33
Kimya kabinetində şagirdlərin işləmək və davranış qaydaları.
Kimya laboratoriyasında işləyənlər bilməlidir ki, təcrübə üçün istifadə edilən
maddələr arasında zəhərli, asan alışan, bihuşedici, yandırıcı, yeyici, partlayıcı
maddələr ola bilər. Ona görə də bu maddələrlə son dərəcə ehtiyatlı davranmaq, onlarla
işləyərkən müəyyən təhlükəsizlik qaydalarına əməl etmək lazımdır.
Kimya kabinetində şagirdlərin davranış qaydaları aydın və səliqəli yazılaraq
kabinetdə görünən yerdə asılmalı və ilk dərsdə şagirdlərə ətraflı izah edilməlidir.
Şagirdlər məktəb kimya kabinetə daxil olarkən, aşağıdakı qaydalara riayət
etməlidirlər:
1.
Şagidlər kabinetə və ya laboratoriyaya ancaq müəllimin icazəsi ilə daxil
olmalıdır.
2.
Kabinetə girib-çıxarkən, stol üzərində qoyulmuş avadanlığa toxunmaq
olmaz.
3.
Hər bir şagird təmizliyə əməl etməli və səliqəli işləməlidir.
4.
İş stolunun üzərində təcrübə üçün lazım olan avadanlıq, reaktiv, ehtiyac
olarsa dərslik, dəftər, məsələ kitabı və digər yazı ləvazimatlarında başqa əlavə heç nə
qoyulmamalıdır.
5.
Kabinetdə heç bir şey yemək və içmək olmaz.
6.
Su kəmərindən və elektrik xəttindən düzgün istifadə edilməlidir.
7.
Qatı turşu, qələvi, zəhərli maddələrlə davranış qaydalarına əməl edilməlidir.
8.
Şagirdlər kabinetdə olan yanğınsöndürmə ləvazimatlarının və əczaxana
qutusunun yerini bilməli, onlardan istifadə etmək bacarığına malik olmalıdırlar.
Odsöndürmə ləvazimatları və yanğın zamanı ilk yardım.
Şagirdlərin kimya kabinetində davranmaq qaydaları haqqında məlumatları
olmasına baxmayaraq bədbəxt hadisələrin baş verə biləcəyinin mümkünlüyü ilk
məşğələlərdən onlara deyilməli və onlara izah edilməlidir ki, oda həssas maddələrlə
davranmaq qaydalarının pozulması nəticəsində yanğın baş verə bilər. Bu zaman
34
şagird özünü itirməməli və dərhal kabinetdə olan odsöndürmə ləvazimatlarından
istifadə etməlidir.
Birinci odsöndürmə ləvazimatı həmişə əl altında saxlanılan su ehtiyatıdır. Onu
da qeyd etmək lazımdır ki, bütün yana bilən maddələri (məsələn benzin, kerosin və s.)
su ilə söndürmək olmur. Belə hallarda əvvəlcə müəyyən yerdə saxlanılmış qumdan
istifadə edilməlidir. Kabinetdə olan odsöndürəndən müəllim özü istifadə etməyi
bacarmalı, şagirdlərə də öyrətməlidir.
Hadisə zamanı baş verən yanma və yaralanmaya ilk yardım göstərmək üçün
kabinetdə saxlanılan kiçik əczəxanada aşağıdakı maddələr olmalıdır:
Yod tinkturası (5 faizli yod məhlulu)
Borat turşusu məhlulu
Kalium-permanqanatın duru məhlulu
Soda məhlulu
Duru naşatır spirti məhlulu (NH
4
OH)
Sirkə turşusunun 3%-li məhlulu
Yanığa qarşı maz (kətan yağı və əhənğ suyu)
Hiqroskopik və ya sterilizə olunmuş pambıq
Bint və kətan
Daha ciddi hadisələr zamanı mütləq həkimə müraciət olunmalıdır.
Şagirdlərin iş yeri və oradakı minimum avadanlıq.
Kimya kabinetində (laboratoriyada) bir şagird stolları üzərində iki iş yeri
ayrılır. Hər bir yer proqram üzrə nəzərdə tutulmuş laborator və təcrübə işlərini
aparmaq üçün bütün lazım olan avadanlıqla təmin olunmalıdır. Onlara aşağıdakılar
aiddir:
Sınaq şüşələri ilə birlikdə ştativlər
Üzərində halqası və pəncəsi olan metal ştativlər
Qaz və ya spirt lampası
35
Asbestli metal torlar
Çini kasalar
Müxtəlif ölçülü qıflar
150-200 ml-lik kolbalar
Stəkanlar
500-1000 ml-ə qədər su saxlamaq üçün kolbalar
İşlənmiş məhlulları tökmək üçün kasalar və ya stəkanlar
Quru halda tullantı maddələr və zibilləri atmaq üçün kasa və ya qutu
Məktəb tərəzisi
Müxtəlif çəki daşları
10, 20, 25, 50 və 100 ml-lik ölçü silindrləri
Şüşə, rezin borular, çubuqlar, tıxaclar və c
Onu da qeyd etmək lazımdır ki, şagirdin iş yerinin belə təşkil edilməsi ümumi
xarakter daşıyır. Fəal təlimin üsulları ilə tədris aparıldıqda təlimin təşkilinin
formalarından asılı olaraq stollar müxtəlif vəziyyətdə yerləşdirilə bilər və şagirdlər
sərbəst fəaliyyətləri üçün lazımi şərait yaradılar.
Laboratoriya qablarının yuyulması qaydaları.
Kimya laboratoriyasında və ya məktəb kabinetlərində təcrübə aparıldıqdan
sonra istifadə edilən qabların təmiz yuyulması tələb olunur.
Kimyəvi qabların yuyulması iki üsulla həyata keçirilir.
1.
Qabların mexaniki üsulla yuyulması. Bu üsulun özü də bir neçə qaydada
aparılır:
Şotkadan (fırçadan) istifadə etməklə soyuq və ya qaynar su ilə qabların
yuyulması;
Çirkli qabın içərisinə su töküb, kağız və ya yumşaq material parçaları salaraq
çalxalamaqla yuma. Qabı yuyarkən çay qumundan istifadə etmək olmaz. Çünki qum
36
qabın divarlarını cızaraq səthinin hamarlığını pozur. Bu da onun qızdırmağa və
kimyəvi reaktivlərlə qarşı davamlılığını azaldır.
2.
Qabların kimyəvi üsulla yuyulması. Mexaniki yuma üsulunu bütün hallarda
tətbiq etmək məqsədəuyğun deyildir. Çünki bu zaman qabın divarlarında maddənin
kiçik hissəcikləri qalır. Ona görə də qabı yaxşı təmizləmək üçün əksər hallarda
kimyəvi üsuldan istifadə edilir. Kimyəvi üsulla yumanın aşağıdakı qaydalarından
istifadə edilə bilər:
Sabunla yuma;
Xlorid turşusu ilə çöküntünü həll edərək, qızdırmaqla yuma
Xrom qarışığı ilə yuma
Xrom qarışığını hazırlamaq üçün çəki ilə bir hissə kalium-bixromat 2,5 hissə
suda həll edilir və alınmış məhlulun həcmcə üç hissəsinə bir hissə qatı sulfat turşusu
əlavə olunur.
Yuyucu vasitə kimi kalium-bixromat məhlulu ilə qatı nitrat turşusunun
qarışığından da istifadə edilir (200 q kalium- bixromat + 1litr qatı nitrat turşusu).
Qabı xrom qarışığı ilə yumaq istədikdə, əvvəlcə su ilə yaxalamaq, sonra isə
qabın dörddə bir hissəsi qədər zəif qızdırılmış yuyucu qarışıq töküb, yavaş-yavaş
qarışdırmaq şərti ilə qabın divarlarına yaymaq lazımdır. Xrom qarışığı saxlanıldığı
qaba qaytarılır. Təmizlənəcək qab isə bir neçə dəqiqədən sonra su kəmərinin suyu ilə
yaxalanır.
Yuyulmuş qabı qurudarkən adi suyun tərkibində olan həll olmuş duzlar onun
divarlarında ləkə kimi qala bilir. Odur ki, qabı qurutmazdan qabaq distillə suyu ilə
yaxalamaq lazımdır.
İşçi məhlulların hazırlanması.
Saf maddələrlə yanaşı, kimyəvi eksperiment zamanı məhlullardan da istifadə
edilir. Ona görə də müəllim müəyyən qatılıqda məhlul hazırlanmasını dəqiq
bilməlidir. Məhlulun xarakteristikası onun qatılığı ilə ifadə olunur.
Dostları ilə paylaş: |