yerinə düşərdi. Onu daim ölkənin ayrı-ayrı yerlərində, şəhərlərimizdə,
kəndlərimizdə uşaqların yanında görürük. Fondun dəstəyi ilə uşaqlar və gənclər
arasında musiqi müsabiqələrinin keçirilməsi onların istedadlarının üzə
çıxarılmasında mühüm addımdır.
1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bütün korpələrimizi
təbrik edir, onlara daha xoşbəxt həyat arzulayırıq. Çünki onlar hər cür xoşbəxtliyə
layiqdirlər.