79
önəmli rol oynaya bilər. Qiymətli kağızların dövriyyəsinin artırılmasında, bu sahədə
şəffaflığın yüksəldilməsində qiymətləndirici indekslərin tətbiqinin zəruriliyi nəzərə
alınmalı, onun istifadəsini təmin edəcək texniki-iqtisadi metodoloji sənədlərin
hazırlanması məsələsi də xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Ümumilikdə,
bazarın müəyyən dərinliyinə nail olmaqla, indekslərin tətbiqinə nail olmaq daha
məqsədə uyğundur. Belə ki, bazarın təkmilləşdirilməsi, aparılan əməliyyatların
çeşidinin və keyfiyyətinin yüksəldilməsi bu dərinliyin təmin edilməsində xüsusi
əhəmiyyət kəsb edir. Bazarın inkişafı, burada iştirakçıların və investorların fəallığının
yüksəldilməsi,
onların
qarşılıqlı
maraqların
qorunması
məsuliyyətlikinam
səviyyəsinin gücləndirilməsi kimi məsələlərlə sıx bağlıdır. Bununla bağlı, həmçinin
informasiya şəffaflığının artırılması da zəruri məsələlərdən hesab olunur. Sahə üzrə
hüquqi-normativ bazanın məhz bu baxımından təkmilləşdirilməsinə ehtiyac
artmaqdadır. Müvafiq hüquqi-normativ bazanın təkmilləşdirilməsi və informasiya
sisteminin gücləndirilməsi ilə bağlı aşağıdakı amillərə diqqətin artırılması məqsədə
uyğundur:
-informasiyanın açılması üçün zəruri olan tələblər sisteminin səmərəliliyinin
artırılması;
-müəssisələrin informasiya şəffaflığının səviyyəsinin yüksəldilməsi;
-informasiyanın açılması sisteminin səmərəliliyinin artırılması;
-informasiyanın açılmasının hüquqi mühitini müəyyən edən qanunvericiliyin
təkmilləşdirilməsi, informasiyanın açılması üzrə tələblərin yerinə yetirilməsi üzrə
yoxlama və nəzarət mexanizmlərinin gücləndirilməsi, belə tələblərin pozulmasına
görə məsuliyyətin artırılması;
-emitentlərin məsuliyyətinin artırılması.
Fond bazarının inkişafı baxımından yeni alət kimi bələdiyyələrin qiymətli
kağızlarının buraxılmasına ehtiyac vardır. Bu qurumlar geniş əhali kütləsi üçün borc
qiymətli kağızları buraxa, cəlb olunmuş vəsaitləri bələdiyyə proqramlarının
reallaşmasında istifadə edə bilərlər. Hazırda regionlarda sosial-iqtisadi inkişafa nail
olmağın ən vacib amillərindən biri kimi yeni maliyyələşmə aləti olan bələdiyyə
80
qiymətli kağızlarının buraxılması da hesab oluna bilər. Azərbaycanın fond bazarında
xarici investorların fəaliyyətinin təşkili ölkə iqtisadiyyatının inkişaf etdirilməsində
vacib amillərdən biridir. Azərbaycan fond bazarı xarici investorlar və beynəlxalq
qurumlar üçün cəlbedicidir. Onlar kapital yatırılması imkanları baxımından
Azərbaycan bazarını kifayət qədər perspektivli bazar hesab edirlər ki, bu da ölkədə
əlverişli investisiya mühiti ilə əlaqədardır. Həmçinin bazarın fəaliyyətinin
genişləndirilməsi ilə bağlı investorların maarifləndirilməsinə, investisiya və
korporativ idarəetmə mədəniyyətinin yüksəldilməsinə və bu istiqamətdə xüsusi
proqramların işlənib hazırlanmasına və həyata keçirilməsinə də ehtiyac vardır.
Ölkədə iri və orta müəssisələr əsasən əvvəl dövlətə məxsus və blok halında
özəlləşdirilən və səhmdar cəmiyyətinə çevirilən müəssisələrdir. Bu müəssisələrin
səhmdarlarının təkrar bazarın inkişafında necə maraqlı olacaqlarını araşdırmaq
zəruridir. Həmçinin kiçik və orta müəssisələr fond bazarından maliyyə vəsaiti əldə
etmək məqsədilə istifadə edə bilərlər, ancaq bu zaman yeni səhmdarların da məqsədi
mühümdür. Onlarda təkrar bazarın, xüsusilə də səhm bazarının inkişafında maraqlı
olmasalar, demək ki, birja yenə əvvəlki bazar kimi fəaliyyət göstərəcəkdir. Fond
bazarının
inkişafı
ilə
bağlı
onun
institusional,
infrastruktur
sistemin
təkmilləşdirilməsinə, beynəlxalq bazarlarla daha geniş ticarət əlaqələri yaratmaq
potensialının gücləndirilməsinə diqqət artırılmalıdır. Həmcinin bazarda maliyyə
vasitəciliyi
fəaliyyətinin
artırılması,
korporativ
idarəetmə
mexanizmini
genişləndirilməsi, iştirakçıların peşəkar hazırlığının yüksəldilməsi məsələləri də
sistemli şəkildə həll edilməlidir. Ölkənin fond bazarının inkişafı ilə bağlı mühüm rol
oynayan yerli müəssisə və təsərrüfat subyektlərinin fəallığı amili də öz həllini
tapmalıdır. Mövcud amil müəssisə və təsərrüfatların maddi-texniki bazasının
gücləndirilməsi,
maliyyə-təsərrufat
fəaliyyətinin
genişləndirilməsi,
rəqabət
qabiliyyətli məhsul istehsalına yönümlülüyün artırılması kimi mühüm istiqamətlərlə
sıx bağlıdır. Bu baxımdan yerli müəssisə və təsərrüfatların idarəetmə sisteminin
təkmilləşdirilməsi,
onlar
üzrə
daha
səmərəli
dəstək
mexanizminin
müəyyənləşdirilməsi, bu sahədə metodolojistandart bazasının beynəlxalq tələblər
81
baxımından təkmilləşdirilməsi kimi kompleks tədbirlərin həyata keçirilməsi
sürətləndirilməlidir. Qiymətli kağızlar bazarının səmərəli fəaliyyət göstərməsi üçün
fond bazarında ticarətin artırılması və bunun üçün əlverişli mühitin yaradılması,
mövcud kapital bazarı alətlərindən istifadənin genişləndirilməsi, o cümlədən:
-yeni maliyyə alətlərinin buraxılışının təşviqi;
-müasir kapital bazarının formalaşması, ilk növbədə dövlət istiqrazlarının likvid
bazarının təmin edilməsi;
-qiymətli kağızlar bazarında ticarətin genişləndirilməsi məqsədilə qiymətli kağızlar
bazarlarından maliyyələşməyə hazır olan bir sıra dövlət müəssisələrinin qiymətli
kağızlarının fond birjasında təklif edilməsi və dövlət xətti ilə sərmayələrin
qoyulmasında fond birjasında kotirovka olunan şirkətlərə üstünlük verilməsi;
-kiçik və orta sahibkarlığın kapital bazarlarından maliyyələşməsi imkanlarının
artırılması məqsədilə Bakı Fond Birjasında alternativ ticarət platforması yaradılması.
Qeyd etmək lazımdır ki, BFB-nin 1-ci və 2-ci səviyyəli listinqinə daxil ola
bilməyən şirkətlərin qeyri-katirovka vərəqinə daxil edilirək kapital bazarına çıxışının
təmin edilməsi bu məqsədin həyata keçirilməsini dəstəkləyir. Xarici fond
bazarlarında ticarət olunan qiymətli kağızların yerli bazarda və yerli emitentlərinin
qiymətli kağızların xarici kapital bazarlarında təklif edilməsi üçün müvafiq hüquqi
bazanın yaradılması; hazırda yerli broker şirkətlərinin xarici fond bazarlarında
əməliyyat aparması və xarici peşəkar iştirakçıların Azərbaycan maliyyə bazarına
maraq göstərməsi fonunda prosesin sürətlənəcəyindən xəbər verir.
Bunu nəzərə alaraq, qiymətli kağızlar bazarında vergiyə cəlb olunma şərtlərinin
qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, o cümlədən qiymətli
kağızlardan əldə edilən investisiya gəlirlərinə, qiymətli kağızların alqı satqısından
əldə olunan gəlirlərə vergi güzəştlərinin tətbiq olunması gündəlikdə olacaqdır.
Həmçinin investisiya fondlarının fəaliyyətini, şirkətlərin fond birjasının listinqinə
çıxmasını təşviq edən əlverişli fiskal şəraitin yaradılması nəzərdə tutulur. Yaxın
gələcəkdə Azərbaycanda qiymətli kağızlar bazarının əsas inkişaf prespektivləri
aşağıdakılar olacaqdır:
Dostları ilə paylaş: |