Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 337,24 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix07.04.2018
ölçüsü337,24 Kb.
#36240
1   ...   5   6   7   8   9   10   11   12   13

28 

 

Tutqun  lenta.  Bu  naxış  məmulat  gövdəsini  əhatə  edən  tutqun  zolaqlardan 

ibarət  olur  və  ən  sadə  naxış  növüdür.  Bu  naxışı  əmələ  gətirmək  üçün  məmulat 

xüsusi  dəzgahda  bərkidilir  və  iti  fırlandırılaraq  ona  polad  lövhəciyi  toxundurulur. 

Həmin  lövhəciyin  altında  isə  qızmasın  deyə,  daimi  qum  və  sudan  ibarət  horra 

verilir.  Burada  qum  məmulatın  üstünü  cırmaqlayır  və  polad  lövhəciyin  eni  qədər 

tutqun zolaqlar əmələ gətirir. 

Sadə  cilalama.  Bu  naxışı  əmələ  gətirmək  üçün  şüşə  məmulatlar  fırlanan 

dövrlərə  sıxılır  və  bu,  onların  üzərində  dağınıq  girdə  və  ya  oval  oyuqlar  əmələ 

gətirir. Hazırda bu naxış az tətbiq edilir. 

Mürəkkəb cilalama.  Bu  naxış  üsulu  mürəkkəb olmayıb, bir  və  ya  iki cərgə 

xırda oyuqlardan, novlardan, zolaqlardan, kəsiklərdən ibarətdir. Ayrı-ayrı oyuq və 

kəsiklərin  uyğunlaşdırılması  nəticəsində  çiçək,  meyvə,  yarpaq  növündə  naxış 

alınır. 


Almaz  naxışı.  Almaz  naxışı  müxtəlif  və  çox  zaman  şüa  dəstinə,  yaxud 

ulduza  bənzər  dərin  künclərdən  ibarətdir.  Almaz  naxışı  müəyyən  bucaq  altında 

itilənmiş korund və ya karborund dövrlərin köməyi ilə əmələ gətirilir. 

Almaz  naxışları  baha  qiymətlənir,  mürəkkəbliyinə  görə  nömrə  və  qruplara 

bölünür.  Ən  mürəkkəb  almaz  naxışları  büllur  məmulatlar  naxışlanır.  Naxış 

cilalandıqdan  sonra  tutqun,  pardaqlandıqdan  sonra  isə  şəffaf  olur.  Üfürmə  şüşə 

məmulatlarda  almaz  naxışları  1-7  nömrəyə  qədər,  büllur  məmulatda  isə  4-10 

nömrəyə qədər olur. Almaz naxışın nömrəsi yüksək olduqca məmulatın da qiyməti 

bahalaşır. 

Enli  künc.  Bu,  məmulatın  uzunu  boyu  yerləşən  və  şəffaf  olana  qədər 

pardaqlanan  enli  künclərdən  ibarətdir.  Bu  üsulla,  adətən  qalın  divarlı  məmulat 

naxışlanır.  Məsələn,  su,  şərab  stəkanı,  vaza  və  s.  Məmulat  içərisində  künc  naxışı 

olan  metal  formalara  üfürülür,  formaya  salınmış  məmulat  əvvəlcə  cilalanır,  sonra 

isə parlaq səth alınana qədər diqqətlə pardaqlanır. Enli künc naxışının  müxtəlifliyi 

künclərin  qarşı-qarşıya olmasından  ibarətdir. Adətən bu  tipli  məmulatda 8, 10, 12 

və 16 künc naxışı olur. 



29 

 

Həkk. Bu naxış hazır məmulatda diametri 10 mm-dən 100 mm-ə qədər olan 

mis  disklərin  köməyi  ilə  əmələ  gətirilir.  Həmin  disklərə  isə  xüsusi  yonucu  pasta 

sürtülür.  Bu  növ  naxışlar,  adətən  qalır,  lakin  ayrı-ayrı  hallarda  pardaqlanır.  Həkk 

bəzi hallarda nəbatat motivlərinə aid edilir. 

Mexaniki  üsulla  əmələ  gətirilən  naxışlar  hazır  məmulatın  möhkəmliyinə  və 

termiki  davamlılığına  mənfi  təsir  edir,  lakin  onların  estetik  cəhətdən  üstünlüyünü 

artırır.  Belə  naxış  məmulatın  səthindəki  tillərə  və  künclərə  düşən  işığı  sındırır  və 

əks etdirir. 

Kimyəvi  aşındırma.  Bu  üsulla  naxışlanma  geniş  yayılmış  və  florid 

turşusunun  köməyilə  aparılır.  Bu  turşu  şüşəni  əritmək  qabiliyyətinə  malikdir.  Bu 

şüşə komponentinin əsasına silisium oksidinə təsir edir: 

 

SiO



2

 + 4HF = SiF

4

 + 2H

2

 

Alınan  silisium  floridin  az  bir  hissəsi  uçur.  Aşındırma  şəffaf  və  tutqun  olur 



və bir-birindən fərqlənir. 

Kimyəvi  üsulla  naxış  əmələ  gətirməyə  sadə,  pantoqraf  və  dərin  aşındırma 

üsulları daxildir. 

Sadə aşındırma. Bu naxış məmulat üzərində maşın vasitəsilə əmələ gətirilir. 

Eyni  vaxtda  məmulatın səthi tərkibində bitum  lakı,  bal,  mum, kanifol olan  xüsusi 

mastika  qatı  ilə  örtülür  və  maşının  fırlanan  stoluna  yerləşdirilir.  Nazik  iynələr 

mastikada naxışlar açır. Bundan sonra məmulat aşındırma vannasına doldurulur ki, 

bu  aşındırıcı  məhlul  əridici,  duz  və  kükürd  turşularının  qatışığından  ibarətdir. 

Məmulat  burada  40-60

0

C  temperaturda  15-30  dəq  saxlanılır.  Sonra  məmulat 



yuyulur,  turşu  qalığından,  daha  sonra  isə  qaynar  suya  salınıb  mastikadan  azad 

edilir.  Bu  naxışlar  nisbətən  sadə  olur,  çünki  dəzgahda  mürəkkəb  naxışları  asmaq 

mümkün olmur. 

Pantoqraf  aşındırma.  Bu,  kiloşir  aşındırmasından  özünün  daha  mürəkkəb 

naxışları  əmələ  gətirə  bilməsi  ilə  fərqlənir.  Burada  da  sadə  aşındırmada  olduğu 




30 

 

kimi, məmulatın üzəri mastika ilə örtülür, sonra paqtoqrafın köməyilə naxış yerləri 



əmələ  gətirilir  və  florid  turşusu  məhluluna  salınır.  Əgər  vannadakı  qarışıq  əridici 

və  kükürd  turşularından  ibarətdirsə,  şəffaf  aşındırma  alınır.  Əridici  turşunun 

duzuna natrium sulfit və duz turşusu əlavə edildikdə naxış tutqun alınır. 

Dərin  bədii  aşındırma.  Dərin  bədii  aşındırma  ilə  iki  və  çoxqat  şüşə 

məmulatları bəzəndirilir. Məmulatın xarici qatı rəngli, daxili qatı rəngsiz olmalıdır. 

Burada  aşındırılmayan  yerlərə  mastika  fırça  ilə  çəkilir.  Sonra  məmulatın  qalan 

sahəsi  tədricən  fırçanın  köməyi  ilə  xlorid  turşusu  ilə  işlənir.  Nəticədə  məmulatın 

mastika sürtülməmiş yerləri aşınır və aşınmayan yerlər məmulatın üzərində qbarıq 

naxışlar kimi qalır.  

Beləliklə,  əlvan  qatlı  şüşə  məmulatın  müxtəlif  sahələri  müxtəlif  qalınlıqda 

aşınır.  Bu  zaman  müxtəlif  rənglərə  çalan  naxışlar  alınır.  Dərin  aşındırma  naxışı 

mürəkkəb  kompozisiyalı  olur,  ən  çox  gül  vazalarında  və  başqa  iri  məmulatlarda 

tətbiq edilir. 



Rəssamlıq  naxışı.  Bu  naxışı  əmələ  gətirmək  üçün  silikat  boyaqlarından  – 

flyusdan  (bor  qurğuşun  birləşməsi)  və  ya  12%-li  xlorlu  qızıldan  istifadə  edilir. 

Rəssamlıq naxışı ilə əl üsulu aeroqrafla əmələ gətirilir. 

Rəsam  məmulatın  üzərinə  naxışı  fırça  ilə  çəkir,  sonra  məmulat  boyağı 

bərkisin  deyə,  temperaturu  550-580

0

C  olan  peçə  yerləşdirilir.  Bu  prosesin 



nəticəsində  bor  qurğuşun  birləşməsində  yumşalır  və  şüşə  məmulatın  səthi  ilə 

möhkəm birləşir. 

Aeroqraf  –  sıxılmış  hava  ilə  boyağı  səpələyən  cihazdır.  Məmulat  naxış 

kəsilmiş şablonla örtülür, sonra aeroqrafla boyaq çilənir. 

Basma  –  şəkil  köçürmə  üsuluna  deyilir.  Litoqqafiya  üsulu  ilə  hazırlanır. 

Basma altlıqdan ibarətdir ki, burada şəkil suda həll olan yapışqanla şəffaf polimer 

plyonkaya  bərkidilmişdir.  Kağız skipidar  və kanifol qarışığından  ibarət  mastikada 

isladılır.  Sonra  məmulatın  üzərinə  yapışdırılır  və  kağız  siyirilərək  kənar  edilir, 

polimer  plyaonka  üzərindəki  naxış  peçdə  yandırma  zamanı  əriyib  məmulata 

yapışır. 




Yüklə 337,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə