Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 337,24 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix07.04.2018
ölçüsü337,24 Kb.
#36240
1   2   3   4   5   6   7   8   9   ...   13

 

əvvəl  yuxarıda  adları  göstərilən  istehlakçı  tələblərinin  ödənilməsi  göstərilən 



xassələrin kompleksi ilə təmin edilir. 

Şüşə  məmulatının  funksional  xassələri.  Məmulata  verilən  funksional 

tələblərə  uyğun  verili  rvə  həmin  tələblərin  ödənilməsini  təmin  etmək  üçündür. 

Çünki  məmulat  təyinat  etibarilə  öz  funksiyasını  yerinə  yetirə  bilmirsə,  o,  digər 

tələblərə  uyğun  olsa  da,  öz  təyinatı  üçün  yararsız  hesab  edilir.  Şüşə  məmulatı 

təyinatından  asılı  olaraq  əsas  iki  funksiyanı  yerinə  yetirir:  başlanğıc  funksiyanı, 

yəni  ərzaq  və  içkini  qəbul  edir;  son  funksiyanı,  yəni  ərzağı,  içkini  tam,  yaxud 

lazımi qədər hissə-hissə verir.  

Məmulatın  başlanğıc  funksiyası  şüşənin  xassələrindən  asılıdırsa,  son 

funksiyası  onun  konstruksiya  xüsusiyyətlərindən  asılıdır.  Şüşənin  qeyri-üzvi 

tərkibli  olması,  onun  yüksək  sıxlığını,  kimyəvi  və  korroziya  davamlılığını, 

temperatura və  mexaniki davamlılığını, şüşə qablara yerləşdirilən ərzaq və içkinin 

xassələrini saxlama qabiliyyətini təmin edir. 

Məmulatlarda forma və ölçülərin təyinatına cavab verən funksional əsasının 

yaradılmasında  layihə  həllinin  əhəmiyyəti  vardır.  Məsələn,  qrafindəki  məhsulun 

üst  sahəsinin  hava  ilə  az  təmasda  olması  üçün  onlar  dar  boğazlı  və  tutumu  1-2  l-

dən  az  olmayaraq  hazırlanır.  Çoxlu  məhsul  saxlamaq  və  çox  porsiyalarla  tökmək 

üçün enli boğazlı və enli burçu olan dolçalardan istifadə edilir. 

Məmulatın  ərzaq  və  içkini  qəbul  etmək  və  saxlamaq  qabiliyyətini 

xarakterizə edən xassələri, əsasən laboratoriya, qalanları isə ekspert üsulu ilə təyin 

edilir. 

Erqonomik xassələri. Şüşə məmulatlarının istismar şəraitilə əlaqədar olaraq 

erqonomik  tələblər  meydana  çıxır.  Bu  tələblər,  hər  şeydən  əvvəl  şüşə 

məmulatlarında  erqonomik  xassələrlə,  yəni  istifadə  rahatlığı  və  gigiyenikliyi 

göstəriciləri ilə təyin edilir. 

Məişət qablarının  komfortluğu (istifadə rahatlığı)  onun tutmağa, aparmağa, 

saxlama funksiyasının yerinə yetirməsinə imkan verməsi, yuyulması və s. asanlığı 

ilə  müəyyən  edilir.  Bu  zaman  məmulatın  forma  və  tutumu,  dəstəyinin  vəziyyəti, 



 

onların  formasının  barmaqlara  və  s.  uyğun  olması  nəzərə  alınır.  Məmulata  qulluq 



rahatlığı  qiymətləndirilərkən  onun  yuxarı  hissəsinin  diametrinə,  səthinin 

xarakterinə,  iti,  kəsən  və  cızılmış  sahələrinin  olmasına,  künclərinə,  çıxıntılarına 

diqqəty  etirilir.  Məmulatın  rahatlığı,  həmçinin  daşınma,  qablaşdırma,  saxlama 

mümkünlüyü üçün də nəzərə alınır. 

Şüşə qabın gigiyenik xassələri, hər şeydən əvvəl şüşənin təbiəti və xassələri 

ilə  müəyyənləşdirilir.  Şüşə  məmulat  yüksək  kimyəvi  davamlılığa  malik  olmalıdır, 

insan  orqanizmi  üçün  zərərsiz  olmalıdır.  Gigiyenik  cəhətdən  qiymətləndirilmə 

zamanı çirklənmə göstəricisi də nəzərə alınır. Onlar sadə, yüngül və tez təmizlənən 

olmalıdır. 

Estetik 

xassələri

Məişət 


şüşə 

məmulatlarının 

estetik 

xassələri 

kompozisiyasının bütövlüyü, forma və informativliyi ilə xarakterizə olunur. 

Kompozisiyanın bütövlüyü məmulatda hissə elementlərin müəyyən qaydada 

vahid məqsəd üzrə yerləşməsindən ibarətdir. O, məmulatın dekorativ quruluşundan 

və formasından asılıdır. 

Məmulatın  və  onun  elementlərinin  qeyri-müəyyən  konturu,  materialın  təbii 

xassələrində  gizlənən  pis  rəng  və  bəzək  məmulatın  formasını,  estetik  görünüşünü 

pisləşdirir.  Məmulatın  hissələri  ilə  tərəflərinin  ölçülərinin  əlaqəsi,  bəzəyi  onun 

proporsionallığı ilə xarakterizə olunur. 

Formanın səmərəliliyi, onun  məmulatın  funksional təyinatına  və əhatə edən 

mühit  şəraitinə  uyğunluğu  ilə  xarakterizə  olunur.  şüşə  məmulatın  orijinallığı, 

informativliyi və onların müasir üslub və modaya uyğun olması ilə təyin edilir. 

Orijinallıq  bu  məmulatın  formasının  fərdi  xüsusiyyətidir  ki,  onların  analoji 

təyinatlı məmulatlardan fərqləndirir. 

Aşağıdakı  cədvəldə  şüşə  məmulatların  estetik  xassələrinin  qruplaşması 

verilmişdir. 

 

 

 



 

Cədvəl 1. 



Şüşə məmulatının estetik xassələri 

Kompozisiyanın bütövlüyü 

Formasının 

səmərəliliyi 

Informativliyi 

Xassələrin 

qrupu 

Forma 


əmələ 

gətirici 

xassə 

Harmoniklik 



xassəsi 

Funksional səlistlik 

Materialların aşkara 

çıxarılması 

Vahid 

xassə 


Sahə 

qərarı 


Proporsiya, 

miqyas, 


kontrast 

Forma və onun 

elementlərinin sahəsinin 

qanunauyğunluğu 

Forma 

plastiklərinin 



materialın 

xassələrinə 

uyğunluğu 

Stilə, 


modaya 

uyğunluğu 

 

Dekorativ 



həlli 

 

Forma və onun 



elementlərinin 

dekorativliyinin 

qanunauyğunluğu 

Plastik formalarının 

texnoloji emala 

uyğunluğu 

Dekorativ 

materialına 

uyğunluğu 

Orijinallığı 

 

 

Şüşə  məmulatların  bədii  estetik  göstəriciləri  bal  sistemi  ilə  qiymətləndirilir. 



Bunu aşağıdakı cədvəldən görmək olar. 

 

Cədvəl 2. 



Keyfiyyət göstəricilərinin  

adı 

Yüksək qiymət 

(balla) 

Attestasiyadan keçirilmiş 

məmulatların göstəricilərinin 

qiymətləndirilmə hüdudu (balla) 

Məmulatın növü, forma və 

bəzəyi 

15 


15-13 

Məmulatın hazırlıq keyfiyyəti 

9-18 


Şüşəsinin keyfiyyəti 



 

Kompozisiyanın bütövlüyü şüşə qabların estetik xassələrinin məcmusu kimi 

onun bəzəndirilməsi, quruluşu, forma uyğunluğundan ibarətdir. 

Şüşə  məmulatlarının  etibarlılığı,  uzunömürlülüyü  və  qorunması  ilə  təyin 

edilir.  Ən  çox  uzunömürlülük  əhəmiyyətə  malikdir.  Bu  da  fiziki  və  mənəvi 

köhnəlmə  ilə  xarakterizə  edilir.  Əlavə  detallı,  mürəkkəb  formalı,  hündür  ayaqlı 

məmulatlar az etibarlıdır. 



Yüklə 337,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə