Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»


Preslənmiş  məmulatın  naxışlanması



Yüklə 337,24 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix07.04.2018
ölçüsü337,24 Kb.
#36240
1   ...   5   6   7   8   9   10   11   12   13

31 

 

Preslənmiş  məmulatın  naxışlanması. Presləmə  üsulu  ilə  hazırlanan qablar 

az  hallarda  xüsusi  naxışlama  əməliyyatından  keçirilir.  Yuxarıda  göstərildiyi  kimi, 

presləmə  məmulatının  səthinə  presləmə  prosesində  müxtəlif  naxışlar  vurulur. 

Məmulatın  xırda  kələ-kötürlükləri  isə  od  vasitəsilə  pardaqlanma  zamanı  kənar 

edilir.  Presləmə  məmulatında  ən  çox  yayılmış  naxış  üsulları  aşındırma  və 

cilalanmadır. Presləmə salat qabı, gül vazası və s. belə məmulatların bütün səthinə, 

yaxud ayrı-ayrı sahələrinə aşındırma naxışı vurulur.  

Aşındırıcı  pastanın  tərkibi  ammonium  ftorid,  əridici  turşu,  qatı  duz  turşusu 

və  nişastadan  ibarətdir.  Məmulat  bu  pastada  3-4  dəq  saxlanılır  və  su  ilə  yuyulur. 

Bununla da bəzi preslənmiş məmulatların səthi (gül qabı, salat qabı və s.) cilalanır. 



32 

 

V. ŞÜŞƏ MƏMULATLARINDA RAST GƏLƏN NÖQSANLAR VƏ 



KEYFIYYƏT GÖSTƏRICILƏRININ TƏYINI METODLARI 

 

Məişət  təyinatlı  şüşə  məmulatların  keyfiyyəti  müvafiq  normativ-texniki 



sənədlər  və  texniki  şərtlərin  göstəricilərinə  uyğun  olmalıdır.  Ümumiyyətlə, 

keyfiyyət  dedikdə,  məhsulların  istehlakının  tələbini  ödəyə  bilən  yararlılıq 

xassələrinin  (istehlak  xassələrinin)  məcmuyu  başa  düşülür.  Keyfiyyətin 

qiymətləndirilməsi isə, başqa sözlə, bu istehlak xassələrinin qiymətləndirilməsidir. 

Bunun üçün müxtəlif üsullardan istifadə edilir. Onlara orqanoleptik laboratoriya və 

ekspert üsulları daxildir. 

Orqanoleptik  üsulla  şüşə  məmulatlarının  keyfiyyətinin  qiymətləndirilməsi 

zamanı  hiss  üzvlərimiz  vasitəsilə  onların  xarici  görünüşü,  məmulatın  rəngi, 

naxışlanma  xüsusiyyətləri  və  onların  dəqiqliyi,  forma,  konstruksiya  və 

konfiqurasiyasının  müvafiq  standart  normalarına  uyğun  olması  naxışların 

simmetrikliyi, tamlığı və s. kimi şərtlər nəzərə alınır. 

Orqanoleptik  üsulla  şüşə  məmulatların  keyfiyyəti  qiymətləndirilən  zaman 

onlarda olan nöqsanlar araşdırılır və qiymətləndirilir. Şüşə məmulatların keyfiyyəti 

onun  mexaniki,  termiki,  optiki,  estetik  və  sanitar-gigiyenik  xassələrinə  pis  təsir 

edən nöqsanların miqdarından asılıdır. Məmulatın keyfiyyətinə təsir edən bu və ya 

digər  nöqsanlar  onun  ölçüsündən,  növündən,  vəziyyətindən  və  həmçinin 

məmulatın ölçüsündən asılıdır. 

Şüşə  məmulatların  keyfiyyətinə  təsir  edən  öqsanlar  3  qrupa  bölünür.  Şüşə 

kütləsinin nöqsanları, istehsal nöqsanları və emal nöqsanları. 

Şüşə  kütləsinin  nöqsanları.  Şüşə  kütləsinin  keyfiyyəti  onun  bişirilməsinin 

sonunda fiziki və kimyəvi bircinsliyindən əhəmiyyətli dərəcədə asılıdır. 

Şüşə  kütləsinin  nöqsanlarına  qaz  qabarcıqları,  kristallik  şüşə  hissələri, 

şüşənin rənglərə çalması və ya keyfiyyətsiz rənglənməsi daxildir. 



Qaz  qabarcıqları.  Müxtəlif  qazların,  azot  turşularının,  su  buxarlarının  və 

havanın qabarcıqlarından ibarətdir. Qabarcıqların ölçüsü 1 mm-dən bir neçə mm-ə 




33 

 

qədərdir.  Formasına  görə  onlar  sferik,  ellipis  və  sap  şəklində  dartılmış  ola  bilər. 



Qabarcıq və xal nöqsanları məmulatın xarici görünüşünü və şəffaflığını pisləşdirir, 

kimyəvi, mexaniki davamlılığını aşağı salır. 



Kristall  nöqsanları.  Bunlar  əriməmiş  qalan  ayrı-ayrı  kristallardan  və  şüşə 

kütləsinin  eynicinsliyini  pozan  müxtəlif  birləşmələrin  kristallarından  ibarətdir.  Bu 

kristallar  şəffaf  olmayıb,  çox  vaxt  ağ  rəngdə  olur.  Daş  nöqsanı  şüşənin  xarici 

görünüşünü  pisləşdirir,  onun  termiki  davamlılığını  və  mexaniki  möhkəmliyini 

aşağı  salır,  şüşədə  əlavə  daxili  gərginlik  yaradır,  istifadə  və  daşınma  zamanı 

qabların qırılmasına səbəb olur və eyni zamanda əritmə prosesini çətinləşdirir. 



Əriməyən şixta hissəcikləri. Öu  nöqsan şixtanın ayrı-ayrı komponentlərinin 

müxtəlif  böyüklükdə  olması,  onun  pis  qarışdırılması,  temperatur  rejiminin 

pozulması və s. nəicəsində əmələ gəlir. Bu nöqsana yeməkxana qablarında məhdud 

miqdarda icazə verilir. 



Oda davamlı material hissələri. Şüşə kütləsinin kifayət qədər bişirilməməsi, 

mexaniki ziyan və bişmənin çox yüksək temperaturda aparılması nəticəsində əmələ 

gəlir. 

Kristallaşmağa başlayan şüşə hissələri.  Bu  nöqsanda kristallar bir-birindən 

aralı, zəncir və ya dama formasında olur. Bu hissələr olan şüşə kütlələri bir qayda 

olaraq  zaylaşdırılır.  Kristallaşmağa  başlayan  şüşə  nöqsanı  çay  stəkanlarında  və 

nəlbəkilərdə  də  olmamalıdır,  digər  yeməkxana  qablarında  isə  məhdud  miqdarda 

ola bilər. 

Düyün  bərkimiş  şüşə  laxtalarından  ibarətdir.  Onlar  şüşə  kütləsi  içərisində 

tam əriməmiş qabarcıq, yaxud damcılar və bəzən də ləkəli təpəciklər şəklində olur. 



Cızıq davamrvari rəngsiz tellərdən ibarət olub, məmulatın səthində rast gələn 

nöqsandır. Bu  nöqsan əm  məmulatın  xarici  görünüşünü, həm də  mexaniki-termiki 

davamını pisləşdirir. Məmulatda cızıq nöqsanının olmasına icazə verilmir. 

Istehsal  nöqsanları. Əl  ilə  üfürmə  və press üsulu  ilə emal edilməsi zamanı 

formalaşdırılmasından  əmələ  gəlir.  Bu  nöqsanlar  işçi  tərəfindən  şüşə  kütləsi 

porsiyasının  düzgün  götürülməsindən  alına  bilər.  Belə  nöqsanlara  aşağıdakılar 



34 

 

aiddir.  Məmulatın  divarının,  dibinin  kənarının  müxtəlif  qalınlıqda  olması, 



məmulatın  divarının  dibinin  qalınlığı  eyni  olmur,  başqa  sözlə  desək,  divarı 

nazildilmiş və dibi qalınlaşdırılmış olur və əksinə, olduqca nazildilmiş olur. 



Gövdənin,  dibinin,  altlığın  ovalvariliyi  –  məmulatın  pres  formadan 

vaxtından  əvvəl,  daha  doğrusu,  plastik  vəziyyətdə  götürülməsi  və  ya  yandırılma 

prosesində temperatur şəraitinin pozulması zamanı əmələ gəlir. 

Kənarının  çöküntü  olması  bu  məmulatın  kənarının  şayba  dəzgahlarında 

qeyri-düzgün hazırlanması zamanı və ya keyfiyyətsiz cilalanma materialının tətbiqi 

zamanı onun üst səthinin kənarının daxili və xarici kələ-kötürlüyün əmələ gəlməsi 

deməkdir. 

Qopur  yer  kələ-kötürlükdən  onunla  fərqlənir  ki,  bu  onun  kənarından  səthi 

boyunca davam edir. 

Çatlar məmulatın divarının, xarici və daxilində olan xırda çatlardır. 

Daxili  çatlar  preslənmənin  gecikməsi  və  ya  soyumanın  qeyri-bərabər 

aparılması zamanı yaranır. 

Xarici çatlar şüşənin kövrəkliyinin yüksəlməsi, şüşə kütləsinin tez soyuması, 

həmçinin alınmış formanın tez soyudulmasından irəli gəlir. 

Məmulatın əyriliyi formanın düzgünlüyünün sərt pozulmasıdır və s. 

Bu nöqsanların olmasına o vaxt icazə verilir ki, onlar az hiss olunurlar.  



Emal nöqsanları  aşağıdakılardır. 

Cilalanma  izləri  məmulatın  dibi  və  kənarı  üzrə  ayrı-ayrı  cilalanmış  

sahələrdən  ibarətdir.  Naxışın  sərhədlərinin  bir-birinə  nisbətən  qeyri-simmetrik 

yerləşməsi, naxışın sərhədlərinin bəzilərinin natamam işlənməsi amanı əmələ gəlir. 

Bundan əlavə naxışın bəzədilməsi zamanı kəsiklər yarana bilər. 



Ərimə  məmulatın  kənarının  pardaqlanması  zamanı  xaricdən  və  ya  daxildən 

əriyib deyormasiyaya uğraya bilər. 



Turşulu  pardaqlanmanın  izləri  məmulatın  naxışı  və  ya  üst  səthi  bəzi 

yerlərdə  tutqunlaşır.  Bu  nöqsan  vaxtından  əvvəl  aşılanmadan  sonra  yuyulması  və 

ya turşuda çox qalması nəticəsində əmələ gəlir. 



Yüklə 337,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə