Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»


VII. DAXIL  OLAN BÜLLUR ŞÜŞƏ MƏMULATLARININ



Yüklə 337,24 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix07.04.2018
ölçüsü337,24 Kb.
#36240
1   ...   5   6   7   8   9   10   11   12   13

41 

 

VII. DAXIL  OLAN BÜLLUR ŞÜŞƏ MƏMULATLARININ  



KEYFIYYƏTININ EKSPERTIZASI 

 

Bir  qayda  olaraq,  mal  göndərən  təşkilatlardan  daxil  olan  şüşə  malları 



keyfiyyət göstəricilərinə görə qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə 

cavab  verməlidir.  Bu  baxımdan  şüşə  mallarının  keyfiyyətini  yoxlayarkən  həm  də 

keyfiyyətin yoxlanması üçün metodik göstəricilərdən də istifadə edilməlidir.  

Bir  qayda  olaraq  ticarət  müəssisələrində  şüşə  malları  partiyalarla  qəbul 

edilir.  Mal  partiyası  dedikdə,  eyni  növ  materialdan,  eyni  növdə,  fasonda,  istehsal 

üsulunda,  eyni  vaxtda  hazırlanmış  şüşə  mallarının  yığımı  kimi  başa  düşülməlidir. 

Şüşə  mallarının keyfiyyətcə qəbulu 26821-86 saylı dövlət standartı əldə əsas kimi 

qəbul edilir.  

Daxil  olan  mal  partiyasından  məmulatın  xarici  görünüşünü  yoxlayarkən  10 

ədəddən  az  olmamaq  şərtilə  1%  həcmində,  ölçülərini,  kütləsini,  dözümlülüyünü, 

tutumunu,  yol  verilən  kənarlaşmaları  yoxlamaq  üçün  10  ədəddən  az  olmamaq 

şərtilə 0,5% həcmində, bişirilməsi keyfiyyətini yoxlayarkən yenə də 10 ədəddən az 

olmamaq  şərtilə  0,5%  həcmində,  istiliyə  qarşı  davamlılığını  yoxlayarkən  10 

ədəddən az olmamaq şərtilə 0,5% həcmində nümunə seçilir.  

Seçilmiş hər bir məmulat növü bir və bir xarici görkəmcə diqqətlə yoxlanır, 

onun  tutumu,  ölçüləri,  hazırlanması  keyfiyyəti  diqqətlə  nəzərdən  keçirilir. 

Məmulatlarda rast gələ biləcək nöqsanlar aşkar edilir. 

Şüşə  mallarında  rast  gələn  nöqsanı  mütəxəssislər  belə  qruplaşdırırlar:  şüşə 

kütləsinin nöqsanları, formaya salınma nöqsanları və bəzək emalı nöqsanları. 

Şüşə kütləsində rast gələn nöqsanlar sırasına şəffaflaşdırılmanın tam başa 

çatdırılmaması, boyağın qeyri-bərabərliyi, qaz və bərk cisim qalığının olması kimi 

nöqsanlar  aiddir.  Məmulatda  rast  gələn  şəffaflığın  çatışmamazlığını  təcrübəvi 

olaraq  məmulatın  qalınlaşdırılmış  yerini  işığa  tutmaqla  aşkar  edirlər.  Bu  nöqsan 

məmulatın kütləsində şəffaflaşdırıcı maddənin azlığı və yaxud da çoxluğundan baş 

verir.  Şüşə  kütləsində  şəffaflaşdırıcı  maddənin  çox  olması  zamanı  şüşədə  çirkli 




42 

 

görünüş  hiss  edilir.  Yaşıla,  göyəbənzər,  sarı-göyə  çalan  şüşəni  alarkən,  onun 



tərkibinə istənilən miqdarda şəffaflaşdırıcı maddə əlavə edilmir.  

Şüşə  kütləsinin    tərkibində  şəffaflaşdırıcı  maddələrin  miqdarının  çoxluğu 

zamanı  şüşə  məmulatında  qızıl  gül  və  ya  zəif  bənövşəyi-çəhrayı  rəngə  çalan 

görünüş hiss edilir.  

Rəngsiz  şüşə  məmulatları  istehsalında  çox  zəif  hiss  edilən  belə  nöqsana 

icazə  verilir.  Bir  şərtlə  ki,  bu  nöqsan  məmulatın  keyfiyyətinə  mənfi  təsir 

göstərməsin.  Əgər  şüşə  məmulatı  ikiqat  təbəqədən  hazırlanıbsa,  onda  onun 

boyağında qeyri-bərabərlik olmamalıdır. 

Şüşəvarilik kənar qarışığın şüşə mallarında daha çox rast gələn nöqsanlardır. 

Bu  qrup  nöqsanlar  sırasına  damarabənzər  sapşəkilli  cizgi  və  daş  qalığı 

nöqsanlarıdır  ki,  məmulatın  keyfiyyətinə  daha  pis  təsir  göstərir.  Damarabənzərlik 

məmulatın  formaya  salınmasında  özünü  daha  açıq-aydın  göstərir  və  burğuya  da 

oxşayır.  Bu  nöqsan  şüşə  kütləsinin  tərkibinə  çətin  əriyən  maddənin  düşməsindən 

baş verir ki, bu da şüşə kütləsinin bircinsli tərkibdə əriməsinə maneçilik göstərir. 

Kristall  nöqsanları  dedikdə,  buna  bəzən  daş  nöqsanları  da  deyirlər  ki,  bu 

nöqsan  məmulatda  ağ  rəngdə  hiss  edilir.  Bu  nöqsan  şüşə  məmulatının  mexaniki 

xassələrini,  optiki  xassələrini  pisləşdirir  və  xüsusilə  məmulatın  termiki 

davamlılığını  zəiflədir.  Bu  qarışıq  şüşə  kütləsinin  tərkibinə  daxil  olmayan  kənar 

qarışıq  olub,  özünəməxsus  quruluşu,  xassələri,  əridilmə  rejimi  və  s.  kimi 

əlamətlərə  malikdir. Özü də bu  nöqsan öz  ətrafına  gərginlik sahələrini toplamaqla 

məmulatın istismarı və daşınması prosesində zədələnmə hallarını sürətləndirə bilir. 

Bu kənar qatışıq ən çox şamod kərpiclərinin qırıntılarından əmələ gəlir.  

Çay stəkanlarında və  nəlbəkilərdə daş hissəciklərinin olmasına qətiyyən  yol 

verilmir.  qalan  şüşə  məmulatlarında  onların  istehsal  üsullarından,  məmulatın  və 

nöqsanın ölçüsündən asılı olaraq müəyyən normada rast gəlməsinə icazə verilir. 

Formayasalma  nöqsanları.  Bu  qrup  nöqsanlara  məmulatın  bilavasitə 

formalaşdırılması  prosesində  baş  verən  nöqsanlar  aid  edilir.  Buraya  misal  olaraq 

şüşə məmulatında kütlənin qeyri-bərabər paylanması, məmulatın əyriliyi, xal izləri, 



43 

 

səthinin  qeyri-bərabərliyi,  dəstəyinin  birləşdirilməsində  qeyri-simmetrikliyin  baş 



verməsi,  boğazının,  qapağının  düzgün  olmaması,  cilalanmamış,  pardaqlanmamış 

yerlərin  olması,  formalaşdırıcı  metal  hissələrindən  məmulatın  üzərində  izlərin 

qalması və s. kimi nöqsanları göstərmək olar.  

Adları  çəkilən  nöqsanlar  həm  üfürülmə  və  həm  də  presləmə,  üfürmə-

presləmə  üsulu  ilə  hazırlanmış  şüşə  mallarında  rast  gəlir.  Bütün  bu  nöqsanların 

ölçüləri,  yol  verilmə  normaları  şüşə  mallarına  aid  normativ-texniki  sənədlərdə 

verilmişdir ki, məmulat keyfiyyətcə yoxlanarkən, bunlar əldə rəhbər kimi tutulur. 

Emal  nöqsanları.  Bu  qrup  nöqsanlara  kənarların  əzilməsi,  cilalanmayan 

izlərin qalması, naxışların pozulması, naxışların qeyri-bərabər simmetrikliyi, naxış 

elementlərinin  axıradək  vurulmaması,  almaz  naxışı  künclərinin  lazımınca 

salınmaması, məmulatın qapağının yerində oynaması, kənarların əyriliyi, rəssamlıq 

naxışlarının həddən artıq yandırılması və s. kimi xarakterik nöqsanlar aiddir. 

Yadda  saxlamaq  lazımdır  ki,  bəzəndirilmə  büllur  məmulatlarının  qiymətinə 

həlledici təsir  göstərir bu  yuxarıda  göstərilən  nöqsanların  heç birisinin  məmulatda 

rast gəlməsinə yol verilmir. 

Şüşə 

mallarında 



təsadüfi 

nöqsanların 

daha 

çox 


baş 

verməsini 

məhdudlaşdırmaq  üçün  texniki  normativ  sənədlərdə  rast  gələcək  nöqsanların 

ümumi  adları  və  normaları  göstərilir.  Məsələn,  bir  məmulatda  rast  gələn  3  ədəd 

xırda,  4  ədəd  orta  və  5  ədəd  iri  nöqsanların  adları  çəkilir.  Büllur  məmulatların  I 

sortunda 3 ədəd, II sortunda 5 ədəd və III sortunda isə 8 ədəd xırda nöqsanların rast 

gəlməsinə icazə verilir. 

Ticarət 


müəssisələrində 

şüşə 


mallarının 

keyfiyyət 

səviyyəsinin 

qiymətləndirilməsində  məmulatda rast  gələn  nöqsanlar diqqətlə  izlənir  və standart 

normaları ilə tutuşdurulur.  

Bir  qayda  olaraq  ticarə  müəssisələrində  şüşə  malları,  yuxarıda  deyildiyi 

kimi,  seçmə  qaydasında  nümunə  götürülməklə  keyfiyyətinə  nəzarət  edilir.  Lakin 

yeri  gəldikdə  şüşə  mallarının  istehlak  xassələrinin  qiymətləndirilməsində 

laboratoriya tədqiqatı üsullarından da istifadə edilə bilər. 



44 

 

Çay  stəkanlarının,  su  stəkanlarının,  nəlbəki  və  boşqabların  termiki 



davamlılığını  yoxlayarkən  100  ədəddən  az  olmamaq  şərtilə  nümunə  seçilərək 

xüsusi  metodla  yoxlanılıb  qiymətləndirilir.  Bunun  üçün  otaq  temperaturlu 

stəkanların  içərisinə  95

0

C-yə  malik  olan  qaynar  su  tökülür  və  onu  70



0

C-dək 


soyutduqdan  sonra  boşaldıb  həmin  andaca  içərisinə  20

0

C-li  soyuq  su  tökülür.  Bu 



yoxlamanın nəticəsi o zaman bitmiş hesab edilir ki, yoxlanılan büllur məmulatının 

99%-i istiyə qarşı davamlı olmuş olsun.  

Adətən  yoxlanılan  hər  hansı  bir  xassə  üzrə  qeyri-qənaətbəxş  nəticə  alınmış 

olarsa, onda ikiqat nümunə seçib təkrar yoxlama aprılır. Ikinci yoxlamanın nəticəsi 

isə bitmiş sayılır və yekun aktı tərtib edilir. 

Məmulatda  rast  gələn  nöqsanları  aşkar  etmək  üçün  ona  işıqlı  şəraitdə 

diqqətlə  baxmaqla  onun  hündürlüyünü,  diametrini,  gövdəsinin  yarımdairəvi 

olmasını,  məmulatın  ağzı  ilə  qapağın  arasındakı  boşluğu,  dəst  halında  olan  eyni 

növ  məmulatın  hündürlüklərinin  eyniliyini,  rast  gələn  qabarcığın  diametrini, 

məmulatın qeyri-simmetrikliyini xətkeşlə, ştangen pərgarla ölçüb dəqiqləşdirirlər. 

Məmulatın  tutumunu  onun  içərisinə  20

0

C-li  su  töküb  suyun  həcminə  görə 



təyin  edirlər,  yaxud  da  ölçü  silindrinin  köməyi  lə  təyin  etmək  mümkündür. 

Qiymətli  metal  məhlulundan  olan  boyağının,  silikat  və  çil-çıraq  xarakterli 

boyağının  davamlılığını  təyin  etmək  üçün  mahud  parçası  ilə  30  san  ərzində  güclə 

silməklə qiymətləndirirlər. 

Belə  qayda  da  vardır  ki,  büllur  məmulatlarının  keyfiyyət  səviyyəsini 

yoxlayarkən  100  ədəd  məmulat  olan  partiyadan  10%,  1000  ədəd  olan  partiyadan 

3% nümunə götürülməli və yoxlanılmalıdır. Əgər  məmulatın üzündə və içərisində 

qabarcıq rast gələrsə, onun davamlılığını yoxlayarkən diametri 3 mm və uzunluğu 

300-400 mm olan metal məftillə sıxmaqla sınıbz-sınmamasını müəyyənləşdirirlər. 

Biz  buraxılış  işinin  yerinə  yetirilməsində  təcrübəvi  olaraq  bu  yuxarıda 

göstərilən  yoxlama  qaydalarından  necə  istifadə  edilməsi  barədə  məlumat 

toplamağa çalışdıq.  




45 

 

Belə  məlum  oldu  ki,  son  illər  bazar  iqtisadiyatına  keçid  şəraitində  keçmiş 



SSRI  məkanında  tətbiq  olunan  bəzi  mal  alışı  qaydaları,  demək  olar  ki,  nadir 

hallarda tətbiq edilir.  

Əgər  o  dövrlərdə  mal  alışı  mərkəzləşdirilmiş  qaydada  baza  və  anbarlara 

qəbul  edilib,  keyfiyyəti  yoxlandıqdan  sonra  ticarət  mağazalarına  göndərilirdisə, 

hazırda bu proses tamamilə başqa  formada, yəni ayrı-ayrı  fiziki şəxslər tərəfindən 

respublikaya  gətirilir  və  keyfiyyətinin  yoxlanılması  qaydaları  heç  də  lazımi 

tələblərə  cvab  vermir.  Lakin  bununla  belə,  söylənilən  fikirlərdən  aydın  oldu  ki, 

büllur şüşədən olan məmulatlarda da yuxarıda sadalanan nöqsanlara rast gəlinir. 

 

 



46 

 

NƏTICƏ VƏ TƏKLIFLƏR 

 

Şüşə malları silikat tərkibli məmulatlar sırasına aid olmaqla məişətdə isifadə 



olunan  gündəlik  tələbat  mallarındandır.  Bir  vaxtlar  respublikamız  məişət  təyinatlı 

şüşə malları istehsalına görə özünəməxsus yerlərdən birini tuturdu. Bunu hətta bəzi 

ədəbiyyat  məlumatlarından  da  aydın  görmək  olar.  Belə  ki,  respublikamızda  bir 

neçə  şüşə  malları  istehsalı  ilə  məşğul  olan  iri  və  xırda  istehsal  müəssisələri 

fəaliyyət göstərirdi. Indi bu müəssisələrin heç birisi öz gücü ilə işləmir və əhalinin 

bu  qrup  mallara  olan  tələbatı  Rusiyadan,  Türkiyədən,  Irandan,  Çexiyadan, 

Slovakiyadan, Ukrayna və digər ölkələrdən gətirilən mallar hesabına ödənilir. 

Bütün  bu  yuxarıda  deyilənləri  nəzərə  alaraq,  buraxılış  işinin  mövzusu  ilə 

bağlı biz aşağıdakı əməli təklifləri irəli sürməyi məsləhət görürük. 

1.  Respublikamızın  ərazisində  şüşə  mallarının  istehsalı  üçün  kifayət 

səviyyədə  xammal  növləri  mövcuddur.  Yəni  kənar  ölkələrdən  xammal 

gətirilməsi  tələb  olunmur.  Bu  sahədə  geniş  imkanları  nəzərə  alaraq  şüşə 

istehsalında  bu  xammaldan  istifadə    olunmanı  qaydaya  salmaq  yaxşı 

olardı. 


2.  Ötən  illərin  məlumatlarından  göründüyü  kimi,  respublikamızda  mövcud 

olan  şüşə  zavodları  əhalinin  şüşə  mallarına  olan  tələbatının 

ödənilməsində  xüsusi  payı  olmuşdur.  Indi  bu  müəssisələr  öz  fəaliyyətini 

dayandırmış  və  xırda  istehsal  işləri  ilə  məşğuldur. Yaxşı olardı ki,  xarici 

investorlardan  istifadə etməklə bu  müəssisələri  işə salmaqla şüşə  malları 

istehsalını bərpa etmək mümkün olsun. 

3.  Şüşə  malları  istehsalı  ilə  məşğul  olan  bacarıqlı  sənətkarlar  indi  müxtəlif 

sahələrdə  çalışırlar.  Bizə  belə  gəlir  ki,  həmin  sənətkarları  yenidən 

istehsalata cəlb etsələr daha səmərəli fayda əldə oluna bilər. 

4.  Məlumatlardan  göründüyü  kimi,  həta  adi  şüşədən  olan  su  və  çay 

stəkanları  baha  qiymətə  satılır.  Bunun  səbəbini  yerli  istehsal 



47 

 

müəssisələrində    belə  malların  istehsalı  olmadığından,  xaricdən  gətirilən 



mallar da baha qiymətə satılır. Bu isə alıcıları razı sala bilmir. 

5.  Keyfiyyətin  yoxlanması  prosesində  məlum  oldu  ki,  ən  çox  rast  gələn 

nöqsanlardan  birisi  məmulatın  oturacağının,  qapağının,  ağız  nahiyəsinin 

simmetrikliyinin pozulmasıdır. Bu, ən çox yerli xırda istehsal sahələrində 

hazırlanan  armudu  stəkanlara,  nəlbəkilərə,  boşqablara  daha  çox  aiddir. 

Odur  ki,  bu  məsələlərə  malların  keyfiyyətcə  qəbulu  zamanı  diqqət 

artırılsın. 

6.  Büllur  məmulatların  üzərindəki  naxış    növləri  mahiyyətcə  müəyyən 

mənanı  izah  etməli  və  alıcı  zövqünü  oxşamalıdır.  Lakin  bəzi  şüşə 

mallarında  belə  nöqsanlara  da  rast  gəlinir.  Yaxşı  olardı  ki,  mal  alan 

ərəfədə  ticarət  müəssisəsinin  cavabdehlik  daşıyan  şəxsləri  bu  məsələyə 

ciddi yanaşsınlar. 

 

 

 




48 

 

ƏDƏBIYYAT 

 

1.  Həsənov  Ə.P.,  Həsənov  N.N.  və  Vəliməmmədov  C.M.  Qeyri-ərzaq 



mallarının əmtəəşünaslığı. Bakı. Maarif. 1987. 

2.  Həsənov Ə.P. və b. Əmtəəşünaslığın nəzəri əsasları. Bakı, 2003. 

3.  Həsənov Ə.P. və b. Qeyri-ərzaq mallarının ekspertizasının nəzəri əsasları. 

AzDIU-nun dərslikləri. Bakı. 2010. 

4.  Həsənov Ə.P. və b. Qeyri-ərzaq mallarının ekspertizası. I hissə. Çaşıoğlu. 

2006. 


5.  Həsənov  Ə.P.  və  b.  Şüşə  və  keramika  mallarının  əmtəəşünaslığı.  Bakı. 

Maarif. 1997. 

6.  Həsənov Ə.P. və b. Silikat mallarının əmtəəşünaslığı. Bakı. 2000. 

7.  Агбаш  В.Л.  и  др.  Товароведение  непродовольственных  товаров. 

Экономика. М.: 1983. 

8.  Акимов  И.У.  Товароведение  промышленного  сырья  и  материалов. 

Ташкент. УКИТУБЦИ. 1969. 

9.  Алексеев  Н.С.  Товароведение  хозяйственных  товаров.  Т.1.  М.: 

Экономика. 1977. 

10. Бродский  М.С.,  Корек  Г.Р.  Основы  товароведения.  Ленинград. 

ОТНЗ. Ленсоцэкгиз. 1993. 

11. Брозовский  Д.И.  и  др.  Товароведение  промышленных  товаров.  Т.2. 

М.: Экономика. 1979. 

12. Воронов Н.В., Дубова М.М. Алмазная грань. Л.: Лениздат. 1974. 

13. ГОСТ 24315-80. Посуда и декоративные изделия из стекла. 

14. ГОСТ  26822-86Е.  Посуда  и  декораивные  изделия  из  хрустальных 

стекел. Общие технические условия. 

15. ТУ 162-83. Изделия из хрусталя и из хрусталя с цветным накладом. 

16. Казарина В.И. Товароведу о красоте  и композиции. М.: Экономика. 

1969. 



49 

 

17. Казакова  Л.В.  Творцы  дятьковекого  хрусталя.  Стекло  и  керамика. 



1974, № 5. 

18. Николаева 

М.А. 

Товароведение 



потребительских 

товаров. 

Теоретические основы. М.: Норма. 1997. 

19. Протасов  Н.И.  Мои  методы  варки  хрусталя  и  цветного  стекла  для 

столовой  посуды  и  декоративно-художественных  изделий.  М.: 

Гизлегпром. 1941. 

20. Радкечив  М.М.,  Сидоров  И.И.  Методы  оценки  качества  и 

управления качеством промышленной продукции. М.: 2001. 

21. Рачук Е. Советское цветное стекло. М.: Советский художник. 1982. 

22. Справочник 

товароведа 

непродовольственных 

товаров. 

Т.3. 


Экономика. М.: 1990. 

23. Остановский Т.С. и др. Товароведение  промышленных  товаров. М.: 

Экономика. 1981. 

24. Уманцев Я.З. Посудо-хозяйственные товары. М.: Экономика. 1970. 

25. Федоров  М.В.,  Задесенец  Е.Е.  Оценка  качества  промышленных 

товаров. М.: Экономика. 1977. 

26. Шеглов 

Л.М., 


Ливинц 

Б.Х. 


Товароведение 

керамических, 



стеклянных и металло-хозяйственных товаров. М.: Экономика. 1970. 

Yüklə 337,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə