Naxçıvan Muxtar Respublikası – 90
istehsalının həcmi 1956-1960-cı illərdə cəmi 6 faiz, 1961-1965-ci
illərdə 8 faiz artmışdır. İnkişafı kənd təsərrüfatının vəziyyətindən
asılı olan yüngül, yeyinti sənaye sahələri, inkişafına böyük
imkanlar olan tikinti materialları istehsalı sahələri həmin illərdə
durğunluq dövrü keçirirdi. 1960-cı illə müqayisədə 1965-ci ildə
meşə, ağac emalı və kağız-sellüloz sənayesi məhsulunun həcmi
92 faiz, tikinti materialları sənayesi məhsulunun həcmi 95 faiz
təşkil etmişdir. Yüngül sənayedə məhsul istehsalının həcmi cəmi
14 faiz, yeyinti sənayesində isə 5 faiz artmışdı. Naxçıvanın
ənənəvi kənd təsərrüfatı sahələri və onun xammalını emal edən
sənaye açıq-aşkar tənəzzülə uğrayırdı. Ümumiyyətlə, 1960-cı
illərin ikinci yarısınadək təqribən 40 il ərzində Naxçıvanın
iqtisadiyyatı Azərbaycanın bir çox başqa ərazilərinə nisbətən
aşağı səviyyədə olmuş, sənaye məhsulunun artım sürətinə görə o
həm də keçmiş SSRİ-də olan muxtar qurumlar arasında axırıncı
yerlərdən birini tutmuşdu.
1960-cı illərin əvvəllərində SSRİ Dövlət Plan Komitəsinin
xalq təsərrüfatının inkişafına dair hazırladığı arayışda, eləcə də
SSRİ Ali Sovetinin yenə həmin vaxt apardığı təhlillərdə
Qafqazın və Orta Asiyanın muxtar vilayətləri və muxtar
respublikaları arasında əhalinin hər bir nəfərinə düşən sənaye
məhsulunun həcminə görə Naxçıvan Muxtar Respublikasının
axırıncı yerlərdə olduğu qeyd olunmuşdur.
Muxtar respublika iqtisadiyyatının həmin dövrdə ümumi
inkişafdan xeyli geri qalmasının bir səbəbi rəhbərliyin
təşəbbüskarlıqdan uzaq xarakterli idarəetməyə üstünlük verməsi
və mərkəzi direktivlərdən asılı mövqeyi idisə, digər bir səbəbi
erməni millətçilərinin törətdiyi fitnəkarlıqlardan ibarət idi. Duz
Naxçıvan Muxtar Respublikası – 90
istehsalının yüksək səviyyəli inkişafını təmin etmək üçün
Naxçıvanda
olan
böyük
duz
mədənlərində
hasilatın
genişləndirilməsi istəyinin də qarşısı ermənilər tərəfindən
alınmışdır. Buna alternativ kimi həmin illərdə SSRİ Dövlət Plan
Komitəsində işləyən ermənilərin dəstəyi ilə Ermənistanın Avan
adlı çox cüzi ehtiyatlara malik duz yataqlarından istifadə
məsələsi ortaya atılmış, Naxçıvan duzunun guya çox baha başa
gəldiyi “əsaslandırılmışdır”. Azərbaycan isə öz kimya sənayesini
inkişaf etdirmək üçün baha qiymətə başqa yerlərdən duz
gətirməyə məcbur olmuşdur.
Sovet hakimiyyəti inqilabdan əvvəl ölkənin bütün torpaq
fondunun 92,1 faizinə sahiblik edən xanlardan, bəylərdən və
həmçinin dövlət və dini idarələrdən torpaqları müsadirə edib,
20 mindən artıq yoxsul kəndli təsərrüfatları arasında payladı.
Həmin islahat nəticəsində 10344 torpaqsız kəndli torpağa malik
oldu. Beləliklə, muxtar respublikanın bütün torpaq fondunun
75 faizi əhalinin ən geniş təbəqəsini təşkil edən yoxsul kəndli
təsərrüfatlarına verildi. Qalan 25 faiz torpaqlar isə dövlət
fondunda qaldı ki, bunlardan da kəndlilər yay və qış otlaqları
kimi istifadə etməyə başladılar.
1924-cü il fevralın 9-da Naxçıvan MSSR yaradılaraq
Azərbaycan SSR-in tərkibinə daxil edildikdən sonra ilk növbədə
xalq təsərrüfatının əsas sahəsi olan kənd təsərrüfatının geniş
inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilməyə başlanılmış,
dövlətin vəsaiti və köməyi ilə dağıdılmış suvarma kanalları bərpa
edilmişdir.
1924-cü ildə muxtar respublikada əkin sahələrinin altında
bütün təsərrüfat kateqoriyaları üzrə 45 min hektar kənd
Naxçıvan Muxtar Respublikası – 90
təsərrüfatına yararlı torpaq sahəsi olmuşdur. 1925-ci ildə
36275 hektar əkin sahəsinin 19770 hektarı buğda, 7675 hektarı
arpa, 7583 hektarı pambıq, 365 hektarı çəltik, 78 hektarı bostan,
804 hektarı isə digər əkinlərin payına düşmüşdür. 1926-cı ildə
əkin sahəsi 5339 hektar artaraq 41614 hektar olmuşdur ki, bu
artım buğda əkinlərində 830 hektar, pambıq əkinlərində
789 hektar, bostan əkinlərində 1765 hektar, çəltik əkinlərində isə
7 hektar olmuşdur.
1930-cu illərdə kollektiv təsərrüfatların (kolxozların)
yaradılması, kənd təsərrüfatının yeni formada idarə olunması bu
sahənin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
1940-cı illə müqayisədə 1945-ci ildə kənd təsərrüfatı
məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Bu artım
buğda istehsalında 19433,4 ton, arpa istehsalında 7460 ton,
paxlalı bitkilər istehsalında 3040 ton, çəltik istehsalında
2363 ton, darı istehsalında 1058 ton olmuşdur. 1924-cü illə
müqayisədə buğdanın əkin sahəsi 7601 hektar, arpa əkini sahəsi
2832 hektar, pambıq əkini sahəsi 1867 hektar artmışdır. Bu
dövrdə yeni bitkilər əkin dövriyyəsinə daxil edilmişdir. Belə ki,
950 hektar sahədə paxlalı bitkilər, 149 hektarda isə darı əkini
aparılmışdır.
1940-cı illərdə pambıq istehsalına maraq artdığından əkin
sahəsi 9450 hektara çatmış, məhsul istehsalı 5805 ton, məhsul-
darlıq 6,1 sentner olmuşdur. 1941-1945-ci illərdə pambıq əkini
sahəsi azalaraq 4656 hektar olsa da, məhsuldarlıq 6,1 sentnerdən
15 sentnerə yüksəlmiş və məhsul istehsalı 6996 tona çatmışdır.
Pambıqdan hazırlanan məhsullara tələbat artdığından sonrakı
illərdə də əkin sahəsində və məhsul istehsalında artım templəri
Dostları ilə paylaş: |