Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   32   33   34   35   36   37   38   39   ...   111

125 
 
b)
 
Stibiumun xlorda yanması. Çini həvəngdə az miqdarda stibiumu əzib hissə-
hissə  içərisində  xlor  olan  bankaya  səpin.  Nə  müşahidə  edilir?  Reaksiyanın  tənliyini 
yazın. Stibium tozunu xlor olan bankaya şpatellə səpmək lazımdır! 
c)
 
Misin xlorda yanması. Nazik mis telləri topasını dəmir maşa ilə tutaraq qaz 
lampası  alovunda  közərənə  qədər  qızdırıb,  dibinə  qum  səpilmiş  xlor  olan  bankaya 
daxil edin. Nə müşahidə edilir?  
d)
 
Dəmirin  xlorda  yanması.  Dəmir  qaşıqda  az  miqdarda  dəmir  tozu  götürüb 
güclü  qızdırın  və  dibinə  qum  tökülmüş  xlorla  dolu  olan  bankaya  az-az  səpin.  Nə 
müşahidə edilir? Reaksiyanın tənliyini yazın.  
e)
 
Fosforun  xlorda yanması. Dəmir qaşığa buğda boyda qırmızı fosfor qoyub 
içərisində  xlor  olan  bankaya  daxil  edin.  Nə  müşahidə  edilir?  Fosfor  xlorla  hansı 
şəraitdə reaksiyaya daxil olur? Reaksiyanın tənliyini yazın. 
 
Xlorun mürəkkəb maddələrlə qarşılıqlı təsiri. 
Təcrübə  1.  Xlorun  suda  həll  edilməsi  və  xlorlu  suyun  hazırlanması.  Otaq 
temperaturunda  bir  həcm  suda  2,5  həcm  xlor  həll  edin.  Xlorlu  suyun  hazırlanması 
üçün sudan 5-8 dəqiqə  xlor axını buraxmaq lazımdır. Xlorlu suyu soyuq  və qaranlıq 
yerdə ağzı yaxşı bağlanmış şüşə qabda saxlamaq lazımdır. 
Təcrübə 2. Üzvi boyaqların xlorla rəngsizləşdirilməsi. 
a)
 
Stəkana  azca  mürəkkəb  və  ya  fuksin  əlavə  edilmiş  su  tökün  və  içərisinə 
məhlul rəngsizləşənə kimi xlorlu su əlavə edin. 
b)
 
 Xlorla  dolu  olan  kolbaya  rəngli  material  parçası  salıb  ağzını  tıxacla 
bağlayın. Bir neçə dəqiqə keçsə də parçanın rəngsizləşmədiyinə diqqət edin və sonra 
kolbanın  ağzını  açaraq  içərisinə  1-2  damcı  su  tökün  və  yenidən  bağlayın.  Nə 
müşahidə olunur?  Nəticə çıxarın. 
Təcrübə  3.  Skipidarın  (C
10
H
16
)  xlorda  yanması.  Süzkəc  kağızı  zolağını 
əvvəlcədən  qızdırılmış  təmiz  skipidarda  islatdıqdan  sonra  xlorla  dolu  bankaya  salın. 


126 
 
Skipidarın hisli alovla yanmasını müşahidə edin. Kağız üzərindən qalxan ağ dumanın 
nədən ibarət olduğunu izah edin. 
Təcrübə  4.  Asetilenin  xlorda  yanması.  Xlorla  dolu  olan  sınaq  şüşəsinə  bir 
parça kalsium-karbid salın və oraya pipet və ya nazik şüşə boru ilə bir neçə damcı su 
salın. Dərhal əmələ gələn asetilenin alışması və çoxlu hisin alınması müşahidə olunur. 
Prosesi izah edin və reaksiya tənliklərini yazın. 
Təcrübə  5.  Ağardıcı  əhəngin  (CaOCl
2
)  alınması.  100  ml-lik  stəkanda  2  q 
kalsium-hidroksidi 10-15 ml distillə edilmiş suda şüşə çubuqla qarışdıraraq həll edin. 
Məhlulu buzlu suda soyutmalı və oraya 10-20 dəqiqə hidrogen-xloriddən təmizlənmiş 
xlor buraxmalı. Sonra stəkandakı məhlula 10-15 ml distillə suyu əlavə edin, qarışdırın 
və  süzün.  Alınan  filtiratı  sonrakı  təcrübələr  üçün  saxlamalı.  Reaksiyanın  tənliyini 
yazın. 
Təcrübə 6. Ağardıcı əhəngin xassələri. 
a)
 
Filtiratdan  bir  qədər  götürüb,  üzərinə  3-4  damcı  duru  sulfat  turşusu  əlavə 
etdikdən  sonra,  şüşə  çubuğu  bu  məhlula  batırıb  rəngli  parça  üzərinə  xətt  çəkin.  Nə 
müşahidə edilir? 
b)
 
Üç stəkan götürüb, hər birinə 30-40 ml az miqdarda mürəkkəblə rənglənmiş 
su  tökün.  Stəkanların  hər  üçünə  eyni  miqdarda  (8-10  ml)  ağardıcı  əhəng  məhlulu 
əlavə edin. Stəkanlardan birinə bir neçə damcı duru sulfat turşusu tökün, digərinə isə 
şüşə boru ilə hava üfürün. Hansı məhlulun daha tez rəngsizləşdiyini müşahidə edin və 
nəticə çıxarın. 
Sorucu  şkaf  olmadığı  şəraitdə  xlorla  gedən  təcrübələri,  həcmi  500  ml-dən  az 
olmayan  böyük  kolbada, qazı qabaqcadan yığmadan aparmaq olar. 
1.
 
Kolbaya bir qədər (yalnız dibini örtəcək qədər) oksidləşdirici qoyun və pipet 
vasitəsilə  5-7 ml qatı  xlorid  turşusu  tökün. Bu zaman xlor əmələ gəlir. 
2.
 
Kolbanı  tıxacla  bağlayın.  Təcrübələri  aparmağa  tələsməyin.  Kolbanın 
arxasına  ağ  kağız  qoyun  və  kolbanın  xlorla  dolmasını  gözləyin.  Kolba  üçün  tıxaclar 


127 
 
hazırlayın,  tıxaclara  maddələri  yandırmaq  üçün  qaşıqlar  bərkidin.  Yalnız  bundan 
sonra kolbaya lazımi maddəni daxil edin. 
3.
 
Təcrübələr  bitdikdən  sonra,  xlor  və  onun  digər  maddələrlə  reaksiya 
məhsullarının  udulması  üçün  kolbaya  5%-li  qələvi  məhlulu  tökün  və  tez  qapaqla 
bağlayın.  
4.
 
Tıxaca  bərkidilmiş  qaşığa  kibrit  çöpünün  başı  boyda  qırmızı  fosfor  qoyun. 
Qaşığı içərisində xlor olan qaba salan zaman fosfor qızdırılmadan alışacaq. 
5.
 
12-15  sm-k  nazik  dəmir  məftil  götürün,  qaşıqda  yerləşdirin.  Kibrit  çöpünü 
məftilə  sarıyın.  Çöpü  yandırın,  bir  neçə  saniyə  dəmirin  qızmasını  gözləyib,  onu 
içərisində  xlor  olan  qaba  salın.  Çöp  sönür,  dəmir  közərərək  qonur  rəngli  dəmir  (III) 
xlorid əmələ gətirir. Eyni qayda ilə mis məftili də yandırmaq olar. 
6.
 
Kalsium  karbidin  kiçik parçasını (noxud boyda) qaşığa yerləşdirin. Əvvəlcə 
suya, sonra  xlora  salın. Asetilen alışır. 
 
Hidrogen-xloridin alınması və xassələri. 
Təcrübə 1. Hidrogen-xloridin alınması. 
Hidrogen  xlorid  –  xoşagəlməz  kəskin  iyli  boğucu 
qazdır. 
1.
 
Kolbaya (şəkil 30) 15-20 q natrium- xlorid tökün. 
2.
 
Damcı  qıfından  qatı  sulfat  turşusunu  az-az  əlavə 
edin. 
3.
 
Reaksiyanı 
sürətləndirmək 
üçün 
kolbanı 
qızdırmaq  olar.  Diqqət  etmək  lazımdır  ki,  reaksiya 
məhsullarının  kütləsi  çox  köpüklənməsin,  əks  halda  həmin 
kütlə qaz toplamaq üçün olan qəbulediciyə sıçraya bilər. 
4.
 
Alınan qazı necə toplamaq olar? 
5.
 
Qabın  kənarlarında  ağ  dumanın  çıxması  (ağ  duman  nə  üçün  əmələ  gəlir?), 
onun hidrogen- xloridlə dolduğunu göstərir. 
Şəkil 30. Hidrogen-
xloridin su ilə qarşılıqlı 
təsiri. 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə