Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   21   22   23   24   25   26   27   28   ...   111

91 
 
c)
 
Ammonium-hidroksidin  alınması.  Amonyakla  doldurulmuş  kolbanı  düz 
qazaparan  borulu  tıxacla  kip  bağlayın.  Kolbanı  çevirin  və  qazaparan  borunun  ucunu 
su ilə dolu kristallizatora salın. Suya bir neçə damcı fenolftalein əlavə edin. Boruya su 
düşdüyündən  əmin  olun.  Borunun  ağzını  barmağınızla  qapayıb,  kolbanı  çevirin. 
Barmağınızı çəkmədən su damcısını silkələyib kolbaya salın. Sonra kolbanı başı aşağı 
çevirin və borunu suya salın, suyun altında barmağınızı borudan çəkin. Kolbaya boru 
vasitəsilə  təzyiq  altında  su  qalxmağa  başlayaraq,  fontan  əmələ  gətirəcək.  Məhlul 
moruğu rəngə boyanacaq. 
Təcrübə 2. Əsasların xassələri.  
a)
 
Qələvi  məhlulunun  parçaya  təsiri.  Sınaq şüşəsinə  bir  neçə quru NaOH  və 
ya  KOH  kristalları  salıb  üzərinə  su  əlavə  edin.  Nə  müşahidə  edilir?  Alınmış  qələvi 
məhlulunun  içərisinə  qatlanmış  halda  uzun  yun  ip  salın  və  zəif  qızdırın.  Az  sonra 
sınaq  şüşəsindəki  ipi  ucundan  tutub  çıxarın  və  havada  bir  azca  dartın.  Nə  müşahidə 
edilir? Qələvi yundan olan materiala necə təsir edir? 
b)
 
Əsasların  suda  həll  olması.  Dörd  sınaq  şüşəsinə  ayrı-ayrılıqda  kiçik  parça 
natrium  hidroksid,  kalsium  hidroksid,  mis(II)  hidroksid,  dəmir(III)hidroksid  qoyun. 
Hər  birinə  2  ml  su  tökün  və  üzərlərinə  damcı-damcı  fenolftalein  əlavə  edin.  Nə  baş 
verir? Əsasların həll olması barədə nəticə çıxarın. 
Təcrübə  3.  Turşu  məhlullarının  qələvilərlə  və  həll  olmayan  əsaslarla 
qarşılıqlı təsiri. 
a)  İki  sınaq  şüşəsinin  hər  birinə  1  ml  qələvi  məhlulları  –  natrium-hidroksid  və 
kalium-hidroksid  tökün.  Hər  məhlula  1  damcı  fenolftalein  məhlulu  əlavə  edin. 
Məhlulun  rəngini  qeyd  edin.  Sonra  pipet  vasitəsilə  məhlul  tam  rəngsizləşənədək,  hər 
dəfə  sınaq  şüşəsini  silkələməklə,  damcı-damcı  sulfat  turşusu  məhlulu  əlavə  edin. 
Bundan  sonra  əmələ  gələn  məhluldan  quru  sınaq  şüşəsinə  bir  damcı  töküb,  ehtiyatla 
buxarlandırın.  Niyə  turşunu  damcı-damcı  əlavə  etmək  lazımdır?  Məhlulların 
buxarlandırılması zamanı hansı maddələr əmələ gəlir? 


92 
 
b)  Sınaq  şüşəsinə  1  ml  mis(II)sulfat  töküb,  çöküntü  əmələ  gələnədək  bir  neçə 
damcı qələvi əlavə edin. Alınan çöküntünü iki hissəyə ayırın. Onun bir hissəsinə 1 ml 
xlorid turşusu, ikincisinə - 1 ml sulfat turşusu əlavə edin. Əmələ gələn məhlulların hər 
birindən  bir  damcı  buxarlandırın.  Nə  müşahidə  edilir?  Həll  olmayan  əsasların 
turşularla reaksiyası barədə nəticə çıxarın. 
Təcrübə  4.  Mis  2-hidroksidin  parçalanması.  Sınaq  şüşəsinə  1  ml  mis(II) 
sulfat  məhlulu  tökün.  Üzərinə  0,5  ml  natrium-hidroksid  məhlulu  əlavə  edin.  Nə 
müşahidə  edilir?  Əmələ  gələn  çöküntünü  mavi  rəng  qaraya  çevrilənədək  ehtiyatla 
qızdırın.  Sınaq  şüşəsini  ştativə  yerləşdirin.  Sınaq  şüşəsindəki  məhlul  soyuduqda, 
üzərindəki suyu ehtiyatla süzün. Suyun əvəzinə çöküntüyə 2 ml xlorid turşusu tökün 
və mavi rəngli mis(II) xlorid məhlulu əmələ gələnədək qızdırın. 
Təcrübə 5Qələvilərin duzlara təsiri. 
a)  Üç  sınaq  şüşəsinin  hər  birinə  1  ml  dəmir(III)  xlorid  (5%),  mis(II)  sulfat 
(10%),  kalium-nitrat  (10%)  məhlulları  tökün.  Hər  məhlula  1  ml  natrium-hidroksid 
məhlulu  əlavə  edin.  Nə  müşahidə  edilir?  Reaksiyaların  tənliyini  molekulyar  və  ion 
formasında tərtib edin. 
b)  Sınaq  şüşəsinə  hərəsindən  1  ml  natrium-  karbonat  və  əhəng  suyu  töküb, 
qarışdırın. Nə baş verir? Reaksiya tənliyini molekulyar və ion formasında tərtib edin. 
Təcrübə  6.  Amfoter  hidroksidlərin  xassələri.  Sınaq  şüşəsini  yarısına  qədər 
alüminium-xlorid  məhlulu  ilə  doldurun.  Buraya  damcı-damcı,  çöküntü  əmələ 
gələnədək  qələvi  məhlulu  əlavə  edin.  Çöküntünün  xarici  görünüşünə  fikir  verin. 
Reaksiyanın  tənliyini  yazın.  əmələ  gələn  çöküntünü  iki  yerə  ayırın.  Birinə,  çöküntü 
tam  həll  olanadək  xlorid  turşusu  əlavə  edin.  Müşahidələrinizi  şərh  edin.  Alüminium 
hidroksidin xassələrinə dair nəticə çıxarın. Reaksiya tənliyini yazın. 
İkinci  hissəyə qələvi əlavə edin. Nə  müşahidə olunur?  Alüminium-hidroksidin 
xassələrinə  dair  əlavə  nəticə  çıxarın.  Nə  üçün  alüminium-hidroksidin  əmələ  gəlməsi 
zamanı qələvi damcı-damcı əlavə edilməlidir? 
 


93 
 
3-ci iş.Turşular, alınması və xassələri. 
 
Ləvazimat  və  reaktivlər:  sınaq  şüşələri,  metal  ştativ,  sınaq  şüşələrini  yığmaq 
üçün ştativ, taxta və dəmir maşalar, tutqac, qazaparan borusu olan tıxac, kolba, spirt 
lampası, kibrit, çini puta, pinset, xörək duzu, qtı sulfat turşusu məhlulu, fəmir(II)sulfat 
kristalhidratı,  barium-xlorid  məhlulu,  dirilaşdırılmış  xlorid  və  sulfat  turşusu 
məhlulları, maqnezium, sink, alüminium metalları, dəmir mıx, mis məftili, mis(II)oksid 
tozu, sabun məhlulu, 10%-li natrium silikat məhlulu.       
Turşu  oksidlərinin  su  ilə  reaksiyasından  turşuların  alınması  təcrübələrini  yada 
salın və reaksiya tənliklərini yazın. 
Təcrübə 1.Turşuların alınması. 
a)
 
Duzların  turşularla  qarşılıqlı  təsirindən  yeni  turşunun  alınması.  Sınaq 
şüşəsində  2  q-a  yaxın  natrium-xloridi  az  miqdar  su  ilə  isladın.  Sınaq  şüşəsinə,  onun 
dörddə  biri  qədər  qatı  sulfat  turşusu  töküb,  ağzını  içərisindən  qazaparan  boru 
keçirilmiş  tıxacla  bağlayın.  Götürülən  turşu  qatı,  duz  isə  kristal  şəklində  olmalıdır. 
(səbəbini  izah  edin).  Sınaq  şüşəsini  maili  vəziyyətdə  ştativin  pəncəsinə  bərkidin  və 
qazaparan  borunun  ucunu  içərisində  su  olan  kiçik  kolbaya  salın  (qazaparan  borunun 
ucu  suya  toxunmamalıdır,  əks  halda  su  kolbaya  sorula  bilər).  İçərisində  duzla  sulfat 
turşusu  olan  sınaq  şüşəsini  zəif  qızdırmalı.  Reaksiya  nəticəsində  alınan  hidrogen-
xlorid qazının suda həll olmasından xlorid turşusu alınacaq. Reaksiya tənliyini yazın. 
b)
 
Dəmir(II)  sulfat  kristalhidratının  parçalanması  ilə  sulfat  turşusunun 
alınması. Sınaq şüşəsinə bir qədər dəmir(II) sulfat kristalhidratı (FeSO
4
.7H
2
O töküb, 
maili vəziyyətdə ştativin pəncəsinə bərkitdikdən sonra ağzını şaquli vəziyətdə ştativin 
pəncəsinə  bağlanmış  digər  sınaq  şüşəsinin  ağzına  qoymalı.  Spirt  və  ya  qaz  lampası 
alovunda  maddə  olan  sınaq  şüşəsini  qızdırın.  Nə  müşahidə  edilir?  Alınan  turşunu 
barium-xlorid məhlulu ilə yoxlamalı. Baş verən reaksiyaların tənliklərini yazın 
Təcrübə 2. Turşuların xassələri. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə