Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»


Şüşə  məmulatlarında  daxili  gərginliyin  götürülməsi



Yüklə 337,24 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix07.04.2018
ölçüsü337,24 Kb.
#36240
1   ...   5   6   7   8   9   10   11   12   13

25 

 

Şüşə  məmulatlarında  daxili  gərginliyin  götürülməsi.  Formaya  salma 

zamanı  sürətlə  soyuma  nəticəsində  məmulatın  xarici  və  daxili  təbəqəsində  daxili 

gərginlik  artır  və  qeyri-bərabər  paylanır.  Bu  da  şüşənin  istilik  dəyişməsinə  və 

mexaniki  təsirlərə  davamlılığını  kəskin  surətdə  aşağı  salır.  Buna  görə  də  şüşədə 

daxili  gərginliyi  azaltmaq  və  onun  bərabər  paylanmasını  təmin  etmək  üçün  şüşə 

məmulatını tədricən qızdırır və tədricən soyudurlar.  

Bu əməliyyat şüşənin və  məmulatın növündən asılı olaraq xüsusi rejim üzrə 

həyata  keçirilir.  Bu  zaman  şüşə  hissəcikləri  yumşalaraq  qismən  sərbəstləşir  və  öz 

yerlərini tuturlar.  

Beləliklə,  şüşənin  daxili  gərginliyi  (sərtliyi)  götürülür,  onun  mexaniki  və 

termiki davamlılığı xeyli yaxşılaşır. 



Şüşə  məmulatın  emalı.  Şüşə  məmulatın  emalına  qalpağın  kəsilməsi, 

kənarının cilalanması, pardaqlanma və naxışlama aiddir. Üfürmə şüşə məmulatları 

formaya  salındıqdan  sonra  qalpaqlı  olur  ki,  bu  da  kənar  edilməlidir.  Bu,  alovun, 

yaxud  xüsusi  avtomatlarda  lazer  şüalarının  vasitəsilə  kənar  edilir.  Qalpaq  kənar 

edildikdən sonra məmulatın iti kənarı ütməklə əridilib kütləşdirilir. Sonra məmulat 

mexaniki, yaxud kimyəvi üsullarla pardaqlanır. 



Naxışlama  əməliyyatı  çox  zəhmət  və  onların  yerinə  yetirilməsi  böyük 

ustalıq tələb edir. Əks təqdirdə məmulatın xarici görünüşünü pisləşdirən, mexaniki 

və termiki möhkəmliyini aşağı salan nöqsanlar əmələ gəlir. 

Şüşə  məmulatlarının  bədii-dekorativ  dəyərini  artırmaq  üçün  müxtəlif  naxış 

üsulları tətbiq edilir. Şüşə məmulatlarında tətbiq edilən naxışlar 2 qrupa bölünür: 

1.  Isti emal prosesində əmələ gətirilən naxışlar. 

2.  Soyuq emal prosesində əmələ gətirilən naxışlar. 

Isti emal prosesində əmələ gətirilən naxışlar. 

Rəngli  şüşə  naxışı.  Məmulatın  alınması  üçün  şixtanın  tərkibinə  müxtəlif 

boyaqlar  əlavə  edilir.  Bu  məqsəd  üçün  nadir  metal  elementləri  geniş  tətbiq  edilir. 

Məmulatın  rəngi  gözəl  və  bərabər  olmalıdır.  Məmulatın  ayağı,  bir  qayda  olaraq 



26 

 

rəngsiz şüşə kütləsindən hazırlanır. Boyağın intensivliyi onun konsentrasiyasından, 



termiki emaldan, şüşənin qalınlığından və mühitin işıqlanmasından asılıdır. 

Əlvan  qatlı  şüşə  naxışı.  Əlvan  qatlı  şüşə  məmulat  iki,  yaxud  daha  çox  qat 

şüşədən  olur.  Bu  qatlar  ağ  və  digər  müəyyən  rənglərə  boyanmış  olur.  Belə 

məmulat  hazırlamaq  üçün  əvvəlgə  rəngsiz  şüşə  kütləsindən  məmulatın  bankası 

üfürülür və sonra bu bankanın üstünə nazik rəngli şüşə kütləsi əlavə edilib, hamısı 

birlikdə qəlibə üfürülür.  

Bu  şüşələrin  termiki  genişlənmə  əmsalları  eyni  olmalıdır.  Bir  qayda  olaraq 

əlvan  qatlı  şüşə  məmulat  əlavə  almaz,  nəqqaşlıq  və  s.  naxışları  ilə  naxışlandıqda 

daha  yaxşı  bədii-estetik  təsirli  olurlar.  Əlvan  rəngli  şüşə  isə  müxtəlif  rəngli  eyni 

xassəli şüşə kütlələrinin qarışığından əmələ gətirilir. 

Sink  sulfidli  şüşə  naxışı.  Bu  şüşədən  olan  məmulat  xarici  görünüşcə  zəif 

tutqunluğu olan şüşəni xatırladır, lakin kontrast ağ və sarı, açıq qırmızı zolaqlarının 

növbələşməsilə fərqlənir. 

Krakle.  Rəngli,  yaxud  rəngsiz  şüşə  kütləsindən  olan  banka  soyuq  suya 

salınır. Bunun nəticəsində onun səthi çat toru ilə örtülür. Bu fabrikat yenidən peçə 

yerləşdirilir.  Burada  qızdırılaraq  xarici  çatlar  əridilir,  sonra  ondan  məmulat 

üfürülür, daxili çatlar isə şüşə məmulatda naxış əmələ gətirir. 



Şaxta  naxışı.  Bu  naxışı  almaq  üçün  isti  şüşə  kütləsi  üzərində  0,1-0,5  mm 

şüşə  qırıntıları  olan  stol  üzərinə  yaxılır.  Qırıntılar  şüşə  kütləsinə  yapışır 

vəqızdırılma zamanı məmulatda şaxta naxışını yaradır. 

Daxili  spiral  naxışı.  Bu  naxış  məmulatda  çox  mürəkkəb  üsulla  hazırlanır. 

Burada  nazik  şüşə  çöpləri  (rəngli)  xüsusi  qəlibin  divarlarına  düzülür  və  sonra 

həmin qəlibə rəngsiz şüşədən qab daxil edilərək üfürülür və ya sıxılır.  

Qəlibin divarlarına düzülmüş rəngli şüşə çöpləri əriyib məmulata yapışandan 

sonra  həmin  qab  qəlibdən  isti  halda  çıxarılır  və  maşa  ilə  tutulub  öz  oxu  ətrafında 

burulur.  Bunun  nəticəsində  şüşə  çöpləri  spiral  şəklini  alır.  Belə  naxış  məmulata 

ajürlü, iki, yaxud üç rəngli spirala oxşar sap görünüşü verir. 



27 

 

Mərmər  naxışı.  Bu  naxış  iki  qatdan  (ağ  süd  rəngli  və  rəngsiz  şəffaf)  ibarət 

olur.  Mərmər  naxışlı  məmulat  əldə  etmək  üçün  süd  rəngli  bankanın  üstünə 

döyülmüş  şüşə  qırıntıları  səpilir  və  sonra  üzərinə  peçdən  rəngsiz  şüşə  kütləsi 

bulaşdırılıb qəlibdə üfürülür. Şüşədə rəngli zolaq əmələ gəlir ki, bu da mərmərdəki 

damarcığı xatırladır. 



Rəngli  səpmə  naxışı.  Kiçik  xırdalanmış  müxtəlfi  rəngli  şüşə  metal  üzərinə 

səliqəsiz,  yaxud  müəyyən  naxış  halında  səpilir.  Sonra  qab  üçün  şüşə  kütləsi  onun 

üzərindən  diyirləndirilir,  nəticədə  xırdalanmış  rəngli  şüşə  onun  səthində  əriyib 

yapışır.  Sonra  kütlə  qızdırılır  və  qab  formaya  salınır.  Bu  zaman  xırda  rəngli  şüşə 

qırıntıları tam əriyərək rəngsiz, yaxud rəngli şüşə fonunda müxtəlif rənglilik əmələ 

gətirir. 



Bərk  naxışı.  Bunun  nəticəsində  məmulatın  səthində  göy  qurşağının  bütün 

rənglərinə  çalan  nazik  bərk  təbəqəsi  əmələ  gəlir.  Bərq  naxışını  almaq  üçün 

məmulat  xlorlu  qalay,  azot  turşulu  stronsium  və  xlorlu  barium  duzlarının  buxarı 

olan  mufel  peçində  qızdırılır.  Bu  duzların  buxarı  məmulatın  üzərinə  çəkərək, 

onunla möhkəm birləşərək nazik örtük və ona müxtəlif çalarlıq verir. 

Dolaşıq,  yaxud  sarılmış  sap.  Bu  naxış  məmulatın  gövdəsindəki  qabarıq 

torlardan, yaxud da rəngli şüşənin sirallarından ibarətdir. Bundan ötrü rəngsiz şüşə 

kütləsi  borucuqla  birlikdə  dayağın  üzərinə  yerləşdirilir,  dayaq  hərəkətə  gətirilərək 

fırlanır  və  şüşəyə  qızdırılmış  rəngli  şüşə  çöpləri  isti  halda  yapışdırılır.  Rəngli  sap 

bankanın səthinə sarınır və s. 

Lüstr.  Məmulatın  səthinə  metal  üzvi  birləşmələrin  üzvi  həlledicilərdə 

məhlulu çəkilir və peçdə yandırılır. Bu zaman həlledicilər yanır, metalların, yaxud 

onların oksidlərinin örtüyü məmulatın səthində möhkəmlənir. 

Soyuq emal prosesində əmələ gətirilən naxışlar. 

Mexaniki üsulla naxışlama. Mexaniki  üsulla  naxış əmələ  gətirməyə tutqun 

lenta,  sadə  cilalama,  mürəkkəb  cilalama,  almaz  naxışı  enli  til,  həkk  naxışları 

daxildir. 



Yüklə 337,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə