Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

61 

 

iqtisadiyyatı  ölkələrində  yaranmış  ciddi  böhran,  Qərb  ölkələrində  baş  vermiş 



korporativ  qalmaqallar  investorları  öz  maliyyə  vəsaitlərinin  yerləşdirilməsinə  daha 

ciddi  diqqət  yetirmələrinə  sövq  etmiş,  eyni  zamanda  investisiya  mühitinin 

qiymətləndirilməsinə  daha  həssas  yanaşma  zərurətə  çevrilmişdir.  Belə  bir  şəraitdə 

şirkətlərdə  korporativ  idarəetmənin  təşkilinin  qiymətləndirilməsi  ön  plana 

çəkilmişdir. 

Korporativ idarəetmənin ümumi üslub və prinsiplərinin formalaşmasında təkcə 

dövlət orqanları deyil, həmçinin qeyri-hökumət (ictimai, sahibkarlıq və s.) təşkilat və 

qrupları  da  iştirak  edirlər.  Əgər  dövlət  orqanlarının  fəaliyyəti  ilk  öncə  şirkətin 

fəaliyyəti  haqqında  məlumatların  açıqlanması  üzrə  müəyyən  standartların 

məcburiliyinin  möhkəmləndirilməsi,  səhmdarların  hüquqlarının  müdafiəsi,  onlara 

bərabər  münasibətin  təmin  edilməsi  və  digər  maraqlı  tərəflərin  mənafelərinin  nəzərə 

alınması  məqsədilə  qanunvericiliyin  təkmilləşdirilməsinə  yönəlmişdirsə,  işgüzar 

dairələrin  və  digər  qeyri-hökumət  strukturların  fəaliyyəti  isə  işgüzar  cəmiyyətin 

əksəriyyəti  tərəfindən  könüllü  şəkildə  qəbul  edilə  biləcək,  eyni  zamanda  milli 

xüsusiyyətləri nəzərə almaq şərtilə beynəlxalq prinsiplərə uyğun korporativ idarəetmə 

qayda  və  prosedurlarının  yaradılmasına  istiqamətlənmişdir.  Bu  cür  iş  prinsipinin 

nəticəsi  olaraq  müxtəlif  ölkələrdə  korporativ  idarəetmə  məcəllələri  tərtib  olunmağa 

başlanmışdır.  Bunların  arasında  1991-ci  ildə  Böyük  Britaniyada  Maliyyə 

İnformasiyaları üzrə Şura, London Fond Birjası və mühasibat işçilərinin professional 

ittifaqından  ibarət  Komitə  tərəfindən  hazırlanmış  "Kedberi  Məcəlləsi",  1998-ci  ildə 

dünyanın ən iri pensiya fondu olan Kaliforniya İstefada Olan Mülki İşçilərin Pensiya 

Fondu  tərəfindən  hazırlanmış  "ABŞ-da  korporativ  idarəetmənin  əsas  prinsipləri  və 

istiqamətləri",  1999-cu  ildə  Maliyyə  bazarları  üzrə  Komitə  tərəfindən  hazırlanmış 

"Yunanıstanda  korporativ  idarəetmə  prinsipləri",  2000-ci  ilin  yanvarında  korporativ 

idarəetmə  üzrə  alman  işçi  qrupu  tərəfindən  hazırlanmış  "Almaniya  korporativ 

idarəetmə sistemi üçün ən yaxşı təcrübə" Məcəlləsinin adlarını çəkmək olar.  

Korporativ idarəetmə standartları (prinsipləri, məcəlləsi, tövsiyələri) - ən yaxşı 

korporativ  idarəetmə  təcrübəsinə  uyğun  olaraq  təsərrüfat  cəmiyyətlərinin  idarəetmə 




62 

 

orqanlarının səlahiyyət və vəzifələrini müəyyən etməklə, onların işinin effektiv təşkili 



və  səhmdarların  hüquqlarının  qorunması  üçün  zəmin  yaratmaqla  cəmiyyətin  şəffaf 

fəaliyyətinin  təmin  olunmasına  dair  qaydaları  təsbit  edən  sənəddir.  Azərbaycan 

Respublikasında fəaliyyət göstərən dövlət və özəl müəssisələrin idarəetmə sisteminin 

təkmilləşdirilməsində  müasir  beynəlxalq  standartların  tətbiqi  məqsədi  ilə 

Azərbaycanın Korporativ İdarəetmə Standartlarının hazırlanmasına ehtiyacı görülmüş 

və  bunun  üçün  İqtisadi  İnkişaf  Nazirliyinin  nəzdində  dövlət  orqanları,  şirkətlər  və 

Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələrindən ibarət müvafiq İşçi Qrupu 

yaradılmışdır.  Azərbaycanın  Korporativ  idarəetmə  Standartları  Azərbaycan 

Respublikasının qanunvericiliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 1999-cu 

ildə  ilk dəfə  qəbul etdiyi  və 2004-cü  ildə yenidən baxılaraq daha da təkmilləşdirilən 

Korporativ  İdarəetmə  Prinsipləri  və  bu  sahədə  mövcud  olan  beynəlxalq  standartlara 

əsaslanaraq  hazırlanmışdır.  İqtisadi  İnkişaf  Nazirliyi  Azərbaycanda  investisiya 

mühitinin  cəlbediciliyini  daha  da  artırmaq  üçün  yerli  özəl  və  dövlət  müəssisələrində 

qabaqcıl  korporativ  idarəetmə  prinsiplərinin  tətbiqinin  ən  yaxşı  şəkildə  həyata 

keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir. 

Qiymətli kağızlar bazarının  mövcud problemləri sırasına aşağıdakıları da daxil 

etmək  olar:  Emitent  problemi:  Qiymətli  kağızları  kütləvi  üsulla  bazarda 

yerləşdirilmiş  olan  səhmdar  cəmiyyətlərin  və  digər  təşkilati-hüquqi  formada  olan 

emitentlərin  qanunvericiliyin  tələblərinə  uyğun  olaraq  idarə  olunması  vacib 

məsələdir.  Qeyd  olunan  emitentlərin  korporativ  idarəetmə  standartlarını  yetərli 

səviyyədə  tətbiq  etməmələri,  qanunvericiliyin  tələblərinə  uyğun  maliyyə  uçot 

sisteminin  formalaşdırılmaması,  investorları  qane  edəcək  səviyyədə  və  ardıcıllıqda 

məlumatların  açıqlanmaması  və  s.  məsələləri  kapital  bazarının  tələblərinə  uyğun 

emitentlərin  formalaşmasının  başlıca  problemləri  kimi  qeyd  etmək  olar.  Şəffaflıq 

problemi: Kapital bazarlarında investisiyaların pul bazarına görə daha uzun müddətli 

olması,  yatırımçının  investisiyasını  şirkətin  gələcək  performansını  və  strategiyasını 

nəzərə  alaraq  həyata  keçirməsi  emitentlər  haqqında  daha  dəqiq  informasiya  əldə 

etmələrini  şərtləndirir.  Maarifləndirmə  problemi:  Bu  bazarların  işləyə  bilməsi  üçün 




63 

 

tələbin  təklifi  dəstəkləməsi,  kifayət  qədər  maliyyə  alətinin  və  investorun  olması 



şərtdir. Hazırda ölkə maliyyə bazarlarında kifayət qədər az investorun olması, bazarın 

imkanlarından  iqtisadi  subyektlərin  az  istifadə  etməsi  bazar  haqqında  məlumatların 

yetərsiz  olduğunun  göstəricisidir.  İnvestor  institutlarının  formalaşmaması:  Bazarın 

əsas  strukturlarında  olan  investisiya  bankları,  investisiya  fondları,  pensiya  fondları 

kimi  strukturların  formalaşmaması  bazarda  əməliyyat  həcminin,  dərinliyin  və 

likvidliyin  yüksəlməsinə  mənfi  təsir  göstərməkdədir.  İnvestorların  hüquqlarının 

qorunması problemi: Bunun üçün dövlət və ya qismən dövlət, ictimai təşkilatlar kimi 

investorların  qoruma  sistemi  formalaşdırmalıdır.  Məlumatların  açıqlığı  prinsipinin 

reallaşması:  Bu,  qiymətli  kağız  emitentlərinin  fəaliyyəti  haqqında  nəşrlərin 

genişləndirilməsi, 

emitent-kompaniyaların 

qəbul 


olunmuş 

reytinq 


qiymətləndirməsinin tətbiq olunması, ixtisaslaşmış nəşrlərin (investisiya obyekti kimi 

ayrı-ayrı  sahələri  xarakterizə  edən)  şəbəkəsinin  inkişaf  etdirilməsi,  qiymətli  kağızlar 

bazarını  qiymətləndirmək  üçün  qəbul  olunmuş  ümumi  göstəricilər  sisteminin 

yaradılması  və  s.-dir.  Bazarın  kiçik  həcmli  və  qeyri-likvid  olması:  Bu  bazarın  əsas 

fuksiyalarından biri likvid bazarının olması, yəni investor sahib olduğu aktivləri daha 

sürətli  şəkildə  başqa  aktivlərə  və  nəğdə  çevirə  bilməsidir.  Likvid  və  dərin  bazarın 

formalaşmaması  fonunda  riskin  yüksəlməsi  investorların  qiymətli  kağızlar 

bazarından uzaqlaşmalarına və diğər bazarlara yönəlməsinə səsbəb ola bilir.  

Son  dövrlər  ərzində  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  inkişafı 

sahəsində  bir  neçə  istiqamətlərdə  geniş  islahatlar  həyata  keçirilmişdir.  Bu  dövr 

ərzində  qiymətli  kağızlar  bazarının  hüquqi  və  tənzimləyici  bazasının  qabaqcıl 

beynəlxalq  təcrübəyə  uyğunlaşdırılması  və  sahəsində  bir  sıra  tədbirlər  görülmüşdür. 

Belə  ki,  müasir,  beynəlxalq  standartlara  cavab  verən,  iqtisadiyyata  geniş 

kapitalizasiya imkanları təqdim edən və risklərin etibarlı idarə edilməsini təmin edən 

yeni  nəsil  qanunvericilik,  “Qiymətli  kağızlar  bazarı  haqqında”  Qanun  layihəsi 

hazırlanmış  və  Prezident  Administrasiyasında  müzakirələri  tamamlanmışdır.  Qanun 

layihəsinin  Milli  Məclisin  növbəti  sessiyası  zamanı  müzakirəyə  çıxarılması  nəzərdə 

tutulur.  Bununla  yanaşı,  “Qiymətli  kağızlar  bazarı  haqqında”  Qanun  layihəsindən 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə