Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   2   3   4   5   6   7   8   9   ...   39

 
 
 
17 
divarının defektlərini, yırtıq kisəsinin qişaları və perforasiya olunmuş autodəri parçası 
ilə plastikasını səmərəli hesab etmişdir. Autodermal plastika əlverişli göstəriciləri ilə 
yanaşı  ağırlaşmaları  (transplantatın  nekrozu  və  qopması,  fistulların  əmələ  gəlməsi, 
dermatitlərin inkişafı) ilə rahatsızlıq yaratmışdır [37]. 
Янов В.Н. görə (2000) autodermal transplantatlar bu gün ən etibarlı plastik ma-
terialdır və qarın divarının defektlərinin plastikası üçün onların istifadəsi olduqca ef-
fektlidir [170].  
Allo-  və  ksenotransplantatlar  içərisində  baş  beyinin  sərt  qişası,  ksenofassiya, 
ksenoperiton, ksenoperikard, fassiya və digər biomatrialların istifadəsi bu gün də bir 
sıra müəlliflər tərəfindən geniş tətbiq olunur. Lakin, bu materialların istehsalının və 
əldə edilməsinin çətinlikləri onların tətbiqini xeyli məhdudlaşdırır [34, 38, 77, 79, 92, 
103, 139,  144, 153, 161].  
Андреев С.Д. görə (1993) yırtıq qapısının ölçüləri 15-20 sm olduqda auto-, allo- 
və  ya  ksenotransplantatlar  istifadə  edilməlidir  [29].  Daha  böyük  defektlər  sintetik 
protezlərlə  qapadılmalıdır.  Дерюгина  М.С.  (2001)  giqant  postoperasion  yırtıq 
defektlərinin  plastikası  üçün  kombinə  edilmiş  biosintetik  materialın  (lavsan  tora 
bürünmüş  böyük  piylik  hissəsi)  böyük  klinik  əhəmiyyətini  qeyd  etmişdir.  11  il 
ərzində müşahidə zamanı residiv hadisəsi olmamışdır [63, 64].  
Sonuncu  onillikdə  təkmilləşdirilmiş  metal  tərkibli  protezlərin  istifadəsinə  yeni-
dən başlanılmışdır. Веронский Г.И., Зотов В.А. (2000) böyük ventral və residiv yır-
tıqların  cərahiyyəsində  diri  toxumaların  elastikliyinə  yaxın  olan  nikelid-titan  torlar 
tətbiq etmişlər [44]. Əməliyyatdan sonrakı ventral yırtıqların alloplastikasından sonra 
uzaq dövrdə 20% xəstələrdə protezin sınması, fraqmentasiyası, toxumalar tərəfindən 
rədd  edilməsi,  uzunmüddətli  sağalmayan  fistullar  və  6%  hallarda  residivlər  baş 
vermişdir.  Metal  torların  sınması  (iri  damarlar  nahiyəsində  bu  çox  təhlükəlidir), 
qeyri-elastikliyi onların ciddi qüsurlarındandır. Digər tərəfdən onkoloji xəstələrə şüa 
terapiyasının aparılmasına görə metal stentlərin qoyulması mümkünsüzdür. 
1959-cu  ildə  Usher  F.C.,  Gannon  J.P.  tərəfindən  plastik  material  kimi  polipro-
pilen  torun  uğurlu  istifadəsi  haqqında  verilmiş  məlumat  alloplastikada  inqilabi  dö-


 
 
 
18 
nüşə  səbəb  oldu  [281].  Sintetik  implantatların  arsenalı  çox  genişdir.  Lakin bu günə 
qədər bütün tələblərə cavab verən protez yaradılmamışdır.  
Tibbi polimerlərin sintezi, yeni texnologiyaların inkişafı və cərrahlığa aktiv daxil 
olması cərrahi hernioloji praktikada alloplastik materialların geniş istifadəsinə səbəb 
oldu.  Alloplastik  materialların  istifadəsi  “gərginliksiz”  (“tension-free”)  plastika 
üsulunun  (Lichtenstein  İ.L.,  1981)  meydana  çıxması  ilə  tamamlandı  [227].  Bu 
metodun  üstünlüklərinə  onun  sadəliyi,  əməliyyatdan  sonrakı  ağrıların  əhəmiyyətli 
səviyyədə  azalması,  xəstələrin  erkən  aktivləşməsi,  tibbi-reabilitasiya  prosesinin 
qısalması  və  ən  əsası  həyat  keyfiyyətinin  yaxşılaşması,  xəstələrin  xeyli  erkən 
müddətlərdə tibbi-sosial reabilitasiyası aiddir [28, 102, 113, 207].  
Hazırda  klinik  praktikada  poliestr  (“Mylar”,  "Dacron",  "Mersilene"),  polivinil 
(“Vinyon-N”),  akril  (“Orion”),  polietilen,  polipropilen  (“Marlex”,  “Prolene”, 
“Galmesh”, «Линтекс», «Эсфил»), dartılmış teflon və ya politetraftoretilen (PTFE, 
e-PTFE, “Gore-tex”), poliqlastin (“Vicril”), poliqlikol (“Dexon”) ən çox istifadə edil-
məkdədir [1, 16, 31, 55,  99, 108, 113, 119, 128, 139, 185, 201,  229].  
Poliestr torlar ABŞ-da, Avropada, xüsusilə Fransada daha çox istifadə olunur. O, 
xeyli  elastikdir,  zərifdir,  liflərarası  sahələr  genişdir  və  polipropilendən  fərqli  olaraq 
defektətrafı toxumaların iltihabını törətmir [112, 156, 190, 222, 227, 230]. 
Hazırda  istər  qərb  ölkələrində,  istərsə  də  ölkəmizdə  polipropilen  torlar 
("Marlex", "Prolen") geniş tətbiq edilir [1, 10, 31, 36, 55-58, 110, 192, 207, 226]. Ru-
siya Federasiyasında karbon lifli «Карбоникус-И», «Линтекс» və «Эсфил» torları-
nın tətbiq səviyyəsi xeyli yüksəkdir [99, 100, 111, 138]. 
İlk  dövrlərdə  teflonun  (sərt  politetrafroretilen)  tətbiqi  seromaların,  digər  irinli 
ağırlaşmaların inkişaf tezliyinin çoxluğuna görə əlverişsiz oldu. 1976-cı ildə istehsal 
prosesinə yeni texnologiyaların cəlb olunması hesabına klinik praktikaya mikroməsa-
məli (məsamələrin ölçüləri 10 nm-dən az) teflon (e-PTFE, "Gore-tex") sintetik torlar 
yol açmağa başladı. 1977-ci ildə e-PTFE-nun ürək-damar cərrahlığında, 1990-cı ildən 
isə  hernioloji  praktikada  istifadəsi  təmin  olundu.  e-PTFE  toru  maksimal  inertdir, 
bitişmə prosesi yaratmır. Ona görə də amerikan cərrahlarının fikrincə, intraperitoneal 


 
 
 
19 
olaraq  müvəffəqiyyətlə  yerləşdirilə  bilər  [166,  198,  219].  Lakin  bəzi  tədqiqatçılar 
mikroməsaməli  teflon  istifadəsindən  sonra  da  42%  hadisələrdə  seromaların  əmələ 
gəlməsini qeyd etmişlər [134, 181, 209]. С.Е. Митин-ə görə polipropilen torların tət-
biqindən sonra seromalar daha çox inkişaf edir [102]. Lakin həm polipropilen, həm 
də  PTFE  torların  implantasiyasından  sonra  bitişmə  prosesinin  qabarıqlığı  eyni 
səviyyədə olur. Bütün bunlara baxmayaraq polipropilen və PTFE tərkibli torlar daha 
populyardır [4, 18]. Lakin karbon lifli (“Karbonikus”, Rusiya), lavsan, neylon tərkibli 
[7], antimikrob örtüklü [53] torlar hələ də istifadə edilməkdədir.  
Operativ herniologiyada istifadə edilən ən yeni protez materialları kimyəvi tərki-
binə  (polipropilen,  politetrafloretilen,  poliqlastin,  poliqlikol  və  s.),  fiziki  xassələrinə 
(sorulan  və  sorulmayan),  liflərin  strukturuna  (monofilament,  polifilament)  və  fəza 
strukturuna  (lövhəli,  üçölçülü)  görə  ayrılırlar.  Monofilament  torlar  bir,  polifilament 
torlar  isə  bir-birinə  sıx  yerləşmiş  çoxsaylı  liflər  dəstəsindən  ibarətdir.  Polipropilen 
tərkibli prolen, "Gore-tex", “Trelex”, “Marlex”, “Atrium”, “Surg Mesh”, “Galmesh”, 
“Vipro–1”,  “Vipro-2”  və  s.  mono-,  “Teflone”,  “Mersilene”,  “Ekoflon”,  “Surgipro”, 
«Линтекс» (Санкт-Петербург) polifilament protezlərə aiddir. 
Son  bir  neçə  ildə  cərrahi  praktikaya  “Ethicon”  firmasının  (ABŞ)  Vypro-1  və 
Vypro-2  kompozit  torlu  implantatları  daxil  olmuşdur  [7,  31,  34,  88,  106,  181,  208, 
225]. Bu torlar sorulmayan monosaplar və biodeqradasiya edən liflərin kombinasiya-
sından ibarətdir, yəni yerli toxumalarla intim birləşir, zaman keçdikcə fraqmentasiya-
ya  uğrayır,  sərt,  dayanıqlı  yerli  birləşdirici  toxuma  formalaşdıqdan  sonra  sorulur 
[146, 182, 218, 225]. 
Müasir  hernioloji  cərrahiyyədə  protezləşdirici  materiallara  aşağıdakı  tələblər 
irəli sürülür: 1) xəstənin toxumalarının təsirindən protez fiziki xassələrini itirməməli-
dir;  2)  kimyəvi  inert  olmalıdır;    3)  iltihabi  reaksiya  törətməməlidir;  4)  kanserogen 
xassələri olmamalıdır; 5) fiziki yüklənməyə tab gətirməlidir; 6) allergen olmamalıdır; 
7) zəruri formalarda (tor, lövhə, göbələk və s.) istehsal olunmalıdır; 8) xassələrini itir-
mədən  asan  sterilləşməlidir;  9)  yaxşı  dartılmalıdır;  10)  ətraf  toxumalarla  inkapsul-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə