Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Təcrübə  1.  Əsasi  mis  2-karbonatın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   13   14   15   16   17   18   19   20   ...   111

63 
 
Təcrübə  1.  Əsasi  mis  2-karbonatın 
parçalanması.  Sınaq  şüşəsinə  bir  qədər  əsasi 
mis(II)  karbonat  (malaxit)  (CuOH)
2
CO

töküb 
ağzını qazaparan borusu olan tıxacla bağladıqdan 
sonra 
maili 
vəziyyətdə 
ştativin  pəncəsinə 
bərkitməli  (şəkil  6).  Qazaparan  borunun  ucunu 
içərisində  əhəng  suyu  olan  sınaq  şüşəsinə  daxil 
etdikdən  sonra  sınaq  şüşəsinin  maddə  olan 
hissəsini  spirt  lampası  alovunda  qızdırmalı. 
Malaxitin  parçalanması  prosesini  müşahidə  etməklə  hansı  maddələrin  alındığını 
müəyyən edin, reaksiya tənliyini yazın və parçalanma reaksiyasına tərif verin. 
Qeyd:  Təcrübə  zamanı  duzu  çox 
götürmək  və  uzun  müddət  qızdırmaq 
məsləhət  deyil,  çünki  karbon  qazının  artıq 
miqdarı  çöküntü  şəklində  alınan  kalsium-
karbonatın  həll  olan  kalsium-hidrokarbonata 
çevrilməsinə  səbəb  olur  ki,  bundan  da  bəzi 
şagirdlər  düzgün  olmayan  nəticə  çıxara 
bilərlər.  Həmçinin  yadda  saxlamaq  lazımdır 
ki,  qızdırmanı  dayandırmadan  qazaparan  boru 
əhəng suyundan çıxarılmalıdır, əks halda əhəng suyu sınaq şüşəsinin içərisinə sorular 
və o, isti olduğu üçün sınar. 
Əsasi mis 2-karbonatın parçalanması təcrübəsini 7-ci şəkildəki sadə cihazda da 
aparmaq  olar.  Qızdırılma  zamanı  ayrılan  karbon  qazı  kolbadakı  əhəng  suyunu 
bulandıracaq. Bu cihazda əhəng suyunun sınaq şüşəsinə sorulması baş vermir. 
Təcrübə  2.  Ammonium-bixromatın  parçalanması.  Çini  putaya  bir  qədər 
ammonium-bixromat  (NH
4
)
2
Cr
2
O
7
  kristalları  töküb  altına  iri  kağız  sərilmiş  kərpic 
parçası  üzərinə  qoymalı.  Şüşə  çubuğun  uçunu  spirt  lampası  alovunda  qızdırıb 
Şəkil 6. Əsasi mis(II)karbonatın 
parçalanması. 
Şəkil 7. Əsasi mis(II)karbonatın 
parçalanması üçün sadə cihaz. 


64 
 
maddəyə  toxundurmalı  və  reaksiya  başladıqda  şüşə  çubuğu  kənara  çəkməli 
(qızdırmanı  bir  neçə  kibrit  çöpünü  yandırıb  maddənin  üstünə  atmaqla  da  aparmaq 
olar).  Vulkan  püskürməsinə  bənzər  şiddətli  reaksiyanın  getməsini  müşahidə  etməli, 
prosesin səbəbini aydınlaşdırmalı və reaksiyanın tənliyini yazmalı. 
Təcrübə  3.  Kükürdlə  dəmirin  birləşmə  reaksiyası.  Dəmir tozu ilə kükürdün 
7:4  nisbətində  qarışığını  hazırlamalı.  Bunun  üçün  3,5  q  dəmir  tozu  və  2  q  kükürd 
tərəzidə  çəkilərək  qarışdırılır.  Reaksiya  nəticəsində  alınan  kimyəvi  birləşməni  onu 
təşkil  edən  maddələrdən  fərqləndirmək  üçün  hazırlanmış  qarışıqdan  az  miqdarda 
içərisində  su  olan  stəkana  tökməli  və  bir  qədərinə  də  maqnit  yaxınlaşdırmalı.  Baş 
verən hadisələri müşahidə edərək yadda saxlamalı. 
Qarışığı  sınaq  şüşəsinə  tökərək  azacıq  maili  vəziyyətdə  ştativin  pəncəsinə 
(tutqacına)  bərkidərək  reaksiya  başlanan  qədər  qızdırmalı.  Reaksiya  başa  çatdıqdan 
sonra alınan maddəni ayırmaq üçün sınaq şüşəsini sındırmalı. 
Reaksiyanın  gedişini,  əlamətlərini  müşahidə  etməli,  alınan  maddənin  fiziki 
xassələrini  yoxlamalı  və  qarışıqla  müqayisə  edərək  müvafiq  nəticələr  çıxarmalı. 
Reaksiyanın tənliyini yazın və birləşmə reaksiyasına tərif verin.  
Dəmirlə  kükürdün  reaksiyasını  başqa  üsulla  da  aparmaq  olar.  Bunun  üçün 
hazırlanmış  qarışıgı  asbestli  tor  və  ya  tənəkə  parçası  üzərinə  töküb,  qızdırılmış  şüşə 
çubuğu  ona  toxundurmalı.  Dərhal  reaksiya  getməyə  başlayır.  Hər  iki  reaksiyalardan 
şagirdlərin hansı fərqli nəticələrə gələ biləcəyini aydınlaşdırın. 
Qeyd:  Bu  təcrübənin  müvəffəqiyyətli  alınması  üçün  reduksiya  olunmuş  dəmir 
götürmək və maddələri yaxşı qarışdırmaq lazımdır, çünki adi dəmir yonqarının üzəri 
oksid  təbəqəsi  ilə  örtülür  və  həm  də  iri  parçalar  olduqda,  onun    kükürdlə  toxunma 
ehtimalı azalır və reaksiya getmir. 
Təcrübə 4. Dəmirlə mis 2-xlorid arasında gedən əvəzetmə reaksiyası. Səthi 
təmizlənmiş  dəmir  mıx  və  mis(II)  xlorid  məhlulunun  rəngi  diqqətlə  nəzərdən 
keçirildidən sonra təcrübə aparılır. Bunun üçün sınaq şüşəsinə bir qədər mis(II) xlorid 
məhlulu  töküb  içərisinə  dəmir  mıx  salmalı  və  müşahidə  etməli.  Reaksiya  başa 


65 
 
çatdıqdan  sonra  müşahidə  və  alınan  nəticəyə  əsasən  reaksiya  tənliyini  yazın  və 
əvəzetmə reaksiyasına tərif verin. 
Təcrübə  5.  Mübadilə  reaksiyası.  Sınaq  şüşəsinə  bir  qədər  natrium-sulfat 
məhlulu  töküb,  üzərinə  həmin  miqdarda  barium-xlorid  məhlulu  əlavə  etməli. 
Reaksiya  nəticəsində  nə  alındığını  müşahidə  edərək,  reaksiya  tənliyini  yazın  və 
mübadilə  reaksiyasına  tərif  verin.  Bu  təcrübəni  mis(II)  sulfatla  natrium-hidroksid, 
natrium karbonatla kalsium-xloridin qarşılıqlı təsiri ilə də aparmaq olar. 
 
3-cü iş. Kimyanın əsas qanunları. 
 
Maddə kütləsinin saxlanması qanunu. 
Ləvazimat  və  reaktivlər:  tərəzi,  spirt  lampası,  nalşəkilli  maqnit,  məftil;  Petri 
kasası,  saat  şüşəsi,  iki  ədəd  tıxaclı  Landolt  qabı  (ikiqılçalı,  yaxud  haçaşəkilli  şüşə 
qab),  10-15  sm-lik  uzun  rezin  boru  keçirilmiş  qıf,  500  ml-ik  kolba,  içərisində  ucu 
əyilmiş  məftil  salınmış  kolba  üçün  rezin  tıxac,  şam,  kibrit;  reduksiya  edilmiş  dəmir 
tozu,  natrium-hidroksid  (10%),  mis(II)  sulfat  (10%)  dəmir(III)  xlorid  və  kalium-
rodanid məhlulları. 
Təcrübə  1.  Dəmirin  tərəzidə  yandırılması  (R.Boyl  təcrübəsi).  Tərəzinin sol 
gözünə Petri kasası yerləşdirib, ağzını saat şüşəsi ilə örtün, şüşənin üzərinə reduksiya 
olunmuş  dəmir  tozu  tökün.  Tərəzinin  sol  qanadına  məftil  vasitəsilə  maqniti  elə 
bərkidin  ki,  saat  şüşəsinin  üstündə  asılsın  (şəkil  8,  a).  Tərəzini  tarazlaşdırın.  Dəmir 
tozunu  maqnitə  toxundurun.  Maqnit  dəmiri  çəkdikdən  sonra  tərəzinin  tarazlıqda 
olmasını  yoxlayın.  Spirt  lampasının  alovunu  aşağıdan  maqnitdən  asılmış  dəmirə 
toxundurub, çəkin. Bu zaman dəmir oksidləşəcək. Tərəzinin sol tərəfi aşağı düşəcək. 
R.Boyl qeyd etmişdir: “Metal yandıqda çəkisi artır” . 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə