Naxçıvan Muxtar Respublikası – 90
Şərur-Dərələyəz qəzalarını, Ordubad mahalını, habelə Sərdar-
abad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. əraziləri əhatə
edirdi. Cümhuriyyətin Nazirlər Şurasının sədri Əmir bəy Ək-
bərzadə, hərbi nazir isə İbrahim bəy Cahangiroğlu idi. Araz-Türk
Respublikası bölgəni və onun əhalisini erməni basqınlarından
qorumaq məqsədilə silahlı dəstələr yaratmış və düşmənə qarşı
fəal hərbi əməliyyatlar keçirmişdir.
1919-cu ilin əvvəllərində daşnak hökumətinin təhriki ilə
ingilislər Naxçıvana daxil oldular və burada ingilis general-
qubernatorluğu elan etdilər. İngilislər tərəfindən sıxışdırılan
Araz-Türk Respublikası 1919-cu ilin martında süqut etdi. Bu
respublika az yaşasa da, mühüm xidmətləri ilə əbədiləşdi. Belə
ki, Araz-Türk Respublikası bölgənin azərbaycanlı əhalisinin qüv-
vələrini düşmənlərə qarşı birləşdirməkdə mühüm rol oynamış,
əhalinin daşnaklar tərəfindən məhv edilməsinin qarşısını almış,
ən başlıcası isə bölgənin ermənilərin əlinə keçməsinə imkan ver-
məmişdi.
İngilislər Naxçıvanı Ermənistana vermək istəyirdilər. Nax-
çıvan Müsəlman Milli Şurası ermənilərlə ümumxalq mübari-
zəsinə qalxdı. Kalbalı xanın rəhbərliyi ilə xalq qoşunu ermənilərə
sarsıdıcı zərbə vurdu və avqustun 30-da (1919) ermənilər Nax-
çıvandan qovuldu. Bundan sonra AXC hökuməti Səməd bəy
Cəmilinskini Naxçıvan bölgəsinin general-qubernatoru təyin etdi.
Səməd bəy dərhal idarəetmə strukturları yaratmağa başladı. Bu
zaman Naxçıvanda Amerika general-qubernatorluğun yaradılma-
sına təşəbbüs edilsə də, yerli əhali buna imkan vermədi. Zəngə-
zurun erməni daşnakları tərəfindən tutulması (1919, 23 noyabr)
Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvanı çətin vəziyyətə salsa da, ərazini erməni işğalından
qorumaq mümkün oldu.
1920-ci il aprelin 28-də Azərbaycanın Rusiya tərəfindən
işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. İyulun 28-də
Naxçıvanda Sovet hakimiyyəti quruldu. Naxçıvan Hərbi İnqilab
Komitəsinin 1920-ci il avqustun 10-da Azərbaycan SSR XKŞ-
nın sədri N.Nərimanova göndərdiyi məktubda deyilirdi: “Nax-
çıvan diyarı zəhmətkeşlərin böyük əksəriyyətinin arzu və
tələblərini nəzərə alaraq, özünü Azərbaycan SSR-in ayrılmaz
tərkib hissəsi elan etmişdir”.
1920-ci ilin sentyabrında Naxçıvana daşnak hərbi hissə-
lərinin hücumu başladı. Naxçıvanlılar erməni hücumlarının qarşı-
sını aldılar. Sentyabrın 18-də Ordubad, noyabr-dekabr döyüşləri
nəticəsində isə Şərur azad edildi.
Sovet Rusiyası da Naxçıvanı Ermənistana birləşdirmək
üçün bütün vasitələrdən istifadə edirdi. İ.Stalin, Q.Orconikidze,
S.M.Kirov, G.Çiçerin və b. bu istiqamətdə iş aparırdılar. Er-
mənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan üçün
təhlükə daha da artdı. Naxçıvan əhalisinin inadlı müqaviməti və
mübarizəsi sayəsində antiazərbaycan siyasəti baş tutmadı. Nəti-
cədə, Ermənistan Hərbi İnqilab Komitəsi 1920-ci il dekabrın
28-də Naxçıvanı müstəqil sovet respublikası kimi tanıdı və
daşnakların bu ərazi ilə əlaqədar iddialarından imtina etdiklərini
bəyan etdilər.
Naxçıvan və Zəngəzurun Ermənistan ərazisinə qatılması
barədə Ermənistan hökuməti ilə sovet Rusiyası arasında razı-
laşma əldə edilmişdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq
etmək üçün yeni cəhdlər göstərirdi. Lakin 1921-ci ilin yanvarında
Naxçıvan Muxtar Respublikası – 90
Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü
ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən
çoxu Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycan
SSR-in tərkibində qalmasına səs verdi.
1920-ci ilin aprel ayından başlayaraq Türkiyə ilə Rusiya
arasında münasibətlərdə mülayimləşmə hiss olunurdu. Bundan
istifadə edən Türkiyə hökuməti həm XIX əsrin 70-ci illərində
itirilmiş torpaqlarının geri qaytarılması, həm də Rusiyanın
yardımından faydalanaraq istiqlal mübarizəsində qalib gəlməsini
düşünürdü. Bu məqsədlə də Rusiya ilə danışıq aparmaq üçün
Bəkir Sami bəyin başçılığı ilə nümayəndə heyətini Moskvaya
göndərmişdi. Bir qədər sonra Yusif Kamal bəyin başçılığı ilə
Moskvaya daha bir nümayəndə heyəti göndərildi. Hər iki
danışıqlarda Naxçıvan məsələsinə də xüsusi əhəmiyyət
verilmişdi. Danışıqlarda Azərbaycan SSR-in RSFSR-dəki
fövqəladə və səlahiyyətli nümayəndəsi B.Şahtaxtinskinin də
mühüm xidmətləri olmuşdu. Danışıqlar nəticəsində 1921-ci il
martın 16-da iki ölkə arasında “Dostluq və qardaşlıq haqqında”
Moskva müqaviləsi imzalandı. Müqavilə 16 maddədən və
2 əlavədən ibarət idi. Onun III maddəsində deyilirdi: “Razılığa
gələn hər iki tərəf Naxçıvan vilayətinin hazırkı Müqavilənin I (C)
əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın protektoratlığı
altında muxtar ərazi yaratmasına razıdırlar, o şərtlə ki,
Azərbaycan
bu
protektoratlığı
üçüncü
dövlətə
güzəştə
getməməlidir”. Bu maddə Naxçıvanın taleyinin həll edilməsində
tarixi əhəmiyyətə malik oldu. Naxçıvan məsələsi özünün ədalətli
həllini tapdı və Azərbaycan ərazisinin bütövlüyü qismən də olsa,
qorunmuş oldu.
Dostları ilə paylaş: |