Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   35   36   37   38   39   40   41   42   ...   111

134 
 
təmizliyini  yoxlayın.  Bunun  üçün,  stəkana  daxil  edilmiş  qazaparan  borunun  ucunu 
yuxarı  qaldırın  və  çıxan  hidrogeni  yandırın.  Hidrogenin  təmizliyinə  əmin  olduqdan 
sonra borunun geniş hissəsinə tökülmüş kükürdü qızdırın və hidrogenin buraxılmasını 
davam  etdirin.  Nə  müşahidə  edilir?  Stəkanda  alınan  maddə  nədir?  Prosesin  gedişini 
izah edin və nəticə çıxarın. Reaksiyanın tənliyini yazın. 
 
 
 
 
 
 
 
 
 
Şəkil 33. Hidrogen-sulfidin alınması: a-hidrogen-sulfidin sintezi; 
 b-hidrogen sulfidin yandırılması 
 
b)
 
Hidrogen-sulfidin  dəmir(II)  sulfiddən  alınması. Sınaq şüşəsində bir qədər 
narın  əzilmiş  dəmir(II)  sulfid  götürüb,  üzərinə  2-3  ml  duru  xlorid  turşusu  məhlulu 
tökün və dərhal ağzını qazaparan borusu olan tıxacla bağlayın və qazaparan borunun 
ucunu  içərisində  su  olan  stəkana  daxil  edin.  Reaksiya  qurtardıqdan  sonra  alınan 
hidrogen-sulfidli  suyu  göy  lakmus  kağızı  ilə  yoxlayın.  Nə  müşahidə  olunur?  Nəticə 
çıxarın və reaksiyanın tənliyini yazın. 
 Təcrübə 2. Hidrogen-sulfidin xassələri. 
a)
 
Hidrogen  sulfidin  yanması.  Hidrogen-sulfid  alınan  sınaq  şüşəsinin 
ağzındakı qazaparan borunun ucunu əridilərək dartılmış şüşə boru ilə əvəz edin. Yenə 
də  sınaq  şüşəsinə  bir  qədər  dəmir  (II)  sulfid  kristalları  salıb,  üzərinə  3-4  ml  duru 
xlorid  turşusu  əlavə  edin.  Ucu  dartılmış  borunun  ağzına  yanar  çöp  yaxınlaşdırın  və 


135 
 
hidrogen  sulfidin  yanmasını  müşahidə  edin  (şəkil  33,  b).  Hidrogen-sulfid  alovunun 
üzərinə  quru  stəkan  çevirin.  Stəkanın  divarlarının  tərləməsinin  səbəbini  izah  edin. 
Sonra  hidrogen-sulfid  alovunun  üzərinə  soyuq  saat  şüşəsi  tutun  (saat  şüşəsi  alova 
toxunmalıdır). Nə müşahidə olunur? Nəticə çıxarın və reaksiyaların tənliklərini yazın. 
b)
 
Hidrogen-sulfidin  reduksiyaedici  xassəsi.  İçərisində  kalium-permanqanat 
məhlulu  olan  sınaq  şüşəsinə  4-5  damcı  qatı  sulfat  turşusu  və  bir  o  qədər  hidrogen-
sulfidli  su  əlavə  edin.  Nə  müşahidə  olunur?  Səbəbini  aydınlaşdırın  və  reaksiya 
tənliyini yazın. 
c)
 
Sulfid  (S
-2
)  ionunun  təyini.  Sınaq  şüşəsində  4-5  ml  Pb(NO
3
)
2
  məhlulu 
götürüb,  üzərinə  bir  neçə  damcə  hidrogen-sulfidli  su  tökün.  Nə  müşahidə  olunur? 
Nəticə çıxarın və reaksiyanın tənliyini yazın. 
d)
 
Az  həll  olan  sulfidlərin  alınması.  Ayrı-ayrı  sınaq  şüşələrində  sink-xlorid, 
barium-xlorid, manqan(II) sulfat və qurğuşun(II)asetat məhlullarından 2-3 ml götürüb, 
hər  bir  sınaq  şüşəsinə  1-2  ml  ammonium-sulfid  məhlulu  əlavə  edin.  Nə  müşahidə 
olunur?  Əmələ  gələn  çöküntülərin  rəngini  müəyyən  edin.  Alınmış  çöküntülərin 
üzərinə  bir  qədər  2N  nitrat  turşusu  məhlulu  əlavə  edin.  Hansı  çöküntü  nitrat 
turşusunda həll olur? 
Bu  təcrübələri  ammonium-sulfid  məhlulu  əvəzinə  hidrogen-sulfidli  su 
götürməklə  də təkrar edin  və  reaksiyaların tənliklərini yazın. 
Təcrübə  6.  Sulfidlərin  hidrolizi.  Sınaq  şüşəsində  bir  qədər  natrium-sulfidi 
distillə  suyunda  həll  edin  və  alınmış  məhlulu  qırmızı  lakmus  kağızı  ilə  yoxlayın. 
Lakmus kağızının aldığı rəngə görə mühiti təyin edin. 
Sınaq  şüşəsində  2-3  ml  alüminium-sulfat  məhlulu  üzərinə  bir  qədər 
ammonium-sulfid  məhlulu  əlavə  edin.  Sınaq  şüşəsini  zəif  qızdırın.  Nə  müşahidə 
olunur? Alınmış çöküntünü məhluldan ayırın və onun alüminium-hidroksid olduğunu 
təcrübi  olaraq  yoxlayın.  Müvafiq  hidroliz  reaksiyalarının  molekulyar  və  ion-
molekulyar tənliklərini yazın. 
 


136 
 
2-ci iş. Kükürdün oksigenli birləşmələri. 
 
Ləvazimat  və  reaktivlər:  Metal  ştativ,  sınaq  şüşələri,  spirt  lampası,  kibrit, 
tutqac,  kimyəvi  stəkan,  şüşə  çubuq,    Vürs  kolbası,  damcı  qıfı,  kristallizator,  kalium-
permanqanat  məhlulu,  lakmus  kağızı,    durulaşdırılmış  və  qatı  sulfat  turşusu, 
alüminium-sulfat,  natrium-sulfat,  mis  (II)  sulfat  məhlulları,  dəmir  (II)  sulfat 
kristalhidratı, şəkər tozu, lakmus məhlulu. 
Təcrübə 1. Kükürd (IV) oksidin alınması və xassələri. 
a)
 
Ştativin pəncəsinə bərkidilmiş Vürs kolbasına 4-5 
q  natrium-sulfit,  onun  ağzında  olan  damcı  qıfına  isə  bir 
qədər qatı sulfat turşusu tökün (şəkil 34). Vürs kolbasından 
çıxan  qazaparan  borunun  ucunu  silindrin  dibinə  çatmaq 
şərti  ilə  içərisinə  daxil  edin.  Kolbaya  damcı-damcı  sulfat 
turşusu  məhlulu  axıdın.  Reaksiya  yavaş  gedərsə,  kolbanı 
spirt lampası alovunda zəif qızdırın. Alınan kükürd qazı ilə 
iki  sınaq  şüşəsini  və  bir  stəkanı  doldurun,  ağzını  örtərək 
sonrakı  təcrübələr  üçün  saxlayın.  Qazaparan  borunun 
ucunu  içərisində  3-4  ml  distillə  suyu  olan  kiçik  stəkana 
daxil  edin  və  ora  2-3  dəqiqə  kükürd  qazı  buraxın  və 
sonrakı təcrübə üçün saxlayın. 
b)
 
Yuxarıdakı təcrübədə kükürd qazı  ilə doldurulmuş sınaq şüşələrindən birinə 
yanar çöp daxil edin və onun sönməsini müşahidə edin. Kükürd qazı mühitində yanar 
çöp nə üçün sönür? 
c)
 
Kükürd  qazının  suda  həll  olması.  Stəkana  yarısına  qədər  distillə  suyu 
töküb,  üzərinə  3-4  damcı  göy  lakmus  məhlulu  əlavə  edin.  Yuxarıdakı  təcrübədə 
kükürd qazı ilə doldurulmuş ikinci sınaq şüşəsinin ağzından tıxacı çıxarıb, başı aşağı 
həmin suya salın və öz oxu ətrafında fırladın. Nə müşahidə olunur? Nəticə çıxarın və 
reaksiyanın tənliyini yazın. 
Şəkil 34. Kükürd qazının 
alınması üçün cihaz. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə