Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 337,24 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix07.04.2018
ölçüsü337,24 Kb.
#36240
1   2   3   4   5   6   7   8   9   ...   13

12 

 

Dolomit  karbon  turşusundan  ibarət  olub,  qızdıran  zaman  kalsium  və 

maqnezium oksidləri ayrılır. Maqnezium oksidi şüşənin termiki genişlənməsini və 

kristallaşmasını  azaldır,  həmçinin  özlülüyünü,  möhkəmliyini  və  kimyəvi 

davamlılığını artırır. 

Sink  belili.  O,  şüşəyə  sink  oksidi  daxil  etmək  üçündür.  Onlar  bişmə 

prosesində  tam  şüşəyə  keçirirlər.  Tərkibində  sink  oksidi  olan  məmulatlar  işıq 

şüasını sındırır, yüksək parlaqlığı ilə fərqlənir. Sink oksidi laboratoriya, texniki və 

bəzi başqa xüsusi növ şüşə istehsalında geniş tətbiq edilir. 



Surik  yüksək sıxlıqlı,  xarakter parlaqlı  və  işıqda bərq  vuran  qiymətli büllur 

məmulatına  və  optik  şüşə  istehsalına  işlədilir.  Surik  880

0

C  temperaturda 



parçalanaraq  atom  halında  oksigen  ayrılır  ki,  şüşə  kütləsinin  şəffaflaşmasını 

asanlaşdırır. Tərkibində qurğuşun suriki olan məmulatlar asan cilalanır, pardaqlanır 

və  s.  Onlar  işıq  şüasını  asan  sındırır,  kimyəvi  davamlılığı  aşağıdır,  rentgen 

şüalarını udur. 



Şüşə  qırıntıları  şüşə  kütləsinin  bişməsini  sürətləndirir,  o,  şixtanın  tərkibinə 

15-30%-ə  qədər  əlavə  edilir.  Şüşə  qırıntısının  kimyəvi  tərkibi  əsas  şixtanın 

tərkibinə  uyğun  olmalıdır.  Müxtəlif  tərkibli  qatışıq  şüşə  qırıntısından  istifadə 

edilmir,  belə  ki,  bu  şüşə  kütləsinin  bişmə  prosesinin  rejimini  və  məmulatın 

formaya salınmasını dəyişə bilər. 

Köməkçi  materiallar.  Əsas  köməkçi  materiallar  boyaqlar,  tutqunluq 

verənlər, şüşənin  rəngini alanlar, şəffaflıq  verənlər, oksidləşdiricilər, bərpaedicilər 

və şüşə kütləsinin bişməsini sürətləndirənlər daxildir. 

 

Boyaqlar  şüşəyə  müəyyən  rəng  vermək  üçün  şüşənin  tərkibinə  daxil  edilir. 

Şüşə  kütləsinin  bişmə  prosesində  boyaqlar  ya  həll  olur,  ya  kremzyonla  birlikdə 

boyanmış  silikat  əmələ  gətirir,  ya  da  kalloid-dispers  hissəcikləri  halında  qalaraq 

şüşənin bu və ya digər işıq şüalarını seçib udmasını təmin edir. 

Az  miqdarda  ən  aşağı  dərəcədə  oksidləşmiş  kobalt  şüşəyə  göy  rəng,  çox 

miqdarda qırmızı çalarlı bənövşəyi-göy rəng verir. 




13 

 

Şüşəyə  kobalt  və  manqan  peroksid  birləşməsini  daxil  etdikdə  al  qırmızı, 



bənövşəyi və qara rəngli şüşə alınır. 

Manqan  peroksidi  natrium-kalsium  şüşəsini  qırmızımtıl  bənövşəyi  rəngə, 

dəmirlə  birlikdə  narıncı  və  qırmızımtıl  qəhvəyi  rəngə  boyayır.  Manqan  peroksidi 

və  xrompik  əlavə  etməklə  qara  şüşə  alınır.  Manqan  oksidi  şüşəyə  bənövşəyi  rəng 

verir və s. 

Ən  ağır  dərəcədə  oksidləşmiş  nikel  kalium-kalsium  şüşəsini  qırmızımtıl-

bənövşəyi  rəngə,  natrium-kalsium  şüşəsini  qəhvəyi  çalarlı  bənövşəyi  rəngə 

boyayır. 

Mis  oksidi  şüşəyə  mavi,  yaxud  yaşıl,  xrom  oksidi  yaşıl  rəng  verir.  Şüşə 

kütləsinin  tərkibində  kalium  sulfid,  dəmir  sulfid,  uran  oksidi  daxil  etməklə  sarı 

rəng  alına  bilər.  Müxtəlif  boyaqların  kombinələşdirilməsində  müxtəlif  rəng  və 

çalarlıqlı  şüşə  alınır.  Sarı  və  qırmızı  boyaqları  qarışdırmaqla  narıncı  və  qəhvəyi 

rəngli şüşə alınır. 

Tutqunluq  verənlər.  Şüşəyə  süd-ağ,  süd  rəng  vermək,  həmçinin  onu 

turqunlaşdırmaq  və  yüksək  işıq  səpələmə  qabiliyyəti  verən  maddələrə  deyilir.  Elə 

maddə tutqunluq verən kimi tətbiq edilir ki, bu şüşənin əriməsi prosesində ya həll 

olur,  ya  da  həll  olmur,  şüşə  soyuduqda  ərintidən  xırda  kristallar  halında  ayrılır. 

Onların  işıq  sındırma  əmsalı  şixtanın  başqa  komponentlərinə  nisbətən  kəskin 

fərqlənir. Tutqun şüşə almaq üçün fosfor turşusu kalsium duzu, sümük unu, kriolit, 

qalay  oksidi,  talk  və  s.  tətbiq  edilir.  Tutqun  şüşə  az  işıq  buraxma  əmsalına 

malikdir: süd şüşədə 0,5; opalda 0,6-dan az olmamalıdır. 



Rəngsizləşdiricilər  dəmir  oksidinin  və  ya  digər  qarışıqların  şüşəyə  verdiyi 

lazımsız rəngi və ya çalarları kənar etmək, yaxıd zəifləşdirmək üçündür. 



Şəffaflaşdırıcılar.  Bunu  tətbiq  etməkdə  məqsəd  şüşə  kütləsinin  tərkibindən 

müxtəlif 

qaz 

və 


hava 

qabarcıqlarını 

çıxarmaqdan, 

həmçinin 

dəmiri 

oksidləşdirməkdən  ibarətdir.  Şəffaflaşdırıcılara  arsen  üç  oksid,  selitr,  natrium 



sulfat,  ammonium  duzları,  bəzən  rütubətli  ağac  və  başqa  buxara  və  qaza  oxşar 

maddələr  daxildir.  Şəffaflığı  keyfiyyətcə  yüksəltmək  üçün  şüşənin  ərimə  hərarəti 




14 

 

artırılır, bu zaman  xırda qabarcıqlar birləşərək  iri  qabarcıq  halında şüşə kütləsinin 



səthinə çıxır. 

Oksidləşdiricilər və bərpaedicilər şüşə kütləsinin alınmasına şərait yaratmaq 

və  saxlamaq  üçün  işlədilir.  Ən  çox  natrium  və  kalium  selitrləri,  arsen  üs  oksid 

tətbiq  edilir.  Kalium  selitri  yüksək  temperaturda  parçalanaraq  oksidləşdirici  kimi 

çox effekt verir. 

Bərpaedicilərə koks  və ya ağac kömürü  halında tətbiq edilən karbon, yaxud 

qalay iki xlorid və s. aiddir. 

Şüşə  kütləsinin  bişmə  temperaturunu  sürətləndirmək  və  azaltmaq  üçün 

şitanın tərkibinə ftorlu kalsium, həmçinin bor anhidridini, kalium nitrat və nitrium, 

alüminium  oksidləri  daxil  edilir.  Buraya  xam  materialın  hazırlanması,  şüşə 

kütləsinin bişirilməsi və məmulatın formaya salınması da daxildir. 



Xammalın  emalı  və  şixtanın  hazırlanması.  Keyfiyyətli  şüşə  kütləsi  və 

hazır  məmulatlar  almaq  üçün  xammal  materialların  ilkin  emalı  həyata  keçirilir. 

Əsas  maddənin  tərkibindən  və  növündən  asılı  olaraq  ilkin  emalı  təmizlənmə, 

qurutma, xırdalama və s. kimi əməliyyatlar aid edilir. 

Qum  təmizlənir,  daha  doğrusu  müxtəlif  çirkdən  və  dəmir  oksidləri 

qatışığından  azad  edilir.  Qum  diqqətlə  təmizləndikdən  sonra,  gil  qatışıqlarından 

azad edilmək üçün yuyulur və qurudulur. 

Əsas  materiallar  (əhəng,  tabaşir  dolomit)  xırdalanır  və  yuyulur. 

Rənglədicilərin, şəffaflıq verən və başqa köməkçi materialların bərabər paylanması 

üçün onlar daha narın üyüdülür və ələkdən ələnir. 

Şüşə  qırıntıları  kimyəvi  tərkibinə  və  kəsəklərinin  böyüklüyünə  görə 

sortlaşdırılır. Çirkdən təmizləmək üçün su ilə yuyulur, xırdalanır, elektromaqnitdən 

keçirilir. 

Hazırlanmış  xam  materiallar  üyüdülür,  müəyyən  resept  üzrə  avtomat 

tərəzilərdə  çəkilir  və  eynicinsli  tozaoxşar  kütlə  alınana  qədər  diqqətlə  qarışdırılır. 

Bu, şixta adlanır. 




Yüklə 337,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə