Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   23   24   25   26   27   28   29   30   ...   111

97 
 
3.4.  Kimyəvi reaksiyaların sürəti, oksidləşmə-reduksiya reaksiyaları və  
elektrolitik dissosiasiyanın öyrədilməsi zamanı kimya eksperimenti. 
 
1-ci iş. Kimyəvi reaksiyanın sürətinə təsir edən amillər. 
 
Ləvazimat  və  reaktivlər:  1 l-k iki ölçü kolbası, 100 ml-lik 6 ədəd ölçü silindri, 
100  və  200  ml-lik  kimyəvi  stəkanlar,  saniyəölçən,  tərəzi,  çini  həvəng,  şpatel,  spirt 
lampası, kibrit, kalium- yodat,  natrium- sulfit kristalları, qatı sulfat turşusu məhlulu, 
nişasta məhlulu, kalsium-karbonatın tozu və parçaları, durulaşdırılmış xlorid turşusu, 
kalium-yodid,  qurğuşun(II)  nitrat  kristalları,  distillə  suyu,  10%-li  hidrogen-peroksid 
məhlulu,  0,02M  kalium-bixromat  məhlulu,  durulaşdırılmış  xlorid  tirşusu,  40%-li 
formalin mıhlulu,  0,05M    qırmızı qan  duzu    K
3
[Fe(CN)
6
]  məhlulu,  səthi  təmizlənmiş 
dəmir mıxlar, çöp. 
Təcrübə  1.  Kimyəvi  reaksiyanım  sürətinə  müxtəlif  amillərin  təsiri. 
Təcrübələri  aparmaq  üçün  iki  məhlul  hazırlamalı.  Birinci  məhlul  üçün  ölçü 
kolbasında  1  q  natrium-sulfit,  1  ml  sulfat  turşusu  və  50  ml  nişasta  götürüb,  üzərinə 
distillə  suyu  əlavə  etməklə  ümumi  həcmini  bir  litrə  çatdırın.  İkinci  kolbada  isə  3,9  q 
kalium- yodatın bir litr suda məhlulunu hazırlayın. 
a)  Reaksiya  sürətinin  reaktivin  qatılığından  asılılığı.  Altı  ədəd  ölçü 
silindrlərini cüt-cüt qoyun. Hər cütdəki  silindrlərdən birinə 100 ml birinci məhluldan 
tökün.  Birinci  cütün  ikinci  silindrinə  ikinci  məhluldan  100  ml,  ikinci  cütün  ikinci 
silindrinə  ikinci  məhluldan  50  ml    və  50  ml  su;  üçüncü  cütün  ikinci  silindrinə  isə 
ikinci məhluldan 25 ml və 75 ml su əlavə edin. 
Saniyəölçəni  işə  salın  və  birinci  cüt  silindrlərin  içərisindəki  məhlulları 
qarışdırın.  Göy  rəng  əmələ  gələnədək  saniyəölçənin  vurğularını  sayın.  Kalium- 
yodatın  qatılığının  müvafiq  olaraq  2  və  4  dəfə  az  olduğu  ikinci  və  üçüncü  silindrlər 
üçün  də  eyni  əməliyyatı  təkrar  edin.  Hər  çüt  məhlulu  qaışdırdıqdan  sonrra  göy  rəng 


98 
 
əmələ gələnə qədər keçən vaxtı müqayısə edin və nəticə çıxarın. Reaksiyanın sürətinə 
qatılıq necə təsir edir? 
b)
 
 Reaksiya  sürətinin  temperaturdan  asılılığı.  İki  cüt  silindr  götürün.  Hər 
cütdəki silindrlərdən birinə birinci məhluldan 100 ml, ikincisinə isə ikinci məhluldan 
50 ml tökün. 
Birinci  cütün  ikinci  silindrinə  50  ml  otaq  temperaturunda  olan  su  əlavə  edin. 
Saniyəölçəni işə salın və birinci cütün silindrlərindəki məhlulları qarışdırın. Göy rəng 
əmələ gələnədək saniyəölçənin vurğularını sayın. 
İkinci  cütün  ikinci  silindrinə  50  ml  isti  su  əlavə  edin.  Məhlulları  qarışdırın  və 
saniyəölçənin vurğularını sayın. Müxtəlif temperaturlarda rəngin əmələ gəlmə vaxtını 
müqayisə edin və nəticə çıxarın. Temperaturun artması reaksiyanın sürətinə necə təsir 
edir? 
c)
 
