12
Dolomit karbon turşusundan ibarət olub, qızdıran zaman kalsium və
maqnezium oksidləri ayrılır. Maqnezium oksidi şüşənin termiki genişlənməsini və
kristallaşmasını azaldır, həmçinin özlülüyünü, möhkəmliyini və kimyəvi
davamlılığını artırır.
Sink belili. O, şüşəyə sink oksidi daxil etmək üçündür. Onlar bişmə
prosesində tam şüşəyə keçirirlər. Tərkibində sink oksidi olan məmulatlar işıq
şüasını sındırır, yüksək parlaqlığı ilə fərqlənir. Sink oksidi laboratoriya, texniki və
bəzi başqa xüsusi növ şüşə istehsalında geniş tətbiq edilir.
Surik yüksək sıxlıqlı, xarakter parlaqlı və işıqda bərq vuran qiymətli büllur
məmulatına və optik şüşə istehsalına işlədilir. Surik 880
0
C temperaturda
parçalanaraq atom halında oksigen ayrılır ki, şüşə kütləsinin şəffaflaşmasını
asanlaşdırır. Tərkibində qurğuşun suriki olan məmulatlar asan cilalanır, pardaqlanır
və s. Onlar işıq şüasını asan sındırır, kimyəvi davamlılığı aşağıdır, rentgen
şüalarını udur.
Şüşə qırıntıları şüşə kütləsinin bişməsini sürətləndirir, o, şixtanın tərkibinə
15-30%-ə qədər əlavə edilir. Şüşə qırıntısının kimyəvi tərkibi əsas şixtanın
tərkibinə uyğun olmalıdır. Müxtəlif tərkibli qatışıq şüşə qırıntısından istifadə
edilmir, belə ki, bu şüşə kütləsinin bişmə prosesinin rejimini və məmulatın
formaya salınmasını dəyişə bilər.
Köməkçi materiallar. Əsas köməkçi materiallar boyaqlar, tutqunluq
verənlər, şüşənin rəngini alanlar, şəffaflıq verənlər, oksidləşdiricilər, bərpaedicilər
və şüşə kütləsinin bişməsini sürətləndirənlər daxildir.
Boyaqlar şüşəyə müəyyən rəng vermək üçün şüşənin tərkibinə daxil edilir.
Şüşə kütləsinin bişmə prosesində boyaqlar ya həll olur, ya kremzyonla birlikdə
boyanmış silikat əmələ gətirir, ya da kalloid-dispers hissəcikləri halında qalaraq
şüşənin bu və ya digər işıq şüalarını seçib udmasını təmin edir.
Az miqdarda ən aşağı dərəcədə oksidləşmiş kobalt şüşəyə göy rəng, çox
miqdarda qırmızı çalarlı bənövşəyi-göy rəng verir.
13
Şüşəyə kobalt və manqan peroksid birləşməsini daxil etdikdə al qırmızı,
bənövşəyi və qara rəngli şüşə alınır.
Manqan peroksidi natrium-kalsium şüşəsini qırmızımtıl bənövşəyi rəngə,
dəmirlə birlikdə narıncı və qırmızımtıl qəhvəyi rəngə boyayır. Manqan peroksidi
və xrompik əlavə etməklə qara şüşə alınır. Manqan oksidi şüşəyə bənövşəyi rəng
verir və s.
Ən ağır dərəcədə oksidləşmiş nikel kalium-kalsium şüşəsini qırmızımtıl-
bənövşəyi rəngə, natrium-kalsium şüşəsini qəhvəyi çalarlı bənövşəyi rəngə
boyayır.
Mis oksidi şüşəyə mavi, yaxud yaşıl, xrom oksidi yaşıl rəng verir. Şüşə
kütləsinin tərkibində kalium sulfid, dəmir sulfid, uran oksidi daxil etməklə sarı
rəng alına bilər. Müxtəlif boyaqların kombinələşdirilməsində müxtəlif rəng və
çalarlıqlı şüşə alınır. Sarı və qırmızı boyaqları qarışdırmaqla narıncı və qəhvəyi
rəngli şüşə alınır.
Tutqunluq verənlər. Şüşəyə süd-ağ, süd rəng vermək, həmçinin onu
turqunlaşdırmaq və yüksək işıq səpələmə qabiliyyəti verən maddələrə deyilir. Elə
maddə tutqunluq verən kimi tətbiq edilir ki, bu şüşənin əriməsi prosesində ya həll
olur, ya da həll olmur, şüşə soyuduqda ərintidən xırda kristallar halında ayrılır.
Onların işıq sındırma əmsalı şixtanın başqa komponentlərinə nisbətən kəskin
fərqlənir. Tutqun şüşə almaq üçün fosfor turşusu kalsium duzu, sümük unu, kriolit,
qalay oksidi, talk və s. tətbiq edilir. Tutqun şüşə az işıq buraxma əmsalına
malikdir: süd şüşədə 0,5; opalda 0,6-dan az olmamalıdır.
Rəngsizləşdiricilər dəmir oksidinin və ya digər qarışıqların şüşəyə verdiyi
lazımsız rəngi və ya çalarları kənar etmək, yaxıd zəifləşdirmək üçündür.
Şəffaflaşdırıcılar. Bunu tətbiq etməkdə məqsəd şüşə kütləsinin tərkibindən
müxtəlif
qaz
və
hava
qabarcıqlarını
çıxarmaqdan,
həmçinin
dəmiri
oksidləşdirməkdən ibarətdir. Şəffaflaşdırıcılara arsen üç oksid, selitr, natrium
sulfat, ammonium duzları, bəzən rütubətli ağac və başqa buxara və qaza oxşar
maddələr daxildir. Şəffaflığı keyfiyyətcə yüksəltmək üçün şüşənin ərimə hərarəti
14
artırılır, bu zaman xırda qabarcıqlar birləşərək iri qabarcıq halında şüşə kütləsinin
səthinə çıxır.
Oksidləşdiricilər və bərpaedicilər şüşə kütləsinin alınmasına şərait yaratmaq
və saxlamaq üçün işlədilir. Ən çox natrium və kalium selitrləri, arsen üs oksid
tətbiq edilir. Kalium selitri yüksək temperaturda parçalanaraq oksidləşdirici kimi
çox effekt verir.
Bərpaedicilərə koks və ya ağac kömürü halında tətbiq edilən karbon, yaxud
qalay iki xlorid və s. aiddir.
Şüşə kütləsinin bişmə temperaturunu sürətləndirmək və azaltmaq üçün
şitanın tərkibinə ftorlu kalsium, həmçinin bor anhidridini, kalium nitrat və nitrium,
alüminium oksidləri daxil edilir. Buraya xam materialın hazırlanması, şüşə
kütləsinin bişirilməsi və məmulatın formaya salınması da daxildir.
Xammalın emalı və şixtanın hazırlanması. Keyfiyyətli şüşə kütləsi və
hazır məmulatlar almaq üçün xammal materialların ilkin emalı həyata keçirilir.
Əsas maddənin tərkibindən və növündən asılı olaraq ilkin emalı təmizlənmə,
qurutma, xırdalama və s. kimi əməliyyatlar aid edilir.
Qum təmizlənir, daha doğrusu müxtəlif çirkdən və dəmir oksidləri
qatışığından azad edilir. Qum diqqətlə təmizləndikdən sonra, gil qatışıqlarından
azad edilmək üçün yuyulur və qurudulur.
Əsas materiallar (əhəng, tabaşir dolomit) xırdalanır və yuyulur.
Rənglədicilərin, şəffaflıq verən və başqa köməkçi materialların bərabər paylanması
üçün onlar daha narın üyüdülür və ələkdən ələnir.
Şüşə qırıntıları kimyəvi tərkibinə və kəsəklərinin böyüklüyünə görə
sortlaşdırılır. Çirkdən təmizləmək üçün su ilə yuyulur, xırdalanır, elektromaqnitdən
keçirilir.
Hazırlanmış xam materiallar üyüdülür, müəyyən resept üzrə avtomat
tərəzilərdə çəkilir və eynicinsli tozaoxşar kütlə alınana qədər diqqətlə qarışdırılır.
Bu, şixta adlanır.
Dostları ilə paylaş: |