Naxçıvan Muxtar Respublikası – 90
imperiyasına coğrafi baxımdan yaxın olmasını nəzərə alaraq
dağıtdıqları qalaları yenidən bərpa etmək məcburiyyətində
qaldılar. Onlar Şahbuz ərazisindəki qalanı bərpa edərək
“Şapurqala” adlandırdılar.
Sasanilərlə Roma arasındakı müharibə yeni müqavilə ilə
nəticələndi. Bağlanmış sülh müqaviləsi nəticəsində Sasani
qoşunları Naxçıvanı tərk etməli oldular. 387-ci ildə bağlanmış
müqaviləyə görə, Naxçıvan yenidən Sasanilərin əlinə keçir.
Burada Sasani mərzbanlarının iqamətgahı yerləşir, Sasani şahları
adından
sikkələr
zərb
olunurdu.
Naxçıvan
zərbxanası
Azərbaycanda mövcud olmuş qədim zərbxanalardan sayılırdı.
Burada “naxç” işarəsi ilə Sasani sikkələri zərb olunmuşdur.
Həmin dövrdə Naxçıvan şəhərində 30 minə qədər yaşayış evi və
150 min əhali vardı.
VII əsrin birinci yarısında Bizans qoşunları Naxçıvan
şəhərini mühasirəyə alsa da, şəhəri işğal edə bilmədi. Bizans
ordusunun 625-ci ildə Naxçıvan üzərinə yürüşü zamanı şəhər
dağıdıldı, Dəbil ələ keçirildi. Gənzədəki məşhur atəşgah viran
qoyuldu.
Ərəb xilafətinin yaranması dünya tarixində böyük
dəyişikliklərə səbəb oldu. Ərəb istilası və İslamın yayılması
Azərbaycana da öz təsirini göstərdi. VII əsrdə Cənubi Qafqazın
digər regionları kimi, Naxçıvan da ərəb xilafətinin işğalına məruz
qalmışdır. Ərəblərin Naxçıvan ərazisinə ilkin hücumu basqın
xarakteri daşısa da, nəticə etibarilə, ağır idi: kəndlər, obalar qarət
edilmiş, əhalinin bir hissəsi öldürülmüş, bir hissəsi didərgin
salınmışdı. Naxçıvanın ərəblər tərəfindən işğalı mərhələli
Naxçıvan Muxtar Respublikası – 90
xarakter daşımış, Xilafət qüvvələri bu əraziyə bir neçə dəfə
hücumlar etmişdilər.
Yadelli əsarətini qəbul etməyən Azərbaycan xalqı
ərəblərin işğalçılıq siyasətinə qarşı azadlıq mübarizəsinə qalxdı.
Babəkin başçılıq etdiyi azadlıq müharibəsinin (816-837) əsas
mərkəzlərindən biri də Naxçıvan idi. Bu azadlıq müharibəsi Ərəb
xilafətinin əsaslarını zəiflətdi.
IX əsrin sonlarına doğru Ərəb xilafətinin zəifləməsi
nəticəsində Naxçıvan torpaqları əvvəl Sacilər (879-930), sonra
isə Salarilər (941-981) dövlətlərinin tərkibinə daxil olmuşdu.
Əsrin sonlarına yaxın ölkədə yaranmış siyasi vəziyyət zəminində
Naxçıvanda müstəqil, yaxud yarımmüstəqil dövlət qurumu
“Naxçıvanşahlıq” meydana gəlir. 80 ilə yaxın mövcud olmuş bu
dövlət qurumu Əbu Düləfilər tərəfindən idarə edilmişdir.
Akademik N.Vəlixanlı qeyd edir ki, “Naxçıvanşahlıq” müstəqil
dövlət yox, Şəddadilər dövlətinin tərkibində bir əmirlik
olmuşdur. Əbu Düləf dövlət başçısı deyil, yalnız Naxçıvanın
hakimi-əmiri olmuşdur. Naxçıvanşahlıq Salarilər dövlətinin son
vaxtlarında meydana gəlmiş və Rəvvadilər dövləti ilə eyni vaxtda
mövcud olmuşdur. Müasir Ordubad ilə Əylis arasında yerləşən
Qoltan əmirliyinin hakimi Əbu Düləf 982-ci ildə Salarilərin son
nümayəndəsi Dvin hakimi ibn İbrahimi məğlub edərək Dvin
(Dəbil), Naxçıvan və s. şəhərləri tutur və Vaspurakan da daxil
olmaqla həmin ərazilərdə möhkəmlənməyə çalışır. Lakin o, buna
nail ola bilmir. Onun nəvəsi Əbu Düləf sonralar Dvini yenidən
tutur və “Naxçıvanşah” titulu qəbul edib şahlığı idarə edir.
Azərbaycan şairi Qətran Təbrizinin qəsidələrindən göründüyü
kimi, Naxçıvanşah Əbu Düləf Azərbaycan hakimi Rəvvadi
Naxçıvan Muxtar Respublikası – 90
Bəhsudan ilə dost olub onunla hərbi ittifaqa girmiş və müttəfiq
qoşunlar Bizansa, eləcə də başqa düşmənlərə qarşı birgə
vuruşmuşlar.
Səlcuq hökmdarı Sultan Toğrulun (1038-1063) Böyük
Səlcuq imperiyasını yaratması ilə dünya tarixində böyük
dəyişikliklər baş verdi. Səlcuq hökmdarı Toğrul bəyin varisi Alp
Arslan
(1063-1072)
Azərbaycanın
cənub
vilayətlərində
Rəvvadilər sülaləsinin hakimiyyətinə son qoyduqdan sonra,
1064-cü ildə Naxçıvana yiyələnmişdir. Alp Arslanın oğlu Məlik
şah və vəziri Nizam ül-mülk tərəfindən Naxçıvan qalaları fəth
edilmiş və burada əmirlik yaradılmışdır. Alp Arslan Naxçıvan
şəhərində
özünə
xüsusi
iqamətgah
tikdirir.
Səlcuqların
Azərbaycandakı canişini Naxçıvanda yerləşirdi.
Səlcuqları tədricən siyasi və iqtisadi qüdrət kəsb edən ayrı-
ayrı atabəy sülalələri əvəz etdi. Böyük Səlcuq imperiyasının
süqutundan sonra Azərbaycan ərazisində Eldəniz (1136-1175)
tərəfindən əsası qoyulan Azərbaycan Atabəylər-Eldənizlər
dövləti (1136-1225) yarandı. 1146-cı ildə ölkədəki vəziyyətdən
istifadə edən Atabəy Eldəniz Naxçıvan vilayətini öz torpaqlarına
birləşdirir və həmin dövrdən etibarən Naxçıvan şəhəri və onun
vilayəti Eldəniz nəslinin irsi iqtasına çevrilir. Eldənizlər
dövlətinin tərkibinə Azərbaycan, Arran, Naxçıvan, Fars (Əcəm)
İraqı, Rey, Həmədan və s. vilayətlər daxil idi. Naxçıvan sərhəd
vilayəti kimi xüsusi rejimdə idi. Naxçıvan vilayəti divan əl-xassə
və ya divan əl-əla adlanan Ali divana tabe idi. Atabəylərin
xəzinəsi həmişə atabəyin olduğu yerdə saxlanılırdı. Əsas xəzinə
isə Naxçıvan yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu.
Azərbaycan Atabəyləri dövlətinin mərkəzi şəhəri, paytaxtı XII
Dostları ilə paylaş: |