Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   6   7   8   9   10   11   12   13   ...   111

37 
 
Məhlulların  hazırlanması  zamanı  ölçü  qablarından  istifadə  edilir.  Bunlar  – 
silindr,  pipet,  büret  və  müxtəlif  həcmli  ölçü  kolbalarından  ibarətdir.  Maye  halındakı 
məhlulların  məhlullarını  hazırlamaq  üçün  areometrlərdən  istifadə  edilir  ki,  onların 
köməyilə ilkin mayelərin və alınan məhlulların sıxlığı ölçülür. Bərk maddələr tərəzidə 
çəkilir.  
Məhlulların hazırlanması zamanı aşağıdakı qaydalara riayət edilməlidir: 
1.
 
Məhlul  hazırlanacaq  qab  qabaqcadan  yaxşıca  yuyulur  və  distillə  suyu  ulə 
yaxalanılır. 
2.
 
Bütün reaktivlər distillə suyunda hazırlanır. 
3.
 
Qələvilərin qatı məhlulları çini stəkanlarda hazırlanır. 
4.
 
Məhlulların  qatılığını  onların  sıxlığına  görə  yoxlamaq  tövsiyyə  edilir 
(mümkün olduqda). 
5.
 
Hazırlanmış  məhlul  üstünə  etiket  yapışdırılmış  qaba  boşaldılır,  ağzı  tıxacla 
bağlanır. 
6.
 
Qabın  və  tıxacın  materialı,  şüşənin  rəngi  məhlulun  xassələrinə  müvafiq 
seçilməlidir.  Məsələn,  qatı  nitrat  turşusu,  gümüş-nitrat,  kalium-yodid  məhlulları, 
bromlu və xlorlu su tünd rəngli şüşələrdə saxlanılır, qələvi məhlullarını sürtülən tıxacı 
olan şüşə qablarda saxlamaq olmaz.  
Nümayiş  təcrübələri  və  şagird  eksperimenti  üçün  müxtəlif  qatılıqlıqda  və 
müxtəlif durulaşdırma həddində olan məhlullardan istifadə edilir  
                                                                                                    
 
 
 
 
 
 
 


38 
 
     Cədvəl 5. 
Məktəb praktikasında istifadə olunan məhlulların qatılığı. 
 
Maddələrin adı 
Durulaşdırma həddi 
Məhlulların qatılığı 
Xlorid turşusu 
1:1, 1:2 

Nitrat turşusu 
                1:2,  1:3 

Sulfat turşusu 
                1:5, 3:2 

Sirkə turşusu 
                   1:1 

Natrium-hidroksid 
 
1 mol/l 
Kalium-hidroksid 
 
1 mol/l 
Kalsium-hidroksid 
 
Doymuş məhlul 
Barium-hidroksid 
 
Doymuş məhlul 
Ammonyak məhlulu 
Barium, qurğuşun və 
gümüşün duzları 
Digər duzlar                                              
                   1:5 
 
                 1% 
 
              1 mol/l 
 
Xüsusi təyinatlı reaktivlərin hazırlanması. 
 
İşçi  məhlullardan  əlavə,  müəllim  xüsusi  təyinatlı  reaktivləri  hazırlamağı 
bacarmalıdır.  Bəzi  reaktivlər  müəyyən  maddə,  yaxud  maddələr  qrupu  ilə  keyfiyyət 
reaksiyası  verir  və  ya  digər  birləşmələrin  alınması  üçün  başlanğıc  maddə  rolunu 
oynayırlar. Belə reaktiv və məhlullar, bir qayda olaraq, məktəbə hazır halda gətirilmir. 
Ona görə də onların hazırlanması zamanı təlimatlara ciddi riayət olunmalıdır. 
 
Fenolftalein  məhlulu.  Fenolftalein  məhlulunu  hazırlamaq  üçün  0,1  q 
fenolftalein  50  ml  etil  spirtində  həll  edilir  və  alınan  məhlula  50  ml  su  əlavə  olunur.  
Bulantı əmələ gələrsə, alınmış məhlula şəffaflaşana qədər spirt əlavə edilir. 


39 
 
 
Məktəbdə 
fenolftalein 
olmadıqda 
“Purgen” 
dərman 
preparatından 
(fenolftaleinin  şəkər  və  ya  qlükoza  ilə  qarışığı)  istifadə  oluna  bilər,  etil  spirtini  isə 
asetonla əvəz etmək olar. 
 
Metilnarıncı  (metiloranj)  məhlulu.  100 ml qaynayan suya 0,1 q metilnarıncı 
əlavə edilir və tam həll olanadək qarışdırılır. Soyudulduqdan sonra məhlul süzülür və 
xüsusi qaba boşaldılır. 
 
Lakmus  məhlulu.  Hazırda  bu  məhlulu  lakmoidin  natrium  duzundan 
hazırlayırlar.  Lakmus  məhlulu  metilnarıncı  məhlulu  kimi  hazırlanır.  Əgər 
laboratoriyada həll olmayan lakmoid varsa: 0,1 q lakmoid çini həvəngdə əzilir, 1-2 ml 
qələvi  məhlulu  əlavə  edilir  və  yenidən  əzilir.  Alınan  qarışıq  stəkana  tökülür,  həcmi 
100  ml-ə  çatdırılır  və  göy  rəng  bənövşəyiyə  keçənədək  ortofosfat  turşusu  məhlulunu 
damcı-damcı əlavə etməklə neytrallaşdırılır. 
 
Əhəng suyu. 
1-ci  üsul.  Əhəng  suyunu  həllolma  qabiliyyəti  çox  aşağı  olan  sönmüş  əhəngi 
suda həll etməklə alırlar. 20
0
C-də 100 q suda 0,156 q kalsium-hidroksid həll olur. Ona 
görə məhlul qeyri-adi yolla hazırlanır. 500 ml-k qaba 40-50 q sönmüş əhəng tökülür. 
Suyu  qabın  ağzınadək  doldururlar  ki,  maye  ilə  havanın  təmas  səthi  minimum  olsun. 
Ağzını  tıxacla  bağlayıb  bir  neçə  gün,  ara-bir  çalxalamaqla,  saxlayırlar.  Lazım 
olduqda, məhlul süzülür və şəffaf maye istifadə edilir. 
2-ci  üsul.   Əhəng  suyunun  tez  hazırlanması  üçün  ikinci  üsuldan  istifadə  edilir. 
Bunun üçün bir parça metallik kalsium filtr kağızı ilə silməklə və əvvəl spirtlə, sonra 
isə su ilə yumaqla kerosindən təmizlənir. Təmizlənmiş kalsium parçası içində distillə 
suyu olan stəkana salınır. Məhlul bulanmağa başladıqda kalsiumu çıxarırlar.  Alınmış 
şəffaf məhlul təcrübə üçün istifadə edilir.  
Nişasta  kleystrinin  (yapışqanının)  hazırlanması.    İş  üçün  nişasta  kleystri 
adlanan, nişastanın suda çox duru kolloid məhlulu hazırlanır.  


40 
 
150-200  ml  məhlul  hazırlamaq  üçün  0,5  q-a  yaxın  yaxşı  xırdalanmış  nişasta 
götürülür. Ondan soyuq suda duru horra hazırlanır və nazik axınla qarışdıra-qarışdıra 
150-180 ml qaynar suya tökülür. 
Saxlanan  zaman  hidroliz  nəticəsində  nişasta  kleystri  yararsız  olur.  Yaxşı 
saxlanılması üçün ona 1 q sink- xlorid, yaxud sink- sulfat  və 1-2 fenol kristalı əlavə 
edilir. 
Yod  məhlulu.  Yodun  həllolması  çox  zəifdir.  Ona  görə  də  daha  qatı  məhlul 
almaq üçün kalium-yodidin iştirakı ilə yodun həllolması artırılır. 100 ml yod məhlulu 
hazırlamaq üçün 5 q yod və 15 q kalium-yodid götürülür, stəkanda yaxşı qarışdırılır, 
lazım  gəldikdə  çini  həvəngdə  xırdalanır,  az  miqdar  suda  həll  edilir.  Sonra  məhlulun 
həcmi 100 ml-ə çatdırılır və yaxşıca qarışdırılır. 
Bromlu su. Bromlu su hazırlamaq üçün təqribən 1-2 ml maye brom və 100 ml 
su  götürülür.  Məhlul  üçün  kolba  elə  götürülür  ki,  maye  kolbanın  həcminin  1/3-ni 
tutsun və kolbanı yaxşı-yaxşı çalxalamaq olsun.  
Alınmış məhlulu ehtiyatla şüşə tıxaclı qaba boşaldırlar. Brom buxarları zəhərli 
olduğundan işi sorucu şkafın altında, və ya açıq havada icra edirlər. 
Fuksinsulfat  turşusu  məhlulu.  Bu məhlulu hazırlamaq üçün 0,01 q fuksin və 
100 ml sudan ibarət qarışığa, açıq-çəhrayı rənq alınana kimi kükürd qazı buraxılır. Bir 
gündən  sonra  məhlul  rəngsiz  olur  və  güclü  kükürd  qazı  iyi  verir.  Məhlula  kükürd 
qazını  onun  tamam  rəngsizləşməsinə  qədər  buraxmaq  lazım  deyil.  Buna  əməl 
etmədikdə  kükürd  qazı  artıq  miqdarda  yığılır  və  reaktivin  həssalığı  aşağı  düşür. 
Kükürd  qazını  qatı  sulfat  turşusu  məhluluna  mis  yonqarı  daxil  edub  qızdırmaqla 
almaq olar. 
Natronlu  əhəng.  Natronlu  əhəngi  hazırlamaq  üçün  sönməmiş  əhənq  tozu  ilə 
natrium-hidroksidin  doymuş  məhlulunu  2:1  nisbətində  qarışdırıb,  çini  kasada 
qızdırmaqla  suzuzlaşdırmaq  lazımdır.  Hazırlanmış  qarışıq  havanın  rütubətini  və 
karbon qazını udduğu üçün onu ağzı parafınlənmiş tıxacla bağlanmış qabda saxlamaq 
lazımdır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə