109
Maqnezium və onun birləşmələri.
Təcrübə 1. Maqneziumun su ilə qarşılıqlı təsiri. Sınaq şüşəsinə pipet
vasitəsilə təqribən 2 ml suyu elə tökün ki, onun daxili divarı islanmasın. Sonra sınaq
şüşəsinə, həmin suyu tamamilə özünə hopdurana qədər çay qumu əlavə edin. Kiçik
taxta parçası ilə sınaq şüşəsindəki qumun yanına bir qədər maqnezium tozu tökün
(şəkil 25). Sınaq şüşəsini üfiqi vəziyyətdə ştativin pəncəsinə bərkidin və ağzını su ilə
dolu silindrə salınmış qazaparan borusu olan tıxacla bağlayın. Sınaq şüşəsinin əvvəlcə
maqnezium tozu alan yerini qızdırın və sonra alovu yaş qum olan hissəyə
yaxınlaşdırın. Əmələ gələn su buxarının maqneziumun üzərindən keçməsi zamanı
onun parlaq alovla yanmasını müşahidə edin. Maqneziumla su arasında reaksiya başa
çatdıqdan sonra qazaparan borunu sudan çıxarınvə silindrə yığılan hidrogeni yandırın.
Maqneziumun su ilə hansı şəraitdə reaksiyaya girdiyini müəyyən edin və reaksiya
tənliyini yazın
Şəkil 25. Maqneziumun su ilə qarşılıqlı təsiri.
Təcrübə 2. İçərisinə su ilə isladılmış qum və maqnezium tozu tökülmüş sınaq
şüşəsini üfiqi vəziyyətdə ştativin pəncəsinə bərkidib qızdırın. Reaksiya başladıqda
çıxan hidrogeni sınaq şüşəsinin ağzında yandırın. Maqneziumla su arasında reaksiya
qurtarana kimi hidrogenin yanmasını müşahidə edin və reaksiyanın tənliyini yazın.
110
a)
Maqnezium-oksidin alınması. Çətin əriyən sınaq şüşəsinə bir qədər
maqnezium-karbonat töküb, ağzını düzbucaq şəkilli əyilmiş şüşə borusu olan tıxacla
bağlayın. Sınaq şüşəsini ştativin pəncəsinə bərkidin, şüşə borunun ucunu isə
içərisində əhəng suyu olan stəkana daxil edin. Sınaq şüşəsinin maddə olan hissəsini
qızdırın. Nə müşahidə edilir? Qızdırılmanı qaz qabarcıqlarının çıxması dayanana kimi
davam etdirin. Sınaq şüşəsi soyuduqdan sonra tıxacı çıxarıb oraya bir qədər distillə
edilmiş su tökün. Mayeni çalxalayıb, üzərinə bir-iki damcı fenolftalein əlavə edin. Nə
müşahidə edilir? Baş verən hadisələri izah edin və reaksiyaların tənliklərini yazın.
b)
Maqnezium-hidroksidin alınması. İki sınaq şüşəsinin hər birinə 3-4 ml
maqnezium-sulfat məhlulu tökün. Sınaq şüşələrindən birinə kalium-hidroksid
məhlulu, digərinə isə bir o qədər ammonium-hidroksid məhlulu əlavə edin. Nə
müşahidə edilir? Hansı sınaq şüşəsində çöküntü daha çox alınmışdır? Nə üçün?
Reaksiyanın tənliyini yazın. Alınmış çöküntülərin üzərinə artıqlaması ilə ammonium-
xlorid məhlulu əlavə edin. Nə müşahidə edilir? Baş verən
hadisənin səbəbini izah edin.
Təcrübə 2. Kalsium və onun birləşmələri.
a)
Kalsiumun suya təsiri. Kiçik kalsium parçasını
sumbata kağızı ilə təmizlədikdən sonra içərisində distillə
edilmiş su olan kristallizatora atıb, dərhal üzərinə su ilə dolu
şüşə silindir çevirin (şəkil 26). Nə müşahidə edilir? Silindrə
yığılan hidrogen qazını yandırın. Məhlulun bulanmasına
diqqət edin və içərisinə bir-iki damcı fenolftalein məhlulu
əlavə edin. Nə müşahidə edilir? Nəticə çıxarın və reaksiyanın
tənliyini yazın.
b)
Kalsium-oksid və kalsium-hidroksidin alınması. Çini puta qapağına bir
qədər kalsium-karbonat töküb, üzərinə azca distillə edilmiş su əlavə edərək şüşə
çubuqla qarışdırın. Qarışığa lakmus kağızı daxil edin. Nə müşahidə edilir? Çini puta
qapağına bir qədər kalsium-karbonat töküb, qaz və ya spirt lampası alovunda
Şəkil 26. Kalsiumun su
ilə qarşılıqlı təsiri.
111
közərtdikdən sonra putanı soyudun və yuxarıdakı əməliyyatları yerinə yetirin. Nə
müşahidə olunur? Hər iki müşahidəni müqayisə edin və nəticə çıxarın. Reaksiya
tənliklərini yazın.
c) Kalsium-sulfatın alınması. İki sınaq şüşəsinin hər birinə 2-3 ml kalsium-
xlorid məhlulu tökün. Sınaq şüşələrindən birinə az miqdarda kalium-sulfat məhlulu,
ikincisinə isə natrium-sulfat məhlulu əlavə edin. Nə müşahidə edilir? Reaksiyaların
tənliklərini yazın. Sınaq şüşələrindən birinə asetat turşusu, ikincisinə isə xlorid
turşusu tökməklə çöküntülərin həll olmasını yoxlayın və nəticə çıxarın.
d) Gipsin alınması. Kiçik stəkanda kalsium-xloridin qızdırılmadan hazırlanmış
doymuş məhlulunun üzərinə bir o qədər 50%-li sulfat turşusu məhlulu əlavə edin. Nə
müşahidə edilir? Nəticəni yuxarıdakı təcrübənin nəticəsi ilə müqayisə edin və
reaksiya tənliyini yazın.
e) Kalsium ionunun alovu boyaması. Nixrom məftili bir neçə dəfə xlorid
turşusu məhluluna salıb, spirt lampası alovunda qızdırdıqdan sonra, kalsiumun hər
hansı bir duzuna batırın və alovun işıqsız hissəsinə tutun. Nə müşahidə edilir?
Kalsium ionu alovu hansı rəngə boyayır?
Təcrübə 3. Suyun codluğunun aradan qaldırılması.
Suya codluq verən hansı ionlardır? Codluq neçə cür olur və hansılardır?
Codluğu hansı üsullarla aradan qaldırmaq olar?
a)
Cod suya bir qədər əhəng suyu əlavə edin. Nə müşahidə edilir?
b)
Cod suya bir qədər soda Na
2
CO
3
əlavə edin. Nə müşahidə edilir? Hər iki
təcrübəyə aid olan reaksiya tənliklərini yazın.
Müvəqqəti codluğun aradan qaldırılması üsullarından birinə siz məişətdə
harada rast gəlirsiniz?
Dostları ilə paylaş: |