Reaksiya  sürətinin  reaktivin  xırdalanma  dərəcəsindən  asılılığı.  100  ml-
lik iki kimyəvi stəkanları tərəzinin gözlərinə qoyun və tarazlaşdırın. Sonra stəkanlara 
eyni  çəkidə  birinə  təqribən  1q  kalsium-karbonat  tozu  və  digərinə  isə  kalsium- 
karbonat  parçaları  qoyun.  Çəkilərin  eyni  olduğunu  göstərin.  Sonra  həmin  stəkanlara 
eyni  zamanda  eyni  həcmdə  durulaşdırılmış  xlorid  turşusu  məhlulları  tökün.  Nə 
müşahidə  edilir?  Tərəzinin  hansı  gözü  ağır  gələcək?  Səbəbini  izah  edin  və  nəticə 
çıxarın. Bərk maddələrin xırdalanma dərəcəsi reaksiyanın sürətinə necə təsir edir?  
Təcrübə  2.  Homogen  və  heterogen  reaksiyaların  sürət  fərqinin  müəyyən 
edilməsi.  Eyni  çəkidə  toz  halında  kalium-yodid  və  qurğuşun(II)  nitrat-ın  hərəsindən 
bir  qədər  təqribən  eyni  miqdarda  stəkana  töküb  qarışdırın  və    iki  hissəyə  bölün. 
Qarışığın bir hissəsini həvəngdə sürtün, ikincisinə su əlavə edin. Nə müşahidə edilir? 
Hər iki halda rəng dəyişikliyinə diqqət edin və nəticə çıxarın.  
Təcrübə 3. Katalizatorun reaksiyanın sürətinə təsiri. Kataliz. 
1) Hidrogen-peroksidin  katalitik  parçalanması. Stəkana 40-50 ml hidrogen- 
peroksid tökün və üzərinə 10ml kalium- bixromat məhlulu əlavə edin. Közərmiş çöplə 


99 
 
yoxlayın. Nə müşahidə olunur? Məhlulda rəng dəyişikliyi necə gedir? Bu reaksiyada 
kalium-bixromatın rolu nədir?  Nəticə çıxarın və reaksiyanın tənliyini yazın. 
2)  Dəmirin  xlorid  turşusu  ilə  reaksiyasının  zəiflədilməsi.  İki  silindrin  hər 
birinə  bir  qədər  durulaşdırılmış  xlorid  turşusu  məhlulu  töküb,  içərisinə  dəmir  mıx 
salın.  Hidrogen  qazının  qabarcıqları  görünməyə  başladıqda,  silindrlərdən  birinə  1-2 
ml  formalin  məhlulu  əlavə  edin.  Nə  müşahidə  edilir?  Formalin  reaksiyanın  sürətinə 
necə təsir etdi? Nəticə çıxarın. 
 
2-ci iş. Oksidləşmə-reduksiya reaksiyaları. 
 
Ləvazimat və reaktivlər: sınaq şüşələri, ştativ, şüşə çubuq, spirt lampası, kibrit, 
sınaq şüşələri  üçün  tutqac;  xlorlu və  bromlu su  (bromlu  su  hazırlamaq  üçün  10%-li 
kalium-bromid  məhluluna  1-2  ml  qatı  sulfat  turşusu  və  6%-li  hidrogen-peroksid 
məhlulu əlavə edilir), natrium-bromid, natrium-yodid  (10%-li), gümüş-nitrat  (1%-li), 
natrium-permanqanat(1%-li),  natrium-sulfit  (5%-li),  sulfat  turşusu  (10%-li),  natrium 
-hidroksid (5%-li) məhlulları, nişasta kleysteri (yapışqanı), sink (tozu). 
Təcrübə  1.  Halogenlərin  bir-birini  birləşmələrindən  sıxışdırıb  çıxarması. 
Bir  sınaq  şüşəsinə  1  ml kalium-bromid,  ikinci  və  üçüncuyə  -  hərəsinə  1  ml kalium- 
yodid tökün.  Birinci  və  ikinci  sınaq  şüşələrinə  bir  neçə  damcı  xlorlu  su,  üçüncüyə  - 
bromlu  su  və  bir  damcı  nişasta  məhlulu  əlavə  edin.  Nə  müşahidə  edilir?  Sınaq 
şüşələrində  rəngin  dəyişməsi  nəyin  nəticəsidir?  Reaksiya  tənliklərini  yazın, 
oksidləşdirici  və  reduksiyaedicini  müəyyən  edin.  Hansı  maddə  daha  qüvvətli 
oksidləşdiricidir: xlor, yoxsa yod? 
Təcrübə  2.  Bromun  sinklə  qarşılıqlı  təsiri.  Sınaq  şüşəsinə,  yarısına  qədər 
bromlu  su  töküb,  içərisinə  şpatelin  ucunda  sink  tozu  əlavə  edib,  şüşə  çubuqla 
qarışdırın  və  qızdırın.  Məhlulu  soyumağa  qoyun.  Rəngsiz  məhlul  alındıqda,  onu  iki 
sınaq  şüşəsinə  tökün(əgər  məhlul  rəngsizləşmirsə,  yenidən  bir  qədər  sink tozu  əlavə 
edin, qarışdırın və sınaq şüşəsini qızdırın). Reaksiyanın tənliyini yazın, oksidləşdirici 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə