112
4-cü iş. Alüminium və onun birləşmələri.
Ləvazimat və reaktivlər: sınaq şüşələri, spirt lampası, kibrit, çini kasa, distillə
suyu, alüminium vərəqi, duru və qatı xlorid, sulfat, nitrat turşuları məhlulları,
natrium-hidroksid məhlulu, alüminium tozu, yod kristalları, alüminium-sulfat
məhlulu.
Təcrübə 1. Alüminiumun suya təsiri. Sınaq şüşəsində distillə suyuna
alüminium vərəqi daxil edin. Nə müşahidə edilir? Sınaq şüşəsindın suyu boşaldın və
alüminium vərəqinin üzərinə 2-3 ml durulaşdırılmış natrium-hidroksid məhlulu əlavə
etdikdən sonra, onu içərisindəki məhlul qaynayana qədər qızdırın. Sonra sınaq
şüşəsindəki məhlulu boşaldın, alüminium vərəqini bir neçə dəfə su ilə yuyun və
üzərinə bir qədər distillə suyu tökün. Bir neçə dəqiqədən sonra nə baş verdiyini
müşahidə edin və nəticə çıxarın. Reaksiya tənliyini yazın.
Təcrübə 2. Alüminiumun turşulara təsiri. Üç sınaq şüşəsi götürüb, birinə
xlorid, ikincisinə sulfat, üçüncüsünə isə nitrat turşularının durulaşdırılmış
məhlullarından 3-4 ml tökün. Hər bir sınaq şüşəsinə kiçik alüminium vərəqi daxil
edin. Reaksiya getməyən sınaq şüşəsini müəyyənləşdirin və onu su hamamında
qızdırın. Nə müşahidə edilir? Reaksiya tənliklərini yazın.
Reaksiyaları qatı xlorid, sulfat və nitrat turşuları ilə də aparın, otaq
temperaturunda hansı turşunun alüminiuma təsir etmədiyinə diqqət edin və səbəbini
izah edin. Sınaq şüşələrini su hamamında qızdırın. Qızdırılma alüminiumun qatı
turşularla reaksiyasına necə təsir göstərir? Nəticə çıxarın və reaksiya tənliklərini
yazın.
Təcrübə 3. Alüminiuma qələvi məhlullarının təsiri. Sınaq şüşəsinə bir qədər
alüminium tozu töküb üzərinə 2-3 ml 2 N natrium-hidroksid məhlulu əlavə edin və
ayrılan qazı yandırmaqla yoxlayın. Reaksiyanın tənliyini yazın.
Təcrübə 4. Alüminiumun yodla qarşılıqlı təsiri. Çini kasada narın əzilmiş
yodla bir qədər alüminium tozunu qarışdırdıqdan sonra, üzərinə 2-3 damcı distillə
113
suyu əlavə edin. Nə müşahidə olunur? Suyun rolunun nədən ibarət olduğunu müəyyən
edin və reaksiyanın tənliyini yazın.
Təcrübə 5. Alüminium-hidroksidin alınması və xassələri. Sınaq şüşəsində 2-
3 ml alüminium-sulfat məhlulu üzərinə, çöküntü alınana qədər, 2 N natrium-hidroksid
məhlulu əlavə edin. Alınmış çöküntünü iki həssəyə bölüb birinə 2 N xlorid turşusu
məhlululu, digərinə isə 2N natrium-hidroksid məhlulu əlavə edin. Nə müşahidə
olunur? Baş verən hadisə alüminium- hidroksidin hansı xassəsini əks etdirir? Müvafiq
reaksiyaların molekulyar və ion-molekulyar tənliklərini tərtib edin.
5-ci iş. Mis, sink, xrom və onların birləşmələri.
Ləvazimat və reaktivlər: sınaq şüşələri, spirt lampası, kibrit, su və qum
hamamları, stəkanlar, çini puta, şüşə çubuq, çini kasa, tutqac, çini həvəng, azbestli
tor, mis(II)sulfat kristalhidratı, cink tozu, xlorid, nitrat, sulfat turşularının 2 N və qatı
məhlulları, natrium-hidroksid, kalium-hidroksid, mis(II)sulfat, natrium-karbonat
məhlulları, sink parçaları, çöp,sink-xlorid məhlulu, kükürd kristalları, xrom(III)oksid,
alüminium tozu, maqnezium lenti, Bertole duzu, ammonium-bixromat kristalları,
xrom(III)sulfat,kalium-bixromat, natrium-bixromat, barium-xlorid, qurğuşun(II)sulfat
məhlulları, etil spirti.
Mis və onun birləşmələri.
Təcrübə1.
Misin alınması. Otaq temperaturunda 5q CuSO
4
∙5H
2
O
kristalhidratını azca suda həll edərək, onun doymuş məhlulunu hazırlayın və çini
kasaya tökərək üzərinə reaksiya tənliyi üzrə hesablanmış miqdarda sink tozu əlavə
edin. Çini kasanı su hamamında qızdırın və məhlul tam rəngsizləşənə kimi şüşə
çubuqla qarışdırın. Sink tam həll olduqdan sonra qızdırılmanı dayandırın, ayrılan
misin üzərindən mayeni boşaldın. Sinkin reaksiyaya girməyən hissəsini ayırmaq üçün
114
kasaya bir qədər 2 N xlorid turşusu məhulu əlavə edin. Misi dekantasiya etməklə
yuyun və süzgəc kağızı üzərində qurudun. Reaksiyanın tənliyini yazın.
Təcrübə 2. Misin turşulara təsiri (təcrübələr sorucu şkafda aparılmalıdır!).
Üç sınaq şüşəsində bir qədər mis yonqarı götürüb, birinci sınaq şüşəsinə 3-4 ml 2 N
nitrat turşusu məhlulu, iknciinə 3-4 ml qatı nitrat turşusu məhlulu, üçüncü sınaq
şüşəsinə isə 3-4 ml qatı sulfat turşusu məhlulu əlavə edin. Reaksiya getməyən sınaq
şüşəsini zəif qızdırın, götürülən turşuların misə təsirindən hansı qazların ayrıldığını
müəyyən edin və reaksiya tənliklərini yazın.
Təcrübə 3. Mis(II) sulfidin alınması. Sınaq şüşəsində 2-3 ml mis(II)sulfat
məhlulu üzərinə bir o qədər hidrogen-sulfidli su əlavə edin. Nə müşahidə edilir?
Reaksiyanın tənliyini yazın.
Təcrübə 3. Mis(II)hidroksid və mis(II)oksidin alınması. Sınaq şüşəsində 2-3
ml mis(II)sulfat məhlulu üzərinə bir qədər natrium-hidroksid məhlulu əlavə edin. Nə
müşahidə edilir? Hansı maddə alındığını müəyyən etdikdən sonra sınaq şüşəsini maili
vəziyyətdə ştativin pəncəsinə bərkidin və spirt lampas alovunda ehtiyatla qızdırın. Nə
müşahidə olunur?
Təcrübə 4. Əsasi mis(II)karbonatn Cu
2
(OH)
2
CO
3
(malaxitin) alınması.
Sınaq şüşəsində 2-3 ml mis(II)sulfat məhlulu götürüb üzərinə bir o qədər natrium-
karbonat məhlulu əlavə edin. Nə müşahidə edilir? Başlanğıc maddələrdə suyun iştirak
etdiyini və karbon qazının da alındığını bilərək reaksiyanın tənliyini yazın.
Sink və onun birləşmələri.
Təcrübə 1. Turşuların sinkə təsiri.
a)
İki sınaq şüşəsinin hərəsinə bir iki sink parçası salıb birinə 3-4 ml duru, o
birinə isə qatı xlorid turşusu məhlulu tökün. Duru və qatı xlorid turşularının sinkə
təsirinin fərqini müəyən edin və reaksiyanın tənliyini yazın.
b)
İki sınaq şüşəsində bir-iki parça sinkin üzərinə duru və qatı sulfat turşusu
məhlulu tökün. Nə müşahidə edilir? Reaksiya getməyən sınaq şüşəsini ehtiyatla
Dostları ilə paylaş: |