Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə16/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
ödəyirdi.  İstehsal  olunmuş  mərmərin,  üzlük  plitənin,  travertin 
blokunun  bir  hissəsi  muxtar  respublikadan  digər  bölgələrə  ixrac 
olunurdu.  Şahtaxtı  kəndində  istehsal  olunan  yüksəkkeyfiyyətli 
travertin  üzlük  plitələri  metro,  kinoteatr,  inzibati  binaların 
tikintisində və digər işlərdə istifadə olunurdu. Bu qiymətli tikinti 
materialı  təkcə  Azərbaycanda  deyil,  həm  də  keçmiş  SSRİ-nin 
başqa  regionlarında,  eləcə  də  xarici  ölkələrdə  yüksək 
qiymətləndirilmişdir.  Təkcə  1983-cü  ildə  istehsal  olunmuş     
27,6  min  kubmetr  travertinin  10  min  kubmetri  Moskva, 
Leninqrad,  Minsk,  Daşkənd  və  Soçi  şəhərlərinə  ixrac 
olunmuşdur.  1985-ci  ildə  47,7  min  kubmetr  travertin  istehsal 
olunmuş, həmin şəhərlərə travertin bloku ixracı daha da artmışdı. 
Şüşə  sənayesi  Azərbaycanda  yeganə  olan  irihəcmli           
(50  milyon  ədəd  butulka  istehsalı  gücündə)  şüşə  tara  zavodu  ilə 
təmsil  olunmuşdu.  Bu  zavod  Naxçıvanda  mineral  su  istehsalının 
(Badamlı,  Sirab,  Vayxır)  artması  nəticəsində  şüşə  qablara 
yaranmış  tələbatı  ödəmək  üçün  tikilmişdi.  1983-cü  ildə             
34  milyon  ədəd  yarım  litrlik  şüşə  tara  istehsal  olunmasına 
baxmayaraq, tələbat yenə də ödənmirdi.  
Yüngül  sənaye  muxtar  respublikanın  ənənəvi  sənaye 
sahələrindən biri olmaqla bir çox vacib və əhəmiyyətli məhsullar 
istehsal edirdi. İpəkçilik  isə bu sənayenin  ən böyük sahələrindən 
biri  idi.  Hələ  inqilaba  qədər  bu  diyarda  ipəkçilik  fabrikləri 
fəaliyyət  göstərirdi.  Bu  fabriklər  baramaaçma  ilə  məşğul  olurdu. 
Sovet  dövründə  onların  bazasında  Azərbaycanda  ən  böyük 
ipəkçilik  fabriklərindən  biri  olan  Ordubad  baramaaçma  fabriki 
təşkil  olundu.  1969-cu  ildə  bu  zavod  yenidən  quruldu  və  burada 
144  ədəd  baramaaçan  dəzgah  quraşdırıldı.  Artıq  1980-ci  ildə  o, 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvan  Muxtar  Respublikasının  ən  böyük  yüngül  sənaye 
müəssisəsi  idi.  1982-ci  ildə  muxtar  respublikanın  yüngül 
sənayesində  işləyənlərin  27  faizi  və  istehsal  olunan  ümumi 
məhsulun  63  faizi  bu  müəssisənin  payına  düşürdü.  Ordubad 
baramaaçma  fabriki  yerli  və  qonşu  regionlarda  istehsal  olunan 
baramanı  ilkin  emal  edərək  ölkənin  bir  çox  toxuculuq 
müəssisələrinə  göndərirdi. 1985-ci  ildə burada 107 ton xam  ipək 
istehsal olunmuşdu ki, bu da 1940-cı ildəki göstəricidən 6,3 dəfə, 
1970-ci ildəki göstəricidən isə 2,2 dəfə çox idi. 
1981-ci  ildə  istifadəyə  verilmiş  istehsal  gücü  il  ərzində      
9,1  milyon  ədəd  olan  alt  trikotaj  fabriki  Azərbaycanın  həmin 
profildə məhsul istehsal edən ən böyük müəssisələrindən biri idi. 
Cəmi  üç  il  sonra  –  1983-cü  ildə  fabrikin  istehsal  gücünün  bir 
hissəsi  ilə  işləməsinə baxmayaraq, burada artıq 678  nəfər (bütün 
yüngül  sənaye  işçilərinin  23  faizindən  çoxu)  işləməklə             
5,6 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilmişdi.  
Tikiş  sənayesi  Naxçıvanın  nisbətən  əvvəllər  yaranmış 
yüngül  sənaye  sahəsidir.  Bu  sahə  1970-1980-ci  illərdə  daha  da 
inkişaf  etmişdir.  Bu  sahəyə  aid  olan  müəssisələr  muxtar 
respublikanın  bütün  rayon  və  şəhərlərində  olan  məişət  xidməti 
kombinatlarının  nəzdində  fəaliyyət  göstərmişdir.  Bunlardan  ən 
böyükləri  Naxçıvan  Tikiş  Fabriki,  Naxçıvan  İstehsal  Kombinatı 
və Naxçıvan Fərdi Tikiş Fabriki idi. Müəssisələr yerli əhalinin və 
Azərbaycanın  başqa  rayonlarının  əhalisinin  tələbatını  ödəmək 
üçün  geniş  çeşiddə  məhsullar  istehsal  edirdi.  1970-ci  illərdə 
Naxçıvan  Fərdi  Tikiş  Fabriki  əsaslı  surətdə  yenidən  qurulmuş, 
genişləndirilmiş  və  texniki  bazası  yenilənmişdir.  1983-cü  ildə 
muxtar  respublikanın  yüngül  sənaye  müəssisələri  2  milyon 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
ədəddən çox kişi və uşaq köynəkləri, 15 min metr pambıq parça, 
ayaqqabı və başqa məhsullar istehsal etmişdi.  
Yeyinti 
sənayesi 
Naxçıvan 
Muxtar 
Respublikasının 
tamamilə  yerli  xammala  əsaslanan,  daha  çox  şəbəkələri  olan, 
daha qədim tarixə malik və daha çox çeşidli məhsul istehsal edən 
sənaye  sahəsidir.  1970-1985-ci  illərdə  muxtar  respublikada 
sənaye  sahəsində  tikilib  istifadəyə  verilmiş  21  müəssisədən  11-i 
və ya 52 faizi yeyinti sənayesinin payına düşmüşdür. 1970-1985-ci 
illərdə  5  ilkin  şərab  zavodu,  quşçuluq  fabriki,  pivə  zavodu,  süd 
zavodu,  pendir  zavodu,  dəyirman  kombinatı,  mineral  su  zavodu, 
çörəkbişirmə  müəssisələri  tikilib  istifadəyə  verilmiş,  mövcud 
müəssisələrdə  yenidənqurma  işləri  aparılmışdır.  Bütün  bunların 
nəticəsində  Naxçıvanda  çoxsahəli  yeyinti  sənayesi  istehsal 
kompleksi 
formalaşmışdır. 
Yeyinti 
sənayesinin 
məhsul 
istehsalında xüsusi çəkisi 1960-1980-ci illərdə daha da artmışdır. 
1955-ci  ildə  muxtar  respublikada  istehsal  olunan  sənaye 
məhsulunun  həcminin  36,3  faizi,  1970-ci  ildə  62  faizi,  1975-ci 
ildə  76,1  faizi  və  1980-ci  ildə  77,5  faizi  yeyinti  sənayesinin 
payına  düşmüşdür.  1970-1985-ci  illərdə  şərabçılıq  muxtar 
respublikanın  ən  çox  inkişaf  etmiş  yeyinti  sənayesi  sahəsi  hesab 
olunurdu.  1970-ci  ildə  yeyinti  sənayesi  məhsulunun  həcminin 
57,5  faizi  və  burada  işləyənlərin  17,3  faizi,  1978-ci  ildə  isə 
müvafiq  olaraq  64,5  və  22,1  faizi,  1982-ci  ildə  isə  bütün  sənaye 
məhsulunun  həcminin  42  faizi  və  yeyinti  sənayesi  məhsulunun 
həcminin  63  faizi  şərabçılıq  sənayesinin  payına  düşmüşdür. 
1985-ci  ildə  şərabçılıq  10  iri  müəssisə  ilə  təmsil  olunmuşdu.  Bu 
müəssisələr  muxtar  respublikanın  bütün  rayonlarında  və 
Naxçıvan  şəhərində  yerləşərək  üzümün  ilkin  emalını  və  şərab 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə