81
alınan su asanlıqla axa bilsin. Reaksiyanı reduksiya prosesi qurtarana kimi davam
etdirməli, alınan metalın rəngini müşahidə etməli və reaksiyanın tənliyini yazmalı.
Diqqət: Reduksiya olunmuş misi hidrogen axınında soyutmaq lazımdır ki, o,
yenidən oksidləşməsin.
Şəkil 18. Mis(II)oksidin hidrogenlə reduksiyası.
3-cü iş. Su. Məhlullar
Suyun təmizlənməsi və kimyəvi xassələri.
Təcrübə 1. Suyun distillə üsulu ilə təmizlənməsi.
Ləvazimat və reaktivlər: metal ştativ, Vürs kolbası, allonj, Libix soyuducusu,
qəbuledici kolba, qaz lampası, termometr, kapilyar borular, saat şüşəsi, kibrit,
kalium-permanqanat kristalları, su.
19-cu şəkildəki cihazı quraşdırın.Vürs kolbasına adi su töküb içərisinə 3-4
kalium-permanqanat kristalları (sudakı üzvi birləşmələrin oksidləşməsi üçün) və bir
neçə şüşə kapilyar borular (suyun sakit qaynamasını təmin etmək üçün) atmalı.
Kolbanı asbestli tor üzərində qızdırmalı və su buxarını mayeləşərək qəbuledicidə
yığılmasını müşahidə edin. Distillə olunmuş sudan az miqdarda saat şüşəsinə töküb
buxarlandırın və nəticə çıxarın.
82
Şəkil 19. Suyu distillə etmək üçün cihaz. 1-yumrudib kolba; 2-Libix
soyuducusu; 3-allonj; 4-qəbuledici.
Təcrübə 2. Suyun kimyəvi xassələri.
Ləvazimat və reaktivlər: sınaq şüşələri, ştativ, şüşə çubuq, konusvari kolba (50
ml), tıxac, qurğuşunlu kağız parçası, kiçik düz qazaparan borusu olan tıxac, pinset,
spirt lampası, kibrit, sınaq şüşələri üçün tutqac, maddəni yandırmaq üçün qaşıq,
stəkan, şpatel, kristallizator, pipet, distillə suyu, fenolftalein məhlulu, lakmus və ya
metilnarıncı məhlulu, qırmızı fosfor, mis 2-oksid, maqnezium–oksid, kalsium-oksid,
alüminium-oksid, çay qumu, kalsium, maqnezium metalları, natrium-karbonat
məhlulu,su, susuz mis(II) sulfat.
a) Suyun kalsium-oksidlə qarşılıqlı təsiri. Az miqdarda kalsium- oksidi sınaq
şüşəsinə tökərək, ehtiyatla su əlavə edin. Nə baş verir? Məhlul soyuduqda ona bir
neçə damcı fenolftalein əlavə edin. Nə müşahidə olunur? Səbəbini izah edin və
reaksiya tənliyini yazın.
b) Suyun fosfor (V) oksidlə qarşılıqlı təsiri. Kolbaya 10-15 ml su tökün.
Qaşıqda qırmızı fosfor götürün, havada yandırıb, tez kolbaya salın, qaşığı suya
toxundurmayın. Kolbanın ağzını qurğuşunlu kağızla örtün. Nə müşahidə edilir?
Yanma tezliklə bitəcək. Niyə? Qaşığı kolbadan çıxarıb, xüsusi hazırlanmış stəkana
83
qoyun və kolbanın ağzını tez tıxacla bağlayın. Kolbanı bir neçə dəfə çevirib, maddəni
suda həll edin. Kolbanın ağzını açıb bir neçə damcı indikator əlavə edin (lakmus və ya
metilnarıncı). Nə müşahidə olunur? Səbəbi nədir?
c) Bütün oksidlərin su ilə reaksiyaya daxil olub-olmamasının yoxlanılması.
Sınaq şüşələrinə bir qədər (şpatelin ucunda) mis(II) oksid, alüminium-oksid,
maqnezium-oksid, silisium(IV) oksid (qum) tökün. Hər birinə 1 ml su əlavə edin, şüşə
çubuqla qarışdırın və bir damcı indikator əlavə edin (metal oksidlərinə - fenolftalein,
silisium(IV) oksidə - lakmus). Nə müşahidə olunur? Sınaq şüşələrini qaynatmadan
qızdırın. Nə müşahidə olunur? Nəticə çıxarın.
d) Kalsiumun su ilə qarşılıqlı təsiri. Noxud boyda kalsium parçasını pinsetlə
götürüb su ilə dolu sınaq şüşəsinə qoyun və ağzını qazaparan borusu olan tıxacla tez
bağlayın. Qazaparan boruya digər sınaq şüşəsini keçirdib, qurğunu çevirin. Ayrılan
qaz reaksiya məhsullarını boş sınaq şüşəsinə sıxışdırır.
Reaksiya bitdikdən sonra ayrılan qazın hidrogen olduğunu sübut edin. Əmələ
gələn kalsium-hidroksidi iki hissəyə ayırın. Birinciyə fenolftalein, ikinciyə isə
natrium-karbonat məhlulu əlavə edin. Nəticələri müşahidə edin və reaksiya tənliyini
yazın.
e) Maqneziumun su ilə qarşılıqlı təsiri. Sınaq şüşəsinə maqnezium parçası
qoyun və 2-3 ml su tökün. Reaksiyanın getmədiyini müşahidə edin.
Pipetin köməyilə, divarlarını islatmadan,
sınaq şüşəsinə ehtiyatla 2 ml su əlavə edin. Sınaq
şüşəsinə, suyun hamısını özünə çəkəcək qədər çay
qumu tökün, ştativin pəncəsində üfiqi vəziyyətdə
bərkidin və qumun yanına bir qədər maqnezium
tozu tökün (şəkil 20). Sınaq şüşəsini qazaparan
borusu olan tıxacla bağlayın. Spirt lampasının
köməyilə əvvəlcə maqneziumu, sonra qumu qızdırın.
Şəkil 20. Maqneziumun su
ilə qarşılıqlı təsiri.
84
Su buxarları maqneziumun üzərindən keçdikdə, o, gur alovla yanacaq. Suyu
sıxışdırmaq üsulu ilə hidrogeni yığın. Reaksiya bitən kimi dərhal borunu sudan
çıxarın. Hidrogenin mövcudluğunu məlum üsulla ilə sübut edin (hidrogenlə dolu
sınaq şüşəsini dəsmalla sarımağı unutmayın!).
e)
Susuz mis (II) sulfat duzunun su ilə hidratlaşması. Sınaq şüşəsinə bir
qədər ağ rəngli susuz mis(II) sulfat duzu töküb, üzərinə 1-2 ml su əlavə edin. Nə
müşahidə edilir? Alınan maddənin formulunu yazın.
Məhlullar.
Ləvazimat və reaktivlər: ştativ, spirt lampası, şpatel, sınaq şüşələri, çini kasa,
ölçü silindrləri, tıxac, şüşə üçün qələm və ya rezin halqalar, məhlulları yığmaq üçün
qablar, iki ədəd kimyəvi stəkan, şüşə çubuq, taxta lövhəcik, termometr, 100 və ya 500
ml-lik iki ədəd kolba, tərəzi, çəki daşları, müxtəlif həcmli ölçü kolbaları, areometr, etil
spirti, qliserin, aseton, su, duru ammonium- nitrat, qatı sulfat turşusu məhlulları, etil
spirti, mis kuporosu, kalium- yodid və qurğuşun(II )asetat məhlulları, sirkə və ya
nitrat turşus məhlulları, mis(II) sulfat kristalhidratı, xörək duzu.
Təcrübə 1. Mayelərin həllolması zamanı həcmin dəyişməsi. Ölçü
silindrlərindən birini 5 və 10 ml-ə müvafiq çizgi ilə işarələyin. Digər ölçü silindrləri
ilə 5 ml aseton və 5 ml su götürüb işarələnmiş silindrə boşaldaraq, ağzını tıxacla
bağlayın və mayeləri qarışdırmaq üçün bir neçə dəfə çevirin. Alınan məhlulun ümumi
həcmini qeyd edin. Məhlulu əvvəlcədən hazırlanmış qaba boşaldın. Eyni qayda ilə
spirt və qliserini də qarışdırıb, ümumi həcmini qeyd edin. Məhlulun həcminin belə
dəyişməsini nə ilə izah etmək olar?
Spirtin suda həll olması zamanı 50 ml spirtdən və 50 ml sudan 97-98 ml məhlul
alınır. 45 ml qliserini 43 ml su ilə qarışdırdıqda 88 ml deyil, 85 ml məhlul alınır. 60
ml sirkə turşusunu 18 ml suda həll etdikdə 78 ml əvəzinə 75 ml məhlul alınır.
Həllolma temperatur dəyişikliyi ilə müşayiət olunur. Ona görə də yalnız məhlul otaq
temperaturunu aldıqdan sonra həcmi ölçmək olar.
Dostları ilə paylaş: |