82
• Kapitalın təmərküzləşməsi və mərkəzləşməsi;
• Bazarın beynəlmiləlləşməsi və qloballaşması;
• Ticarət arxitekturası infrastrukturunun təkmilləşdirilməsinə;
• Qiymətli kağızlar bazarında qiymətli kağızlara olan tələbin artırılması, eləcə də
təklifin stimullaşdırılması;
• Beynəlxalq, eləcə də bütün tələblərə cavab verən milli maliyyə hesabatlılığı
standartlarının birgə istifadə edilməsini özündə əks etdirən korporativ idarə etmə
standartlarının inkişaf etdirilməsi;
• Maliyyə vasitəçilərinin institutsional baxımından təkmilləşdirilməsi və
potensialının artırılması;
• Qabaqcadan xəbərdarlıq sistemi infrastrukturunu yaratmaq məqsədilə tənzimləyici
orqanın potensialının təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
• Treyninqlər və məlumatlandırma fəaliyyətinin genişləndirilməsi;
• Digər kapital bazarları ilə qarşılıqlı əlaqə.
Kapitalın təmərküzləşməsi və mərkəzləşməsi meylləri QKB-a münasibətdə iki
aspektə malikdir. Bir tərəfdən, bazara daima yeni istirakçılar cəlb olunur və onlar
üçün bu fəaliyyət əsas fəaliyyətə çevrilir, digər tərəfdən, iri qabaqcıl bazar
peşəkarlarının ayrılması və seçilməsi prosesi baş verir. Bu onların həm şəxsi
kapitallarının artması, kapitaların təmərküzləşməsi, həm də birləşmə yolu ilə daha iri
qiymətli kağızlar bazarı strukturlarına çevrilməsi, kapitalların mərkəzləşməsi,
əsasında baş verir. Nəticədə, bazarda bütün əməliyyatların çox hissəsinə xidmət
göstərən ticarət sistemləri əmələ gəlir. Eyni zamanda qiymətli kağızlar bazarı
cəmiyyətin iri kapital ehtiyyatlarını cəlb edəcəkdir.
QKB-ın beynəlmiləlləşməsi zamanı kapital ölkələr sərhədlərindən kənara çıxır,
dünya qiymətli kağızlar bazarı formalaşır. Ona münasibətdə milli bazarlar II
Dərəcəyə çevrillr. Qiymətli kağızlar bazarı qlobal xarakter daşımağa başlayır. Belə
qlobal bazarda ticarət durmadan davam edir. Bu bazarın əsasını transmilli şirkətlərin
qiymətli kağızları təşkil edir. QKB-ın etibarlığı və ona inam dərəcəsi investor
tərəfindən birbaşa olaraq bazarın təşkilatçılıq səviyyəsinin qaldırılması və ona dövlət
83
nəzarətinin gücləndirilməsi ilə baglıdır. QKB-ın vacibliyi ondan ibarətdir ki, onun
dağılması birbaşa olaraq iqtisadi inkişafın dağılması deməkdir. Dövlət QKB-na olan
etibarı daim qorumalıdır ki, qiymətli kağızlara əmanətlərini yönəldən insanlar
dövlətin hər hansı tədbiri və spekulyativ amillər içərisində bu əmanətləri
itirməyəcəklərinə inansınlar. Ona görə də bütün bazaar iştirakçıları bazarın düzgün
təşkilkinə və onun əsas iştirakçısı olan dövlət tərəfindən güclü nəzarət olunmasına
maraqlıdırlar.
QKB-ın kompyuterləşməsi son onilllklərdə bütün insan fəaliyyəti sahələrinə
kompyuterlərin daxil olmasının nəticəsidir. Kompyuterləşmə olmasa idi, müasir
QKB-ın mövcudluğu qeyri-mümkün idi. Kompyuterləşmə bütün əməliyyatların daha
düzgün və dəqiq aparılmasına, eyni zamanda, bazara yeninklərin gətirilməsinin əsası
kimi çıxış edir. QKB-da yeniliklər: mövcud bazarın yeni alətləri; qiymətli kağızlarla
ticarətin yeni sistemləri; yeni bazar infrastrukturu aid edilə bilər; QKB-ın yeni
alətlərinə istehsal qiymətli kağızların müxtəlif növləri, yeni qiymətli kağızların
yaradılması, onların növləri və formaları daxildir. Yeni ticarət sistemlərinə alıcı və
satıcı arasında birbaşa əlaqələrsiz, ticarətin tam və avtomatlaşdırılmış rejimdə, müasir
rabitə vasitələrilə həyata keçirilməsi daxildir.
Yeni bazar infrastrukturuna yeni informasiya sistemləri, klirinq və hesablaşma
sistemləri aiddir. Sekyuritizasiya pul vəsaitlərinin ənənəvi formalardan qiymətli
kağızlara keçid meylidir; iri investorlar kütləsi üçün əlverişli olan qiymətli kağızların
bir formadan digərinə keçid meylidir. QKB-ın inkişafı müxtəlif növ kapital
bazarlarının fəaliyyətlərinin birləşməsi ilə səciyyələnir. Bir tərəfdən, QKB kapitalları
özünə tərəf cəlb edir. Digər tərəfdən isə qiymətli kağızlar mexanizmi vasitəsilə
kapitalları digər bazarlara yönəldir, beləliklə də onların inkişafına şərait yaradır.
84
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Aparılmış elmi-tədqiqat araşdırmalarını ümumiləşdirərək belə nəticəyə gəlmək
olar ki, müasir şəraitdə iqtisadiyyatın inkişafı üçün qiymətli kağızlar bazarı dövlətin
maliyyə və pul-kredit siyasətinin əsas aləti kimi mühüm vəzifəni yerinə yetirir.
Qiymətli kağızlar bazarının iqtisadi rolu onun fəaliyyətinin məqsəd və vəzifələrində,
həmçinin onun funksiyalarında təzahür edir. Qiymətli kağızlar bazarının zəruriliyini
müəyyən edən başlıca məqsədi sərbəst maliyyə resurslarını səfərbər etmək və onların
bazarın iştirakçılarının qiymətli kağızlarla keçirdiyi müxtəlif əməliyyatlar vasitəsilə
yenidən bölgüsünü təmin etməkdən ibarətdir. Başqa sözlə, qiymətli kağızlar bazarı
müvəqqəti sərbəst pul vəsaitlərinin investorlardan qiymətli kağız emitentləri
istiqamətindəki hərəkətində vasitəçilik edir. Qiymətli kağızlar bazarı vasitəsilə
yüksək gəlirliliyi təmin edən sahələrə kapital axını baş verir. Digər tərəfdən, qiymətli
kağızların əldə edilməsi imkanını təmin etməklə fond bazarı investisiya prosesinə
kütləvi səciyyə verir. Qiymətli kağızlar dövriyyəsinin fond birjalarının və peşəkar
vasitəçilərin əlində cəmləşməsi isə investisiya prosesini sürətləndirir.
Hal-hazırda Azərbaycanda qiymətli kağızlar bazarı formalaşan, inkişaf edən
bazardır və tarixi prizmadan baxdıqda öz inkişafının müxtəlif mərhələlərində fərqli
məqsədlərin realizasiyasına hədəflənmişdir. Belə ki, bu gün ölkənin qiymətli kağızlar
bazarı iqtisadiyyatın qeyri-neft sektoruna investisiyaların təmin edilməsində mühüm
maliyyələşmə mənbəyi kimi çıxış etməkdədir. Ölkədə məqbul fond bazarı
infrastrukturunun əsas institutları mövcuddur və Milli Depozit Mərkəzi və Bakı Fond
Birjası arasında təmin edilmiş elektron inteqrasiya nəticəsində qiymətli kağızların
ticarəti, uçotu və qeydiyyatı sistemi avtomatlaşdırılmış rejimdə fəaliyyət
göstərməkdədir. Hazırda ölkənin fond bazarında fundamental bazar institutları ilə
yanaşı maliyyə vasitəçiliyi funksiyasını həyata keçirən broker-diler, aktivlərin idarə
olunması ilə məşğul olan şirkətlər elektron ticarət sisteminə məsafədən çıxış əldə
etməklə real vaxt rejimində vasitəçilik funksiyalarını həyata keçirməkdədirlər.
Qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və
onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, ölkə iqtisadiyyatında
Dostları ilə paylaş: |