Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 337,24 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix07.04.2018
ölçüsü337,24 Kb.
#36240
1   2   3   4   5   6   7   8   9   ...   13

 

Ümumittifaq  elmi  tədqiqat  institutunun  məlumatlarına  əsasən,  bəzi  şüşə 



məmulatların xidmət müddəti: çay və su stəkanı üçün 1,5 il, şərab stəkanı üçün 2 il, 

ryumka  üçün  3,5  il,  fucer  və  bokal  üçün  4  il,  yağ  və  pendir  qabı  üçün  5  il,  salat 

qabı, balıq, peçenye vazası, konfet qabı üçün 7 ildir. 

Şüşə qabların fiziki köhnəlməsi, onların mexaniki, termiki, kimyəvi və başqa 

xassələrindən,  həmçinin  qoruyucu-dekorativ  örtüyün  istismar  davamlılığından 

asılıdır.  Məmulat  istismar  prosesində  kəskin  qızmağa  və  soyumağa  məruz  qalır, 

onların  termiki  davamlılığı  və  mexaniki  möhkəmliyi,  xüsusən  zərbəyə  davamlı 

olmasıdır. 

Məmulatın  mənəvi  köhnəlməsi  ona  alıcılıq  tələbinin  olmamasıdır.  Bu  da 

fason, forma, ölçü və bəzəndirilməsinə görə köhnəlməsidir. 

 

 

 




10 

 

II. ŞÜŞƏ ISTEHSALINDA ISTIFADƏ OLUNAN TƏRKIB 



MATERIALLARI 

 

Şüşə  məmulatlarının  istehlak  xassələrinin  formalaşmasının  ilkin  mərhələsi 



onların tərkibini təşkil edən xam materialların quruluşu və keyfiyyətindən asılıdır.  

Xam  materiallar  əsas  və  yaxud  şüşə  əmələ  gətirən  və  köməkçi  materiallara 

bölünür. 

Şüşə əmələ gətirən əsas materialları şüşə kütləsinə daxil etmək üçün turşular, 

qələvilər və qələvi tərkibli oksidlər götürülür ki, bunlar da lazımi fiziki və kimyəvi 

xassələr  əldə  etmək,  hazır  məmulata  rəng,  həmçinin  bişmə  prosesini  və  şüşə 

kütləsinin şəffaflaşdırılmasını sürətləndirmək üçün tətbiq edilir. Bəzi hallarda eyni 

material müxtəlif funksiyaları yerinə yetirə bilər. 



Əsas  materiallar.  Buraya  kvars  qumu,  bor  turşusu,  yaxud  bura,  çöl  şpatı, 

kaolin, soda və natrium sulfat, potaş, əhəng və tabaşir, dolomit, surik, sink oksidi, 

alüminium,  kalsium,  maqnezium,  barium  oksidləri,  nefelin,  şüşə  qırıntıları  və 

başqa birləşmələr daxildir. 



Kvars  qumu  şüşə  xammal  kütləsinin  əsas  hissəsini  təşkil  edir.  Kvars  qumu 

vasitəsilə  şüşənin  tərkibinə  silisium  oksidi  (SiO

2

)  daxil  edilir.  Kvar  qumunun 



tərkibində  60%-dən  75%-ə  qədər  silisium  olur.  Kvar  qumu  çöl  şpatlı  dağ 

suxurlarına  atmosfer  agentlərinin  (su,  hava,  hərəkətin  dəyişməsi)  təsirindən 

dağılması nəticəsində əmələ gəlir. 

Yüksək keyfiyyətli qumun tərkibində 99%-dən çox SiO

2

 olmalıdır. Ən yaxşı 



qumun  tərkibində  dəmir,  titan  xrom  qatışıqları  olmamalıdır,  çünki  onlar  şüşəni 

xoşa  gəlməyən  rənglərə  boyayır.  Ən  zərərli  qatışıq  dəmir  birləşməsi  sayılır  ki, 

şüşəyə sarımtıl yaşıl rəng verir. Bu da ultrabənövşəyi şüaların büraxılmasını kəskin 

surətdə aşağı salır. Hazır məmulatların xarici görünüşünü pisləşdirir. 



Bor  və  bura  şüşənin  tərkibinə  bor  anhidridi  daxil  etmək  üçün  tətbiq  edilir. 

Bor  turşusu  yüksək  temperaturda  bor  anhidridi  və  suya,  bura  isə  bor  anhidridi  və 

natrium oksidinə parçalanır. 



11 

 

Bor anhidridi 600



0

C-də əriyir, soyuyan zaman şəffaf şüşə kütləsinə çevrilir. 

Bor  oksidi  şüşəyə  qiymətli  xassələr  verir,  genişlənmə  əmsalını,  şüşə  kütləsinin 

bişmə  temperaturunu  və  özlülüyünü  azaldır,  kimyəvi  və  termiki  davamlılığını  və 

möhkəmliyini  artırır.  O,  mexanikləşdirilmiş  üsulla  hazırlanan  yüksək  keyfiyyətli, 

yaxud xüsusi məmulat alınması üçün tətbiq edilir. 



Çöl  şpatı  şüşənin  tərkibinə  gil  torpağı  Al

2

O



3

-ni  daxil  etmək  üçün  əsas 

xammaldır. Bu məqsəd üçün kaolin, permatit, sienit, obsidion, təmiz gil, torpaq və 

başqa maddələr işlədilir. Nefelin silitri çox qiymətli xammaldır, onun tərkibindəki 

gil torpaqda 20%-ə qədər qələvi  var, bu da çox baha olan potaş  və sodaya  qənaət 

etməyə imkan verir, gil torpağın sıxlığı 3,85 q/sm

3

 və ərimə hərarəti 2050



0

C-dir. 


Gil  torpağın  bişmə  sürətini  azaldır,  lakin  şüşə  kütləsinin  şəffaflığını  artırır. 

Termiki  və  kimyəvi  davamlılığını,  mexaniki  möhkəmliyini  və  bərkliyini  artırır. 

Şüşənin  termiki  genişlənmə  əmsalını  azaldır,  gil  torpaq  sortlu,  istiyə  davamlı  və 

kimyəvi qablar, pəncərə və butulka şüşəsi hazırlanmasına işlədilir. 



Soda  şüşənin  tərkibinə    natrium  oksidini  daxil  etmək  üçündür.  O,  susuz 

sodadan  alınır,  855

0

C-də  əriyir.  Sodanın    çatışmayan  cəhəti  tərkibində  zərərli 



qatışıqların, yəni xlorlu Na və Na

2

O



4

, dəmir oksidinin olmasıdır. Şüşə sənayesində 

ən çox mirabilit şəklində Na

2

O



4

 tətbiq edilir. Ərimə temperaturu 884

0

C-dir, Na



2

O

4



 

sodaya nisbətən çox ucuz və az defisit xammaldır. 



Potaş  şüşə  sənayesində  daha  qiymətli  xammaldır.  O,  kristall  və 

susuzlaşdırılmış  olur.  Şüşə  birləşməsində  əsasən  ərimə  temperaturu  881

0

C  olan 


susuz  potaş  tətbiq  edilir.  Kalium  oksid  məmulata  parlaqlıq,  şəffaflıq  verir, 

kristallaşmanı  azaldır.  O,  yüksək  keyfiyyətli  qablar,  büllur  və  rəngli  məmulatlar, 

optik şüşə hazırlanmasında tətbiq edilir. 

Əhəng  və  tabaşir  vasitəsilə  şüşənin  tərkibinə  kalsium  oksid  daxil  edilir  ki, 

bu  da  şüşəyə  kimyəvi  davamlılıq  verir,  şüşə  kütləsinin  işıqlı  olmasına  və  toz 

bişməsinə səbəb olur. Əhəng çöküntü suxurudur, tabaşir-kalsitin müxtəlif növüdür, 

yumşaq  və  boş  suxurludur.  Əhəng  600

0

C-dən  yuxarı  temperaturda  parçalanır  və 



kalsium oksid ayrılır. 


Yüklə 337,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə