Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 337,24 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix07.04.2018
ölçüsü337,24 Kb.
#36240
1   2   3   4   5   6   7   8   9   10   ...   13

21 

 

ilə olan məmulatların uzunmüddətli işləyə bilməsini təyin edir. Termiki davamlılıq 



şüşənin  bir  çox  digər  xassələri  ilə  əlaqədardır:  istilikkeçirmə,  istilikdən  xətti 

genişlənmə əmsalı, genişlənmə zamanı möhkəmlik həddi. 

Lakin şüşənin termiki davamlılığına xətti genişlənmə əmsalı güclü təsir edir. 

Xətti  genişlənmə  əmsalı  nə  qədər  az  olsa, şüşənin  termiki  davamlılığı  bir  o  qədər 

yüksək  olar.  Kvars  şüşəsi  ən  az  xətti  genişlənmə  əmsalına  malik  olduğuna  görə 

termiki cəhətdən davamlıdır. 20-900

0

C temperatur dəyişikliyinə davam gətirir. Adi 



şüşə qabların termiki davamlılığı 20-150

0

C arasındadır. 



Şüşənin şəffaflığı onu texnikada və gündəlik həyatda daha çox tətbiq etməyə 

imkan  verir.  Şüşənin  şəffaflığı  ilə  onun  optik  xassələri  (keçirmə,  udma,  sındırma, 

işığı  əks  etdirmə)  bir-birilə  əlaqədardır.  Spektrin  görünən  (1400-740nm)  işıq 

şüaları  keçirmə  qabiliyyəti  şüşənin  şəffaılığını  təyin  edir.  Ən  şəffaf  şüşə  optik 

şüşədir  ki,  düşən  işıq  selinin  91%-ni  keçirir.  Adi  şüşənin  işıq  keçirmə  qabiliyyəti 

isə daha aşağıdır. 

Şüşənin işıq udması onun çatışmayan cəhətidir. Pəncərə şüşəsi ondan keçən 

işıq  selinin  2%-ni,  hər  şeydən  əvvəl,  orqanizmin  həyat  fəaliyyəti  üçün  lazım  olan 

ultrabənövşəyi şüaların isə əksəriyyət hissəsini udur. Ən çox işıq keçirən kvars, bor 

anhidridli  şüşələrdir.  Ultrabənövşəyi  şüaları  keçirən  şüşənin  tərkibində  Fe

2

O

3



  və 

TiO


3

,  BaO,  CaO  vardır.  Şüşənin  tərkibində  dəmir  oksidinin  artması  şüşəyə 

yaşımtıl-sarı çalarlıq verir ki, bu da işıq keçirməni kəskin surətdə aşağı salır. 

Kimyəvi  xassələri.  Şüşənin  kimyəvi  xassələrinə,  başlıca  olaraq  onun 

kimyəvi  davamlılığı  (turşuya,  qələviyə  və  s.)  suyun,  havanın  tərkibində  olan 

karbon  turşusunun,  qələvilərin  və  s.  təsirinə  müqavimət  göstərməsi  daxildir.  

Atmosfer  agentlərinin  və  başqa  maddələrin  təsiri  nəticəsində  şüşənin  səthində 

nazik təbəqə şəklində ləkə əmələ gəlir. Şüşə məmulatlarının, yeməkxana qablarının 

saxlanması və istismarı zamanı, bəzən də onların səthi kələ-kötür olur. Parlaqlıq və 

şəffaflığını itirir. 

Şüşələr kimyəvi davamlılığına görə 5 sinfə bölünür: 

1.  Sudan dəyişməyən şüşə; 



22 

 

2.  Davamlı şüşə; 



3.  Apparat üçün bərk şüşə; 

4.  Apparat üçün yumşaq şüşə; 

5.  Yarıtmaz şüşə. 

Birinci sinif şüşələrə  xüsusi davamlı kimyəvi aparatlar daxildir. Ikinci sinfə 

tibb ampulları, istiyə davamlı mətbəx qabları, kimyəvi qablar, üçüncü sinfə sənaye 

şüşə  məmulatları,  pəncərə,  butulka,  konserv  taraları,  yemək  qabları  daxildir. 

Şüşənin kimyəvt davamlılığını alüminium oksidi və bor oksidi artırır.  

Şüşənin kimyəvi davamlılığına saxlanma şəraiti, qablaşdırma və daşınma da 

təsir  göstərir,  xüsusilə  onun  keyfiyyətini  qablaşdırıcı  materiallar,  yaş  və  ya  quru 

samanlı yeşiklər, yüksək hiqroskopikliyi  və yavaş quruması ilə fərqlənən bəzi sort 

kağızlar aşağı salır. 

 

 




23 

 

IV. ŞÜŞƏ MƏMULATLARININ ALINMASINDA FORMAYA 



SALINMA ÜSULLARI 

 

Qaz,  hava  qabarcıqları  və  başqa  zərərli  qatışığı  olmayan,  lazımi  qatılığı  və 



səthi gərginliyi olan şüşə kütləsindən məmulat formaya salınır. 

Növündən, 

ölçüsündən, 

kütləsindən, 

təyinatından, 

formasının 

mürəkkəbliyindən  və  kimyəvi  tərkibindən  asılı  olaraq  məmulatlar  əl  və  maşın 

üsulları ilə formaya salınırlar.  

Əl  üsulu  ilə  mürəkkəb  formalı  və  yüksək  bədii  məmulatlar  hazırlanır.  Sadə 

formalı  məmulatlar, o cümlədən  məişət şüşə qablarının bəziləri  yüksək  məhsuldar 

avtomat və yarımavtomatda istehsal edilir. 

Məmulatların  formaya  salınmasında  presləmə,  üfurmə,  press-üfürmə, 

dartma, 

yayma, 


tökmə, 

həmçinin 

kombinələşdirilmiş 

(birləşdirmə) 

mərkəzdənqaçma (fırlanma) üsulları tətbiq edilir.  

Bir  tip  məmulatlara  sabit  sabit  forma  vermək  üçün  çuqun,  yaxud  polad 

press-formalardan istifadə edilir. Bu formaların daxili istiyə davamlı, paslanmayan 

ərinti ilə örtülür. 



Üfürmə üsulu. Həm əl vasitəsilə, həm də mexaniki üsullarla yerinə yetirilir. 

Əl vasitəsilə icra edilən üfürmə üsulu çox əmək aparan olmasına baxmayaraq, çox 

yayılmışdır.  Bu  zaman  xüsusi  çuqun  qəliblərdən  istifadə  olunur.  qəliblərin  daxili 

tərəfi  müəyyən  bir  məmulatın  (stəkan,  qrafin,  qənd  qabı  və  s.),  yaxud  onun 

hissəsinin  formasını  təmsil  etdiyi  üçün  borucuğun  ucundakı  banka  üfürüləndə 

həmin məmulatın şəklini alır.  

Şüşə  kütləsi  qəlibin  divarlarına  yapışmasın  deyə,  onlara  karbon  maddəsinə 

malik  materiallar,  məsələn,  qrafit,  ağac  ovuntusu  ilə  yağ  sürtülür.  Üfürülən 

məmulatın  mürəkkəbliyindən  asılı  olaraq  çuqun  qəliblər  bütöv,  yəni  açılmayan 

(stəkan, nəlbəki və s.) və çıxan konstruksiyalı (qrafin, dolça) olurlar. 

Uca ayaqlı məmulat hissə-hissə hazırlanır və hələ şüşə yumşaqkən asanlıqla 

birləşdirilir.  Qrafin,  dolça  və  s.  məmulatın  qulpu,  gövdəsi  üfürüldükdən  sonra 




24 

 

yapışdırılır.  Üfürüldükdən  sonra  məmulatı  borucuqdan  ayırmaq  üçün  isti 



məmulatın  borucuğunun  ucuna  yapışdığı  yerə  soyuq  metal  plastinkası  sürtülür. 

Birdən-birə  soyuduğu  üçün  şüşədə  çatlar  əmələ  gəlir  və  məmulat  asanlıqla 

borucuqdan ayrılır.  

Üfürmə  üsulu  ilə  mürəkkəb  formalı  müxtəlif  məmulatların,  ən  çoxu  isə  içi 

boş  məmulatın  hazırlanmasında  tətbiq  edilir.  Əl  üsulunun  maşınla  əvəz  edilməsi 

əmək  məhsuldarlığının  kəskin  artmasına  və  məhsulun  maya  dəyərinin  aşağı 

düşməsinə səbəb olur. 

Presləmə  üsulu.  Presləmə  üsulu  ilə  məmulatın  formaya  salınması  yüksək 

məhsuldar  və  geniş  yayılmış  üsuldur.  Bu  üsulda  şüşə  məmulatlar  xüsusi  avtomat 

və yarımavtomatlarla, az halda isə əl ilə istehsal edilir. 

Preslənmənin  böyük  üstünlüyü  onun  yüksək  məhsuldarlığıdır.  Çatışmayan 

cəhəti isə ondan ibarətdir ki, bu üsulda yuxarısı dar, tutumlu, orta qabarıqlı və çox 

uca məmulat istehsal edilə bilmir. 

Üfürmə üsulu ilə istehsal edilən qablara nisbətən preslənmiş qabların termiki 

davamlılığı aşağıdır. Bunun səbəbi presləmə üsulu ilə istehsal edilən qabların qalın 

divarlı  olması,  qızıb-soyuması  zamanı  genişlənməsinin  və  sıxılmasının  bir 

bərabərlikdə  getməsidir.  Ona  görə  də  kəskin  temperatur  tərəddüdündə  bunlar 

üfürmə qablara nisbətən daha tez çatlayırlar. 

Press-üfürmə  üsulu.  Bu  üsulda  məhdud  çeşidli  məmulatların  (su  və  şərab 

üçün  qrafin,  ədva  dəsti,  yağ  qabı,  nazik  divarlı  stəkan  və  s.)  istehsalında  tətbiq 

edilir.  Qrafin,  stəkan,  ədva  dəsti  iki  mərhələdə  hazırlanır:  əvvəl  qaralma 

zaqatovkası preslənir və qabın yuxarı kənarı müəyyən şəklə salınır, təmiz formaya 

yerləşdirilərək sıxılmış hava ilə üfürülür. 

Mərkəzdənqaçma üsulu. Bu üsulla tutumlu, iri qabaritli və ağır məmulatlar 

hazırlanır. Mərkəzdənqaçma  ilə  formaya salmanın  üstünlüyü   məhsulunun  yüksək 

keyfiyyətli  və  digər  üsullara  nisbətən  bu  üsulun  yüksək  əmək  məhsuldarlığına 

malik  olmasıdır.  Bu  üsulla  iri  ölçülü  gül  vazaları,  naxışlı  büllur  məmulatlar 

hazırlanır. 



Yüklə 337,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə