Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   20   21   22   23   24   25   26   27   ...   111

88 
 
3.3. Qeyri-üzvi maddələrin öyrədilməsi zamanı kimya eksperimenti. 
 
 
1-ci iş. Oksidlər, alınması və xassələri. 
 
Ləvazimat  və  reaktivlər:  sınaq  şüşələri,  metal  ştativ,  sınaq  şüşələrini  yığmaq 
üçün  ştativ,  şüşə  çubuq,  spirt  lampası,  kibrit,  çini  kasa,  təmiz  şüşə  boru,  şüşə  kasa, 
kolba,  natrium-hidroksidin  10%-li  məhlulu,  mis  (II)  sulfat,  su,  kalsium-oksid,  mis(II) 
oksid,  berillium-oksid,  dəmir(III)  oksid,  durulaşdırılmış  xlorid  turşusu  məhlulu,  təzə 
hazırlanmış  əhəng  suyu,  natrium-hidroksid  kristalları,  fosfat  anhidridi,  maqnezium-
oksid, silisium(IV) oksid (qum), natrium-oksid, alüminium-xlorid, lakmus, fenolftalein 
məhlulları, su.      
Oksigenin 
xassələrinə 
aid 
kükürd,  fosfor  və  kömürün  oksigendə 
yandırılmasından  kükürd(IV)  oksid,  fosfor(V)  oksid  və  karbon(IV)  oksidin  alınması 
təcrübələrini yada salın və reaksiya tənliklərini yazın. 
Təcrübə  1.  Mis(II)  hidroksidin  parçalanmasından  mis  (II)  oksidin 
alınması.  Sınaq  şüşəsində  natrium-hidroksidin  mis(II)  sulfatla  qarşılıqlı  təsirindən 
mis(II)  hidroksid  alın  və  çöküntünü  spirt  lampası  alovunda  qızdırın.  Nə  müşahidə 
edilir. Reaksiyaların tənliklərini yazın. 
Təcrübə 2. Əsasi oksidlərin su ilə hidratlaşması. 
a)
 
Kalsium-oksidin  (sönməmiş  əhəng)  su  ilə  reaksiyası  (əhəngin 
söndürülməsi).  Çini  kasaya  bir  qədər  kalsium-oksid  qoyub  üzərinə  su  tökün.  Nə 
müşahidə edilir. Reaksiyanın tənliyini yazın. 
b)
 
Bütün  əsasi  oksidlərin  hidratlaşmamasının  sübut  olunması. Bunun  üçün 
mis(II) oksid, berillium-oksid və dəmir(III) oksid götürüb ayrı-ayrılıqda  içərisində su 
olan  qaba  tökün  və  onların  xarici  görünüşündə  heç  bir  dəyişiklik  baş  vermədiyini 
müşahidə edin. Nəticə çıxarın. 
c)
 
Əsasi  oksidlərin  turşularla  qarşılıqlı  təsiri.  Sınaq  şüşəsində  bir  qədər 
mis(II)  oksid  götürüb,  üzərinə  artıqlaması  ilə  (mis(II)  oksidin  artıq  qalmaması  üçün; 


89 
 
mis(II)  oksid  artıq  qalarsa  məhlulun  rəngini  aydın  görmək  olmaz)  duru  xlorid  və  ya 
sulfat turşusu  məhlulu  əlavə  edərək  qızdırın.  Nəticəni  müşahidə  edin  və  reaksiyanın 
tənliyini yazın. 
d)
 
Turşu  oksidlərinin  əsaslarla  qarşılıqlı  təsiri.  Hava  üfürməklə  əhəng 
suyunun karbon qazı ilə reaksiyasını müşahidə etməli. 
  
21-ci şəkildə göstərilən qurğunun kolbasını Kipp aparatından karbon qazı ilə 
doldurub, ağzını qazaparan borusu olan tıxacla bağlayın və borunun ucunu içərisində 
su olan qaba salın. Nə  müşahidə olunur?  Sonra qazaparan borunu sıxıcı  ilə  möhkəm 
bağlayıb,  tıxacı  çıxardaraq,  kolbaya  2,3  q  xırdalanmış  natrium  qələvisi  tökün. 
Kolbanın  ağzını  yenidən  əvvəlki  tıxacla  bağlayın  və  möhkəm  çalxalayın.  Kolbanın 
qızmasını  və  daxili  divarlarının  tərləməsini  müşahidə  edin  və  nəticə  çıxarın.  Sonra 
qazaparan  borunun  ucunu  yenidən  içərisində  su  olan  qaba  salın  və  sıxacını  açdıqda 
suyun sürətlə kolbaya dolmasının səbəbini izah edin və reaksiyanın tənliyini yazın.  
 
 
 
 
 
 
Şəkil 21. Turşu oksidinin bərk qələvi ilə qarşılıqlı təsiri. 
e)
 
Əsasi  və  turşu  oksidlərinin  qarşılıqlı  təsiri.  Tərəzidə  17,5  hissə 
narınlaşdırılmış  mis(II)oksid  və  bir  hissə  fosfat  anhidridi  çəkərək  diqqətlə 
qarışdırdıqdan  sonra  sınaq  şüşəsinə  tökün  və  onun  dibini  möhkəm  qızdırın.  Nə 
müşahidə edilir. Nəticə çıxarın və reaksiyanın tənliyini yazın.    
Təcrübə 3. Oksidlərinin su ilə qarşılığlı təsirinin müqayisəsi. 
a)  Natrium-oksid,  maqnezium-oksid,  alüminium-oksidin  su  ilə  qarşılıqlı 
təsirinin  müqayisəsi.  Üç sınaq şüşəsinə adları geyd olunan oksidlərdən az  miqdarda 
(kibrit  çöpünün  başı  boyda)  yerləşdirin.  Hər  birinə  ehtiyatla  damcı-damcı  su  və 


90 
 
müvafiq  indikator  əlavə  edin.  Nə  müşahidə  olunur?  Reaksiya  tənliklərini  yazın. 
Verilmiş sıra elementlərinin oksidlərinin xassələrinin dəyişilməsinə aid nəticə çıxarın.  
 b)  Silisium  və  fosfor  oksidlərinin  su  ilə  qarşılıqlı  təsirinin  müqayisəsi.  İki 
sınaq şüşəsinə az miqdarda silisium(IV) oksid və fosfor(V) oksid (kibrit çöpünün başı 
boyda)  yerləşdirin.  Hər  birinə  ehtiyatla  (yanıq  təhlükəsi  var!)  damcı-damcı  su  və 
müvafiq  indikator  əlavə  edin.  Nə  müşahidə  olunur?  Reaksiya  tənliklərini  yazın. 
Verilmiş sıra elementlərinin oksidlərinin xassələrinin dəyişilməsinə aid nəticə çıxarın. 
 
2-ci iş. Əsaslar, alınması və xassələri. 
 
Ləvazimat və reaktivlər: sınaq şüşələri, spirt lampası, tutqac,  kibrit, çini puta, 
stəkanlar, şüşə çubuq, qıf, süzgəc kağızı, yumrudib kolba, düz qazaparan borusu olan 
tıxac,  kristallizator,  pipet,  əhəngdaşı,  natrium-hidroksid,  durulaşdırılmış  xlorid 
turşusu məhlulu, kalium-hidroksid, kalium-nitrat, mis(II)sulfat və natrium-karbonatın 
10%-li məhlulları, mis kuporosu, ammonyakla dolu kolba, əhəng suyu, qırmızı lakmus 
kağızı,  natrium-hidroksid,  kalium–hidroksid  kristalları,  dəmir(III)xloridin  3%-li 
məhlulu, mis(II)hidroksid,  dəmir(III)hidroksid, fenolftalei məhlulu.  
Təcrübə 1Əsasların alınması. Oksidlərin kimyəvi xassələrində suda həll olan 
əsasi oksidlərin su ilə qarşılıqlı təsirindən əsasların alınması təcrübələrini yada salın. 
a)
 
Kalsium-hidroksidin  alınması.  Çini  putaya  bir  qədər  kalsium-  karbonat 
(əhəngdaşı)  tökün  və  spirt  lampası  alovunda  10  dəqiqə  közərdin.  Puta  soyuduqdan 
sonra oraya azca distillə suyu töküb, şüşə çubuqla qarışdırın və qırmızı lakmus kağızı 
ilə yoxlayın. Nə müşahidə olunur? Nəticə çıxarın və  reaksiyanın tənliyini yazın. 
b)
 
Həll  olmayan  əsasların  alınması.  Stəkanın  dörddə  bir  hissəsinə  natrium-
hidroksid  töküb,  üzərinə  çöküntü  alınana  qədər  mis  kuporosu  məhlulu  əlavə  edin. 
Alınmış  çöküntünü  süzməklə  məhluldan  ayırın,  su  ilə  yuyun,  rəngini  müşahidə  edin 
və reaksiya tənliyini yazın. Təcrübəni sink-xloridin kalium-hidroksidlə qarşılıqlı təsiri 
ilə də aparmaq olar. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə