Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvan XIII-XIV əsrlərin mürəkkəb tarixi şəraitinə
baxmayaraq, sosial-iqtisadi və mədəni cəhətdən inkişaf edirdi.
Kənd təsərrüfatı, sənətkarlıq və ticarət sahəsində mühüm
irəliləyiş nəzərə çarpırdı. Həmin dövrdə Naxçıvan, Ordubad,
Culfa şəhərləri Azərbaycanın həyatında mühüm yer tuturdu.
Naxçıvanda görkəmli dövlət, elm və mədəniyyət xadimləri
fəaliyyət göstərirdi. Əslən naxçıvanlı olan görkəmli Azərbaycan
alimi Nəsirəddin Tusi dünyanın elm korifeyləri sırasında layiqli
yer tutmuşdur.
XV əsrdə Naxçıvan diyarı türk mənşəli Qaraqoyunlu və
Ağqoyunlu dövlətlərinin, XVI əsrdə isə tarix səhnəsində 230 ilə
qədər qalmış Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil
olmuşdur. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ərazisi Ərəb
İraqı, Əcəm İraqı, Azərbaycan, Kürdüstan, Diyarbəkir, Luristan,
Fars, Kirman və b. vilayətlərlə yanaşı, Ermənistanı da əhatə
edirdi. Naxçıvan bu dövrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi
olmuşdur. Bəhs olunan dövrdə Ermənistan ərazisi “Çuxur-Səd”
adı ilə tanınırdı. Çuxur-Səd geniş ərazini – Araz çayı vadisinin
hər iki tərəfini – şimal-qərbdə Suragöl, şimal-şərqdə Göyçə gölü,
cənub-qərbdə Qars, cənub və cənub-şərqdə Sürməli, Naxçıvan,
Maku və bəzən də Bəyazid ərazisini əhatə etmişdir.
Orta əsrlərdə Azərbaycanın ən geniş əraziləri əhatə etdiyi
dövr Səfəvilər hakimiyyəti dövrünə təsadüf edir. 280-300 min
kv.km-lik Azərbaycan ərazisi inzibati-ərazi bölgü baxımından
4 bəylərbəyliyə bölünmüşdü: Şirvan, Qarabağ, Təbriz və Çuxur-
Səd. Naxçıvan 1501-ci ildə Səfəvilər dövlətinin tərkibinə daxil
olaraq, Azərbaycanın mühüm iqtisadi, siyasi və mədəni
mərkəzlərindən biri kimi tanınmışdır. Azərbaycan Səfəvi
Naxçıvan Muxtar Respublikası – 90
dövlətində “Naxçıvan ölkəsi” əvvəllər Təbriz bəylərbəyliyinin,
sonra isə Çuxur-Səd bəylərbəyliyinin tərkibində olmuşdur. Səfəvi
şahları Naxçıvan ölkəsinin idarəsini ən güclü dayaqlarından biri
olan türk qızılbaş tayfası – Ustaclıların bir qolu olan Kəngərli
tayfası başçılarına həvalə etmişdilər. Kəngərli tayfa başçıları XIX
əsrin 20-ci illərinə qədər Naxçıvanın irsi hakimləri olmuşdular.
Naxçıvan Səfəvi-Osmanlı müharibələri dövründə dağıdıcı təsirə
məruz qaldı. XVI əsrin 50-ci illərində Naxçıvan şəhəri Osmanlı
qoşunları tərəfindən qarət edilmiş və yandırılmışdır. II Şah
İsmayılın hakimiyyəti dövründə (1576-1577) Naxçıvan şəhəri
Səfəvilərin hakimiyyəti altında olmuş, XVI əsrin sonlarında
yenidən Osmanlı qoşunlarının hücumlarına məruz qalmışdır.
1590-cı ildə səfəvilərlə Türkiyə arasında sülh müqaviləsi
bağlandı. Azərbaycanın bir sıra şəhərləri ilə birlikdə Naxçıvan da
müvəqqəti olaraq Osmanlı imperiyasının hakimiyyəti altında
qaldı. I Şah Abbas (1587-1629) həmin torpaqları İranın tərkibinə
qaytarmaq uğrunda mübarizəyə başlayır. Yenidən genişlənən
Səfəvi-Osmanlı müharibələri Naxçıvanın həyatına ağır zərbə
vurur. 1605-ci ildə Osmanlı dövləti I Şah Abbasa qarşı böyük
ordu göndərdi. Bu vaxt İran şahı zorakılıqla Naxçıvan əhalisini
Dizmar və Qarabağ vilayətlərinə, Culfa əhalisini isə İsfahana
köçürmüşdür. Naxçıvan ölkəsindən 70 mindən çox adam sürgün
edilmişdir. Bu faciəli hadisə tarixdə “Böyük sürgün” adlanmışdır.
Yalnız 1639-cu il sülh müqaviləsi bərpa işlərinə imkan
yaratdı. Sülh müqaviləsindən sonra 1647-ci ildə Naxçıvan
şəhərinə Rzaəddin, 1678-ci ildən Şərif xan, 1691-ci ildən
Məhəmmədrza xan hakim təyin edilmişdi. Hələ I Şah Abbas
Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvan və digər Azərbaycan torpaqlarını osmanlılardan geri
almağa nail olmuşdu.
I Şah Abbasın dövründə vəzir təyin edilmiş Hatəm bəy
Ordubadi böyük Səfəvi imperiyasının idarə olunmasında mühüm
rol oynamışdı. I Şah Abbas 1606-cı ildə Ordubada səfərindən
sonra şəhəri soyurqal kimi ona bağışlamış, Hatəm bəy isə burada
geniş quruculuq işləri aparmışdı. I Şah Abbasın fərmanı ilə
(1607) ordubadlılar vergilərdən azad edilmişdilər. Həmin
fərmanın kitabəsi indiyədək qalmaqdadır.
Rus imperatoru I Pyotrun Cənubi Qafqaza yürüşü Osmanlı
imperiyasını da fəallaşdırdı. Osmanlı imperiyası 1723-cü ilin
yazından öz ordularını Cənubi Qafqaza və Qərbi İrana yeridir.
1723-cü ilin sentyabrında osmanlılar Naxçıvan, sonra isə Ordu-
bad şəhərini ələ keçirirlər. Naxçıvan torpaqları 1735-ci ilədək
Osmanlı Türkiyəsinin hakimiyyəti altında qalır. Osmanlı inzibati-
ərazi bölgüsünə əsasən, Naxçıvan “Naxçıvan sancağı” adı ilə
tanınır. Naxçıvan ərazisinin çox hissəsi Naxçıvan sancağına daxil
idi. Osmanlılar ilhaq etdikləri ərazilərdə əhalinin və onun gə-
lirlərinin müfəssəl siyahısını tərtib edirdilər. O cümlədən 1727-ci
ildə Naxçıvan sancağının iki nüsxədən ibarət “Müfəssəl dəftəri”
tərtib olunmuşdu. Burada Naxçıvanın inzibati-ərazi bölgüsü,
vergilərin miqdarı, əhalinin sayı və s. haqqında mötəbər
məlumatlar verilir. Həmin məlumatlardan Naxçıvan sancağında
14 nahiyə (Naxçıvan, Əlincə, Sair Məvazi, Qışlağat, Dərəşam,
Azadciran, Şorlut, Dərənürgüt, Sisyan və Dərələyəz) adı çəkilir.
Osmanlılar Səfəvilər dövründə Naxçıvanın tərkibində olan Zor,
Zəbil və Şərur nahiyələrini sancağın tərkibindən çıxararaq İrəvan
əyalətinə birləşdirmişdilər.
Naxçıvan sancağının 9.788 vergi
Dostları ilə paylaş: |