74
12.
Bir məsələni də qeyd etmək lazımdır ki, mühasibat uçotunun
beynəlxalq standartlarına keçilməsi ilə əlaqədar olaraq bir sıra hesabat
formalarının ləğv edilməsi və ya həmin hesabatlardakı əsas göstəricilərin
ixtisar olunması, bəzən idarəetmə üçün zəruri olan informasiyanın itməsinə
səbəb olur. Belə bir şəraitdə ilkin uçotun təkmilləşdirilməsi və onun müasir
idarəetmənin ən mühüm elementlərindən biri sayılan iqtisadi təhlüin tələblərinə
uyğunlaşdınlması mühüm və aktual problem kimi meydana çıxır. Məhz bu
baxımdan, maqistr dissеrtasiya işində idarəetmənin və iqtisadi təhlilin mühüm
informasiya bazası sayılan mühasibat uçotunun qarşısında duran problemlər,
şərabçilıq
müəssisələrində
onun
xüsusiyyətləri,
xərclərin
uçotunun
analitikliyinin və operativliyinin yüksəldilməsi məsələləri geniş işıqlandırılır.
Bundan başqa, tədqiqat prosesində məsrəflərin uçotunun «standart-kost»
sistemindən fərqli olan «direkt-kostinq» sisteminin tətbiqinin iqtisadi təhlilin
metodikasının təkmilləşdirilməsi nöqteyi nəzərindən üstünlükləri sadalanır və
şərabçılıq müəssisələrində onun tətbiqi yolları göstərilir. Eyni zamanda,
məsrəflərin uçotunun məsuliyyət mərkəzləri və baş vermə yerlərinə görə
təşkili, transfert qiymətlərinin tətbiqi imkanları və maya dəyərinin idarəedil-
məsi problemlərinə xüsusi yer verilir.
13.
Məlumdur ki, bazar münasibətləri mühasibat uçotunun qarşısında
yeni problemlər qoyulur. Məhz buna uyğun olaraq bütün post-sovet məkanı öl-
kələrində Qərb idarəetmə uçotunun tələblərinin mövcud nəzəriyyə və
praktikaya uyğunlaşdırılması prosesi gedir. Qərb idarəetmə uçotunun ən
mühüm alt - sistemi sayılan «direkt-kostinq» sisteminin tətbiqi məsrəflərin
uçotunu sadələşdirməklə kompleks xərclərin bölüşdürülməsindəki şərtilikləri
birdəfəlik aradan qaldırmağa kömək etməklə maya dəyərinin təhrif
olunmasının qarşısını alır. Bundan başqa, «direkt-kostinq» sistemi şərti-sabit və
dəyişən xərclərin məbləğini dəqiq müəyyən etməyə, maya dəyəri, satışın həcmi
və mənfəət göstəriciləri arasındakı funksional əlaqənin xarakterini araşdırmağa,
«mənfəət və zərərlərin sınma nöqtəsi»ni riyazi yolla hesablamağa imkan verir.
75
Məlumdur ki, istehsal prosesinin baş verməsi əmək resursiarı, əsas
fondlar, xammal və materialların mövcudluğundan birbaşa asılıdır. Istehsal
potensialının sadalanan elementləri arasında əlaqə pozulduqda məsrəflər qeyri-
məhsuldar xərclərə çevrilir ki, bu da, son nəticədə, məsrəfverimi göstəricisinin
səviyyəsinə mənfi təsir göstərir. Ona görə də, əksər müəssisələrdə məsrəflərin
uçotunun təkmilləşdirilməsi həm kəmiyyət və həm də keyfiyyət baximından
həyata keçirilməlidir. Məhz bu baxımdan aparılan tədqiqatın məsrəflərin
uçotunun təkmilləşdirilməsi probleminin öyrənilməsi ilə başa çatması olduqca
məntiqi və əsaslandırılmış görünür.
Aparılan tədqiqat işlərinin yekunu göstərir ki, fəaliyyətini öyrəndiyimiz
müəssisədə məsrəfverimi göstəricisinin səviyyəsi müxtəlif amillərin təsiri nəti-
cəsində dəyişir. Bazar münasibətiəri şəraitində məsrəfveriminin dəyişməsinə
təsir göstərən amillər içərisində elmi-texniki tərəqqi xüsusi yer tutur. Sadalanan
amillərin təsiri nəticəsində məsrəfverimi göstəricisi müxtəlif illər ərzində
kəskin surətdə dəyişikliyə məruz qalır. Məsrəflərin səviyyəsinin kəskin surətdə
dəyişməsi, bizim fikrimizcə, elmi-texniki tərəqqi ilə yanaşı qiymət amili və ya
inflyasiya prosesləri ilə də bağlıdır. Elə buna görə də, əksər sənayе
müəssisələrində ayrı-ayn illər ərzində istehsal edilmiş məhsulların (iş və
xidmətlərin) maya dəyərinin tərkibində ayrı-ayrı xərc məddələrinin xüsusi
çəkisi müxtəlif olmuşdur. Bunu həm bəzi və həm də özündən əvvəlki ilə görə
aparılan müqayisədən də görmək mümkündür.
14.
Məlumdur
ki,
sənayе
müəssisələrində
məsrəfverimi
göstəricisinin səviyyəsinə, ilk növbədə, istehsal edilmiş məhsulun (iş və
xidmətlərin) dəyərinin və xərclərin mütləq ifadədə məbləğinin dəyişməsi
bilavasitə təsir göstərir. Eyni zamanda, istehsal olunmuş məhsulun (iş və
xidmətlərin) dəyərinin xərclərin mütləq məbləği ilə müqayisəsi onlar üzərində
operativ nəzarətin lazımi səviyyədə olmadığını bir daha sübut edir. Belə bir
vəziyyəti həm bütövlükdə və həm də ayrı-ayrı xərc maddələri üzrə görmək çox
da çətin deyildir. Ona görə də maqistr dissеrtasiya işində istehsal məsrəflərinin
dəyişməsinə operativ nəzarət etmək üçün istehsal olunmuş konkret növ
76
məhsulların (iş və xidmətlərin) maya dəyəri kompleks şəkildə nəzərdən
keçirilir.
Bu istiqamətdə aparılan təhlil işlərinin nəticəsi məsrəflərin məbləği ilə
istehsal olunmuş məhsulun (iş və xidmətlərin) maya dəyəri arasında tərs
mütənasib əlaqənin olduğunu göstərir. Yəni, müxtəlif illərdə məsrəflərin məb-
ləği mütləq ifadədə artdığı halda, konkret növ məhsulların (iş və xidmətlərin)
maya dəyərinin səviyyəsində azalma meyli müşahidə edilir. Məhz buna görə
də, tədqiqat prosesində istər xərc elementləri və istərsə də ayrı-ayrı məsrəf
maddələri üzrə aparılan təhlil keyfiyyət baxımından həyata keçirilir. Bizim
fikrimizcə, məsrəflərin keyfiyyəti dedikdə təhlil zamanı həm elmi-texniki
tərəqqinin nailiyyətlərinin və həm də inflyasiya proseslərinin təsirinin nəzərə
alınması başa düşülür.